Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1702/2021 24.11.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə iddiaçının nümayəndəsi Nümayəndə ərizəsini və iş materiallarını nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 18.06.2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 235 manat 81 qəpik borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 640 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 15 oktyabr 2021-ci il tarixli, e-2-2(115)-1702/2021 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddiaçının nümayəndəsi Nümayəndə 24 noyabr 2021-ci il tarixdə iddia ərizəsinin qaytarılması barədə məhkəməyə ərizə göndərərək, Cavabdeh ilə bağlı məhkəmənin icraatında olan əmlakın siyahıya alınması haqqında 03.09.2021-ci il tarixli qərar üzrə vergi ödəyicisinin dövlət büdcəsinə borcunun olmaması ilə əlaqədar iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddiaçının nümayəndəsinin xahişi nəzərə alınmaqla ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən hesab edirəm ki, iddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1,264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-1702/2021
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1702/2021
24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver