Məhkəmə qərarları › İş №e-2-2(115)-1366/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1366/2025

18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1366/2025 18.07.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı "xxxx" LTD Firmasının Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" LTD Firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5657 manat məbləğin və ödənilmiş 76,57 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" LTD Firması ilə Cavabdeh MMC arasında 04 sentyabr 2024-cü il tarixli 463 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və bu müqavilə ilə cavabdehin iddiaçıya 5657 manat borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli 11406567 nömrəli (cavabdeh tərəfindən təsdiq edilib), xx.xx.2024-cü il tarixli 632806 nömrəli (sistem tərəfindən təsdiq edilib), xx.xx.2024-cü il tarixli 11406569 nömrəli (cavabdeh tərəfindən təsdiq edilib), xx.xx.2024-cü il tarixli 11406565 nömrəli (cavabdeh tərəfindən təsdiq edilib), xx.xx.2024-cü il tarixli 11831760 nömrəli (sistem tərəfindən təsdiq edilib), xx.xx.2024-cü il tarixli 10218798 nömrəli (sistem tərəfindən təsdiq edilib), xx.xx.2024-cü il tarixli 10422818 nömrəli (sistem tərəfindən təsdiq edilib), xx.xx.2024-cü il tarixli 10648949 nömrəli (sistem tərəfindən təsdiq edilib), xx.xx.2024-cü il tarixli 10997228 nömrəli (sistem tərəfindən təsdiq edilib), xx.xx.2024-cü il tarixli 11312745 nömrəli (sistem tərəfindən təsdiq edilib), xx.xx.2024-cü il tarixli 10008721 nömrəli (sistem tərəfindən təsdiq edilib), xx.xx.2024-cü il tarixli 10313865 nömrəli (sistem tərəfindən təsdiq edilib), xx.xx.2024-cü il tarixli 11259510 nömrəli (sistem tərəfindən təsdiq edilib), xx.xx.2024-cü il tarixli 11933123 nömrəli (sistem tərəfindən təsdiq edilib), xx.xx.2024-cü il tarixli 12226514 nömrəli (sistem tərəfindən təsdiq edilib), xx.xx.2024-cü il tarixli 12226526 nömrəli (sistem tərəfindən təsdiq edilib) elektron-qaimələr əsasında ümumilikdə 9837,4 manat dəyərində ət və ət məhsulları satılmışdır. Yuxarıda göstərilən elektron-qaimələrin bir qismi cavabdeh tərəfindən, digər qismi isə sistem tərəfindən təsdiq edilmişdir. Bu məbləğdən cavabdeh tərəfindən iddiaçıya 847,46 manat qəpik bank hesabına, 152,54 manat ƏDV hesabına pul ödənilmişdir. Eyni zamanda iadə edilmiş mallar çıxıldıqdan sonra cavabdehin iddiaçıya olan borcu 5657 manat təşkil edir. Borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya verilsə də ödəniş edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh MMC-yə 20 iyun 2025-ci il tarixli e-2-2(115)-1366/2025 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" LTD Firması ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 463 saylı məhsulun alqı-satqısına dair müqavilədən görünür ki, satıcı müqavilənin 1.2-ci bəndində göstərilən məhsulu alıcıya satmağı, alıcı isə malı qəbul edib E-qaimədə göstərilən qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan elektron qaimələrdən görünür ki, xx.xx.2024-cü il tarixli 11406567 nömrəli qaiməyə əsasən 5251,6505 manat, xx.xx.2024-cü il tarixli 11406569 nömrəli qaiməyə əsasən 106,6701 manat, xx.xx.2024-cü il tarixli 11406565 nömrəli qaiməyə əsasən 224,9999 manat, xx.xx.2024-cü il tarixli 11831760 nömrəli qaiməyə əsasən 127,0301 manat, xx.xx.2024-cü il tarixli 10218798 nömrəli qaiməyə əsasən 642,30 manat, xx.xx.2024-cü il tarixli 10422818 nömrəli qaiməyə əsasən 66,20 manat, xx.xx.2024-cü il tarixli 10648949 nömrəli qaiməyə əsasən 797,4997 manat, xx.xx.2024-cü il tarixli 10997228 nömrəli qaiməyə əsasən 256,80 manat, xx.xx.2024-cü il tarixli 11312745 nömrəli qaiməyə əsasən 165,5999 manat, xx.xx.2024-cü il tarixli 632806 nömrəli qaiməyə əsasən 157,30 manat, xx.xx.2024-cü il tarixli 10008721 nömrəli qaiməyə əsasən 117,1899 manat, xx.xx.2024-cü il tarixli 10313865 nömrəli qaiməyə əsasən 650,1498 manat, xx.xx.2024-cü il tarixli 11259510 nömrəli qaiməyə əsasən 307,7999 manat, xx.xx.2024-cü il tarixli 11933123 nömrəli qaiməyə əsasən 477,9597 manat, xx.xx.2024-cü il tarixli 12226514 nömrəli qaiməyə əsasən 146,4499 manat, xx.xx.2024-cü il tarixli 12226526 nömrəli qaiməyə əsasən 341,8001 manat məbləğində mallara dair elektron qaimələr "xxxx" LTD Firması tərəfindən Cavabdeh MMC-yə göndərilmişdir. İş materiallarında olan təhvil-təslim qaimələrindən görünür ki, "xxxx" LTD Firması tərəfindən xx.xx.2024-cü il tarixdə 225 manat, xx.xx.2024-cü il tarixdə 106,67 manat, xx.xx.2024-cü il tarixdə 127,03 manat, xx.xx.2024-cü il tarixdə 642,30 manat, xx.xx.2024cü il tarixdə 66,20 manat, xx.xx.2024-cü il tarixdə 797,50 manat, xx.xx.2024-cü il tarixdə 256,80 manat, xx.xx.2024-cü il tarixdə 165,60 manat, xx.xx.2024-cü il tarixdə 157,30 manat, xx.xx.2024-cü il tarixdə 117,19 manat, xx.xx.2024-cü il tarixdə 650,15 manat, xx.xx.2024-cü il tarixdə 307,80 manat, xx.xx.2024-cü il tarixdə 477,96 manat, xx.xx.2024cü il tarixdə 146,45 manat, 341,80 manat məbləğində mal təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, "xxxx" LTD Firması ilə Cavabdeh MMC arasında xx.xx.2024cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı cavabdehə mal satmış, cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, malın pulunu tam ödəməmiş, iddiaçıya 5657 manat borcu yaranmışdır. Odur ki, tərəflər arasında bağlanmış müqavilə üzrə 5657 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 76,57 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 76,57 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" LTD Firması ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 463 saylı alqı-satqı müqaviləsinə 5657 (beş min altı yüz əlli yeddi) manat borc və 76 (yetmiş altı) manat 57 (əlli yeddi) qəpik dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" LTD Firması ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar