Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-141/2024 29.03.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18732 manat pulun və 146 manat dövlət rüsumu olmaqla ümumilikdə 18 878 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 3624 saylı alğı-satqı müqaviləsinə əsasən ümumilikdə 18732 manat məbləğində borc yaranmışdır. Cavabdeh iddiaçı tərəfindən rəsmi olaraq 67 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş və iddia ərizəsinə əlavə edilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli 3624 nömrəli alğı-satqı müqaviləsindən görünür ki, satıcı- İddiaçı MMC sifarişə uyğun olaraq e-qaimə fakturada göstərilən qiymətə, saya və çeşidə malik olan ərzaq məhsullarını alıcının mülkiyyətinə verməyi, alıcı-Cavabdeh isə öz növbəsində həmin malları təhvil alıb dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslılığını təsdiq edən sübutlar təqdim olunmadığından iddia tələbi təmin edilməməlidir. Belə ki, müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddətdə alıcının sifarişi ilə malların təhvil-təslimi e-qaimə faktura ilə həyata keçirilir. Tərəflər arasında olan müqaviənin yuxarıda qeyd edilən şərtindən göründüyü kimi, tərəflər malları e-qaimə faktura əsasında təhvil verilməsini müəyyən etmişlər. Sübuta yetirilməli olan məsələ malların müqavilədə nəzərdə tutulmuş qaydada təhvil verilməsidir ki, iddiaçı bununla bağlı digər sübutları məhkəməyə təqdim etməmişdir. İddia tələbində göstərilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 3624 saylı alğı-satqı müqaviləsi üzrə 2023-cü ilin mart ayına qədər borc cavabdeh tərəfindən ödənilmişdir. Cavabdeh 2023-cü ilin aprel ayında yenidən 20172 manatlıq mal götürmüşdür ki, həmin mallara görə 18.878 manat məbləğində borc yaranmışdır. Halbuki, tərəflər arasında olan müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddətdə alıcının sifarişi ilə malların təhvil-təslimi e-qaimə faktura ilə həyata keçirilir. Müqaviənin yuxarıda qeyd edilən şərtindən göründüyü kimi, tərəflər malları e-qaimə faktura əsasında təhvil verilməsini müəyyən etmişlər. Sübuta yetirilməli olan məsələ malların müqavilədə nəzərdə tutulmuş qaydada təhvil verilməsidir ki, iddiaçı müqavilənin şərtlərinə əməl etməklə 20172 manatlıq malların e-qaimə faktura əsasında verilməsi ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hesab fakturadan görünür ki, İddiaçı MMC tərəfindən satılan mal 5766 manat məbləğində qeyd edilmiş, müştəri alıcı qrafasında isə malı alan şəxs kimi Vüqar adı qeyd edilmişdir. xx.xx.2023-cü tarixli hesab-fakturadan görünür ki, müştəri alıcı qrafasında malı alan şəxs kimi Babayev soyadı qeyd edilmişdir. Göründüyü kimi, bu sənəddə də natamamlıq vardır. Qeyd olunan hesab-fakturalardan malın Cavabdeh tərəfindən alınması təsdiq olunmur. Həmçinin qeyd olunan hesab-fakturalar məhkəmə hazırlıq iclasında deyil məhkəmə baxışı zamanı təqdim edilmiş, lakin iddiaçı qeyd olunan sübutların təqdim edilməsi əsasının məhkəmə baxışı gedişində əmələ gəlməsini və sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Məhkəmə Abşeron rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarına münasibət olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Maddənin məzmunundan göründüyü kimi digər orqanın qərarı deyil, yalnız məhkəmənin qərarı məcburi xarakterə malikdir. Hazırkı mübahisə müqavilə münasibətlərindən irəli gəldiyindən iddiaçı ilk növbədə müqavilənin özü ilə bağlı olan şərtlərini yerinə yetirmiş olduğunu sübut etməlidir. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi bütün halları sübut etməlidir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. İddiaçı tərəfindən sübut etmə vəzifəsinin yerinə yetirilməməsi iddia tələbinin təmin edilməməsinə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır . Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun qaytarılması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-141/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-141/2024
29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver