Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-148/2025 28.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlakın geri qaytarılması və pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 nömrəli xx.xx.2022-ci il nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən istifadəsinə verilmiş 1 ədəd 2011-ci il buraxlışlı “Jeep” markalı **-PT-*** qeydiyyat nişanlı avtomobilin öz mülkiyyətçisinə qaytarılması, xx.xx.2024-ci il tarixədək yaranmış 8111 manat əsas borc, 5839 manat mükafat borcu olmaqla cəmi, 13950 manat lizinq borcunun, ödənilmiş 131,85 manat dövlət rüsumunun cavabddehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixdə 11 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən müqavilədə göstərilən 1 ədəd 2011-ci il buraxlışı olan “Jeep” markalı, mühərrik 1J4PN5GK4BW564524 nəqliyyat vasitəsini təhvil-təslim aktına əsasən cavabdehin istifadəsinə vermişdir. Müqavilənin 9.4-cü bəndinə əsasən lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 26568 manat təşkil edir. Bu ümumi məbləğdən 10256 manat lizinq verənin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Ümumi lizinq məbləğinin faiz dərəcəsi 52% təşkil edir. Cavabdeh hər ay 1107 manat olmaqla 24 ay ərzində ödəniş etməlidir. Cavabdeh müqaviləsinə əlavə edilmiş lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh ödəniş cədvəlinə uyğun ödəniş etməli olduğu təqdirdə müaviləyə əlavədə olunan qrafiklər üzrə ödənilməli qaydada ödəməmişdir. Vaxt aşırı ödəniş səbəbindən gecikmə günləri yaranmışdır. Yaranmış borcla bağlı tərəflərindən cavabdehlərlin ünvanına müxtəlif tarixlərdə yazılı və cavabdehlə əlaqə saxlanılaraq şifahi xəbərdarlıqlar edilmiş, əks halda tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi və yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, o, iddiaçıya 27800 manat ödəniş etmiş, ödənişlərlə bağlı qəbzlərini də məhkəməyə gətirmişdir. Hətta o, gecikməyə görə artıq ödəniş etmişdir. 5000 manatı isə əlbəəl iddiaçının rəhbəri Babək müəllimə vermişdir. Əlbəəl ödənişlə bağlı onda səs yazısı vardır. Nəqliyyat vasitəsini onun əlindən almışlar və həmin avtomobili artıq satmışlar. Ondan dəfələrlə maşından imtina etməyini istəmişlər. Avtomobilin iddiaçıda olması ilə bağlı əlində sənəd yoxdur. O, özü də iddiaçıya qarşı iddia qaldırcaq. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçıya dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Həmçinin cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, etməməsini səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı MMC-yə ərizə ünvanlayaraq 24 ay müddətinə “Cherokee Limited” minik markalı ** PT *** qeydiyyat nişanlı ban № 1J4PN5GK4BW564524 avtomobilin ona lizinqə verilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2022ci il tarixli 11 saylı daxili maliyyə lizinqi müqaviləsindən görünür ki, lizinq verən əvvəlcədən lizinq vermək məqsədilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya lizinq alan tərəfdən seçilmiş, lizinq verənlə satışı arasında bağlanan alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş 1 ədəd 2011-ci il buraxılışı olan “Jeep Cherokee Limited” minik markalı ** PT *** qeydiyyat nişanlı ban № 1J4PN5GK4BW564524 nəqliyyat vasitəsini lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi, lizinq alan isə müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 9.4-cü bəndinə əsasən lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 26568 manat təşkil edir. Bu ümumi məbləğdən 10256 manatı lizinq verənin mükafatını təşkil edir. Həmin müqavilənin 5.9-cu bəndindən görünür ki, maliyyə lizinqinin müddəti bitdikdən və müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirildikdən sonra, habelə lizinq obyekti lizinq alanın istifadəsində olduğu müddətdə lizinq obyekti ilə bağlı yaranmış bütün cərimələrin ödənilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi şərti ilə lizinq alanın və ya sublizinq əsasında lizinq obyektini istifadə edən şəxs lizinq obyektini öz mülkiyyətinə qəbul edə bilər. İş materiallarında olan təhvil-təslim aktından görünür ki, “Jeep Cherokee Limited” minik markalı ** PT *** qeydiyyat nişanlı ban № 1J4PN5GK4BW564524 nəqliyyat vasitəsi lizinq verən tərəfindən lizinq alana xx.xx.2022-ci il tarixdə verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, lizinq alan Cavabdeh xx.xx.2022ci il tarixdən xx.xx.2024-cü il tarixədək aylıq 1107 manat ödəniş olmaqla 26568 manat ödniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, lizinq alan Cavabdeh xx.xx.2022-ci il tarixdə 2214 manat, xx.xx.2022-ci il tarixdə 4000 manat, xx.xx.2023-cü il tarixdə 3749 manat, xx.xx.2024-cü il tarixdə 3475 manat, xx.xx.2024-cü il tarixdə 3475 manat olmaqla 16913 manat pul ödəmişdir. İş materiallarında olan iltizamdan görünür ki, Cavabdeh müqavilə üzrə onu sahiblik və istifadəsinə verilmiş nəqliyyat vasitəsinin istifadəsi ilə əlaqədar ödənişlərin edilməsində gecikmələrə yol verərsə qeyd edilən lizinq predmetini qeyd-şərtsiz və öz iradə ifadəsinə əsasən lizinq verənə təhvil verməyi və ya həmin lizinq predmetinin birtərəfli qaydada lizinq verən tərəfindən ondan geri tələb edilməsi və təhvil götürülməsini öhdəlik kimi qəbul edir. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən 77PT120 qeydiyyat nömrəli avtomobil üzrə xx.xx.2022-ci il tarixdə 1107 manat, xx.xx.2022-ci il tarixdə 5107 manat, xx.xx.2023-cü il tarixdə 3749 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 3548 manat, xx.xx.2024-cü il tarixdə 3475 manat, xx.xx.2024cü il tarixdə 3475 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.2-ci maddəsinə əsasən lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. Həmin Məcəllənin 747.3-cü maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq verənin lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə lizinq müqaviləsi bağlanmış, müaviləyə əsasən “Jeep Cherokee Limited” minik markalı ** PT *** qeydiyyat nişanlı ban № 1J4PN5GK4BW564524 nəqliyyat vasitəsi Cavabdeh həmin tarixdə sahiblik və istifadəsinə verilmişdir. Lizinq alan Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək aylıq 1107 manat ödəniş olmaqla lizinq mükafatı da daxil olmaqla 26568 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İddiaçı iddia tələbində cavabdehdən müqavilə üzrə əsas borc olaraq 8111 manatın, mükafat borcu olaraq 5839 manatın, cəmi 13950 manat lizinq borcunun tutulmasını xahiş etmişdir. Məhkəmə ilk öncə lizinq borcu ilə bağlı bildirir ki, tərəflər arasında bağlanmış lizinq müqaviəsinə əsasən lizinq alan lizinq verənə lizinq mükatafı da daxil olmaqla hissə-hissə olmaqla 26568 manat ödəniş etməli idi. İddiaçı cavabdeh tərəfindən borcdan 16913 manat ödənildiyini qeyd etsə də əsas borc olaraq 8111 manat, mükafat borcu olaraq 5839 manat olmaqla 13950 manat lizinq borcunun hardan yaranmasını əsaslandıra bilməmişdir. Bundan başqa məhkəmə bildirir ki, cavabdehin məhkəməyə təqdim etdiyi qəbzlərə əsasən cavabdeh iddiaçıya 22461 manat ödəniş etmiş, cavabdehin xx.xx.2023-cü il tarixdə ödədiyi 2000 manat, xx.xx.2024-cü il tarixdə ödədiyi 3548 manat iddiaçı tərəfindən borcdan silinməmişdir. İddiaçı cavabdehdən yalnız mükafat borcu və əsas borcu tələb etdiyindən həmin məbləğ də ümumikdə 26568 manat təşkil etdiyindən. cavabdeh isə 22461 manat ödəniş etdiyindən cavabdehin iddiaçıya yalnız 4107 manat borcu qalmışdır. Cavabdeh məhkəmə iclasında müqavilə üzrə nəzərdə tutulduğundan artıq məbləğdə, yəni 27800 manat iddiaçıya ödəniş etdiyini, hətta gecikməyə görə artıq ödəniş etdiyini, 5000 manatı isə əlbəəl iddiaçının rəhbərinə verdiyini, nəqliyyat vasitəsinin onun əlindən alındığını bildirsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, qeyd edilən 4107 manat məbləğdə borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidr. Bundan başqa iddiaçı iddia tələbində cavabdehdən lizinq predmeti olan əmlakın iddiaçıya qaytarılmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə bildirir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, həm müqavilə şərtindən, həm də MM-nin 748-1.12.4-cü maddəsinin məzmunundan aydın olur ki, lizinq alanın lizinq ödənişlərini icra etmədiyi halda, lizinq müqaviləsi lizinqalan tərəfindən vaxtından əvvəl, yəni öhdəliyin icra müddəti başa çatmadan ləğv edilərsə, lizinqverən müqavilənin ləğv edildiyi vaxtadək yaranmış borcu tələb etməklə yanaşı, eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququna malik olur. İddiaçı müqavilə müddətində lizinq müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, lizinq predmetinin qaytarılması ilə bağlı müraciət etməmiş, lizinq müddəti bitdikdən sonra məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki. iddia tələbi lizinq obyektinin geri qaytarılması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 132 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 61,07 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Məhdud Məsuliyyətli ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2022-cü il tarixli 11 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə yaranmış 4107 (dörd min yüz yeddi) manat borc, 61 (altmış bir) manat 07 (yeddi) qəpik dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-148/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-148/2025
28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver