Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1630/2023 25.10.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizəsi üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 101315 manat 33 qəpik, Dövlət Sosial Müdafiə Fonduna olan 728 manat 15 qəpik, İşsizlikdən sığorta fonduna olan 29 manat 15 qəpik, İcbari Tibbi Sığorta Fonduna olan 110 manat 21 qəpik məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs Baxiş oğlu barəsində (doğulduğu tarix- xx xxxx 1969-cu il, doğulduğu yer - Azərbaycan, Tərtər; Seydimli kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 30672 manat 04 qəpik məbləğində (o cümlədən, vergilər üzrə 29982 manat 44 qəpik, faizlər üzrə 689 manat 60 qəpik) , Dövlət Sosial Müdafiə Fonduna 179 manat 49 qəpik, İşsizlikdən sığorta fonduna 7 manat 20 qəpik, İcbari Tibbi Sığorta Fonduna 28 manat 70 qəpik,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 69620 manat 39 qəpik manat məbləğində (o cümlədən, vergilər üzrə 64027 manat 80 qəpik, faizlər üzrə 5592 manat 59 qəpik) , İşsizlikdən sığorta fonduna 6 manat 29 qəpik, Dövlət Sosial Müdafiə Fonduna 157 manat 20 qəpik, İcbari Tibbi Sığorta Fonduna 18 manat 93 qəpik, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 391 manat 46 qəpik, İşsizlikdən sığorta fonduna 15 manat 66 qəpik, dövlət büdcəsinə 1022 manat 90 qəpik məbləğində (o cümlədən, vergilər üzrə 998 manat 93 qəpik, faizlər üzrə 23,97 manat), İcbari Tibbi Sığorta Fonduna 62 manat 58 qəpik olmaqla, ümumilikdə 102182 manat 84 qəpik borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********714000, xx.xx.2023-cü il tarixli **********572900, xx.xx.2023-cü il tarixli **********539700, xx.xx.2023-cü il tarixli **********880300, xx.xx.2023-cü il tarixli **********746500, xx.xx.2023-cü il tarixli, **********923000, xx.xx.2023-cü il tarixli **********674500, xx.xx.2023-cü il tarixli, **********673800, xx.xx.2023-cü il tarixli **********287400, xx.xx.2023-cü il tarixli **********672100 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən borclu hüquqi şəxslərin hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs Tərtər rayonu, Seydimli kəndində yaşayır. Ərizəçinin nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, natamam orta təhsilli olmaqla fəhləliklə məşğul olur. Tanımadığı şəxslər onu işə düzəltmək adı ilə aldadaraq müxtəlif şirkətləri onun adına keçirmişlər. Həmin şirkətlərin borcları barədə məlumat aldıqdan sonra bu barədə baş polis idarəsinə və vergi cinayətləri departamentinə müraciət etmişdir. Onun həmin şirkətlərin borcları barədə heç bir məlumatı yoxdur. Ölkəni tərk etmək fikri olmasa da, xahiş edir ki, ona köməklik olunsun. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 30672 manat 04 qəpik məbləğində (o cümlədən, vergilər üzrə 29982 manat 44 qəpik, faizlər üzrə 689 manat 60 qəpik), Dövlət Sosial Müdafiə Fonduna 179 manat 49 qəpik, İşsizlikdən sığorta fonduna 7 manat 20 qəpik, İcbari Tibbi Sığorta Fonduna 28 manat 70 qəpik,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 69620 manat 39 qəpikmanat məbləğində (o cümlədən, vergilər üzrə 64027 manat 80 qəpik, faizlər üzrə 5592 manat 59 qəpik), İşsizlikdən sığorta fonduna 6 manat 29 qəpik, Dövlət Sosial Müdafiə Fonduna 157 manat 20 qəpik, İcbari Tibbi Sığorta Fonduna 18 manat 93 qəpik, 'ANİKİDEM GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 391 manat 46 qəpik, İşsizlikdən sığorta fonduna 15 manat 66 qəpik, dövlət büdcəsinə 1022 manat 90 qəpikməbləğində (o cümlədən, vergilər üzrə 998 manat 93 qəpik, faizlər üzrə 23 manat 97 qəpik ), İcbari Tibbi Sığorta Fonduna 62 manat 58 qəpik olmaqla, ümumilikdə 102182 manat 84 qəpik borcu vardır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndində əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra Vergi Məcəlləsinin) 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, hüquqi şəxslərin dövlət büdcəsinə və müvafiq fondlara olan borclarının ödənilməsini təmin etmək məqsədi ilə onların icra orqanının rəhbəri X1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanın vəzifələrinə aid edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 355-7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2023-cü il tarixə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 30672 manat 04 qəpik məbləğində (o cümlədən, vergilər üzrə 29982 manat 44 qəpik, faizlər üzrə 689 manat 60 qəpik), Dövlət Sosial Müdafiə Fonduna 179 manat 49 qəpik, İşsizlikdən sığorta fonduna 7 manat 20 qəpik, İcbari Tibbi Sığorta Fonduna 28 manat 70 qəpik, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 69620 manat 39 qəpikmanat məbləğində (o cümlədən, vergilər üzrə 64027 manat 80 qəpik, faizlər üzrə 5592 manat 59 qəpik), İşsizlikdən sığorta fonduna 6 manat 29 qəpik, Dövlət Sosial Müdafiə Fonduna 157 manat 20 qəpik, İcbari Tibbi Sığorta Fonduna 18 manat 93 qəpik, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 391 manat 46 qəpik, İşsizlikdən sığorta fonduna 15 manat 66 qəpik, dövlət büdcəsinə 1022 manat 90 qəpik məbləğində (o cümlədən, vergilər üzrə 998 manat 93 qəpik, faizlər üzrə 23,97 manat), İcbari Tibbi Sığorta Fonduna 62 manat 58 qəpik olmaqla, ümumilikdə 102182 manat 84 qəpik borcu ödənilənədək, həmin hüquqi şəxslərin icra orqanının rəhbəri Maraqlı şəxs barəsində (doğulduğu tarix- xx xxxx 1969-cu il, doğulduğu yer - Azərbaycan, Tərtər; Seydimli kəndi., Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnаmədən rəsmi qаydаdа verildiyi gündən bir аy müddətində Gəncə Kommersiya Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Sədrlik edən: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-1630/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1630/2023
25.10.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver