Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1781/2022 19.09.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu İddiaçı cavabdeh X4 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə elektron qaydada Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 3822 manat əsas borcun, 1146 manat 60 qəpik dəbbə pulunun, mediasiyaya dair ödənilmiş 70 manat dövlət rüsumu olmaqla, cəmi 5038 manat 60 qəpik pul vəsaitinin cavabdeh X2 alınıb İddiaçı xeyrinə ödənilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X6 ilə İddiaçı MMC arasında 12 oktyabr 2019-cu il tarixdə bağlanılmış alğı- satqı müqaviləsi bağlanılmış və həmin müqavilə əsasında cavabdehin aldığı mebel dəstlərinə görə 3822 (üç min səkkiz yüz iyirmi iki) manat borcu vardır. xx.xx.2020-ci il tarixdə qeyd olunan müqavilə əsasına verilmiş malların və ödənilmiş vəsaitin aylıq yoxlanılması zamanı cavabdeh borcunu təsdiqləmiş və bu barədə tərtib olunmuş üzləşmə aktını imzalamışdır. Lakin bu günə qədər borc məbləğini ödəməmişdir. Müqavilə şərtlərinə və qanunun tələblərinə uyğun olaraq cavabdehdən 3822 (üç min səkkiz yüz iyirmi iki) manat borcun ödənilməsi tələb edərək, müvafiq pretenziya, mediasiya ilə bağlı təklif məktubu da təqdim ediblər. Cavabdehə göndərilən rəsmi pretenziya məktubunda qeyd olunan borcu ödəməli olduğu barədə xəbərdarlıq ediblər, əks halda məhkəməyə müraciət edəcəklərini və çəkilən bütün xərclərin cavabdeh tərəfindən ödənilməli olduğunu tələb edəcəklərini bildiriblər. Cavabdeh isə şifahi olaraq borcu ödəyəcəyinə söz versə də, faktiki olaraq yenə də aldığı malın pulunu ödəməmişdir. Gəncə 1 saylı Mediasiya Təşkiklatı mediator X7 tərəfindən cavabdeh ilkin mediasiyada iştirak etmədiyindən bu barədə 17 fevral 2022-ci il tarixli arayış verilmişdir. Beləliklə biz qanunla verilmiş bütün imkanlardan istifadə edərək pulun ödənilməsinə çalışıblar. Cavabdeh isə üzərinə götürdüyü öhdəliyə əməl etməyərək, eyni zamanda qanunun tələblərinə zidd olaraq borcu ödəməkdən yayınmışdır. Bağlanılmış alqısatqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı istehsal etdiyi və ya istehsalçı şirkətdən əldə etdiyi məhsullardan (mebel dəsti) alıcıya satmağı,alcı isə malı alıb müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə dəyərini satıcıya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Həmin müqavilənin 2.5-ci bəndində qeyd olunan şərtinə görə ödəniş gecikdirildiyi halda hər gecikdirilən günə görə 0.5 % həddində dəbbə pulu hesablanacaqdır. Mən dəbbə pulunu hər gecikdirilən gün üçün 0.5 % olaraq gecikdirilən günlərin sayını isə son iki ay yəni 60 gün olmaqla götürürəm. Beləliklə ödənişi gecikdirilmiş məbləğin3822 (üç min səkkiz yüz iyirmi iki) manatın 0.5% -i = 19 (on doqquz) manat 11 qəpik təşkil edir ki, bu da x 60 günə = 1146 (min yüz qırx altı manat) 60 qəpik dəbbə pulu olaraq hesablanır. Bununla yanaşı mediasiya üçün xərclər və ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalıdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 3822 manat əsas borcun, 1146 manat 60 qəpik dəbbə pulunun, mediasiyaya dair ödənilmiş 60 manat mediasiyaya dair xərc olmaqla, cəmi 5038 manat 60 qəpik pul vəsaitinin cavabdeh X2 alınıb İddiaçı xeyrinə ödənilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh X4 15 avqust 2022-ci il tarixli, e-2-2(115)-1781/2022 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İş materillarını nəzərdən keçirdib hesab edirəm ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş satıcı İddiaçı ilə alıcı X6 arasında bağlanmış 12 oktyabr 2019-cu il tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcı alıcıya malları satmağı, alıcı isə həmin malı qəbul edib, müqaviləyə uyğun şərtlərlə və məbləğdə pul vəsaitini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.5-ci bəndindən görünür ki, ödəniş gecikdirildiyi halda hər gecikdirilən günə görə 0.5 % həddində dəbbə pulu hesablanması nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixdə tərəflər arasında imzalanmış üzləşdirmə aktına əsasən alıcı X1 İddiaçınə olan borcu 3822 manat məbləğində göstərilmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, iddiaçı borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir. İş materillarına əlavə olunmuş 17 fevral 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi X6 ilkin mediasiya sessiyasında iştirak etməmiş və İddiaçı nümayəndəsi X8 ilkin mediasiya sessiyasında iştirak edərək 60 manat mediasiya xərcini ödəmişdir. Beləliklə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh X5in iddiaçı qarşısında 3822 manat məbləğində öydəliyi yaranmış, lakin öhdəliklərini yerinə yetirməmiş və iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Şərh olunanlara əsasən hesab edirəm ki, iddia qismən təmin edilməli, 3822 manat əsas borc, 50 manat dəbbə pulu olmaqla, cəmi 3872 manat məbləğində borc və 60 manat mediasiya xərci X2 tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli olan 58 manat 72 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 50 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. 3822 manat əsas borc, 50 manat dəbbə pulu olmaqla, cəmi 3872 manat məbləğində borc və 60 manat mediasiya xərci X2 tutularaq İddiaçınə ödənilsin. 58 manat 72 qəpik məbləğində dövlət rüsumu cavabdeh X2 tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-1781/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1781/2022
19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver