Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1655/2023 13.11.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 802026,94 manat məbləğində (o cümlədən, vergilər üzrə 439398,81 manat, faizlər üzrə 4439,97 manat, maliyyə sanksiyası üzrə 358188,16 manat) olmaqla, ümumilikdə 802026,94 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix - xx xxx 1980-ci il, Doğulduğu yer - Azərbaycan, Ağdam rayonu, Maqsudlu kəndi, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 802026,94 manat məbləğində (o cümlədən, vergilər üzrə 439398,81 manat, faizlər üzrə 4439,97 manat, maliyyə sanksiyası üzrə 358188,16 manat) olmaqla, ümumilikdə 802026,94 manat məbləğində borcu yaranmışdır. Hüquqi şəxs haqqında məlumata əsasən Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəridir. Borcun ödənilməsi təmin edilmədiyindən ərizəçi hazırkı tələblə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 802026,94 manat məbləğində (o cümlədən, vergilər üzrə 439398,81 manat, faizlər üzrə 4439,97 manat, maliyyə sanksiyası üzrə 358188,16 manat) olmaqla, ümumilikdə 802026,94 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********592300 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş maraqlı şəxsin vəkili və nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, maraqlı şəxs tərəfindən Dövlət Vergi Xidmətinə bir neçə dəfə müraciətlər olunub və vergi borcu ilə əlaqədar olaraq müvafiq azalmalar olmalıdır. Maraqlı şəxs onunla məhkəmə iclası günü müqavilə bağlamışdır və məhkəmə iclasının əlavə sübutların təqdim edilməsi ilə bağlı təxirə salınmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, ərizəçi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, maraqlı şəxs iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Maraqlı şəxsin vəkili və nümayəndəsi Vəkil 13 noyabr 2023-cü il tarixində məhkəməyə elektron qaydada ərizə göndərərək bildirmişdir ki, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 Saylı Ərazi Vergilər Baş İdarəsi Maraqlı şəxs qarşı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmişdir. Xüsusi icraat qaydasında olan iş məhkəmənin icraatındadır. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 Saylı Ərazi Vergilər Baş İdarəsi Maraqlı şəxs qarşı vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair kommersiya işi üzrə məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə, saat 16:30-a təxirə salınmışdır. Maraqlı şəxs tərəfindən vergi borclarının ödənilməsi ilə bağlı zəruri sənədləri Məhkəməyə təqdim edə bilməmişdirlər. Hesab edir ki, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması onun sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılması deməkdir. O, hüquqi şəxsin icra orqanının rəhbəri olaraq xarici ölkələrlə əlaqələri, gediş-gəlişi mütləqdir. Maraqlı şəxs bütün fəaliyyəti respublika daxilindədir. Onun xarici ölkəyə gedərək qayıtmamaq niyyəti yoxdur. 16:30-a təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Məhkəmə iclasında iştirak edə bilməyəcəyinin üzrlü hesab edilməsini xahiş edir. Məhkəmədən onun iştirakı olmadan işə baxılmasını və ərizəçi İqtisadiyyat Nazirliyi vanında Dövlət Vergi Xidməti 11 Saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin, maraqlı şəxsin və onun vəkili və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi tərəfindən elektron qaydada materiallar məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara vergi ödəyicisi olan hüquqi şəxsin şəxsi hesab vərəqəsi, bildiriş, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir; 23.1.15-3-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur; 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 802026,94 manat məbləğində (o cümlədən, vergilər üzrə 439398,81 manat, faizlər üzrə 4439,97 manat, maliyyə sanksiyası üzrə 358188,16 manat) olmaqla, ümumilikdə 802026,94 manat məbləğində borcu vardır. Vergi orqanının müraciətlərinə baxmayaraq borc ödənilməmişdir ki, qanunla hüquqi şəxsin icra orqanının rəhbəri kimi Maraqlı şəxs ölkədən getmək hüququnun hüquqi şəxsin borcunun ödənilməsi məqsədi ilə məhdudlaşdırılması mümkündür. Məhkəmə hesab edir ki, vergi ödəyicilərinin üzərinə qanunla müəyyən edilmiş vergiləri, ödəmək vəzifəsi qoyulduğundan və o, qeyd olunan öhdəliklərin yerinə yetirilməsi üçün cavabdeh olduğundan ərizə təmin edilməli və borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə borc ödənilənədək maraqlı şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 802026,94 manat məbləğində (o cümlədən, vergilər üzrə 439398,81 manat, faizlər üzrə 4439,97 manat, maliyyə sanksiyası üzrə 358188,16 manat) olmaqla, ümumilikdə 802026,94 manat məbləğində borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-1655/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1655/2023
13.11.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver