Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1634/2025 29.09.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X2 qızının katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə sığorta haqqının ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh iddiaçının xeyrinə 543 manat məbləğində ödənilmiş sığorta haqqının əvəzinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (lizinq verən) Cavabdeh (lizinq alan) arasında bağlanmış 21 noyabr 2023-cü il tarixli BAKU1-79154-23923 saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən sonuncunun istifadəsinə sedan tipli, ban WBAKB41030C424860, M.İ.H. 2979 sm3, ağ rəngli, buraxılış ili 2010-cu il BMW 740Li minik markalı nəqliyyat vasitəsi (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi Qeydiyyat İmtahan Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Nəqliyyat Vasitəsinin BB № 497595 saylı şəhadətnaməsinə əsasən ** YC *** dövlət qeydiyyat nişanlı) verilmişdir. Lizinq müqaviləsinin ümumi məbləği 31 034 manat 34 qəpik, onlardan 15 000 manat lizinqin məbləği, 7 500 manat avans məbləği və 8 534 manat 34 qəpik lizinq verənin mükafatı təşkil etmişdir və tərəflər arasında imzalanmış 21 noyabr 2023-cü il tarixli ödəniş qrafikinə əsasən 36 ay ərzində cavabdeh tərəfindən aylıq 654 manat ödənilməsi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən qeyd olunan öhdəlik lazımi qaydada icra edilmədiyinə görə Gəncə Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Məhkəmənin e-2-2(115)-745/2025 saylı icraat üzrə 12 iyun 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən, lizinq predmetinin iddiaçıya qaytarılması və cavabdehdən 4 893 manat 06 qəpik lizinq borcunun alınması hissəsində təmin edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda kasko sığorta haqqının iddiaçı tərəfindən ödənilmiş 543 manat təşkil edən hissəsinin ödənilməsi tələbini göstərsə də, iddia ərizəsində bu tələbi irəli sürməmişdir. Cavabdeh müqavilə şərtlərinə uyğun olaraq lizinq obyektini kasko sığorta etdirmək vəzifəsini də icra etməmişdir. Beləliklə, cavabdeh müqavilənin 10.2.8-ci bəndinin tələbini pozmuşdur. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1634/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi X1 məhkəməyə elektron qaydada ərizə göndərərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, işə onların iştirakı olmadan baxılmasını, iddianı müdafiə etdiklərini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan lizinq verən-"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə lizinq qalan-Abbasov xx.xx.2023-cü il tarixli daxili maliyyə lizinq müqaviləsindən görünür ki, lizinq verən lizinq alan tərəfindən seçilmiş nəqliyyat vasitəsini/xüsusi texnikanı/avadanlığı öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi ödəsinə götürmüşdür. Həmin müqavilənin 18.1-ci bəndinə əsasən lizinq obyekti lizinq müqaviləsinin bütün müddəti ərzində lizinq verən tərəfindən lizinq verənin təsdiq etdiyi sığorta şirkətində bu müqavilənin 5-ci bəndində göstərilən qaydada sığortalanır. Lizinq verən lizinq obyektinin kasko sığortası ilə bağlı yaranan xərc və itkiləri lizinq alanın lizinq ödənişindən silməyə haqlıdır. Bu halda lizinq alanın ödədiyi məbləğ ilkin olaraq sığorta haqqına silinəcəkdir və yerdə qalan məbləğ müvafiq ardıcıllıqla ilkin olaraq dəbbə pulu, mükafat borcu və daha sonra isə əsas borca hesablanacaqdır. Lizinq alan bu müqaviləni imzalamaqla bü müddəanı qəbul edir və lizinq ödənişindən məbləğin sığorta haqqına silinməsi ilə bağlı heç bir etirazı olmayacağını bəyan edir. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-745/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 noyabr 2023-cü il tarixli BAKU1-79154-23923 saylı daxili maliyyə lizinqi müqaviləsinə хitam vеrilməsi, cavabdеh Cavabdeh iddiaçının хеyrinə 1611,17 manat cari əsas borc, 1285,74 manat cari faiz borcu və 1162,49 manat dəbbə borcu, lizinq dəyərinin artırılmış hissəsi olan 1366,21 manat və 500 manat komissiya haqqı, cəmi isə 5925,61 manat məbləğində lizinq borcunun və işə məhkəmədə baхılması üçün ödənilmiş 79,26 manat dövlət rüsumunun alınması, Cavabdeh istifadəsində olan sedan tipli, ban WBAKB41030C424860, M.İ.H. 2979 sm3, ağ rəngli, buraxılış ili 2010-cu il BMW 740Li Minik markalı nəqliyyat vasitəsinin (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi Qeydiyyat İmtahan Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş nəqliyyat vasitəsinin BB № 497595 saylı şəhadətnaməsinə əsasən ** YC *** dövlət qeydiyyat nişanlı) iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və qeyd olunan qətnamə ilə iddia tələbi qismən təmin edilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan Sedan tipli, ban WBAKB41030C424860, M.İ.H. 2979 sm3, ağ rəngli, buraxılış ili 2010-cu il, BMW 740Li minik markalı, ** YC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh alınaraq mülkiyyətçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BAKU 1- 79154-23923 saylı daxili lizinq müqaviləsi üzrə yaranmış 2738 manat 37 qəpik əsas borc, 2054 manat 69 qəpik faiz borcu, 100 manat cərimə borcu olmaqla cəmi 4893 (dörd min səkkiz yüz doxsan üç) manat 06 (altı) qəpik borc, ödənilmiş 68 (altmış səkkiz) manat 93 (doxsan üç) qəpik dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-745/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən göründüyü kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan nəqliyyat vasitəsi (Sedan tipli, ban WBAKB41030C424860, M.İ.H. 2979 sm3, ağ rəngli, buraxılış ili 2010-cu il, BMW 740Li Minik markalı, ** YC *** dövlət qeydiyyat nişanlı) Cavabdeh alınaraq mülkiyyətçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılmışdır. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin şərtlərindən göründüyü kimi, lizinq verən lizinq obyektinin lizinq alanın istifadəsində olduğu müddətdə ödənilən lizinq ödənişindən kasko sığorta ilə bağlı çəkilən xərcləri silmək hüququna malik olduğu halda, bu xərci silməmiş, hazırda isə lizinq obyekti lizinq verənə qaytarılmışdır. Qeyd olunan lizinq obyekti iddiaçıya geri qaytarıldığından lizinq verənin, yəni iddiaçı "xxxx" MMC-nin lizinq alandan, yəni Cavabdeh kasko sığorta ilə bağlı çəkilən xərclərin təmin edilməsi iddiaçının əsassız varlanması ilə nəticələnə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə sığorta haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə sığorta haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-1634/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1634/2025
29.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver