Məhkəmə qərarları › İş №e-2-2(115)-1795/2024

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1795/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1795/2024 08.10.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı borc tələbinə dair işə Gəncə Kommersiya Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, elektron qaimələr əsasında yaranmış ƏDV daxil 1222 manat 01 qəpik borc pul vəsaitinin və məhkəməyə müraciət etmək üçün əvvəlcədən iddiaçı tərəfindən ödənilmiş 32 manat 23 qəpik məbləğində dövlət rüsumunun "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada ərizə göndərərək, Cavabdeh müqavilə üzrə borclu olduğu məbləği tam şəkildə ödədiyini, artıq məhkəmə prosesinin baş tutmasına ehtiyac qalmadığını, buna görə də İddiaçı MMCnin Cavabdehnə qarşı verdiyi iddia ərizəsi və ona əlavə edilən sənədlərin İddiaçı MMC-yə geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işin baxılmasını xahiş etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildiyindən iddia ərizəsi və ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı borc tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Ödənilmiş 32 manat 23 qəpik qəpik dövlət rüsumu iddiaçı "İddiaçınə qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar