Məhkəmə qərarları › İş №e-2-2(115)-1555/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1555/2023

14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1555/2023 14.12.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdedən 3387,97 manat məbləğində borcun və 60 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 05/20-47 saylı alğı-satqı müqaviləsinə əsasən Bərdə rayonu, Qaratəpə kəndi ərazisində 22,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 28635,89 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 32,00 manat məbləğində çöp doğrama, 684,00 manat məbləğində şum, 16,00 manat məbləğində tandem disk, 34,50 manat məbləğində rotor mala, 527,00 manat məbləğində mala, 70,00 manat məbləğində kanal çəkmə, 323,40 manat məbləğində çiyid səpini, 449,60 manat məbləğində kultivasiya, 136,00 manat məbləğində gübrə kultivasiya, 297,00 manat məbləğində rotasion kultivasiya, 247,00 manat məbləğində dərman səpini, 4650,00 manat məbləğində pambığın maşınla yığımı, 13860,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 6315,39 manat məbləğində gübrə və dərman, 994,00 manat məbləğində toxumluq çiyid, ümumilikdə, 28635,89 manat dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 36092,96 kq, 25247,91 manat məbləğində xam-pambıq təhvil vermiş, çəkilmiş xərcdən bu günədək iddiaçıya 3387,98 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia tələbini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 05/20-47 saylı alğı-satqı müqaviləsinə əsasən Bərdə rayonu, Qaratəpə kəndi ərazisində 22,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli təhvil-qəbul qəbzinə əsasən 960 manat, xx.xx.2021-ci il tarixli təhvil-qəbul qəbzinə əsasən 80 manat, xx.xx.2021-ci il tarixli təhvil-qəbul qəbzinə əsasən 137,97 manat, xx.xx.2021-ci il tarixli təhvil-qəbul qəbzinə əsasən 222,53 manat, xx.xx.2021-ci il tarixli təhvil-qəbul qəbzinə əsasən 30,66 manat, xx.xx.2021-ci il tarixli təhvil-qəbul qəbzinə əsasən 598,40 manat, xx.xx.2021-ci il tarixli təhvil-qəbul qəbzinə əsasən 34 manat, xx.xx.2021-ci il tarixli təhvil-qəbul qəbzinə əsasən 632 manat, xx.xx.2021-ci il tarixli təhvil-qəbul qəbzinə əsasən 306,6 manat, xx.xx.2021-ci il tarixli təhvil-qəbul qəbzinə əsasən 261,8 manat, xx.xx.2021-ci il tarixli təhvil-qəbul qəbzinə əsasən 632 manat, xx.xx.2021-ci il tarixli təhvil-qəbul qəbzinə əsasən 632 manat, xx.xx.2021-ci il tarixli təhvil-qəbul qəbzinə əsasən 390,50 manat, xx.xx.2021-ci il tarixli təhvil-qəbul qəbzinə əsasən 329,12 manat, xx.xx.2021-ci il tarixli təhvil-qəbul qəbzinə əsasən 261,80 manat, xx.xx.2021-ci il tarixli təhvil-qəbul qəbzinə əsasən 156,20 manat, xx.xx.2021-ci il tarixli təhvil-qəbul qəbzinə əsasən 106,67 manat, xx.xx.2021-ci il tarixli təhvil-qəbul qəbzinə əsasən 411,40 manat, xx.xx.2021-ci il tarixli tarixli təhvil-qəbul qəbzinə əsasən 33,66 manat, xx.xx.2021-ci il tarixli təhvil-qəbul qəbzinə əsasən 269,28 manat, xx.xx.2021-ci il tarixli təhvil-qəbul qəbzinə əsasən 673,30 manat məbləğində məhsul cavabdehə təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli akta əsasən 5 ha sahədə şum, xx.xx.2021-ci il tarixli akta əsasən 5 ha sahədə şum, xx.xx.2021-ci il tarixli akta əsasən 4 ha sahədə şum, xx.xx.2021-ci il tarixli akta əsasən 4 ha sahədə şum, xx.xx.2021-ci il tarixli akta əsasən 3 ha sahədə şum, xx.xx.2021-ci il tarixli akta əsasən 3 ha sahədə şum, xx.xx.2021-ci il tarixli akta əsasən 2 ha sahədə çöp qırma, xx.xx.2021-ci il tarixli akta əsasən 2 ha sahədə çöp qırma, xx.xx.2021-ci il tarixli akta əsasən 4 ha sahədə şum, xx.xx.2021-ci il tarixli akta əsasən 4 ha sahədə şum, xx.xx.2021-ci il tarixli akta əsasən 1 ha sahədə şum, xx.xx.2021-ci il tarixli akta əsasən 1 ha sahədə şum, xx.xx.2021-ci il tarixli akta əsasən 1 ha sahədə şum, xx.xx.2021-ci il tarixli akta əsasən 1 ha sahədə şum, xx.xx.2021-ci il tarixli akta əsasən 0.80 ha sahədə ağır disk, xx.xx.2021-ci il tarixli akta əsasən 0.80 ha sahədə ağır disk, xx.xx.2021-ci il tarixli akta əsasən 1 ha sahədə şum, xx.xx.2021-ci il tarixli akta əsasən 4 ha sahədə şum, xx.xx.2021-ci il tarixli akta əsasən 1.5 ha sahədə rotor mala, xx.xx.2021-ci il tarixli akta əsasən 1.5 ha sahədə rotor mala, xx.xx.2021-ci il tarixli akta əsasən 4 ha sahədə səpin, xx.xx.2021-ci il tarixli akta əsasən 14 ha sahədə mala, xx.xx.2021-ci il tarixli akta əsasən 14 ha sahədə mala, xx.xx.2021-ci il tarixli akta əsasən 4 ha sahədə səpin, xx.xx.2021-ci il tarixli akta əsasən 8.5 ha sahədə mala, xx.xx.2021-ci il tarixli akta əsasən 1.5 ha sahədə mala, xx.xx.2021-ci il tarixli akta əsasən 8.5 ha sahədə mala, xx.xx.2021-ci il tarixli akta əsasən 1.5 ha sahədə mala, xx.xx.2021-ci il tarixli akta əsasən 4 ha sahədə səpin, xx.xx.2021-ci il tarixli akta əsasən 4 ha sahədə səpin, xx.xx.2021-ci il tarixli akta əsasən 8 ha sahədə səpin, xx.xx.2021-ci il tarixli akta əsasən 8 ha sahədə səpin, xx.xx.2021-ci il tarixli akta əsasən 4 ha sahədə səpin, xx.xx.2021-ci il tarixli akta əsasən 4 ha sahədə səpin, xx.xx.2021-ci il tarixli akta əsasən 1.10 ha sahədə səpin, xx.xx.2021-ci il tarixli akta əsasən 1.10 ha sahədə səpin, xx.xx.2021-ci il tarixli akta əsasən 16 ha sahədə kultivasiya, xx.xx.2021-ci il tarixli akta əsasən 16 ha sahədə kultivasiya, xx.xx.2021-ci il tarixli akta əsasən 1 ha sahədə kutivasiya, xx.xx.2021-ci il tarixli akta əsasən 1 ha sahədə kultivasiya, xx.xx.2021-ci il tarixli akta əsasən 8 ha sahədə kultivasiya, xx.xx.2021-ci il tarixli akta əsasən 9 ha sahədə rotor kultivasiya, xx.xx.2021-ci il tarixli akta əsasən 1.10 ha sahədə kultivasiya, xx.xx.2021-ci il tarixli akta əsasən 2 ha sahədə səpin, xx.xx.2021-ci il tarixli akta əsasən 2 ha sahədə arx, xx.xx.2021-ci il tarixli akta əsasən 2 ha sahədə arx, xx.xx.2021-ci il tarixli akta əsasən 7.50 ha sahədə rotor kultivasiya, xx.xx.2021-ci il tarixli akta əsasən 2 ha sahədə arx çəkmə, xx.xx.2021-ci il tarixli akta əsasən 2 ha sahədə arx çəkmə, xx.xx.2021-ci il tarixli akta əsasən 3 ha sahədə arx doldurma, xx.xx.2021-ci il tarixli akta əsasən 3 ha sahədə arx doldurma, xx.xx.2021-ci il tarixli akta əsasən 12 ha sahədə dərmanlama, xx.xx.2021-ci il tarixli akta əsasən 6 ha sahədə dərmanlama, xx.xx.2021-ci il tarixli akta əsasən 1 ha sahədə dərmanlama, xx.xx.2021-ci il tarixli akta əsasən 6 ha sahədə pambıq yığımı, xx.xx.2021-ci il tarixli akta əsasən 6 ha sahədə pambıq yığımı, xx.xx.2021-ci il tarixli akta əsasən 6 ha sahədə pambıq yığımı, xx.xx.2021-ci il tarixli akta əsasən 1 ha sahədə pambıq yığımı, xx.xx.2021ci il tarixli akta əsasən 5 ha sahədə maşınla pambıq yığımı, xx.xx.2021-ci il tarixli akta əsasən 1 ha sahədə maşınla pambıq yığımı, xx.xx.2021-ci il tarixli akta əsasən 5 ha sahədə maşınla pambıq yığımı, xx.xx.2021-ci il tarixli akta əsasən 9 ha sahədə maşınla pambıq yığımı işləri görülmüşdür. xx.xx.2020-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu iş materiallarına əlavə edilmişdir. xx.xx.2021-ci il tarixli PAM00001777 nömrəli ödəniş tapşırığına əsasən 8800 manat, xx.xx.2021-ci il tarixli PAM00003777 nömrəli ödəniş tapşırığına əsasən 440 manat, xx.xx.2021-ci il tarixli PAM00005400 nömrəli ödəniş tapşırığına əsasən 2200 manat, xx.xx.2021-ci il tarixli PAM00007724 nömrəli ödəniş tapşırığına əsasən 1540 manat, xx.xx.2021-ci il tarixli PAM00013395 nömrəli ödəniş tapşırığına əsasən 440 manat, xx.xx.2021-ci il tarixli PAM00016438 nömrəli ödəniş tapşırığına əsasən 440 manat olmaqla, cəmi 13860 manat məbləğində avans ödənilmişdir. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixlui MŞG/MT007/2023-02726 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 60 manat mediasiya xərci ödənilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 05/20-47 saylı alğı-satqı müqaviləsinə əsasən Bərdə rayonu, Qaratəpə kəndi ərazisində 22,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən 28635,89 manat dəyərində işlər və xidmətlər görülmüş, avans verilmişdir. Cavabdeh isə bunun müqabilində 25247,91 manat məbləğində xam-pambıq təhvil vermişdir. Nəticədə 3387,98 manat məbləğində borcu qalmışdır. Cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun qaytarılması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3387,97(üç min üç yüz səksən yeddi manat doxsan yeddi qəpik) manat məbləğində borc və 60(altmış) manat mediasiya xərci tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217.1-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3387,97 (üç min üç yüz səksən yeddi manat doxsan yeddi qəpik) manat məbləğində borc və 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 53,88 (əlli üç manat səksən səkkiz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar