Məhkəmə qərarları › İş №e-2-2(115)-1400/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1400/2024

26.07.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1400/2024 26.07.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 2303,16 manat məbləğində (o cümlədən, vergilər üzrə 1770,04 manat, faizlər üzrə 533,12 manat), Dövlət Sosial Müdafiə Fonduna 136,28 manat, İcbari Tibbi Sığorta Fonduna 43,57 manat olmaqla, ümumilikdə 2483,01 manat məbləğində borcu yaranmışdır. Borcun ödənilməsi təmin edilmədiyindən ərizəçi hazırkı tələblə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 2303,16 manat məbləğində (o cümlədən, vergilər üzrə 1770,04 manat, faizlər üzrə 533,12 manat), Dövlət Sosial Müdafiə Fonduna 136,28 manat, İcbari Tibbi Sığorta Fonduna 43,57 manat olmaqla, ümumilikdə 2483,01 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir. Maraqlı şəxs məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, ərizəçi yaranmış borc məbləğinin ödənilmədiyini əsas gətirərək, onun bank hesablarına sərəncam qoymuşdur. Bununla da ərizəçi borclu olduğumu nəzərə alıb onun (fiziki şəxsin) ölkədən getmək hüququmun müvəqqəti məhdudlaşdırılmasını tələb edir. Ona görə də ərizəçi məhkəməyə müraciət edərək qeyd edilən borcun ödənilməsini təmin etmək məqsədi ilə onun barəsində ölkədən getmək hüququmun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin ərizəsinin surəti ona çatmışdır və təqdim olunmuş tələbə qarşı etiraz edir. Ərizəçinin tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, o, 2022-ci ilin aprel ayında sahibkarlıq məqsədi ilə fəaliyyətə başlamış, VÖEN almışdır. Həmin ay (2022-ci ilin aprel ayında) “X2 Korporasiyası” ASC ilə onun arasında xx.xx.2022-ci il tarixli “alğı-satqı müqaviləsi” bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən alıcı ondan 8962.68 manatlıq meyvə-tərəvəz məhsulu almışdır. Müqavilənin tələblərinin və eyni zamanda Vergi Qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhsul elektron qaimə-faktura əsasında satılmış, alıcıya əlbəəl təqdim edilmişdir. Sistem tərəfindən də onların mal alıb -satmağı təsdiq olunmuşdiur. Lakin, borclu müqavilənin tələblərini yerinə yetirməmiş, məhsulun pulunu ödəməmişdir. Borclu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bu günə qədər də pul ödənilməmişdir. Qeyd edir ki, 2022-ci ildə X2 Korporasiyası ilə aramızda olan alqı-satqı müqaviləsi əsasında alıcı üzərinə düşən öhdəliyi yerinə yetirməməsi səbəbindən alğı-satqı müqaviləsi üzrə elektron qaimə faktura əsasında satılan 8962.68 (səkkiz min doqquz yüz altmış iki manat altmış səkkiz qəpik) manatlıq mal üzrə 20 % vergi (gəlir vergisi) hesablanaraq, 2022-ci il üçün 1770.04 manat vergi borcum yaranmışdır (2022-ci ildə cavabdehdən başqa heç bir şəxslə ticarət əlaqəsi qurmamış, digər fəaliyyəti olmamışdır). Həmin vergi borcuna görə də əlavə faizlər hesablanmışdır. Borclu təşkilat börcu ödəmədiyindən də borcun ödənilməsini təmin etmək məqsədi ilə məhkəmə müdafiəsindən istifadə etmiş. O, cavabdeh "xxxx" ASC-yə qarşı “müqavilə əsasında yaranmış borcun qaytarılması” tələbinə dair iddia ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş. Bakı Kommersiya Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, e2-2(113)-2220/2024 saylı Qiyabi Qətnaməsi ilə iddia təmin edilmişdir. X3 əsasən mənimlə cavabdeh "xxxx" ASC arasında 22 aprel 2022-ci il tarixdə bağlanmış Alğı-satqı müqaviləsi üzrə 8962 (səkkiz min doqquz yüz altmış iki) manat 68 (altmış səkkiz) qəpik məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq mənə ödənilməsi qət edilmişdir. Bildirirəm ki, Qiyabi Qətnamə qanuni qüvvəsini almamışdır. Prosesin nəticəsini gözləyirəm. bir daha qeyd edirəm ki, mən 2022-ci ildə sahibkarlıq fəaliyyətinə başlamaq üçün VÖEN almışam. “X2 Korporasiyası” ASC ilə alğı-satqı müqaviləsi bağlayaraq, elektron qaimə faktura əsasında mal satmış. Pulunu ala bilmədiyimdən Sahibkarlıq fəaliyyətini dərhal dayandırmışdır. AKKORD-dan pulumu tələb etsə də bu günə qədər malın pulunu ala bilməmişdir. DVX-nin ona etdiyi xəbərdarlıqlardan sonra DVX-nə də bu barədə məlumat vermiş, alğı-satqı müqaviləsi əsasında elektron qaimə faktura ilə mal satılsa da pulunu ala bilmədiyimi, aralarında məhkəmə mübahisəsi olduğunu bildirmişdir. DVX-nə də bildirmişdir ki, onun hüquqlarım pozulmuşdur. Alğısatqı müqaviləsi üzrə heç bir pul ala bilmədiyimdən ona nəyə görə 2483.01 manat pul ödəməlidir. hesab edir ki, DVX bu işdə tələsibdir. Gəlir Vergisi adından da göründüyü kimi gəlirdən verilən vergidir. O, hansı gəlir əldə etmişdir ki, o, buna görə də vergi ödəsin. 2022-ci ildə Akkord şirkəti ilə alğı-satqı müqaviləsi və elektron qaimə-faktura əsasında mal satdığımı nəzərdə tutursa, o, həmin məhsul üzrə bir qəpik pul da almamışdər. Bu fakt onun bank hesabından da aydın görünür ki, indiyədək hesabına bir qəpik belə daxil olmayıb. Hansı ki, Akkord aldığı malın pulunu onun bank hesabıma ödəməyi öhdəsinə götürmüşdür. Heç bir ödəniş də olunmamışdır. Bu barədə Məhkəmə Qiyabi Qətnamə də çıxarmışdır ki, hələ həmin qiyabi qətnamə qanuni qüvvəsini almamışdır. Belə olan halda da çıxarılan qətnaməni icra etmək hələlik mümkün deyil. Bütün bunları da ümumiləşdirərək qeyd edir ki, Akkord ondan aldığı malın pulunu ödəmədiyindən o, vergiyə olan borcumu ödəmək iqtidarında deyil. O, borcu ödəməkdən yayınmıram. Lakin, bu borcun yaranmasına səbəb Akkord şirkətinin ondan aldığı malın dəyəridir. Akkord da aldığı malın pulunu ona ödəmədiyindən də o, bu alğısatqı üzrə yaranmış vergi borcunu ödəyə bilmir. Ərizəçi 14 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs kimi ona qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında ərizəsi onun hüquqlarını pozduğu üçün ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, ərizəçi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, maraqlı şəxs iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin iştirakı olmadan baxmışdır. Ərizəçi tərəfindən elektron qaydada materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara vergi ödəyicisi olan fiziki şəxsin şəxsi hesab vərəqəsi, bildiriş, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənlərin vəzifələridir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-5.2.2-ci maddəsinə əsasən sığorta haqlarını vaxtında və tam həcmdə ödəmək icbari tibbi sığorta üzrə sığortalıların vəzifəsidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-7.4-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 2303,16 manat məbləğində (o cümlədən, vergilər üzrə 1770,04 manat, faizlər üzrə 533,12 manat), Dövlət Sosial Müdafiə Fonduna 136,28 manat, İcbari Tibbi Sığorta Fonduna 43,57 manat olmaqla, ümumilikdə 2483,01 manat məbləğində borcu vardır. Vergi orqanının müraciətlərinə baxmayaraq borc ödənilməmişdir ki, qanunla vergi ödəyicisi Maraqlı şəxs ölkədən getmək hüququnun onun borcunun ödənilməsi məqsədi ilə məhdudlaşdırılması mümkündür. Məhkəmə hesab edir ki, vergi ödəyicilərinin üzərinə qanunla müəyyən edilmiş vergiləri, sığorta haqlarını ödəmək vəzifəsi qoyulduğundan və o, qeyd olunan öhdəliklərin yerinə yetirilməsi üçün cavabdeh olduğundan ərizə təmin edilməli və borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə borc ödənilənədək Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Buna görə də ərizəçi dövlət rüsumunu ödəməkdən azad olunduğundan maraqlı şəxsdən 100 (yüz) manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs (şəxsiyyəttiəsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE *******) ölkədən getmək hüququ Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 2303,16 manat məbləğində (o cümlədən, vergilər üzrə 1770,04 manat, faizlər üzrə 533,12 manat), Dövlət Sosial Müdafiə Fonduna 136,28 manat, İcbari Tibbi Sığorta Fonduna 43,57 manat olmaqla, ümumilikdə 2483,01 manat məbləğində borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılsın. Maraqlı şəxs 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar