Məhkəmə qərarları › İş №e-2-2(115)-1617/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1617/2023

25.10.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1617/2023 25.10.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizəsi üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 9118 manat 55 qəpik, Dövlət Sosial Müdafiə Fonduna olan 406 manat 62 qəpik, İşsizlikdən sığorta fonduna olan 16 manat 30 qəpik, İcbari Tibbi Sığorta Fonduna olan 65 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix - xx xxxxxx 2002-ci il, doğulduğu yer - Azərbaycan, Tovuz; Bozalqanli K., şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 13 manat, Dövlət Sosial Müdafiə Fonduna 81 manat 31 qəpik, İşsizlikdən sığorta fonduna 3 manat 26 qəpik, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 81 manat 31 qəpik , İşsizlikdən sığorta fonduna 3 manat 26 qəpik, İcbari Tibbi Sığorta Fonduna 13 manat,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 13 manat, Dövlət Sosial Müdafiə Fonduna 81 manat 31 qəpik , İşsizlikdən sığorta fonduna 3 manat 26 qəpik, dövlət büdcəsinə 4206 manat 20 qəpik məbləğində (o cümlədən, vergilər üzrə 3990 manat 70 qəpik, faizlər üzrə 215 manat 50 qəpik) ,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 13 manat 04 qəpik, Dövlət Sosial Müdafiə Fonduna 81 manat 61 qəpik, İşsizlikdən sığorta fonduna 3 manat 27 qəpik,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 4912 manat 35 qəpik məbləğində (o cümlədən, vergilər üzrə 4673 mant 98 qəpik, faizlər üzrə 238 manat 37 qəpik) , İşsizlikdən sığorta fonduna 3 manat 25 qəpik, İcbari Tibbi Sığorta Fonduna 12 manat 96 qəpik, Dövlət Sosial Müdafiə Fonduna 81 manat 08 qəpik olmaqla, ümumilikdə 9606 manat 47 qəpik borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən borclu hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1i ünvanında yaşayır. Ərizəçinin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs məhkəməyə üzrlü səbəblərdən gəlmədiyi hallarla bağlı sübut təqdim etmədiyindən məhkəmə Azərbaycan Respublikası MPM-nin 355- 7.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, icra orqanının rəhbəri Maraqlı şəxs olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 13 manat, Dövlət Sosial Müdafiə Fonduna 81 manat 31 qəpik manat, İşsizlikdən sığorta fonduna 3 manat 26 qəpik, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 81 manat 31 qəpik manat, İşsizlikdən sığorta fonduna 3 manat 26 qəpik, İcbari Tibbi Sığorta Fonduna 13 manat,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 13 manat, Dövlət Sosial Müdafiə Fonduna 81 manat 31 qəpik manat, İşsizlikdən sığorta fonduna 3 manat 26 qəpik, dövlət büdcəsinə 4206 manat 20 qəpik məbləğində (o cümlədən, vergilər üzrə 3990 manat 70 qəpik, faizlər üzrə 215 manat 50 qəpik), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 13 manat 04 qəpik, Dövlət Sosial Müdafiə Fonduna 81 manat 61 qəpik, İşsizlikdən sığorta fonduna 3 manat 27 qəpik,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 4912 manat 35 qəpik məbləğində (o cümlədən, vergilər üzrə 4673 mant 98 qəpik, faizlər üzrə 238 manat 37 qəpik), İşsizlikdən sığorta fonduna 3 manat 25 qəpik, İcbari Tibbi Sığorta Fonduna 12 manat 96 qəpik, Dövlət Sosial Müdafiə Fonduna 81 manat 08 qəpik olmaqla, ümumilikdə 9606 manat 47 qəpik borcu vardır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndində əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra Vergi Məcəlləsinin) 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, hüquqi şəxslərin dövlət büdcəsinə və müvafiq fondlara olan borclarının ödənilməsini təmin etmək məqsədi ilə onların icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 355-7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2023-cü il tarixə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 13 manat, Dövlət Sosial Müdafiə Fonduna 81 manat 31 qəpik, İşsizlikdən sığorta fonduna 3 manat 26 qəpik, “YURD AS SERVİS" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 81 manat 31 qəpik manat, İşsizlikdən sığorta fonduna 3 manat 26 qəpik, İcbari Tibbi Sığorta Fonduna 13 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 13 manat, Dövlət Sosial Müdafiə Fonduna 81 manat 31 qəpik manat, İşsizlikdən sığorta fonduna 3 manat 26 qəpik, dövlət büdcəsinə 4206 manat 20 qəpikməbləğində (o cümlədən, vergilər üzrə 3990 manat 70 qəpik, faizlər üzrə 215 manat 50 qəpik), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 13 manat 04 qəpik, Dövlət Sosial Müdafiə Fonduna 81 manat 61 qəpik, İşsizlikdən sığorta fonduna 3 manat 27 qəpik,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 4912 manat 35 qəpik məbləğində (o cümlədən, vergilər üzrə 4673 mant 98 qəpik, faizlər üzrə 238 manat 37 qəpik), İşsizlikdən sığorta fonduna 3 manat 25 qəpik, İcbari Tibbi Sığorta Fonduna 12 manat 96 qəpik, Dövlət Sosial Müdafiə Fonduna 81 manat 08 qəpikolmaqla, ümumilikdə 9606 manat 47 qəpikborcu ödənilənədək, həmin hüquqi şəxslərin icra orqanının rəhbəri Maraqlı şəxs (doğulduğu tarix - xx xxxxxx 2002-ci il, doğulduğu yer - Azərbaycan, Tovuz; Bozalqanli K., şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnаmədən rəsmi qаydаdа verildiyi gündən bir аy müddətində Gəncə Kommersiya Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Sədrlik edən: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar