Məhkəmə qərarları › İş №e-2-2(115)-1628/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1628/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1628/2024 07.11.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 18083,50 manat əsas borcun, 32127 manat dəbbə pulunun və 452,01 manat dövlət rüsumunun, ümumilikdə isə 51122,71 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında “Malların alqı-satqı qaydaları haqqında” 10 avqust 2023-cü il tarixli, 71-000 nömrəli xidməti müqavilə bağlanmışdır. Bağlanmış müqavilənin “İcraçının vəzifələri” bəndinə əsasən “İcraçı” “Sifarişçi”nin sifarişinə əsasən müəyyən edilmiş vaxt ərzində “Sifarişçi” ilə razılaşdırılmış qaydada və müddətdə xidmət göstərməyi və malları (xidmətlər) təchiz etməyi öhdəsinə götürür. Belə ki, İddiaçı QSC tərəfindən 1 ədədi 195 manat olmaqla 160 ədəd taxta qapı sifariş edilmiş, Cavabdeh isə sözügedən 160 ədəd taxta qapını İddiaçı QSC-yə müqavilədə də qeyd edildiyi kimi razılaşdırılmış qaydada və müddətdə çatdırılmağı öhdəsinə götürmüşdür. Cavabdeh sözügedən müqavilə öhdəliklərini tam yerinə yetirməmişdir. Kapital Bank ASC-nin xx.xx.2023-cü il tarixli 102OPX********** nömrəli ödəniş qəbzinə əsasən ƏDV daxil 10738 manat, xx.xx.2023-cü il tarixli 102OPX********** nömrəli ödəniş qəbzinə əsasən ƏDV daxil 2743,50 manat, xx.xx.2023-cü il tarixli 102OPX1232350EEA nömrəli ödəniş qəbzinə əsasən ƏDV daxil 2531,10 manat, xx.xx.2023-cü il tarixli 102OPX12323603E3 nömrəli ödəniş qəbzinə əsasən ƏDV daxil 3106,35 manat, xx.xx.2023-cü il tarixli 102OPX********** nömrəli ödəniş qəbzinə əsasən ƏDV daxil 2531,10 manat, ümumilikdə 21650,05 manat İddiaçı QSC tərəfindən Cavabdeh AZ47BRES******************** bank hesabına köçürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzlərindən də açıq-aydın görünür ki, Cavabdeh tərəfindən 21650,05 manat pul vəsaitinin qarşılığında çatdırılmasını öhdəsinə götürdüyü 160 ədəd taxta qapıdan 113 ədədini İddiaçı QSC-yə çatdırılmalı olsa da, Cavabdeh bank hesabına ödənilmiş 21650,05 manat məbləğdən EBDN seriyalı, 437880 nömrəli, xx.xx.2023-cü il tarixli elektron-qaimə faktura üzrə cəmi ƏDV daxil 460,20 manat dəyərində 2 ədəd taxta qapı çatdırmışdır. Bundan sonra çatdırılmış 2 ədəd taxta qapıdan əlavə tərəflərindən yerdə qalan 111 ədəd taxta qapıya görə ödənilmiş 21189,85 manat məbləği dəfələrlə Cavabdeh tələb etsələr o, xx.xx.2023-cü il tarixdə həmin məbləğdən ƏDV daxil 3106,35 manat məbləği KapitalBank ASC vasitəsilə İddiaçı QSC-nin hesabına geri qaytarmış lakin, qalıq 18083,50 manat məbləği geri qaytarmamışdır. Borcun ödənilməsi ilə bağlı xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərində Cavabdeh pretenziya məktubları göndərilmiş lakin, cavabdeh göndərilmiş pretenziya məktublarını qeyd edilən tarixlərdə alsa da, edilmiş xəbərdarlığa heç bir məhəl qoymamışdır. Cavabdeh iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, onunla iş üzrə iddiaçı olan "xxxx" QSC arasında 10 avqust 2023-cü il tarixli, 71-000 saylı müqavilə bağlanmışdır. Sözügedən həmin müqavilənin “Müqavilənin predmetf' bölməsində müqavilənin predmetinin adı və sayı göstərilməsə də iddiaçının iddia ərizəsindən belə məlum olur ki, iş üzrə iddiaçı "RRM Təmir-Tikinti” QSC tərəfindən 1 ədədi 195 manat olmaqla 160 ədəd taxta qapı sifariş edilmiş, cavabdeh şəxs X1 isə sözügedən 160 ədəd taxta qapını “RRM Təmir-Tikinti" QSCyə müqavilədə qeyd edildiyi kimi razılaşdırılmış qaydada və müddətdə çatdırmağı öhdəsinə götürmüşdür. Sözügedən həmin müqavilənin “Müqavilənin müddəti və xitam verilməsi qaydası” bölməsində qeyd edilmişdir ki, “hazırkı müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 10 avqust 2024-cü il tarixinədək qüvvədə qalır. Amma işə əlavə edilmiş sənədlərdən məlum olur ki, iş üzrə iddiaçı 10 avqust 2023-cü il tarixdə bağlanmış və icra müddəti 10 avqust 2024-cü ii tarixədək müəyyən edilmiş müqavilə üzrə tələbi artıq 2023-cü ilin sentyabr ayından etibarən tələb etməyə başlamışdır. Halbuki iş üzrə cavabdeh fərdi sahibkar Cavabdeh tərəfindən 02 sentyabr 2024-cü il tarixdən etibarən bir neçə dəfə iddiaçıya məlumat verilmişdir ki, sifariş etdiyiniz qapılar hazırdır və anbardadır, qalan ödənişinizi etdikdən sonra qapıları götürə bilərsiniz. Təəssüflər olsun ki, cavabdehə məlum olmayan səbəblərdən iddiaçı müqavilə öhdəliklərini icra etməyərək sözügedən qapıları götürməmişdir və bu günə qədər də həmin qapılar anbarda saxlanılmaqdadır. Digər tərəfdən, işə əlavə edilmiş və iddiaçının da istinad etdiyi 10 avqust 2023-cü il tarixli 71-000 saylı müqavilədən də göründüyü kimi sözügedən müqavilə İddiaçı QSC tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir. Müqavilənin 9-cu bəndində qeyd edilmişdir ki, "Hazırkı müqavilə imzalandığı tarixdən qüvvəyə minir. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş tərəflər arasında təsdiq edilməsi üçün tərtib edilmiş müqavilədən və digər sənədlərdən də göründüyü kimi sözügedən müqavilə hələ qüvvəyə minməmişdir, çünki həmin müqavilə işə əlavə edilmiş akt və protokollar kimi hələ də iddiaçı tərəfindən imzalanmamış və təsdiq edilməmişdir. Yuxanda qeyd edilənlərdən və işə əlavə edilmiş sənədlərdən də göründüyü kimi iddiaçının öz iddia tələbində əsaslandırmağa çalışdığı və tələb etdiyi nəinki dəbbə pulu, hətta əsas borcun özü də əsassızdır. Belə ki, iddiaçı müqavilə əsasında hazırlatdırılmış qapıları qəbul etməməklə özü cavabdeh tərəfə ziyan vurmuşdur. Bu səbəbdən də iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildrimişdir ki, pulun əlli faizi ödənilib, qalan məbləğ də ödənilməli idi. İddiaçıya iki qapı təhvil verilmişdi. Qapılarin hansı müddətə təhvil verilməsi nəzərdə tutulmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Nümayəndə izahat verərək bildirmişdir ki, 1 qapını 195 manata razılaşmışlar. Bu məbləğ ƏDV-siz qiymətdir. Onlar qapıları gətirtmiş, qarşı tərəfə bununla bağlı həm elektron qaimə, həm də bildiriş göndərmişlər. Qarşı tərəf isə qeyd edilən qapıları götürməmiş və onların anbarında saxlanılmaqdadır. Qapıları qəbul edib götürsəydilər. onlar qarşı tərəfin onlara ödədikləri pulun qarşılığında 81 qapını iddiaçıya verə bilərdilər. Məhkəmənin hazırlıq iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Vəkil izahat verərək bildirmişdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında müqavilə bağlanmış və müqaviləyə əsasən 160 ədəd qapıların iddiaçıya verilməsi nəzərdə tutulmuşdur. Köçürülən məbləğlərlə bağlı mübahisə yoxdur, həmin müqavilə üzrə 15500 manat iddiaçı ödəniş etməli idi, qalan pulu ödədikdən sonra gəlib qapıları götürməli idi. Qapılar başqa ölkədən xərc çəkilərək gətirilir, cavabdeh həmin qapıları gətirərkən özü xərc çəkmişdir. Müqavilə 2023-cü ilin avqust ayında bağlanmışdır və 1 il qüvvədə olması nəzərdə tutulmuşdur. Həmin müqavilədə konkret olaraq malların nə vaxt təhvil verilməsi göstərilməmişdir. Ona gördə gecikdirilmənin nədən ibarət olması aydın deyil və müqavilə hələ avqust ayına qədər qüvvədə olmuşdur. 2023-cü ilin sentyabr və oktyabr aylarında məktublar vasitəsilə onlara bildiriblər ki, qapılar hazırdır ödənişinizi edin və malları götürün. Bütün bunlara baxmayaraq qapılar götürülməmişdir. Həmçinin müqavilədə malların kim tərəfindən çatdırılması nəzərdə tutulmamışdır. Qapılar hazır olmasına baxmayaraq onlar tərəfindən malların götürülməsi barədə müraciət edilməmiş və mallar götürülməmişdir. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Həm məhkəmə hazırlıq iclaslarının, həm də məhkəmə baxış iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh tərəf isə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2023cü il tarixli 71-000 nömrəli müqavilədən görünür ki, “İcraçı” malalrı (xidmətləri) təchiz edir, “Sifarişçi” isə həmin malları (xidmətləri) alır. Hər hansı bir təchiz ediləcək malın (xidmətin) miqdarı və qiyməti müqaviləyə əlavə qiymətlərin razılaşdırma protokolunda göstəriləcəkdir. əlavə dəyər vergisinin dərəcəsi 18%-dir. əlavələr vahid nömrəyə malik olmaqla müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edəcəkdir. əlavələr tərəflərin razılığına əsasən tərtib olunacaqdır. İş materiallarında olan 10 avqust 2023-cü il tarixli qiymətlərin razılaşma protokolundan görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə qeyd olunan malların (taxta qapıların) 1 ədədinin qiyməti 195, miqdarı 12 ədəd məbləği 2340 manat, ƏDV 421,20 manat, yekun 2761,20 manata razılaşmışlar. İş materiallarında olan 18 avqust 2023-cü il tarixli xidmətlərin göstərilməsi haqqında aktdan görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış müqavilə şərtlərinə əsasən 12 ədəd, qiyməti 195 manat olan 2340 manat məbləğində qeyd olunan xidmət icraçı tərəfindən yerinə yetirilmiş və şifarişçinin heç bir etirazı yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 284788 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh tərəfindən İddiaçı QSC-yə 2761,20 manat məbləğində malların qaiməsini ötürülmüşdür. İş materiallarında olan malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən görünür ki, Cavabdeh tərəfindən 10 avqust 2023-cü il tarixli 71-000 nömrəli üzrə ƏDV daxil 460,20 manat məbləğində malların qaiməsini ötürülmüşdür. İş materiallarında olan köçürülmə aparılması haqqında bildirişlərdən görünür ki, xx.xx.2023-cü il tarixli **********585237 saylı bildirişə əsasən 1638 manat, xx.xx.2023-cü il tarixli **********630289 saylı bildirişə əsasən 386,10 manat, xx.xx.2023-cü il tarixli **********579126 saylı bildirişə əsasən 418,50 manat, xx.xx.2023-cü il tarixli **********615224 saylı bildirişə əsasən 473,85 manat, xx.xx.2023-cü il tarixli, **********610551 saylı bildirişə əsasən 386,10 manat İddiaçı QSC tərəfindən Cavabdeh ƏDV ödənilmişdir. İş materiallarında olan Kapital Bank ASC-nin ödəniş qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixli 102OPX********** nömrəli ödəniş qəbzinə əsasən 9100 manat, xx.xx.2023-cü il tarixli 102OPX********** nömrəli ödəniş qəbzinə əsasən 2325 manat, xx.xx.2023-cü il tarixli 102OPX1232350EEA nömrəli ödəniş qəbzinə əsasən 2145 manat, xx.xx.2023-cü il tarixli 102OPX12323603E3 nömrəli ödəniş qəbzinə əsasən 2632,50 manat, xx.xx.2023-cü il tarixli 102OPX********** nömrəli ödəniş qəbzinə əsasən 2145 manat İddiaçı QSC tərəfindən Cavabdeh AZ47BRES******************** bank hesabına köçürülmüşdür. İş materiallarında olan Kapital Bank ASC-nin xx.xx.2023-cü il tarixli 000İCZ12324702EB nömrəli ödəniş qəbzindən görünür ki, 2632 manat Cavabdeh tərəfindən İddiaçı QSC-nin bank hesabına köçürülmüşdür. İş materiallarında olan 14 avqust 2024-cü il tarixli, maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı QSC-yə 14 avqust 2024-cü il tarixinə olan borcu, 18083,50 manat əsas borc və 32127 manat dəbbə pulu olmaqla, cəmi 50671 manat təşkil olunduğu qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan və məktubun elekton göndərilməsi barədə çıxarışdan görünür ki, cavabdehə yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 544307 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh tərəfindən İddiaçı QSC-yə 18638,10 manat məbləğində malların qaiməsini ötürülmüşdür. İş materiallarında olan 20 senyabr 2024-cü il tarixli aktdan görünür ki, İddiaçı QSC ilə bağlanmış 10 avqust 2023-cü il tarixli müqaviləyə əsasən 162 ədəd taxta qapı gətirilmiş və hal-hazırda Cavabdeh məxsus anbarda saxlanılır. İş materiallarında olan gömrük bəyənaməsindən görünür ki, Cavabdeh tərəfindən 13 oktyabr 2023-cü il tarixdə gətirilmiş 974 ədəd taxta qapının gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanlarına elan etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh tərəfindən İddiaçı QSC-yə qapıların anbarda olduğu və ödəniş edildikdən sonra təhvil ala biləcəkləri qeyd edilmişdir. İş materiallarında olan “Onlayn Kargüzarlıq”dan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən İddiaçı QSC-nin məktubuna cavab xx.xx.2023-cü il tarixdə, malların təhvil alınması ilə bağlı məktub isə xx.xx.2023-cü il tarixdə İddiaçı QSC-yə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, işin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında 10 avqust 2023-cü il tarixli müqavilə bağlanmış, müqaviləyə və qiymətlərin razılaşma protokoluna əsasən Cavabdeh malları təchiz etməyi, İddiaçı QSC isə həmin malları almağı öhdəsinə götürmüşdür. Təchiz ediləcək malın miqdarı və qiymətinin müqaviləyə əlavə qiymətlərin razılaşdırma protokolunda göstərilməsi, əlavə dəyər vergisinin dərəcəsinin 18% təşkil etməsi nəzərdə tutulmuşdur. Malların (taxta qapıların) 1 ədədinin qiyməti 195 manat müəyyən edilmiş, 160 ədəd qapı sifariş edilmişdir. İddiaçı QSC Cavabdeh hesabına 21650,05 manat pul vəsaiti köçürmüş, Cavabdeh ƏDV daxil 460,20 manat dəyərində 2 ədəd taxta qapı təhvil vermiş, ƏDV daxil 3106,35 manat məbləği İddiaçı QSC-nin hesabına qaytarmışdır. İddiaçının mübahisələndirdiyi hal ondan ibarət olmuşdur ki, onun tərəfindən köçürülmüş və cavabdehdə olan 18083,50 manat məbləğ müqabilində ona mal verilməmiş, nə də həmin məbləğ cavabdeh tərəfindən ona qaytarılmamışdır. Cavabdehə bildiriş göndərsə də həmin məbləğ cavabdeh tərəfindən ona qaytarılmamışdır. Cavabdeh isə etirazında və izahatlarında qeyd etmişdir ki, o müqavilə üzrə malı xarici ölkədən gətirmiş, anbarda saxlamış, iddiaçıya malın təhvil alınması ilə bağlı bildiriş göndərilmiş, lakin müqavilə üzrə qalan məbləğ ona ödənilməmiş və ödənilmiş məbləğin müqabilində mal iddiaçı tərəfindən götürülməmişdir. Məhkəmə qeyd edir ki, müqavilə 10 avqust 2023-cü il tarixdə bağlanmış, 10 avqust 2024-cü il tarixədək qüvvədə olması nəzərdə tutulmuşdur. Müqavilə üzrə sifariş verilən 160 ədəd qapının cavabdeh tərəfindən hansı tarixədək təchiz edilməsi, habelə çatdırılmanın kim tərəfindən həyata keçirilməsi ilə bağlı müddəalar nəzərdə tutulmamışdır. Tərəflər arasında belə bir razılaşmanın olması ilə bağlı iddiaçı məhkəməyə sübut təqdim etməmişdir. Cavabdehin təqdim etdiyi sənədlərdən görünür ki, sifariş əsasında qapılar 13 oktyabr 2023cü il tarixdə xarici ölkədən gətirilərək anbarda saxlanılmış və malların götürülməsi ilə bağlı qarşı tərəfə bildiriş ünvanlanmış, həm də elektron qaimə göndərmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, İddiaçı QSC isə müqavilə üzrə üzərinə düşən malları almaq öhdəliyini yerinə yetirməmişdir. Belə olan halda iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar