Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-159/2025 13.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə4, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair ilk iddiası, iddiaçı Cavabdeh İddiaçınə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 yanvar 2024-cü il tarixli B/30 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış və ödənilməmiş 56997,58 manat əsas borc, 17160 manat cərimə borcu, ödənilmiş 312 manat dövlət rüsumu, hüquqi yardım göstərilməsinə dair 1531 saylı müqaviləyə əsasən ödənilmiş 1500 manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 75969,58 manatın Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 05 yanvar 2024-cü il tarixli B/30 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq, satıcı İddiaçı alıcı Cavabdeh MMC sifarişi əsasında müxtəlif adlarda avtomobil şinlərinin müqavilənin qiymət razılaşması protokoluna uyğun olaraq satılmasını öhdəsinə götürmüşdür. Ümumulikdə ƏDV daxil olmaqla 321375,65 manat dəyərindən mallar alıcıya satılmışdır. Satılmış malların keyfiyyəti və kəmiyyəti barədə alıcıdan heç bir pretenziya daxil olmamışdır. 24 sentyabr 2024-cü il tarixə cavabdehin 56997,58 manat borcu qalmaqdadır. Tərəflər arasında təsdiq edilmiş 27 iyul 2024-cü il tarixli üzləşmə aktına əsasən borc məbləği təsdiq olunmuşdur. Borcun ödənilməsinə dair 09 oktyabr 2024-cü il tarixdə poçt xidməti vasitəsi ilə pretenziya məktubu göndərilməsinə və cavabdeh tərəfindən 14 oktyabr 2024-cü il tarixdə alınmasına baxmayaraq, qeyd olunan borc məbləği ödənilməşmidir. Cavabdeh MMC 03 dekabr 2024-cü il tarixdə İddiaçınə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsini, 05 yanvar 2024-cü il tarixli B/30 nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılmasını, tərəflər arasında bağlanmış 04 yanvar 2023-cü il tarixli B/28 nömrəli müqavilə üzrə İddiaçı ödəmədiyi 45603 manat borcun, vurduğu zərərə görə 9200,60 manatın və ödənilmiş 254,41 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli qərardadları ilə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçınə qarşı verilmiş qarşılıqlı iddianın tərəflər arasında bağlanmış 04 yanvar 2023-cü il tarixli B/28 nömrəli müqavilə üzrə İddiaçıin ödəmədiyi 45603 manat borcun, vurduğu zərərə görə 9200,60 manatın tutulması hissəsinin hazırkı iş üzrə məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçınə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair hissədə isə qarşılıqlı iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması qərara alınmışdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə onlar arasında 05 yanvar 2024-cü il tarixli B/30 nömrəli alqı-satqı müqaviləsi bağlanmamışdır. Həmin müqavilə onun tərəfindən imzalanmamışdır və bu müqavilədən xəbəri yoxdur. Eyni zamanda müqavilə Cavabdeh MMC tərəfindən bağlansaydı, onda Cəmiyyətin direktoru Nümayəndə3 tərəfindən möhürlə təsdiqlənərdi. Həmçinin İddiaçı ilə onun arasında 27 iyul 2024-cü il tarixli üzləşmə aktı tərtib olunmamış, Cəmiyyətin direktoru tərəfindən imzalanmamış və möhürlə təsdiqlənməmişdir. Qiymətlərin razılaşdırma protokollarında onun soyadının qarşısında olan biri-birindən fərqli imzalar da Cəmiyyətin direktoruna məxsus deyildir və möhürlə təsdiq olunmamışdır. Ona görə də 05 yanvar 2024-cü il tarixli B/30 nömrəli alqı-satqı müqaviləsi etibarsız sayılmalıdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə4 iddia tələbinə uyğun izahat verib, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbinə uyğun izahat verib bildirdi ki, Mülki Məcəlləyə əsasən alqı-satqı müqaviləsinin ancaq yazılı qaydada bağlanılması nəzərdə tutulmamışdır. Tərəflər arasında 20 ildən çox əməkdaşlıq olmuş, mübahisə edilən müqavilə üzrə Cavabdeh MMC-yə ******* manatdan çox mal satılmışdır, həmin malın dəyərinin 95 faizi Cəmiyyət tərəfindən ödənilmişdir. Ekspert sənədlərin Cəmiyyətin direktoru tərəfindən imzalanmadığını qeyd etmişdir. Lakin tərəflər arasında müqavilə mövcud olmasaydı və Cəmiyyətə mal verilməsəydi qarşı tərəf bu qədər ödənişi Şirkətə etməzdi. Sifariş edilən bütün mallar onlar tərəfindən Cəmiyyətə təhvil verilmiş, lakin malları təhvil alan şəxslər başqa adamlar olduğu üçün imzalar fərqlidir. Müqavilədəki imzanın Cəmiyyətin direktoruna məxsus olub-olmadığı təkərlərin ona təhvil verilməsini istisna etmir. Cəmiyyətə maliyyə arayışında göstərilən məbləğdə mal satılmışdır. Cəmiyyət öz hərəkləri ilə müqaviləni təsdiq etdiyi üçün onu mübahisələndirmək hüququnu itirmişdir. Cəmiyyət ödənişlərini qaimələr əsasında etmişdir. Əvvəlki illərə münasibətdə sənədlərdən görünür ki, onlarda da Cəmiyyətin möhürü yoxdur, ancaq oradakı imzalar hazırkı sənədlərdə olan imzalarla eynidir. Lakin köhnə sənədlər üzrə Cəmiyyətin Şirkətə borcu qalmamışdır. Ona görə də ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 qarşılıqlı iddia tələbinə uyğun izahat verib bildirdi ki, Cəmiyyətin direktoru Nümayəndə3 05 yanvar 2024-cü il tarixli B/30 nömrəli alqı-satqı müqaviləsindən xəbəri yoxdur, o İddiaçı ilə müqavilə bağlamamışdır. Cəmiyyətin direktoru Nümayəndə3 bildirmişdir ki, İddiaçındən nə mal almışdırsa onun ödənişlərini etmişdir, lakin hazırda ondan onun almadığı malların pulu tələb edilir. Əslində pulu tələb edilən mallar Cəmiyyətə verilməmişdir. İlk iddiaçının təqdim etdiyi alqı-satqı müqaviləsindəki, qiymət razılaşdırma protokollarındakı, qaimələrdəki təhvil aldı qrafasındakı və üzləşdirmə aktındakı imzalar Cəmiyyətin direktoru Nümayəndə3 məxsus deyildir. Malların qəbulu və ödənişlər ancaq elektron qaimələrə uyğun edilmişdir. Tərəflər arasında 2023-cü ilə kimi müqavilə münasibətləri olmuşdur, hətta 2023-cü ildə hesablaşmalar aparılmışdır. 01 fevral 2024-cü ildə akt tərtib edilmiş, 45603 manat Şirkətin Cəmiyyətə ödənilməmiş pul məbləği olmuşdur. Şirkət həmin ödənişin qısa müddət ərzində ödənilməsini öhdəsinə götürmüş, buna görə də Cəmiyyəti növbəti il üzrə müqaviləni Şirkətlə bağlamamışdır. Lakin ödənişin ediləcəyi söz verildiyinə görə şifahi qaydada tərəflər arasında alqı-satqı olmuşdur və həmin müddət ərzində nə mal alınmışdırsa Cəmiyyət tərəfindən onun ödənişi edilmişdir. Buna görə də ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh MMC-nin direktoru Nümayəndə3 qarşılıqlı iddia tələbinə uyğun izahat verib bildirdi ki, İddiaçındən mal almış, aldığı malların da pulunu ödəmişdir. Həmin ödənişləri köçürmə ilə etmişdir. İş materillarında olan müqavilədəki, qiymət razılaşdırma protokollarındakı, təhviltəslim aktlarındakı imzalar ona məxsus deyildir. Onun işçiləri malları təhvil ala bilməzdilər. Ona elektron qaimələr göndərilməmişdir. Şirkətdən 05 yanvar 2024-cü il tarixdən əvvəl də, sonra da mal almışdır. 7 ədəd qaimə ona məxsus deyildir, elektron qaimələrin onun tərəfindən təsdiq edilənlərinin ödənişlərini etmişdir. Ona şifahi qaydada demişlər, o da borcunu ödəmişdir. Biri-birilərinə inam olmuş, ona görə də sənədə önəm verməmişlər. Onun Şirkətdən 45603 manat alacağı vardır, həmin pulu verməməkdən ötrü ona qarşı iddia qaldırılmışdır. Bank vasitəsi ilə edilən ödənişlər Cəmiyyət tərəfindən edilmişdir. Bank hesabının üzərində ondan başqa heç kəs sərəncam verə bilməzdi. Buna görə də ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İlk iddia və qarşılıqlı iddia tələblərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, 15 ildir İddiaçındə işləyir. Şirkət uzun müddət Cavabdeh MMC ilə işləmişdir. Əvəllər Nizami müəllim malları nağd almışdır, sonradan isə topdan satmaq üçün onunla müqavilə bağlamışlar. Müqaviləyə əsasən ödəniş 1 aya edilməli idi, lakin daha uzun müddət keçəndə arada belə narazılıqlar yaranmışdır. Təxminən 2024-cü ilin iyununadək Cəmiyyətə mal verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 2013-cü ildən İddiaçındə sürücü işləyir, davamlı olaraq Gəncə şəhərinə mal gətirmişdir. Cavabdeh MMC-nin direktoru Nizami müəllimin özünü tanıyır və Gəncəyə ona mal gətirmişdir. Az sayda verilən malları Bakıdan göndərəndə Nizami müəllimin dediyi adama vermişlər. Çalışdığı 13 illik müddətdə demək olar ki, həmişə bu qaydada mal göndərmişlər. Bu günədək Nizami müəllim tərəfindən göndərilən malların çatışmamazlığı barədə məlumat daxil olmamışdır. Malları Nizami müəllim olmadan onun işçilərinə də təhvil vermişdir. Nizami müəllimin işçisi gəlib malları təhvil almış və mallar anbara yığılmışdır. Nə qədər malın sifariş olunması barədə məlumatı olmamış, sadəcə olaraq daşımanı həyata keçirmişdir. Malların pullarının ödənilibödənilməməsi barədə də heç bir məlumatı olmamışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC-nin direktoru Nümayəndə3 arasında bağlanmış 05 yanvar 2024-cü il tarixli B/30 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müəyyən olunmuş şərtlərlə müxtəlif çeşidli təkərləri və akkumulyatorları alıcıya satmağı, alıcı isə müqavilədə müəyyən olunmuş şərtlər daxilində malın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 05 yanvar 2024-cü il tarixli, 07 yanvar 2024-cü il tarixli, 09 yanvar 2024-cü il tarixli, 15 yanvar 2024-cü il tarixli, 17 yanvar 2024-cü il tarixli, 22 yanvar 2024-cü il tarixli, 23 yanvar 2024-cü il tarixli, 09 fevral 2024-cü il tarixli, 13 fevral 2024-cü il tarixli, 23 fevral 2024-cü il tarixli, 29 fevral 2024-cü il tarixli, 04 mart 2024-cü il tarixli, 05 mart 2024-cü il tarixli, 06 mart 2024-cü il tarixli, 11 mart 2024-cü il tarixli, 15 mart 2024-cü il tarixli, 18 mart 2024-cü il tarixli, 25 mart 2024-cü il tarixli, 26 mart 2024-cü il tarixli, 29 mart 2024-cü il tarixli, 01 aprel 2024-cü il tarixli, 02 aprel 2024-cü il tarixli, 05 aprel 2024-cü il tarixli, 08 aprel 2024cü il tarixli, 09 aprel 2024-cü il tarixli, 25 aprel 2024-cü il tarixli, 27 aprel 2024-cü il tarixli, 01 may 2024-cü il tarixli, 15 may 2024-cü il tarixli, 22 may 2024-cü il tarixli, 23 may 2024-cü il tarixli, 27 may 2024-cü il tarixli, 07 iyun 2024-cü il tarixli və 10 iyun 2024-cü il tarixli qiymətlərin razılaşdırma protokollarından görünür ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən malın adı, ölçü vahidi və qiyməti razılaşdırılmışdır. İş materiallarında olan elektron qaimələrdən görünür ki, xx.xx.2024-cü il tarixli qaimə üzrə 15602,8994 manat və 26911,6473 manat, xx.xx.2024-cü il tarixli qaimə üzrə 348,5 manat və 751,9998 manat, xx.xx.2024-cü il tarixli qaimə üzrə 30876,3443 manat, xx.xx.2024cü il tarixli qaimə üzrə 14318,899 manat, xx.xx.2024-cü il tarixli qaimə üzrə 5052,0001 manat məbləğində elektron qaimələr İddiaçı tərəfindən "xxxx" MMC-yə göndərilmiş və elektron qaimələr təsdiq edilmişdir. İş materiallarında olan müştəri sifarişi haqqında 05 yanvar 2024-cü il tarixli qaiməyə əsasən 134 ədəd, 07 yanvar 2024-cü il tarixli qaiməyə əsasən 4 ədəd, 15 yanvar 2024-cü il tarixli qaiməyə əsasən 8 ədəd, 16 yanvar 2024-cü il tarixli qaiməyə əsasən 24 ədəd, 20 yanvar 2024-cü il tarixli qaiməyə əsasən 4 ədəd, 23 yanvar 2024-cü il tarixli qaiməyə əsasən 4 ədəd, 08 fevral 2024-cü il tarixli qaiməyə əsasən 214 ədəd, 13 fevral 2024-cü il tarixli qaiməyə əsasən 2 ədəd, 22 fevral 2024-cü il tarixli qaiməyə əsasən 100 ədəd, 96 ədəd, 204 ədəd, 28 fevral 2024-cü il tarixli qaiməyə əsasən 121 ədəd, 04 mart 2024-cü il tarixli qaiməyə əsasən 4 ədəd, 05 mart 2024-cü il tarixli qaiməyə əsasən 256 ədəd, 11 mart 2024-cü il tarixli qaiməyə əsasən 4 ədəd, 14 mart 2024-cü il tarixli qaiməyə əsasən 4 ədəd, 16 mart 2024-cü il tarixli qaiməyə əsasən 111 ədəd, 25 mart 2024-cü il tarixli qaiməyə əsasən 202 ədəd, 02 aprel 2024-cü il tarixli qaiməyə əsasən 4 ədəd və 03 aprel 2024-cü il tarixli qaiməyə əsasən 46 ədəd müxtəlif adlı mallar İddiaçı tərəfindən Cavabdehnə təhvil verildiyi qeyd edilmişdir. İş materiallarında olan bank vasitəsilə köçürmə qəbzlərindən görünür ki, “NİZAMİ-H" MMC tərəfindən İddiaçı hesabına xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli EBDW 736859 nömrəli qaimə üzrə 277,97 manat, xx.xx.2024-cü il tarixli EBDW nömrəli qaimə üzrə 11059,32 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli EBDW 741160 nömrəli qaimə üzrə 6525,43 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli EBDW 741160 nömrəli qaimə üzrə 1016,95 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli EBDW 741160 nömrəli qaimə üzrə 2542,37 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli EBDW 741160 nömrəli qaimə üzrə 2542,37 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli EBDX 513857 nömrəli qaimə üzrə 861,53 manat, xx.xx.2024-cü il tarixli EBDY 470054 nömrəli qaimə üzrə 27358,39 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli EBDX 741160,797416 nömrəli qaimə üzrə 10189 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli EBDW 736859, EBDZ 394570 nömrəli qaimə üzrə 8406,11 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli EBDY 716811, EBDZ 394892, 394396 nömrəli qaimə üzrə 24626,10 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli EBDX 074132, 226792, 517551 nömrəli qaimə üzrə 3974,57 manat, xx.xx.2024-cü il tarixli EBDZ 912919 nömrəli qaimə üzrə 1326,27 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli EBEA 004409 nömrəli qaimə üzrə 6491,53 manat, xx.xx.2024-cü il tarixli EBDZ 912919 nömrəli qaimə üzrə 486,95 manat, xx.xx.2024-cü il tarixli EBDZ 694730 nömrəli qaimə üzrə 6038,13 manat, xx.xx.2024-cü il tarixli EBEA 004409 nömrəli qaimə üzrə 6228,81 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli EBEA 079600 nömrəli qaimə üzrə 17450,51 manat, xx.xx.2024-cü il tarixli EBEA 004409 nömrəli qaimə üzrə 346,10 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli EBEA 782888 nömrəli qaimə üzrə 9240,80 manat, xx.xx.2024cü il tarixli EBEA 079600 nömrəli qaimə üzrə 8474,83 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli EBEA 265217, MT**********22 nömrəli qaimə üzrə 11470.87 manat, xx.xx.2024-cü il tarixli MT **********74 nömrəli qaimə üzrə 44,75 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli MT **********05 nömrəli qaimə üzrə 3826,08 manat, xx.xx.2024cü il tarixdə xx.xx.2024-cü il tarixli MT **********16 nömrəli qaimə üzrə 4150 manat, xx.xx.2024-cü il tarixli MT**********95 nömrəli qaimə üzrə 429,32 manat, xx.xx.2024-cü il tarixli MT **********05 nömrəli qaimə üzrə 12067,58 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli MT **********54, MT**********26 nömrəli qaimə üzrə 652,20 manat. xx.xx.2024-cü il tarixli MT**********16 nömrəli qaimə üzrə 1628,98 manat, xx.xx.2024-cü il tarixli MT**********05 nömrəli qaimə üzrə 907,62 manat, xx.xx.2024-cü il tarixli MT**********53 nömrəli qaimə üzrə 504,24 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli MT **********86 nömrəli qaimə üzrə 518,64 manat, xx.xx.2024-cü il tarixli MT **********55, 11076352 nömrəli qaimə üzrə 932,62 manat, xx.xx.2024-cü il tarixli MT **********92 nömrəli qaimə üzrə 22806,48 manat, xx.xx.2024-cü il tarixli MT **********54 nömrəli qaimə üzrə 1652,54 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli MT **********54 nömrəli qaimə üzrə 1694,92 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli MT **********54 nömrəli qaimə üzrə 1067,80 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli MT **********54 nömrəli qaimə üzrə 847,46 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli MT **********754 nömrəli qaimə üzrə 1949,15 manat pul köçürülmüşdür. İş materiallarında olan 27 iyul 2024-cü il tarixli üzləşmə aktından görünür ki, "xxxx" MMC-nin direktoru İddiaçınə müqavilə üzrə 59499,32 manat məbləğində borcunun olması ilə bağlı üzləşmə aktına imza çəkmişdir. İş materiallarında olan 07 oktyabr 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdehnə İddiaçınə müqavilə üzrə borclu olduğu 57239,32 manatın və ona hesablanmış 17160 manat penyanın 5 təqvim günü ərzində ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2025-ci il tarixli 4/189 nömrəli ekspert rəyindən görünür ki:
1. Ekspertizaya təqdim edilmiş İddiaçı ilə "xxxx" MMC-nin direktoru Nümayəndə3 arasında bağlanmış 05 yanvar 2024-cü il tarixli B/30 nömrəli Alqı-satqı müqaviləsində “ALİCİ” hissəsində “Nümayəndə3” qrafasındakı imza; 05 yanvar 2024-cü il tarixli (əlavə 024031), 07 yanvar 2024-cü il tarixli (əlavə 024087), 09 yanvar 2024-cü il tarixli (əlavə 023071), 09 yanvar 2024-cü il tarixli (əlavə 024043), 15 yanvar 2024-cü il tarixli (əlavə 024383), 17 yanvar 2024-cü il tarixli (əlavə 024497), 22 yanvar 2024-cü il tarixli (əlavə 024625), 23 yanvar 2024-cü il tarixli (əlavə 024718), 09 fevral 2024-cü il tarixli (əlavə 025295), 13 fevral 2024-cü il tarixli (əlavə 025444), 23 fevral 2024-cü il tarixli (əlavə 025745), 23 fevral 2024-cü il tarixli (əlavə 025748), 23 fevral 2024-cü il tarixli (əlavə 025749) və 29 fevral 2024-cü il tarixli (əlavə 025979) qiymətlərin razılaşdırma protokollarında “Direktor vəzifəsini icra edən şəxs Nümayəndə3” qrafasındakı imzalar; 05 yanvar 2024-cü il tarixli 024043 nömrəli, 07 yanvar 2024-cü il tarixli 024087 nömrəli, 15 yanvar 2024-cü il tarixli 024383 nömrəli, 16 yanvar 2024-cü il tarixli 024497 nömrəli, 20 yanvar 2024-cü il tarixli 024625 nömrəli, 23 yanvar 2024-cü il tarixli 024718 nömrəli, 08 fevral 2024-cü il tarixli 025295 nömrəli, 13 fevral 2024-cü il tarixli 025444 nömrəli, 22 fevral 2024-cü il tarixli 025745 nömrəli, 22 fevral 2024-cü il tarixli 025748 nömrəli, 22 fevral 2024-cü il tarixli 025749 nömrəli, 28 fevral 2024-cü il tarixli 025979 nömrəli, 04 mart 2024-cü il tarixli 026114 nömrəli, 05 mart 2024-cü il tarixli 026175 nömrəli, 11 mart 2024-cü il tarixli 026305 nömrəli, 16 mart 2024-cü il tarixli 026539 nömrəli, 25 mart 2024-cü il tarixli 026675 nömrəli, 25 mart 2024-cü il tarixli 026712 nömrəli, 02 aprel 2024-cü il tarixli 026962 nömrəli və 03 aprel 2024cü il tarixli 027061 nömrəli müştəri sifarişi haqqında qaimələrdə “Təhvil aldı” qrafalarındakı imzalar - Nümayəndə3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur;
2. Ekspertizaya təqdim edilmiş 04 mart 2024-cü il tarixli (əlavə 026114), 05 mart 2024cü il tarixli (əlavə 026161), 06 mart 2024-cü il tarixli (əlavə 026175), 11 mart 2024-cü il tarixli (əlavə 026305), 15 mart 2024-cü il tarixli (əlavə 026478), 18 mart 2024-cü il tarixli (əlavə 026539), 25 mart 2024-cü il tarixli (əlavə 026675), 25 mart 2024-cü il tarixli (əlavə 026707), 26 mart 2024-cü il tarixli (əlavə 026712), 29 mart 2024-cü il tarixli (əlavə 026767), 01 aprel 2024-cü il tarixli (əlavə 026922), 02 aprel 2024-cü il tarixli (əlavə 026962), 05 aprel 2024-cü il tarixli (əlavə 027061), 08 aprel 2024-cü il tarixli (əlavə 027240), 09 aprel 2024-cü il tarixli (əlavə 027312), 25 aprel 2024-cü il tarixli (əlavə 027809), 27 aprel 2024-cü il tarixli (əlavə 027900), 01 may 2024-cü il tarixli (əlavə 027228), 15 may 2024-cü il tarixli (əlavə 028504), 15 may 2024-cü il tarixli (əlavə 028505), 22 may 2024-cü il tarixli (əlavə 028774), 23 may 2024-cü il tarixli (əlavə 028842), 27 may 2024-cü il tarixli (əlavə 028809), 07 iyun 2024-cü il tarixli (əlavə 9003155) və 10 iyun 2024-cü il tarixli (əlavə ********) qiymətlərin razılaşdırma protokollarında “Direktor vəzifəsini icra edən şəxs Nümayəndə3” qrafasındakı imzaların və 27 iyul 2024-cü il tarixli üzləşmə aktındakı “Nizami-H MMC Direktor:” qrafasındakı imzanın - Nümayəndə3 tərəfindən icra olunub-olunmamasının tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən edilməsi mümkün olmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, ilk iddia üzrə İddiaçı “NİZAMİ-H" MMC ilə alqı-satqı müqaviləsi bağladığını, müqavilə üzrə ona mal satdığını, alıcı malı qəbul etsə də aldığı malın pulunu tam ödəmədiyini bildirmişdir. Cavabdeh isə iddiaçı ilə yazılı müqavilə bağlamadığını, ondan mal aldığını, lakin aldığı malın pulunu ödədiyini bildirmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 05 yanvar 2024-cü il tarixli B/30 nömrəli alqı-satqı müqaviləsində, qiymətlərin razılaşdırma protokollarında, müştəri sifarişi haqqında qaimələrdə və üzləşmə aktındakı imzaların “NİZAMİ-H" MMC-nin səlahiyyətli şəxsi tərəfindən icra olunub-olunmaması ilə bağlı məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2025-ci il tarixli 4/189 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş müqavilədə, on üç ədəd qiymətlərin razılaşması protokolunda, mal satışına dair qaimələrdə olan imzalar Nümayəndə3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur, 25 ədəd qiymətlərin razılaşması protokolunda, üzləşmə aktında olan imzaların Nümayəndə3 tərəfindən icra olunub-olunmaması müəyyən edilməmişdir. İddiaçı “NİZAMİ-H" MMC ilə aralarında yazılı alqı-satqı müqaviləsi üzrə münasibətlərin yarandığını bildirsə də, tərəflər arasında yazılı qaydada alqı-satqı müqaviləsinin bağlanması müəyyən edilmir. Lakin İddiaçı tərəfindən “NİZAMİ-H" MMC-yə göndərilmiş elektron qaimələr, həmin qaimələr üzrə müəyyən ödənişlərin edilməsi, habelə məhkəməyə təqdim edilməyən və ödənişlər edilmiş qaimələr onu deməyə əsas verir ki, tərəflər arasında şifahi qaydada da olsa alqı-satqı münasibətləri yaranmışdır. Belə ki, İddiaçı tərəfindən göndərilmiş 15602,8994 manat məbləğində xx.xx.2024-cü il tarixli MT **********54 nömrəli qaimə üzrə xx.xx.2024-cü il tarixdə 1652,54 manat, xx.xx.2024cü il tarixdə 1694,92 manat, xx.xx.2024-cü il tarixdə 1067,80 manat, xx.xx.2024-cü il tarixdə 1949,15 manat, xx.xx.2024-cü il tarixdə 847,46 manat ödəniş edilmişdir. 26911,6473 manat məbləğində xx.xx.2024-cü il tarixli MT **********92 nömrəli qaimə üzrə xx.xx.2024-cü il tarixdə 22806,48 manat ödəniş edilmişdir. 348,5 manat və 751,9998 manat məbləğində xx.xx.2024cü il tarixli MT **********55 cə 11076352 nömrəli qaimə üzrə xx.xx.2024-cü il tarixdə 932,62 manat ödəniş edilmişdir. Digər iddiaçı tərəfindən məhkəməyə təqdim edilən elektron qaimələr İddiaçı tərəfindən "xxxx" MMC-yə göndərilmiş və elektron qaimələr təsdiq edilmiş, lakin ödənişlər edilməmişdir. Göründüyü kimi tərəflər arasında alqı-satqı münasibətləri mövcud olmuş, alıcı satıcıdan mal almış və ödənişlər həyata keçirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında ifadə olunmuş mövqeyinə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilmiş elektron vergi-hesab fakturaları özü-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Məhkəmə təklif etsə də "xxxx" MMC məhkəməyə elektron qaimələr üzrə edilmiş ödənişlərin elektron qaimədən başqa, məsələn təhvil-təslim aktı və s. əsasında ödənildiyinə dair hər hansı sənəd təqdim etməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında malın təhvil verilib-ödənilməsi elektron qaimələr üzrə həyata keçirilmişdir. Belə olan halda digər ödənilməyən qaimələr (ilk iddiaçı tərəfindən məhkəməyə təqdim edilən) üzrə malın alıcıya verilməsi öz təsdiqini elektron qaimənin alıcı tərəfindən təsdiq edilməsi ilə tapır. Ona görə də ilk iddia üzrə iddiaçı verdiyi malın pulunu ilk iddia üzrə cavabdehdən tələb etməkdə haqlıdır və 56997,58 manat borc ilk iddia üzrə cavabdehdən tutularaq ilk iddia üzrə iddiaçıya ödənilməlidir. İlk iddianın cərimənin ödənilməsi hissəsinə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflərin cərimənin ödənilməsi ilə bağlı razılaşması iş materialları ilə müəyyən edilmir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, ilk iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqaviləni ilk iddia üzrə cavabdehin səlahiyyətli şəxsi imzalamamışdır. Belə olan halda ilk iddia üzrə iddiaçı ilk iddia üzrə cavabdehin cərimə ilə bağlı razılığa gəldiyinə dair məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də cərimənin ödənilməsi hissəsində ilk iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı "xxxx" MMC ilə yazılı müqavilə bağladığına dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. təqdim edilmiş müqavilə ekspertə təqdim edilmiş ekspert tərəfindən müqavilədə olan imzanın ilk iddia üzrə cavabdehin səlahiyyətli şəxsinin imzası olmaması barədə rəy vermişdir. Məhkəmə hesab edir ki, əqdin subyekt tərkibinə dair şərtlər pozulmuş, satıcı tərəfindən tərtib edilən müqavilə alıcı tərəfindən imzalanmamışdır. Ona görə də qeyd edilən yazılı müqavilə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə əsasən, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********* nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 313 manat dövlət rüsumu ödənilmişdir. Həmçinin elektron qaimə fakturadan görünür ki, 18 saylı Vəkil Bürosunun hesabına 1500 manat xidmət haqqı ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ilk iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 260 manat 99 qəpik dövlət rüsumu, 500 manat hüquqi yardım göstərilməsinə görə xidmət haqqı "xxxx" MMC-dən tutularaq İddiaçınə ödənilməlidir. "xxxx" MMC tərəfindən ödənilən dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 126 manat ekspertiza xərci ilk iddia üzrə İddiaçındən tutularaq Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İlk iddia qismən təmin edilsin. İlk iddia üzrə Cavabdehndən 56997 (əlli altı min doqquz yüz doxsan yeddi) manat 58 (əlli səkkiz) qəpik borc, 260 (iki yüz altmış) manat 99 (doxsan doqquz) qəpik dövlət rüsumu və 500 (beş yüz) manat hüquqi yardım göstərilməsinə dair xidmət haqqı tutularaq ilkin iddia üzrə İddiaçınə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 yanvar 2024-cü il tarixli B/30 saylı alqısatqı müqaviləsi etibarsız hesab edilsin. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 126 (bir yüz iyirmi altı) manat ekspertiza xərci ilk iddia üzrə İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnaz Quliyeva