Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1548/2024 20.11.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3542 (üç min beş yüz qırx iki) manat pulun, müqavilə əsasında vəkilə ödənilmiş 500 (beş yüz) manat pulun və dövlət büdcəsinə ödənilmiş 60,42 (altmış manat qırx iki qəpik) dövlət rüsumunun, ümumilikdə isə 4102,42 manat pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin aprel ayında Cavabdeh "xxxx" MMC-yə yaxınlaşaraq Gəncə şəhərində spirtli içkilər, enerji içkilərini satmaqla məşğul olduğunu bildirərək şirkətlə müqavilə bağlamaq istədiyini bildirmişdir. Bundan sonra Satıcı İddiaçı MMC ilə Cavabdeh arasında 11 Aprel 2022-ci il tarixli 78 nömrəli müqavilə bağlanmışdır. Müqavilə əsasında Cavabdeh mallar vermiş və 1 (bir) il müddətinə aldığı malların ödənişində heç bir problem yaranmamışdır. Satıcı İddiaçı MMC 2023-cü ilin may ayında Cavabdeh malları göndərmiş və alıcı Cavabdeh həmin malların pulunu bank yolu ilə nağdsız qaydada ödəyəcəyini bildirmişdir. Ödəniş edərkən aldığı malların dəyərini tam ödəməmişdir. Bundan sonra Satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh malların göndərilməsi dayandırılmışdır. Malların pulunun ödəniş edilməsi məqsədilə dəfələrlə əlaqə saxlanılmış və Cavabdeh malların pullarını ödəyəcəyini bildirmişdir. Lakin sonuncu ilə daha sonralar əlaqə saxlamaq mümkün olmamışdır. Həmin malların qalığı ilə bağlı Cavabdeh işçisi Elmir Abbasovla xx.xx.2023-cü il tarixdə 5182 manat qalıq borca görə üzləşmə aktı imzalanmışdır. Daha sonra həmin malların qalığı ilə bağlı Cavabdeh başqa işçisi Pərvin Allahverdiyevlə xx.xx.2023-cü il tarixdə 3542 manat qalıq borca görə üzləşmə aktı imzalanmışdır. Həmçinin alıcı Cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində verdiyi ifadədə öz borcunu yəni 3542 manatı etiraf etmişdir. Həmin etiraf xx.xx.2024-cü il tarixli Cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərardada öz əksini tapmışdır. Bundan sonra dəfələrlə cavabdehdən qalıq borcun ödənilməsi tələb edilməsinə baxmayaraq cavabdeh həmin pulu 3542 manatı İddiaçı MMC yə ödənmədiyinə görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, cavabdeh əvvəllər onlardan mal almış və vaxtı-vaxtında ödənişlərini etmişdir. Müqavilə üzrə ayrı-ayrı vaxtlarda cavabdehə mallar göndərilmiş və cavabdeh də həmin malları qəbul etmişdir. Həmin müqavilə üzrə borcunun bir hissəsini ödəsə də hal-hazıra 3542 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsində cavabdehin imzası olmamasının səbəbi cavabdehin müxtəlif bəhanələrlə şirkətə gəlməməsi olmuşdur. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alqı-satqı müqaviləsi, köçürmələr barədə arayış, qarşılıqlı üzləşdirmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 11 aprel 2022-ci il tarixli, 78 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh mal satılmışdır. Düzdür alğı-satqı müqaviləsində cavabdehin imzası olmasa belə iş materiallarında olan digər sübutlarla tərəflər arasında alğı-satqı müqaviləsinin olması öz təsdiqini tapır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş bank köçürmələri barədə sənəddən və qaimə-fakturadan görünür ki, həqiqətən cavabdehə mallar təhvil verilmişdir. Eyni zamanda iş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh öz izahatında iddiaçı ilə aralarında malların alğı-satqısı barədə münasibətlərin mövcud olduğunu və iddiaçıdan malları alaraq Gəncə şəhərində yerləşən müxtəlif marketlərə satdığını bildirmişdir. Şirkətə 3542 manat borcunun olması ilə bağlı bildirmişdir ki, iddiaçıdan aldığı malların istifadə müddəti bitdiyi üçün ona geri qaytarmaq istəmiş, lakin şirkətin nümayəndələri malları qəbul etməkdən imtina etmiş və malların dəyərini tələb etmişlər. Həmin 3542 manatlıq mal şirkət tərəfindən götürülmədiyindən anbarda qalmışdır. Cavabdehin polis şöbəsində verdiyi izahatı ilə, eyni zamanda bank köçürmələri barədə sənədlərlə təsdiq olunur ki, cavabdeh həqiqətən malları iddiaçıdan almış və öhdəliyini tam yerinə yetirməyərək aldığı malların dəyərini iddiaçıya ödəməmişdir. Tərəflər arasında olan razılaşmaya əsasən mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 3542 manat borcu yaranmışdır. Ona görə də həmin borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada bildirişlər göndərilmişdir. Lakin cavabdeh heç bir məhkəmə iclasında iştirak etməmiş və iddia tələbinə qarşı hər hansı etirazını məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən 60,42 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin hüquqi yardımla bağlı ödənilmiş 500 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə onu qeyd edir ki, tələb bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3542 manat pul, müqavilə əsasında vəkilə ödənilmiş 500 manat pul və dövlət büdcəsinə ödənilmiş 60,42 dövlət rüsumu olmaqla, ümumilikdə 4102,42 pul tutularaq İddiaçınə ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3542 manat pul, müqavilə əsasında vəkilə ödənilmiş 500 manat pul və dövlət büdcəsinə ödənilmiş 60,42 dövlət rüsumu olmaqla, ümumilikdə 4102,42 pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-1548/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1548/2024
20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver