Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1324/2023 27.11.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 20 iyun 2022-ci il tarixli, 065-S saylı müqaviləyə əsasən 2498,07 manat borc məbləğinin və 60 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" (hazırkı adı İddiaçı MMC) ilə Cavabdeh arasında soya paxlası istehsalı və alqı-satqısı barədə 20 iyun 2022-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən Cavabdeh Samux rayonu, Seyidlər kəndində 20,0 ha torpaq sahəsində soya paxlası əkininin həyata keçirməsini, hər hektardan 3,0 ton olmaqla cəmi 60,0 ton məhsulun istehsal edərək sifarişçi "xxxx" MMCyə təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Müqavilənin şərtlərinə əsasən, sifarişçi tərəfindən Cavabdeh 14038,70 manat dəyərində toxum, gübrə, dərman və avans qismində 9000 manat nağd pul olmaqla, ümumilikdə 23038,70 manat məbləğində vəsait verilmişdir. Lakin, Cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və sifarişçiyə müqavilədə nəzərdə tutulmuş miqdarda məhsul təhvil verməmişdir. Belə ki, avans qismində ilkin ödəniş daxil olmaqla, ümumilikdə ödənilmiş 23038,70 manat məbləğində vəsaitin qarşılığında təhvil verilmiş məhsulun dəyəri 20540,63 manat təşkil etmişdir. Bununla da, müqavilə şərtlərinin pozulması nəticəsində Cavabdeh İddiaçı MMC-yə 2498,07 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı həm poçt təşkilatı vasitəsilə, həmçinin vergi ödəyicisinin elektron kabinetinə xəbərdarlıq (pretenziya) məktubu göndərilmiş, lakin bu vaxtadək həmin vəsait İddiaçı MMC-yə ödənilməmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddaçı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirmişdir. Lakin, cavabdeh müqavilədə nəzərdə tutulmuş məhsulu təhvil verməmişdir. Təhvil verilmiş məhsul labaratoriya müayinəsindən keçdikdən sonra məhsulun bir hissəsi yararsız hesab edilmişdir. Müqavilənin şərtlərinə görə labaratoriya rəyi mübahisələndirilmir. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi. İzahatında göstərdi ki, müqavilə əsasında 20 ha torpaq sahəsində soya paxlası əkmiş və üç yük maşını həcmində 28 ton çəkidə məhsul vermişdir. Lakin, məhsulun verilməsindən dörd ay keçəndən sonra ona 18 ton məhsul verilməsi barədə qaimə yazılmışdır. Təhvil verilmiş məhsulun çəkisini əsassız şəkildə azaltmışlar. Labaratoriya müayinəsi zamanı onun iştirakı təmin olunmamış və məhsulun bir qisminin yararsız olması barədə düzgün olmayan rəy verilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında aşağıdakı şəxslər şahid qismində dindirilmişdir: X2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, əvvəllər cavabdehin işçisi olmuşdur. Onların şirkətinin layihəsi ilə əlaqədar ona torpaq sahəsi müəyyən olunması barədə müraciət olunmuşdur. O, bununla bağlı Cavabdeh məlumat vermişdir. Lakin, Cavabdeh həmin bitkinin yetişdirilməsi barədə təcrübəsinin olmadığını bildirmişdir. Şirkətin Xəyal adlı əməkdaşı soya paxlasının digər bitkilərlə nisbətən daha məhsuldar olduğunu bildirmiş və nəticədə məhsul əkilmişdir. Kombayn bitkini üzdən biçdiyinə görə məhsulun tam yığılması üçün Cavabdeh müəllim əlavə fəhlə tutmuşdur və təxmini 27-28 ton məhsul əldə edilərək götürülmüşdür. X1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, "xxxx" MMC-nin işçisi olmuşdur və həmin müəssisədə bir il işləmişdir. Soya bitkisinin əkilməsi və digər işlərin görülməsinə nəzarət etmişdir. Hər şey qaydasında olmuşdur. Lakin nəticədə məhsul zəif olmuşdur. Biçin vaxtı orada olmuşdur. Bitkinin boyu qısa olduğuna görə kombayın yaxşı biçə bilmədiyindən əlavə işçi qüvvəsindən istifadə olunmuşdur. İş materiallarında olan: 20 iyun 2022-ci il tarixli 065-S saylı müqaviləyə əsasən Cavabdeh Samux rayonu, Seyidlər kəndində 20,0 ha torpaq sahəsində soya paxlası əkininin həyata keçirilməsi, hər hektardan 3,0 ton olmaqla cəmi 60,0 ton məhsulun istehsal edilərək sifarişçi "xxxx" MMCyə təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Həmin müqavilənin: 2.2-ci bəndinə əsasən məhsulun yekun təhvil-qəbul qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən ediləckdir. 4.4-cü bəndinə əsasən laboratoriya analizinin nəticələri məhsulun qiymətinin və ödəniş həcminin müəyyən edilməsi üçün əsasdır və mübahisə obyekti ola bilməz. 4.7-ci bəndinə əsasən laboratoriya analizi nəticələri ilə keyfiyyət göstəriciləri arasında kənarlaşmalar müəyyən olunarsa, məhsulun baza qiymətinə düzəlişlər edilir. 4.8-ci bəndinə əsasən məhsulun yekun çəkisi, keyfiyyət göstəriciləri alqı-satqı qiyməti razılaşdırıldıqdan sonra ümumi dəyəri hesablanılır. Sifarişçi tərəfindən icraçıya ödənilmiş avanslar və verilmiş toxum, gübrə, pestisidlərin, göstərilmiş aqrotexniki xidmətlərin dəyəri çıxılır və qalan məbləğ sifarişçi tərəfindən 3 iş günü ərzində icraçının bank hesabına ödənilir. Həmin müqavilənin 5.5-ci bəndinə əsasən sifarişçi tərəfindən təqdim edilməyən, dəyəri ödənilməyən və icra edilməyən bütün istehsal vasitələri, aqrotexniki xidmətləri öz vəsaiti hesbına almaq və yerinə yetirmək, sahəyə gətirmək və tətbiq etmək icraçıya aiddir. xx.xx.2022-ci il tarixli 01 nömrəli hesab-fakturadan görünür ki, Cavabdeh 9000 manat məbləğində avans ödənilmişdir. xx.xx.2022-ci il tarixli EBCA 150905 nömrəli qaiməyə əsasən 12070,13 manat, xx.xx.2022-ci il tarixli EBCC 482248 nömrəli elektron qaiməyə əsasən 1968,60 manat olmaqla, cəmi 14038,73 manat məbləğində mal İddiaçı MMC tərəfindən alıcı Cavabdeh təqdim edilmişdir. xx.xx.2022-cü il tarixli 261 nömrəli qaiməyə əsasən 788,84 manat, 279 nömrəli qaiməyə əsasən 11399,47 manat, 280 nömrəli qaiməyə əsasən 8352,32 manat olmaqla, cəmi 20540,63 manat məbləğində soya paxlası Cavabdeh tərəfindən alıcı "xxxx" MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli 23/2023 nömrəli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli MŞG/1/MT007/2023-02318 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, 70 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan 2 saylı Ərazi Vergilər Baş İdarəsinin dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC hazırda "xxxx" MMC kimi fəaliyyət göstərir. Beləliklə, iş üzrə sübutlara müəyyən olunur ki, 20 iyun 2022-ci il tarixli 065-S saylı müqaviləyə əsasən Cavabdeh Samux rayonu, Seyidlər kəndində 20,0 ha torpaq sahəsində soya paxlası əkininin həyata keçirilməsi, hər hektardan 3,0 ton olmaqla cəmi 60,0 ton məhsulun istehsal edilərək sifarişçi "xxxx" MMC-yə təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Müqaviləyə əsasən Cavabdeh 14038,70 manat dəyərində toxum, gübrə, dərman, avans qismində 9000 manat nağd pul olmaqla ümumilikdə 23038,70 manat məbləğində vəsait verilmişdir. Cavabdeh isə bunun müqabilində 20540,63 manat manat məbləğində mal təhvil vermişdir. Nəticədə 2498,07 manat borcu qalmışdır. Mübahisənin vəziyyətindən göründüyü kimi təhvil verilmiş məhsulun müqavilədə nəzərdə tutulduğundan az miqdarda müəyyən edilməsinin səbəbi məhsulun kəmiyyəti ilə deyil, onun keyfiyyəti ilə bağlı olmuşdur. Belə ki, məhsul zahirən kifayət qədər həcmdə təhvil verilmiş olsa da, məhsulun keyfiyyət göstəriciləri laboratoriya analizinin nəticələrinə əsasən müəyyən edilmiş, analizinin nəticələri isə öz növbəsində məhsulun qiymətinə və ödəniş həcminə təsir etmişdir. Tərəflər arasında olan müqavilənin 4.4-cü bəndində göstərilmişdir ki, laboratoriya analizinin nəticələri məhsulun qiymətinin və ödəniş həcminin müəyyən edilməsi üçün əsasdır və mübahisə obyekti ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun qaytarılması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun qaytarılması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2498,07(iki min dörd yüz doxsan səkkiz manat yeddi qəpik) manat məbləğində borc və 60(altmış) manat mediasiya xərci tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2498,07 (iki min dörd yüz doxsan səkkiz manat yeddi qəpik) manat məbləğində borc və 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 44,98 (qırx dörd manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-1324/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1324/2023
27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver