Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1747/2024 19.11.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 lizinq müqaviləsinin şərtlərini pozduğu üçün (12.6 bənd) cərimə olaraq 1000 manat, əsas borc olaraq 3347 manat, faiz borcu olaraq 489,56 manat, dəbbə borcu olaraq 726 manat olmaqla cəmi 5562,56 manat borcun, ödənilmiş 76 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə cavabdeh X6 arasında xx.xx.2024 tarixli AFLZ01- 000101 saylı daxili lizinq müqaviləsi imzalanmışdır. Lizinq obyekti “Tofaş” markalı “Şahin” model, qara rəngli, 2004-cü il istehsalı minik avtomobili olmuşdur. Lizinq müqaviləsinin dəyəri 3700 manat təşkil etmişdir. Müqaviləyə əsasən Lizinq alan Lizinq obyektinə müvəqqəti sahiblik və istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilmişdir. Bu müqavilə üzrə nəzərdə tutulan pul öhdəliklərinin yerinə yetirilməsi üzrə Lizinq alanın Lizinq verənlə hesablaşmaları lizinq ödənişlərinin cədvəlində müəyyən edilmiş ilkin ödəniş və cari ödəmələr formasında həyata keçirilməklə və Lizinq alanın lizinq obyektindən istifadə edib etməməsindən asılı olmayaraq lizinq ödənişləri cədvəlində göstərilmiş müvafiq tarixdə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin bu iddia üzrə cavabdeh X6 müqavilə şərtlərinə əməl etməyərək müvafiq ödənişləri etməmiş, lizinq obyektinin yeri və vəziyyəti haqda məlumat verməmiş və lizinq alanın müqavilədə nəzərdə tutulmuş maliyyə vəziyyəti barədə hesabatı verməkdən qəsdən yayınmışdır. Bundan başqa cavabdeh lizinq obyektini gizlədərək avtomobili lizinq təşkilatına dövri baxış üçün göstərmək imtina etmişdir. İddiaçı "xxxx" QSC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 lizinq müqaviləsinin şərtlərini pozduğu üçün (12.6 bənd) cərimə olaraq 1000 manat, avtomobilə dəymiş zərərin məbləği olaraq 3545 manat, ekspert rəyinin verilməsinə görə ödənilmiş rüsum olaraq 106,35 manat, faiz borcu olaraq 489,56 manat, dəbbə borcu olaraq 726 manat olmaqla cəmi 5866,91 manat borcun, ödənilmiş 79 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan texniki pasportdan görünür ki, ** AC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsusdur. İş materiallarında olan "xxxx" QSC ilə X6 arasında bağlanmış 01 fevral 2024-cü il tarixli AFLZ01-000101 saylı daxili lizinq müqaviləsindən görünür ki, lizinq verən "xxxx" QSC lizinq alan X1 etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Həmiçinin müqavilənin 1.5-ci bəndinə əsasən bu lizinq müqaviləsinin ümumi məbləği 3700 manat təşkil etmişdir. Müqavilənin 12.6-cı bəndinə əsasən bu müqavilənin 10-cu bəndində nəzərdə tutulmuş lizinq obyektinin yoxlamaq imkanını təmin etmədikdə lizinq alan lizinq verənə 1000 manat məbləğində cərimə ödənilməsini nəzərdə tutmuşlar. İş materiallarında olan 01 fevral 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, 1 ədəd Tofas ŞAHİN minik markalı, istehsal tarixi 2004-cü il, qara rəngli, ban nömrəsi NM413İB**********, ** RJ ***, lizinq məbləği isə 3700 manat təşkil edən avtomobil saz vəziyyətdə lizinqə verilmişdir. İş materiallarında olan lizinq ödənişləri qrafikindən görünür ki, lizinq alan xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək aylıq 292,28 manat olmaqla 3700 manat əsas, 1560 manat faiz məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan qüsur aktından görünür ki, qəzaya uğramış Tofas ŞAHİN minik markalı, istehsal tarixi 2004-cü il, qara rəngli, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilə 3545 manat məbləğində maddi zərər dəymişdir. Rəyin hazırlanmasına 106 manat 35 qəpik xidmət haqqı qeyd edilmişdir. İş materiallarında olan maliyyə arayışında qeyd edilmişdir ki, X3 "xxxx" QSC-nə 3347 manat əsas, 489,56 manat faiz borcu və 726 manat dəbbə borcu olmaqla, cəmi 4563 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Məhkəmə qeyd edir ki, "xxxx" QSC ilə X6 arasında 01 fevral 2024-cü il tarixdə bağlanmış lizinq müqaviləsinə əsasən lizinq verən "xxxx" QSC lizinq alan X5 2004-cü il tarixli 1 ədəd Tofas ŞAHİN minik markalı, lizinq məbləği isə 3700 manat təşkil edən avtomobili lizinqə vermişdir. Lizinq alan xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək aylıq 292,28 manat olmaqla 3700 manat əsas, 1560 manat faiz məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. Lizinq verən öz öhdəliyini yerinə yetirmiş, lizinq obyektini lizinq alanın sahiblik və istifadəsinə vermiş, lakin lizinq alan üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, lizinq ödənişini tam ödəməmişdir. Həmçinin lizinq obyektinə ziyan dəmiş, nəqliyyat vasitəsi qəzalı vəziyyətdə lizinq verənə qaytarılmışdır. Nəqliyyat vasitəsi iddiaçı tərəfindən təhvil alınarkən ekspertizadan keçirilmiş və ona dəyən ziyanın məbləği hesablanmışdır. İş materiallarından görünür ki, qüsur aktı tərtib edilmiş, qəzaya uğramış avtomobilə 3545 manat məbləğində maddi zərər dəyməsi müəyyən edilmişdir. Rəyin verilməsi üçün 106,35 manat xidmət haqqı hesablanmışdır. Məhkəmə qeyd edir ki, 3545 manat məbləğində avtomobilə dəymiş zərər və 106,35 manat rəyinin alınması üçün ödənilmiş rüsum cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı həmçinin iddia tələbində yalnız müqavilə üzrə faiz borcun, cərimənin ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, lizinq verən müqavilə üzrə yaranmış faiz borc məbləğini, yəni 489,56 manatı tələb etməkdə haqlıdır. Həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, eyni zamanda iddianın cərimələrin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması lizin verənin əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, lizinq verən lizinq obyektini lizinqə verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, lizinq alan ödənişləri gecikdirdiyinə görə hesablanmış 726 manat məbləğində, dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, lizinq alan ödənişləri gecikdirdiyinə görə hesablanmış cərimə azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin lizinq müqaviləsinin şərtlərini pozduğu üçün (12.6 bənd) cərimə olaraq 1000 manat cərimənin də cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı dəlilinə münasibət bildirirək qeyd edir ki, xx.xx.2024-cü il tarixli daxili lizinq müqaviləsinin 12.6-cı bəndindən görünür ki, bu müqavilənin 10-cu bəndində nəzərdə tutulmuş lizinq obyektinin yoxlamaq imkanını təmin etmədikdə lizinq alan lizinq verənə 1000 manat məbləğində cərimə ödəyir. Həmin müqavilənin 10.1-ci bəndində göstərilmişdir ki, lizinq verən hər hansı bir vaxt lizinq obyektini və ondan istifadə şərtlərini yoxlamaq və həmçinin bu məqsədlə lizinq alanın ərazisinə, bina və tikililərinə maneəsiz daxil olmaq və baxış keçirmək hüququna malikdir. Yoxlamanın nəticələri xüsusi aktla rəsmiləşdirilir. Tələbin həmin hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf lizinq obyektinə baxış keçirilməsi ilə bağlı lizinq alana müraciət etməsi, bu imkandan məhrum olması və bu halların xüsusi aktla rəsmiləşdirilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda iddia tələbinin həmin hissədə təmin edilməsi qanuni və əsaslı hesab edilə biməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə yaranmış 489 manat 56 qəpik faiz borc, 20 manat dəbbə pulu, 3545 manat məbləğində avtomobilə dəymiş zərər, 106 manat 35 qəpik ekspertiza rəyinin alınması üçün ödənilmiş rüsum olmaqla cəmi 4160 manat 91 qəpik manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsini məhkəməyə verilməsi üçün 76 manat dövlət rüsumu ödənmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 61 manat 61 qəpik dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2024-cü il tarixli AFLZ01-000101 saylı daxili lizinq müqaviləsi üzrə yaranmış 489 manat 56 qəpik faiz borc, 20 manat cərimə borcu, 3545 manat məbləğində avtomobilə dəymiş zərər, 106 manat 35 qəpik ekspertiza rəyinin alınması üçün ödənilmiş rüsum olmaqla, cəmi 4160 (dörd min yüz altmış) manat 91 (doxsan bir) qəpik məbləğində pul və 61 (altmış bir) manat 61 (altmış bir) qəpik dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1747/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1747/2024
19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver