Məhkəmə qərarları › İş №e-2-2(115)-1537/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1537/2023

23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1537/2023 23.10.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 1540 manat 87 qəpik, hesablanmış cəriməyə görə 275 manat 50 qəpik məbləğində pulun və ödənilmiş 60 manat mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT-Goranboy” filialı ilə Cavabdeh arasında bağlanmış 22 263 071 saylı 2022-ci il tarixli mövsümü üzrə xampambığın alqı-satqı müqaviləsinə əsəsən, cavabdehə 13,3 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 22828,34 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Cavabdeh təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Nəticədə cavabdeh tərəfindən 17753,07 kq, 14087,47 manat dəyərində xam-pambıq təhvil verilmişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur, bununla da iddiaçıdan təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişdir. Cavabdeh avans vəsaitlərin dəyərinə görə yaranmış borcundan 6700 manat vəsaiti (sonuncu ödəniş tarixi xx.xx.2023-cü il, 500 manat) iddiaçıya geri qaytarmışdır. Son nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 1540,87 manat əsas borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 29 sentyabr 2023-ci il tarixli e-2-2(115)-1537/2023 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 noyabr 2021ci il tarixli 2022-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 22263071 nömrəli müqavilədən görünür ki, 2022-ci il mövsümü üzrə xam-pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki xidmətlərin alıcı İddiaçı MMC tərəfindən satıcı Cavabdeh təqdim etməyi öhdəsinə götürmüş, satıcı tərəfindən istehsal olunmuş xam-pambıq həcminin bütünlüklə alıcıya təhvil verilib satılması və alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin satıcıya ödənilməsi müəyyən olunmuşdur. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən satıcı 13.30 ha torpaq sahasində pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlüklə mövcud standartlara və 27 avqust 2007-ci il tarixdə Kənd Təsərrtüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş "Xam-pambığın yığılması və tədarükünə dair təlimat"ın tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və alıcıda saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərlə alıcının mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin 15 noyabr 2022-ci il tarixindən gec olmayaraq təhvil verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 29 noyabr 2021-ci il tarixli 22263071 saylı “Qiymətlərin razılaşdırma protokolundan” görünür ki, satıcı və alıcı veriləcək malların və göstəriləcək iş və xidmətlərin qiymətini əvvəlcədən razılaşmışlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 32019863 nömrəli qaiməyə əsasən 72 manat, 32019881 nömrəli qaiməyə əsasən 90 manat, 32019847 nömrəli qaiməyə əsasən 52,44 manat, 32019826 nömrəli qaiməyə əsasən 83,60 manat, xx.xx.2022-ci il tarixli 32019991 nömrəli qaiməyə əsasən 1000 manat, xx.xx.2022-ci il tarixli 32020343 nömrəli qaiməyə əsasən 255 manat, 32020305 nömrəli qaiməyə əsasən 176 manat, xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 127,50 manat, xx.xx.2022-ci il tarixli 32020477 nömrəli qaiməyə əsasən 1640 manat, 32020480 nömrəli qaiməyə əsasən 560 manat, xx.xx.2022-ci il tarixli 32020940 nömrəli qaiməyə əsasən 10 manat, xx.xx.2022-ci il tarixli 32023430 nömrəli qaiməyə əsasən 280 manat, 32023418 nömrəli qaiməyə əsasən 1188 manat, xx.xx.2022-ci il tarixli 32023012 nömrəli qaiməyə əsasən 112 manat, xx.xx.2022-ci il tarixli 32019339 nömrəli qaiməyə əsasən 255 manat, xx.xx.2022-ci il tarixli 32021572 nömrəli qaiməyə əsasən 750 manat, xx.xx.2022-ci il tarixli 32022342 nömrəli qaiməyə əsasən 735 manat, 32022347 nömrəli qaiməyə əsasən 80 manat, 32022348 nömrəli qaiməyə əsasən 55 manat, xx.xx.2022-ci il tarixli 32022299 nömrəli qaiməyə əsasən 150 manat, 32022289 nömrəli qaiməyə əsasən 40 manat, 32022296 nömrəli qaiməyə əsasən 2 manat, xx.xx.2022-ci il tarixli 32022631 nömrəli qaiməyə əsasən 50 manat, 32022632 nömrəli qaiməyə əsasən 72 manat, xx.xx.2022-ci il tarixli 32022763 nömrəli qaiməyə əsasən 22 manat, xx.xx.2022-ci il tarixli 32018828 nömrəli qaiməyə əsasən 1785 manat dəyirində mallar İddiaçı MMC tərəfindən Cavabdeh təqdim edilmişdir. İş materiallarında olan 17 noyabr 2022-ci il tarixli 355675 nömrəli pambıq qəbulu qəbzinə əsasən 2282,64 manat, 355672 nömrəli qəbzə əsasən 2855,29 manat, 355674 nömrəli qəbzə əsasən 2867,84 manat, 355673 nömrəli qəbzə əsasən 1597,41 manat, 13 dekabr 2022-ci il tarixli 356615 nömrəli qəbzə əsasən 1618,82 manat, 356616 nömrəli qəbzə əsasən 2865,48 manat məbləğində pambıq Cavabdeh tərəfindən İddiaçı MMC-nə təhvil verilmişdir. İş materiallarında olan 10 avqust 2022-ci il tarixli 47007902 nömrəli akta əsasən 47,52 manat, 25 iyul 2022-ci il tarixli 47007193 nömrəli akta əsasən 49,44 manat, 14 iyul 2022-ci il tarixli 47006550 nömrəli akta əsasən 60,16 manat, 08 fevral 2022-ci il tarixli 47001500 nömrəli akta əsasən 129,60 manat, 09 fevral 2022-ci il tarixli 47001511 nömrəli akta əsasən 311,66 manat, 06 avqust 2022-ci il tarixli 47007752 nömrəli akta əsasən 197,68 manat, 24 aprel 2022-ci il tarixli 47003116 nömrəli akta əsasən 92,10 manat, 47003122 nömrəli akta əsasən 125,10 manat, 26 aprel 2022-ci il tarixli 47003161 nömrəli akta əsasən 29,85 manat, 04 may 2022-ci il tarixli 47003239 nömrəli akta əsasən 27,68 manat, 05 may 2022-ci il tarixli 47003259 nömrəli akta əsasən 112,64 manat, 06 may 2022-ci il tarixli 47003276 nömrəli akta əsasən 74,08 manat, 06 aprel 2022-ci il tarixli 47001958 nömrəli akta əsasən 107,28 manat, 11 aprel 2022-ci il tarixli 47002957 nömrəli akta əsasən 87,30 manat, 17 iyun 2022-ci il tarixli 47004893 nömrəli akta əsasən 226,56 manat, 12 iyun 2022-ci il tarixli 47004704 nömrəli akta əsasən 197,68 manat, 13 iyun 2022-ci il tarixli 47004707 nömrəli akta əsasən 133,28 manat, 13 may 2022-ci il tarixli 47003509 nömrəli akta əsasən 125,91 manat, 14 may 2022-ci il tarixli 47003450 nömrəli akta əsasən 82,80 manat, 17 oktyabr 2022-ci il tarixli 47008741 nömrəli akta əsasən 197,68 manat, 22 may 2022-ci il tarixli 47003825 nömrəli akta əsasən 12,80 manat, 30 may 2022-ci il tarixli 47003846 nömrəli akta əsasən 130,20 manat, 27 may 2022-ci il tarixli 47003868 nömrəli akta əsasən 130,20 manat dəyərində xidmətlər İddiaçı MMC tərəfindən Cavabdeh göstərilmişdir. İş materiallarında olan 10 may 2023-cü il tarixli REF/0890/23 saylı maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya müqavilə üzrə 2040,87 manat əsas borcu və 275,50 manat cərimə borcu vardır. İş materiallarında olan 23 dekabr 2022-ci il tarixli REF/42 saylı pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 noyabr 2021ci il tarixli 2022-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqaviləyə əsasən 2022-ci il mövsümü üzrə xam-pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki xidmətlərin alıcı İddiaçı MMC tərəfindən satıcı Cavabdeh təqdim etməyi öhdəsinə götürmüş, satıcı tərəfindən istehsal olunmuş xam-pambıq həcminin bütünlüklə alıcıya təhvil verilib satılması və alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin satıcıya ödənilməsi müəyyən olunmuşdur. İddiaçı MMC üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin Cavabdeh öz üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 1540,87 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor avanslar verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 275 manat 50 qəpik məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 1540,87 manat əsas borc, 50 manat cərimə olmaqla 1590,87 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Goranboy şəhəri 1 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin meiasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 60 manat məbləğində mediasiya xərcinin ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumunun müəyyən hissəsini ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 35 manat 91 qəpik məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29 noyabr 2021-ci il tarixli 2022-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 22263071 nömrəli müqavilə üzrə yaranmış 1540 manat 87 qəpik əsas borc, 50 manat cərimə borcu olmaqla, cəmi 1590 (bir min beş yüz doxsan) manat 87 (səksən yeddi) qəpik məbləğində pul, ödənilmiş 60 (altmış) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 35 (otuz beş) manat 91 (doxsan bir) qəpik məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar