Məhkəmə qərarları › İş №e-2-2(115)-1625/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1625/2025

20.08.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1625/2025 20.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi 14 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsi üzrə xüsusi icraat qaydasında işə məhkəmənin inzibаti binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏN ETDİ: Ərizəçi 14 saylı Ərazi Vergilər İdarəsi ərizəsi ilə məhkəməyə mürаciət edərək, vergi ödəyicisi olan hüquqi şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, Maraqlı şəxs, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 15194,11 manat, Dövlət Sosial Müdafiə Fonduna 1009,5 manat, İşsizlikdən Sığorta Fonduna 41,43 manat, İcbari Tibbi Sığorta Fonduna 164,55 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini оnunlа əsаslаndırmışdır ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 0 manat, İcbari Tibbi Sığorta Fonduna 0,02 manat, Dövlət Sosial Müdafiə Fonduna 0 manat, Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 14075,86 manat məbləğində (o cümlədən, vergilər üzrə 12489,67 manat, faizlər üzrə 1586,19 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 41,43 manat, dövlət büdcəsinə 1118,25 manat məbləğində (o cümlədən, vergilər üzrə 900 manat, faizlər üzrə 178,25 manat, maliyyə sanksiyası üzrə 40 manat), İcbari Tibbi Sığorta Fonduna 164,53 manat, Dövlət Sosial Müdafiə Fonduna 1009,5 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 0 manat, İşsizlikdən Sığorta Fonduna 0 manat olmaqla, ümumilikdə 16409,59 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs borc məbləğlərini ödədiyini bildirmiş, ərizənin təmin edilməməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq ərizəyə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəyə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş mаteriаllаrını аrаşdırıb hesаb edir ki, ərizə təmin edilməməlidir. İş mаteriаllarınа əlаvə edilmiş 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təqdim оlunmuş şəxsi hesab vərəqələrindən görünür ki, vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə dövlət büdcəsinə 827,33 manat, Dövlət Sosial Müdafiə Fonduna 364 manat, 1136 manat, 299 manat, İşsizlikdən Sığorta Fonduna 13,50 manat, 30 manat, 16,50 manat, 13,50 manat, İcbari Tibbi Sığorta Fonduna 115,46 manat, 120 manat, 55,74 manat, 3 manat ödəniş edilmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə 4990 manat, 1965,59 manat, xx.xx.2025-ci il tarixdə 8269,32 manat ödəniş etmiş, həmin tarixdə 804,87 manat faiz borcu qalmışdır. Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş cədvəlindən və qəbzdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə dövlət büdcəsinə 827,33 manat, Dövlət Sosial Müdafiə Fonduna 1136 manat, 299 manat, 364 manat, İşsizlikdən Sığorta Fonduna 13,50 manat, 30 manat, İcbari Tibbi Sığorta Fonduna 115,46 manat, 55,74 manat, 120 manat, Maraqlı şəxs tərəfindən dövlət büdcəsinə xx.xx.2025-ci il tarxidə 1965,90 manat, 4990 manat, xx.xx.2025-ci il tarxidə 8269,32 manat, xx.xx.2025-ci il tarxidə 806 manat pul ödəmişdir. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlər büdcəsinə və müvafiq fondlara borcunun olması müəyyən edilmir. Ərizədə xx.xx.2025-ci il tarixə Maraqlı şəxs dövlət büdcəsinə 14075,86 manat məbləğində borcunun olması qeyd edilmişdir. Maraqlı şəxs tərəfindən dövlət büdcəsinə xx.xx.2025-ci il tarixidə 1965,90 manat, 4990 manat, xx.xx.2025-ci il tarxidə 8269,32 manat, xx.xx.2025-ci il tarixidə 806 manat, cəmi 16031,22 manat pul ödənilmişdir ki, ərizədə göstərilən borc məbləği ödənilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə 1118,25 manat, Dövlət Sosial Müdafiə Fonduna 1009,5 manat, İşsizlikdən Sığorta Fonduna 41,43 manat, İcbari Tibbi Sığorta Fonduna 164,53 manat borcu olmuş, həmin hüquqi şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə dövlət büdcəsinə 827,33 manat, Dövlət Sosial Müdafiə Fonduna 364 manat, 1136 manat, 299 manat olmaqla cəmi 1799 manat, İşsizlikdən Sığorta Fonduna 13,50 manat, 30 manat, 16,50 manat, 13,50 manat olmaqla 73,50 manat, İcbari Tibbi Sığorta Fonduna 115,46 manat, 120 manat, 55,74 manat, 3 manat, cəmi 384,20 manat ödəniş edilmişdir. Həmin hüquqi şəxsin Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna olan borcları tam, dövlət büdcəsinə olan borcunun isə xeyli hissəsi ödənilmişdir. Dövlət büdcəsinə olan borc məbləği xx.xx.2025-ci il tarixə 1118,25 manat olmuş, həmin məbləğdən vergi ödəyicisi 827,33 manat ödəmiş, 290,92 manat borcu qalmışdır. Göründüyü kimi maraqlı şəxs öz adına olan borcu tam ödəmiş, hüquqi şəxsin isə az miqdarda borcu qalmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 290,92 manat dövlət büdcəsinə olan borcuna görə isə icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhkəmə məqsədəmüvafiq hesab etmir. Ona görə də ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 355-5.1-ci mаddəsində göstərilir ki, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Оdur ki, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 238-253, 355-5, 357-362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi 14 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar