Məhkəmə qərarları › İş №e-2-2(115)-144/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-144/2024

17.01.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-144/2024 17.01.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, Maraqlı şəxsin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin Maraqlı şəxs qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 12,74 manat, Dövlət Sosial Müdafiə Fonduna 79,65 manat, İşsizlikdən sığorta fonduna 3,19 manat, dövlət büdcəsinə 7695,46 manat (o cümlədən, vergilər üzrə 7478,58 manat, faizlər üzrə 216,88 manat), “ANARTOMİK" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 3,19 manat, Dövlət Sosial Müdafiə Fonduna 79,65 manat, dövlət büdcəsinə 7670,7 manat (o cümlədən, vergilər üzrə 7454,52 manat, faizlər üzrə 216,18 manat), İcbari Tibbi Sığorta Fonduna 12,74 manat olmaqla, ümumilikdə 15557,32 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxslərin icra orqanının rəhbəri kimi Maraqlı şəxs barəsində (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 12,74 manat, Dövlət Sosial Müdafiə Fonduna 79,65 manat, İşsizlikdən sığorta fonduna 3,19 manat, dövlət büdcəsinə 7695,46 manat (o cümlədən, vergilər üzrə 7478,58 manat, faizlər üzrə 216,88 manat), “ANARTOMİK" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 3,19 manat, Dövlət Sosial Müdafiə Fonduna 79,65 manat, dövlət büdcəsinə 7670,7 manat (o cümlədən, vergilər üzrə 7454,52 manat, faizlər üzrə 216,18 manat), İcbari Tibbi Sığorta Fonduna 12,74 manat olmaqla, ümumilikdə 15557,32 manat məbləğində borcu yaranmışdır. Hüquqi şəxslər haqqında məlumata əsasən Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, “ANARTOMİK" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəridir. Borcun ödənilməsi təmin edilmədiyindən ərizəçi hazırkı tələblə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 12,74 manat, Dövlət Sosial Müdafiə Fonduna 79,65 manat, İşsizlikdən sığorta fonduna 3,19 manat, dövlət büdcəsinə 7695,46 manat (o cümlədən, vergilər üzrə 7478,58 manat, faizlər üzrə 216,88 manat), “ANARTOMİK" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 3,19 manat, Dövlət Sosial Müdafiə Fonduna 79,65 manat, dövlət büdcəsinə 7670,7 manat (o cümlədən, vergilər üzrə 7454,52 manat, faizlər üzrə 216,18 manat), İcbari Tibbi Sığorta Fonduna 12,74 manat olmaqla, ümumilikdə 15557,32 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, maraqlı şəxsin vəkili və nümayəndəsi məhkəmə iclasına gəlmiş, ərizəçi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin iştirakı olmadan baxmışdır. Maraqlı şəxs əvvəlki məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, ərizədə adları qeyd olunan hüquqi şəxslərlə heç bir əlaqəsi yoxdur. Həmin hüquqi şəxslər onun məlumatı olmadan yaradılıb. O, iki il əvvəl sürücü vəzifəsində iş axtararkən bir şirkətə müraciət etmişdir. Müraciətini cavablandıraraq onu çağırmışdılar və onun işə qəbulunu həyata keçirən adamla birlikdə ASAN xidmətdən onun adına ASAN imza almışdılar. Sonra ona demişdilər ki, işə qəbul edilib və həftənin bazar ertəsi günü işə başlamalıdır. Amma ASAN imza və şəxsiyyət vəsiqəsini bazar ertəsi işə başlayanda götürməlidir. O da həm şəxsiyyət vəsiqəsini, həm də ASAN imza nömrəsini onlara vermişdir. Həmin gün ona başqa şəxslər demişdilər ki, şəxsiyyət vəsiqəsini təhvil verməli deyildir. Bunu eşidərək işə qəbul edən şəxsin mobil nömrəsinə zəng vuraraq, şəxsiyyət vəsiqəsinin ona qaytarılmasını və şirkətdə işləmək istəmədiyini bildirmişdir. Müxtəlif bəhanələrlə ona şəxsiyyət vəsiqəsini on beş gün ərzində təhvil verməmişdilər. Şəxsiyyət vəsiqəsini əldə etdiyi gün banka yaxınlaşaraq adına borc və ya kredit müqavilələrin olub-olmamasını yoxlamışdır. O zaman adına heç nə olmamışdır. 2023-cü ilin avqust ayında adına vergi borcları gələndə artıq ona məlum olmuşdur ki, onun adından istifadə olunaraq hüquqi şəxslər yaradılıb. Bununla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət olunub. Artıq cinayət işi başlayıb və Bakıda Baş Prokurorluqda ondan ifadə alıblar. Maraqlı şəxsin vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Maraqlı şəxs 15557 manat məbləğində borcunun olduğunu qeyd etmişdir. Lakin vergi orqanı tərəfindən göndərilən xəbərdarlıqda Maraqlı şəxs adına 103000 manat borcun olduğu görünür. Vergi orqanının 103000 manat məbləğində vergi borcunun ödənilməsi ilə bağlı xəbərdarlığından sonra Maraqlı şəxs heç bir məlumatı olmadan onun adından hüquqi şəxslərin yaradılması ilə bağlı Baş Prokurorluğa etdiyi müraciətə 15 sentyabr 2023-cü il tarixli cavab gəlib. Bu cavabda qeyd olunmuşdur ki, hər hansı məlumatları olmadan adına müəssisələr açılmaqla ona əsassız vergi borcunun yazılması barədə müraciətlərində Baş Prokurorluğun İstintaq İdarəsində aparılan ********* saylı cinayət işinə əlavə olunaraq baxılmışdır. Məhkəmədən ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda maraqlı şəxsin vəkili və nümayəndəsi şifahi vəsatətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə icraat yekunlaşanadək icraatın dayandırılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2-2(115)/2024 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir. Ərizəçi tərəfindən elektron qaydada materiallar məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara vergi ödəyicisi olan hüquqi şəxslərin şəxsi hesab vərəqələri, bildirişlər, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə maraqlı şəxsin və onun vəkilinin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir; 23.1.15-3-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur; 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənlərin vəzifələridir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-5.2.2-ci maddəsinə əsasən sığorta haqlarını vaxtında və tam həcmdə ödəmək icbari tibbi sığorta üzrə sığortalıların vəzifəsidir. “İşsizlikdən sığorta” haqqında Azərbaycan Respublikası Qanununun 6.2.2 və 6.2.3cü maddələrinə əsasən, işçilərini işsizlikdən sığorta etdirmək və “İşsizlikdən sığorta” haqqında Qanunu ilə müəyyən edilmiş qaydada, məbləğdə və vaxtda sığorta haqqını sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-7.4-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 12,74 manat, Dövlət Sosial Müdafiə Fonduna 79,65 manat, İşsizlikdən sığorta fonduna 3,19 manat, dövlət büdcəsinə 7695,46 manat (o cümlədən, vergilər üzrə 7478,58 manat, faizlər üzrə 216,88 manat), “ANARTOMİK" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 3,19 manat, Dövlət Sosial Müdafiə Fonduna 79,65 manat, dövlət büdcəsinə 7670,7 manat (o cümlədən, vergilər üzrə 7454,52 manat, faizlər üzrə 216,18 manat), İcbari Tibbi Sığorta Fonduna 12,74 manat olmaqla, ümumilikdə 15557,32 manat məbləğində borcu vardır. Vergi orqanının müraciətlərinə baxmayaraq borc ödənilməmişdir ki, qanunla vergi ödəyicisi hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun borcun ödənilməsi məqsədi ilə məhdudlaşdırılması mümkündür. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək vəzifəsi qoyulduğundan və o, qeyd olunan öhdəliklərin yerinə yetirilməsi üçün cavabdeh olduğundan ərizə təmin edilməli və borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə borc ödənilənədək Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Buna görə də ərizəçi dövlət rüsumunu ödəməkdən azad olunduğundan maraqlı şəxsdən 100 (yüz) manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin nömrəsi AZE ********) ölkədən getmək hüququ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 12,74 manat, Dövlət Sosial Müdafiə Fonduna 79,65 manat, İşsizlikdən sığorta fonduna 3,19 manat, dövlət büdcəsinə 7695,46 manat (o cümlədən, vergilər üzrə 7478,58 manat, faizlər üzrə 216,88 manat), “ANARTOMİK" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 3,19 manat, Dövlət Sosial Müdafiə Fonduna 79,65 manat, dövlət büdcəsinə 7670,7 manat (o cümlədən, vergilər üzrə 7454,52 manat, faizlər üzrə 216,18 manat), İcbari Tibbi Sığorta Fonduna 12,74 manat olmaqla, ümumilikdə 15557,32 manat məbləğində borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılsın. Maraqlı şəxs 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar