Məhkəmə qərarları › İş №e-2-2(115)-1583/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1583/2025

19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1583/2025 19.09.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X2 qızının katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 09 oktyabr 2017-ci il tarixli "1409-L/17" nömrəli müqavilənin ləğv edilməsi və Cavabdeh 29 mart 2018-ci il tarixli "391- L/18" nömrəli müqavilə üzrə 882 manat qalıq borc, 1 062 manat 09 qəpik cərimə borcu olmaqla, cəmi 1 944 manat 09 qəpik, 09 oktyabr 2017-ci il tarixli "1409-L/17" nömrəli müqavilə üzrə 28 820 manat qalıq borc, 6 046 manat 43 qəpik cərimə borcu olmaqla, cəmi 34 866 manat 43 qəpik və 11 avqust 2016-cı il tarixli "1888-GL/16" nömrəli müqavilə üzrə 840 manat qalıq borc, 1 029 manat cərimə borcu olmaqla, cəmi 1 869 manat pul vəsaitinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 29 mart 2018-ci il tarixli "391-L/18" nömrəli, 09 oktyabr 2017-ci il tarixli "1409- L/17" nömrəli və 11 avqust 2016-cı il tarixli "1888-GL/16" nömrəli müqavilələrə əsasən, borclu (lizinq alan) texnikanı ilkin ödəniş məbləği nəzərə alınmaqla qalıq məbləğini ödəniş qrafikinə uyğun ödəmək şərtilə lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2025- ci il tarixə 29 mart 2018-ci il tarixli"391-L/18" nömrəli müqavilə üzrə 882 manat qalıq borc, o cümlədən 882 manat gecikdirilmiş borc, 1 062 manat 09 qəpik cərimə borcu olmaqla, cəmi 1 944 manat 09 qəpik, 09 oktyabr 2017-ci il tarixli"1409-L/17" nömrəli müqavilə üzrə 28 820 manat qalıq borc, o cümlədən 17 325 manat gecikdirilmiş borc, 6 046 manat 43 qəpik cərimə borcu olmaqla, cəmi 34 866 manat 43 qəpik və 11 avqust 2016-cı il tarixli "1888-GL/16" nömrəli müqavilə üzrə 840 manat qalıq borc, o cümlədən 840 manat gecikdirilmiş borc, 1 029 manat cərimə borcu olmaqla, cəmi 1 869 manat maliyyə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə göndərərək, lizinq müqavilələri üzrə cavabdeh tərəfindən qalıq borcun ödənildiyini nəzərə alaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 09 oktyabr 2017-ci il tarixli "1409- L/17" nömrəli müqavilənin ləğv edilməsi və Cavabdeh 29 mart 2018-ci il tarixli "391-L/18" nömrəli müqavilə üzrə 1062 manat 09 qəpik, 09 oktyabr 2017-ci il tarixli "1409-L/17" nömrəli müqavilə üzrə 6 046 manat 43 qəpik və 11 avqust 2016-cı il tarixli "1888-GL/16" nömrəli müqavilə üzrə 1 029 manat cərimə borcunun iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 məhkəməyə elektron qaydada ərizə göndərərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, işə onların iştirakı olmadan baxılmasını və iddianı müdafiə etdiklərini bildirmişlər. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmənin hazırlıq iclaslarında iştirak etmiş və izahat verərək bildirmişdir ki, hər üç lizinq müqavilələri üzrə əsas borcu qəbul edir və həmin müqavilələr üzrə əsas borcları ödəmişdir. Cərimə borclarının azaldılmasına köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmənin baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən baxış iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış 11 avqust 2016-cı il tarixli "1888-GL/16" nömrəli lizinq müqaviləsindən görünür ki, lizinq verən ümumi məbləği 6450 manat olan və Əlavə № 1-də göstərilən (traktor- Belarus-892) kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan isə texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış 09 oktyabr 2017-ci il tarixli "1409- L/17" nömrəli lizinq müqaviləsindən görünür ki, lizinq verən ümumi məbləği 112600 manat olan və Əlavə № 1-də göstərilən (traktor-Landini Landforce DT125) kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan isə texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış 29 mart 2018-ci il tarixli "391-L/18" nömrəli lizinq müqaviləsindən görünür ki, lizinq verən ümumi məbləği 14720 manat olan və Əlavə № 1-də göstərilən(kotan 4 gövdəli-dönərli(iki yaruslu, iki təkərli PD4) kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan isə texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0.1 faizi həcmində cərimə tələb edə bilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2017-ci il tarixli təhvil aktlarından görünür ki, texnikalar ((kotan 4 gövdəli-dönərli(iki yaruslu, iki təkərli PD4, traktor-Belarus-892, traktor-Landini Landforce DT125) Cavabdeh saz vəziyyətdə təhvil verilmişdir. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, 11 avqust 2016-cı il tarixli "1888-GL/16" nömrəli lizinq müqaviləsi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-225/2022 saylı qətnaməsi ilə əsas borc üzrə təmin edilmiş 2800 manat ümumi borc məbləğinə daxil olmaqla cəmi borc 6450 manat təşkil edir. Həmin borcdan maliyyə arayışında qeyd edilmişdir ki, 5610 manat ödəniş edilmişdir. Odur ki, 11 avqust 2016-cı il tarixli "1888-GL/16" nömrəli lizinq müqaviləsi üzrə 840 manat ödənilməmiş əsas borc qalmışdır. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, 29 mart 2018-ci il tarixli "391- L/18" nömrəli lizinq müqaviləsi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-225/2022 saylı qətnaməsi ilə təmin edilmiş 2940 manat ümumi borc məbləğinə daxil olmaqla cəmi borc 14720 manat təşkil edir. Həmin borcdan maliyyə arayışında qeyd edilmişdir ki, 13838 manat ödəniş edilmişdir. Odur ki, 29 mart 2018-ci il tarixli "391-L/18" nömrəli lizinq müqaviləsi üzrə 882 manat ödənilməmiş əsas borc qalmışdır. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, 09 oktyabr 2017-ci il tarixli "1409- L/17" nömrəli lizinq müqaviləsi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022ci il tarixli e-2-2(115)-225/2022 saylı qətnaməsi ilə təmin edilmiş 4550 manat ümumi borc məbləğinə daxil olmaqla cəmi borc 112600 manat təşkil edir. Həmin borcdan maliyyə arayışında qeyd edilmişdir ki, 38740 manat ödəniş edilmiş, 45040 manat isə güzəşt edilmişdir. Odur ki, 09 oktyabr 2017-ci il tarixli "1409- L/17" nömrəli lizinq müqaviləsi üzrə 28820 manat ödənilməmiş əsas borc qalmışdır. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e- 2-2(115)-225/2022 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2018-ci il tarixli 391-L/18 nömrəli müqavilə üzrə hesablanmış 2940 manat əsas borc, 19 manat cərimə, xx.xx.2015-ci il tarixli 08-GL/15 nömrəli müqavilə üzrə hesablanmış 3371,27 manat əsas borc, 206 manat cərimə, xx.xx.2016-ci il tarixli 1888- GL/16 nömrəli müqavilə üzrə hesablanmış 2800 manat əsas borc, 56 manat cərimə, xx.xx.2017-ci il tarixli 1409-L/17 nömrəli müqavilə üzrə hesablanmış 4550 manat əsas borc, 88 manat cərimə, xx.xx.2017-ci il tarixli 1340-L/17 saylı müqavilə üzrə hesablanmış 1690 manat əsas borc, 102 manat cərimə, hüquqi yardımla bağlı ödənilmiş 350 manat pul olmaqla cəmi, 16172,27 manat pul tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qət edilmişdir. İş materiallarından olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 11 avqust 2016-cı il tarixli "1888-GL/16" nömrəli müqavilə üzrə 840 manat qalıq borc, o cümlədən 840 manat gecikdirilmiş borc, 1 029 manat cərimə borcu olmaqla, cəmi 1869 manat borcunun olduğu göstərilmişdir. Arayışda qeyd olunmuşdur ki, həmin borca Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-225/2022 saylı qətnaməsindən ödənilmiş 2800 manat əsas borc məbləği daxil olmaqla nəzərə alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, 09 oktyabr 2017-ci il tarixli "1409-L/17" nömrəli müqavilə üzrə 28 820 manat qalıq borc, o cümlədən 17 325 manat gecikdirilmiş borc, 6 046 manat 43 qəpik cərimə borcu olmaqla, cəmi 34 866 manat 43 qəpik borcunun olduğu göstərilmişdir. Arayışda qeyd olunmuşdur ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-225/2022 saylı qətnaməsindən ödənilmiş 4550 manat əsas borc məbləği daxil olmaqla nəzərə alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, 29 mart 2018-ci il tarixli "391-L/18" nömrəli müqavilə üzrə 882 manat qalıq borc, o cümlədən 882 manat gecikdirilmiş borc, 1 062 manat 09 qəpik cərimə borcu olmaqla, cəmi 1 944 manat 09 qəpik borcunun olduğu göstərilmişdir. Arayışda qeyd olunmuşdur ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-225/2022 saylı qətnaməsindən ödənilmiş 2940 manat əsas borc məbləği daxil olmaqla nəzərə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli 3-22- 2/2-1298/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, 2025-ci il 26 may tarixli maliyyə arayışlarında iddia olunan öhdəliklər Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 12 aprel tarixli e-2-2(115)-225/2022 nömrəli qətnaməsində qət edilən gecikdirilmiş əsas borcun hesablandığı dövrdən sonrakı rübləri və müvafiq olaraq hesablanmış cərimə məbləğlərini əhatə edir. İş materiallarında olan iddiaçı tərəfindən göndərilmiş iddia tələbininin dəqiqləşdirilməsi barədə ərizədən də görünür ki, 11 avqust 2016-cı il tarixli "1888-GL/16" nömrəli, 09 oktyabr 2017-ci il tarixli "1409-L/17" nömrəli və 29 mart 2018-ci il tarixli"391- L/18" nömrəli müqavilələr üzrə əsas borc məbləğləri ödənilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Həmin Fərmanın 2.2-ci bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 747-5.2-ci maddəsinə əsasən, lizinqlə əlaqədar bağlanılan alqısatqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Mülki Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh lizinq müqaviləsi üzrə iddiaçıdan lizinq obyektlərini təhvil almış, lizinq müqaviləsi üzrə ödənişlərin vaxtında və tam həcmdə ödənilməsini təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin lizinq müqavilələri üzrə əsas borc məbləğləri ödənilsə də, cərimə borcları ödənilməmiş, cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra olunmamışdır. Həmçinin, hazırkı iddia tələbi üzrə olan borc Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-225/2022 saylı qətnaməsi ilə təmin edilmiş sonrakı dövr üçün mövcud olan borcdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1409-L/17 nömrəli lizinq müqaviləsi ləğv edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1409-L/17 nömrəli lizinq müqaviləsi üzrə 300 manat, xx.xx.2016-cı il tarixli 1888-GL/16 nömrəli lizinq müqaviləsi üzrə 20 manat və xx.xx.2018-ci il tarixli 391- L/18 nömrəli lizinq müqaviləsi üzrə 30 manat cərimə borcu olmaqla, cəmi 350 manat məbləğində cərimə borcu Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli 1409-L/17 nömrəli lizinq müqaviləsi üzrə 300 manat, xx.xx.2016-cı il tarixli 1888-GL/16 nömrəli lizinq müqaviləsi üzrə 20 manat və xx.xx.2018- ci il tarixli 391-L/18 nömrəli lizinq müqaviləsi üzrə 30 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. İddiaçı dövlət orqanı olaraq dövlət rüsumu ödəməkdən azad edildiyinə görə ödənilməli olan 30 məbləğində dövlət rüsumu Cavabdeh dövlət gəlirlərinə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1409-L/17 nömrəli lizinq müqaviləsi ləğv edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1409-L/17 nömrəli lizinq müqaviləsi üzrə 300 manat, xx.xx.2016-cı il tarixli 1888- GL/16 nömrəli lizinq müqaviləsi üzrə 20 manat və xx.xx.2018- ci il tarixli 391-L/18 nömrəli lizinq müqaviləsi üzrə 30 manat cərimə borcu olmaqla, cəmi 350 manat məbləğində cərimə borcu Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar