Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-18/2023 11.04.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh5, Cavabdeh1, Maraqlı şəxs, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh5 xx.xx.2018-ci il tarixli SHNİP-0279/182 saylı kredit müqaviləsi üzrə əsas borca görə 33 233,26 manat, faiz borcuna görə 4411,79 manat, cərimə borcuna görə 1241,76 manat olmaqla cəmi 38 886,81 manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun, 200 manat məbləğində mediasiya xidmətinə ödənilmiş vəsaitin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 6,66 manat məbləğində dövlət rüsumunun, cəmi 246,66 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi Cavabdeh5 ilə Cavabdeh1 paylı mülkiyyətində olan 0,10 ha torpaq sahəsinə yönəldilməsi, tam mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi Cavabdeh5 ilə Cavabdeh1 paylı mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh5 xx.xx.2018-ci il tarixli SHNİP- 0279/182 saylı kredit müqaviləsi üzrə cəmi 38 886,81 manat borcunun və 246,66 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi Cavabdeh5 ilə Cavabdeh1 paylı mülkiyyətində olan 0,10 ha torpaq sahəsinətutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Maraqlı şəxs, Cavabdeh4 və Cavabdeh2 ipoteka predmetindən çıxarılması və əmlakın boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2018-ci il tarixli SHNİP0279/182 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun Cavabdeh5 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh5, Cavabdeh1, Maraqlı şəxs, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh5 xx.xx.2020-ci il tarixli SHNİAP-042 saylı Kredit müqaviləsi üzrə əsas borca görə 21 600 manat, faiz borcuna görə 6967,8 manat, cərimə borcuna görə 4320 manat manat olmaqla cəmi 32 887,8 manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 80 manat rüsumun və 200 manat məbləğində mediasiya xidmətinə ödənilmiş vəsaitin, cəmi 280 manat məbləğində rüsumun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi Cavabdeh5 ilə Cavabdeh1 paylı mülkiyyətində olan 0,10 ha torpaq sahəsinə və Cavabdeh5 məxsus Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 1,2365 ha torpaq sahəsinə (tam) yönəldilməsi, tam mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi Cavabdeh5 ilə Cavabdeh1 paylı mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin və Cavabdeh5 məxsus Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 1,2365 ha torpaq sahəsinin ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh5 xx.xx.2020-ci il tarixli SHNİAP-042 saylı kredit müqaviləsi üzrə cəmi 32 887,8 manat borcunun və 280 manat məbləğində dövlət rüsumunun İddiaçı ASCyə ödənilməsi, ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi Cavabdeh5 ilə Cavabdeh1 paylı mülkiyyətində olan 0,10 ha torpaq sahəsinə və Cavabdeh5 məxsus Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 1,2365 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Maraqlı şəxs, Cavabdeh4 və Cavabdeh2 ipoteka predmetindən çıxarılması və əmlakın boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2020-ci il tarixli SHNİAP-042 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun Cavabdeh5 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-613/2022 saylı qərardadı ilə məhkəmənin icraatında eyni tərəflər arasında oxşar predmet üzrə e-2-2(115)- 533/2022 nömrəli mülki iş olduğundan mülki işlər birləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır kı, İddiaçı ASC-nin Şəmkir filialı ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli SHNİP-0279/182 saylı kredit müqaviləsinə əsasən illik 7 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 50 000 manat məbləğində kredit verilmişdir. xx.xx.2018-ci il tarixli SHNİP-0279/182 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh5 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh5 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh5 xx.xx.2018-ci il tarixli SHNİP-0279/182 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 33 233,26 manat, faiz borcuna görə 4411,79 manat, cərimə borcuna görə 1241,76 manat olmaqla borcun cəmi məbləğində 38 886,81 manat pul təşkil edir. xx.xx.2018-ci il tarixli SHNİP0279/182 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi Cavabdeh5 ilə Cavabdeh1 paylı mülkiyyətində olan 0,10 ha torpaq sahəsi İddiaçı ASC qarşısında xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka predmeti notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. İddiaçı ASC-nin Şəmkir filialı ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli SHNİAP-042 saylı kredit müqaviləsinə əsasən illik 21 faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 21 600 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli SHNİAP-042 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh5 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh5 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh5 xx.xx.2020-ci il tarixli SHNİAP-042 saylı kredit müqaviləsi üzrə 21600 manat əsas borc, 6967.8 manat faiz borcu, 4320 manat cərimə olmaqla, cəmi 32887.8 manat pul təşkil edir. xx.xx.2020-ci il tarixli SHNİAP-042 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi Cavabdeh5 ilə Cavabdeh1 paylı mülkiyyətində olan 0,10 ha torpaq sahəsi İddiaçı ASC qarşısında xx.xx.2020-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, Cavabdeh5 məxsus Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 1,2365 ha torpaq sahəsi(tam) İddiaçı ASC qarşısında xx.xx.2020-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka predmeti notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə göndərərək, Cavabdeh5 xx.xx.2018-ci il tarixli SF1NİP- 0279/182 saylı kredit müqaviləsi üzrə əsas borca görə 33 233,26 manat, faiz borcuna görə 1956,99 manat, cərimə borcuna görə 1241,76 manat, əsas borca hesablanmış illik 5% əldən çıxmış fayda 2534,04 manat olmaqla cəmi 38 966,05 manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun, 200 manat məbləğində mediasiya xidmətinə ödənilmiş vəsaitin, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 6,66 manat məbləğində dövlət rüsumunun və Cavabdeh5 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi Cavabdeh5 ilə Cavabdeh1 paylı mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin likvid dəy ərənin müəyyən edilməsi üçün ödənilmiş 500 manat vəsaitin, cəmi 746,66 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi Cavabdeh5 ilə Cavabdeh1 paylı mülkiyyətində olan 0,10 ha torpaq sahəsinə yönəldilməsi, tam mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi Cavabdeh5 ilə Cavabdeh1 paylı mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışmdan əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh5 xx.xx.2018-ci il tarixli SHNİP-0279/182 saylı Kredit müqaviləsi üzrə cəmi 38 966,05 manat borcunun və 746,66 manat məbləğində rüsum və xərclərin İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi Cavabdeh5 ilə Cavabdeh1 paylı mülkiyyətində olan 0,10 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Maraqlı şəxs, Cavabdeh4 və Cavabdeh2 ipoteka predmetindən çıxarılması və əmlakların boşaldılması, Cavabdeh5 xx.xx.2020-ci il tarixli SHNİAP-042 saylı kredit müqaviləsi üzrə əsas borca görə 21 600 manat, faiz borcuna görə 9096,46 manat, cərimə borcuna görə 4320 manat, əsas borca hesablanmış illik 5% əldən çıxmış fayda 509 manat olmaqla cəmi 35 525,46 manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 80 manat rüsumun, 200 manat məbləğində mediasiya xidmətinə ödənilmiş vəsaitin və Cavabdeh5 məxsus Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 1,2365 ha torpaq sahəsinin (tam) likvid dəyərənin müəyyən edilməsi üçün ödənilmiş 500 manat vəsaitin, cəmi 780 manat məbləğində rüsumun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi Cavabdeh5 ilə Cavabdeh1 paylı mülkiyyətində olan 0,10 ha torpaq sahəsinə və Cavabdeh5 məxsus Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 1,2365 ha torpaq sahəsinə (tam) yönəldilməsi, Tam mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi Cavabdeh5 ilə Cavabdeh1 paylı mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin və Cavabdeh5 məxsus Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 1,2365 ha torpaq sahəsinin ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh5 xx.xx.2020-ci il tarixli SHNİAP-042 saylı Kredit müqaviləsi üzrə cəmi 35 525,46 manat məbləğində borcun və cəmi 780 manat məbləğində rüsum və xərclərin İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi Cavabdeh5 ilə Cavabdeh1 paylı mülkiyyətində olan 0,10 ha torpaq sahəsinə və Cavabdeh5 məxsus Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 1,2365 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan soma ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Maraqlı şəxs, Cavabdeh4 və Cavabdeh2 ipoteka predmetindən çıxarılması və əmlakların boşaldılması, ipoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait xx.xx.2020ci il tarixli SHNİAP-042 saylı və xx.xx.2018-ci il tarixli SHNİP-0279/182 saylı kredit müqavilələri üzrə borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun Cavabdeh5 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2018-ci il tarixli SHNİP-0279/182 saylı kredit müqaviləsindən görünür ki, borcverən- "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan- Cavabdeh5 50 000 manat məbləğində illik 7 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan Cavabdeh5 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. xx.xx.2020-ci il tarixli SHNİAP-042 saylı kredit müqaviləsindən göünür ki, borcverən- "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan- Cavabdeh5 21600 manat məbləğində illik 21 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan Cavabdeh5 isə 24 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2018-ci il tarixli SHNİP- 0279/182 saylı kredit müqaviləsinin təminatı kimi tam mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi Cavabdeh5 ilə Cavabdeh1 paylı mülkiyyətində olan 0,10 ha torpaq sahəsi ipoteka predmeti kimi yüklü edilmişdir. xx.xx.2020-ci il tarixli SHNİAP-042 saylı sonrakı ipoteka müqavilələrindən görünür ki, Cavabdeh5 məxsus Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 1,2365 ha torpaq sahəsi və Cavabdeh5 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi Cavabdeh5 ilə Cavabdeh1 paylı mülkiyyətində olan 0,10 ha torpaq sahəsi ipoteka predmeti kimi yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 1,2365 ha torpaq sahəsi və Cavabdeh5 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi Cavabdeh5 ilə Cavabdeh1 paylı mülkiyyətində olan 0,10 ha torpaq sahəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən ********** və ********** qeydiyyat nömrəli çıxarışların surətindən görünür ki, Cavabdeh5 məxsus Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 1,2365 ha torpaq sahəsi və Cavabdeh5 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi Cavabdeh5 ilə Cavabdeh1 paylı mülkiyyətində olan 0,10 ha torpaq sahəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmişdir. xx.xx.2020-ci il tarixli 206 nömrəli Şəmkir rayon Sabirkənd İcra Nümayəndəliyinin arayışından görünür ki, Cavabdeh5 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Maraqlı şəxs qeydiyyatdadırlar. xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 200 manat mediasiya xərci ödənilmişdir. xx.xx.2023-cü il tarixli RB-02/PK-855 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2018ci il tarixli SHNİP-0279/182 saylı kredit müqaviləsi üzrə Cavabdeh5 banka olan borcu 33233.26 manat əsas borc, 1956.99 manat faiz borcu, 1241.76 manat cərimə, 2534.04 manat illik 5 %-lə hesablanmış əldən çıxmış fayda olmaqla, cəmi 38966.05 manat təşkil edir. xx.xx.2023-cü il tarixli RB-02/PK-856 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2020ci il tarixli SHNİAP-042 saylı kredit müqaviləsi üzrə 21600 manat əsas borc, 9096.46 manat faiz borcu, 4320 manat cərimə, 509 manat illik 5 %-lə hesablanmış əldən çıxmış fayda olmaqla, cəmi borc 35525.46 manat təşkil edir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli, 02-83/22 nömrəli ekspertiza rəyində "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi Cavabdeh5 ilə Cavabdeh1 paylı mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin bazar dəyəri 130 000 manat, likvid dəyəri 123 500 manat qeyd edilmişdir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli, 02-83/22 nömrəli ekspertiza rəyində "xxxx" MMC tərəfindən Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 1,2365 ha torpaq sahəsinin bazar dəyəri 22 000 manat, likvid dəyəri 15 000 manat qeyd edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 9/6575 nömrəli ekspertiza rəyində "xxxx" MMC tərəfindən Cavabdeh5 banka olan borcu xx.xx.2022-ci il tarixə 21600 manat əsas borc, 6967.80 manat faiz borcu qeyd edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli SHNİP-0279/182 saylı kredit müqaviləsinə əsasən 50 000 manat, xx.xx.2020-ci il tarixli SHNİAP-042 saylı kredit müqaviləsinə əsasən 21 600 manat məbləğində Cavabdeh5 kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh5 xx.xx.2018-ci il tarixli, Cavabdeh1 ilə isə xx.xx.2020-ci il tarixli sonrakı ipoteka müqavilələri bağlanmışdır. Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, xx.xx.2018-ci il tarixli SHNİP- 0279/182 saylı kredit müqaviləsinə əsasən 500 manat, xx.xx.2020-ci il tarixli SHNİAP-042 saylı kredit müqaviləsinə əsasən 300 manat məbləğində tutulmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:
1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya
2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh5 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibət olaraq qeyd edir ki, cavabdehdən ümumilikdə nə qədər pulun tutulmalı olması iddia tələbində və qətnamədə göstərilibdir. Tələbin bu hissəsi əvvəlki hissəni təkrarlayır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh5 xx.xx.2018-ci il tarixli SHNİP-0279/182 saylı kredit müqaviləsi üzrə 33233,26 (otuz üç min iki yüz otuz üç manat iyirmi altı qəpik) manat əsas borc, 1956,99(bir min doqquz yüz əlli altı manat doxsan doqquz qəpik) manat faiz borcu, 500(beş yüz) manat cərimə, illik 5 %-lə hesablanmış 2534,04 (iki min beş yüz otuz dörd manat dörd qəpik) manat əldən çıxmış fayda olmaqla, cəmi 38224,29 (otuz səkkiz min iki yüz iyirmi dörd manat iyirmi doqquz qəpik) manat, xx.xx.2020-ci il tarixli SHNİAP-042 saylı kredit müqaviləsi üzrə 21600 (iyirmi bir min altı yüz) manat əsas borc, 9096.46 (doqquz min doxsan altı manat qırx altı qəpik) manat faiz borcu, illik 5 %-lə hesablanmış 509 (beş yüz doqquz) manat əldən çıxmış fayda, 300 (üç yüz) manat cərimə olmaqla, cəmi 31505,46 (otuz bir min beş yüz beş manat qırx altı qəpik) manat borc olmaqla, ümumilikdə 69729,75(altmış doqquz min yeddi yüz iyirmi doqquz manat yetmiş beş qəpik) manat borc və 200 (iki yüz) manat mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. xx.xx.2018-ci il tarixli SHNİP-0279/182 saylı kredit müqaviləsi üzrə borc tələbi likvid dəyəri 123 500 manat olan Cavabdeh5 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi Cavabdeh5 ilə Cavabdeh1 paylı mülkiyyətində olan 0.10 ha torpaq sahəsinə yönəldilməlidir, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməlidir. xx.xx.2020-ci il tarixli SHNİAP-042 saylı kredit müqaviləsi üzrə borc tələbi likvid dəyəri 15 000 manat olan Cavabdeh5 məxsus Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 1,2365 ha torpaq sahəsinə yönəldilməli, həmin torpaq sahəsi açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməlidir. İpoteka qoyulmuş fərdi yaşayış evinə və torpaq sahələrinə tutma yönəldikdən və satıldıqdan sonra bir ay ərzində cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Maraqlı şəxs, Cavabdeh4 və Cavabdeh2 çıxarılmaqla fərdi yaşayış evi və torpaq sahələri boşaldılmalıdır. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. İddia ərizəsinin məzmunundan göründüyü kimi əmlakın qiymətləndirilməsi barədə vəsatət iddiaçı tərəfindən ərizədə göstərilmişdir. İddia tələbinin dəyişdirilməsi barədə ərizədə isə 500 manat ekspertiza xərcinin bank tərəfindən ödənildiyi qeyd olunmuşdur. Odur ki, “Məhkəmə Ekspertizası Xidmətləri“ MMC-yə “ödənilməli olan əmlakın qiymətləndirilməsi ilə bağlı ekspertiza xərcləri İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
q ə t e t d i:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh5 xx.xx.2018-ci il tarixli SHNİP-0279/182 saylı kredit müqaviləsi üzrə 33233,26 (otuz üç min iki yüz otuz üç manat iyirmi altı qəpik) manat əsas borc, 1956,99(bir min doqquz yüz əlli altı manat doxsan doqquz qəpik) manat faiz borcu, 500(beş yüz) manat cərimə, illik 5 %-lə hesablanmış 2534,04 (iki min beş yüz otuz dörd manat dörd qəpik) manat əldən çıxmış fayda olmaqla, cəmi 38224,29 (otuz səkkiz min iki yüz iyirmi dörd manat iyirmi doqquz qəpik) manat, xx.xx.2020-ci il tarixli SHNİAP-042 saylı kredit müqaviləsi üzrə 21600 (iyirmi bir min altı yüz) manat əsas borc, 9096.46 (doqquz min doxsan altı manat qırx altı qəpik) manat faiz borcu, illik 5 %-lə hesablanmış 509 (beş yüz doqquz) manat əldən çıxmış fayda, 300 (üç yüz) manat cərimə olmaqla, cəmi 31505,46 (otuz bir min beş yüz beş manat qırx altı qəpik) manat borc olmaqla, ümumilikdə 69729,75(altmış doqquz min yeddi yüz iyirmi doqquz manat yetmiş beş qəpik) manat borc və 200 (iki yüz) manat mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2018-ci il tarixli SHNİP-0279/182 saylı kredit müqaviləsi üzrə borc tələbi likvid dəyəri 123 500 manat olan Cavabdeh5 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi Cavabdeh5 ilə Cavabdeh1 paylı mülkiyyətində olan 0.10 ha torpaq sahəsinə yönəldilsin, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. xx.xx.2020-ci il tarixli SHNİAP-042 saylı kredit müqaviləsi üzrə borc tələbi likvid dəyəri 15 000 manat olan Cavabdeh5 məxsus Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 1,2365 ha torpaq sahəsinə yönəldilsin, həmin torpaq sahəsi açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. İpoteka qoyulmuş fərdi yaşayış evinə və torpaq sahələrinə tutma yönəldikdən və satıldıqdan sonra bir ay ərzində cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Maraqlı şəxs, Cavabdeh4 və Cavabdeh2 çıxarılmaqla fərdi yaşayış evi və torpaq sahələri boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. “Məhkəmə Ekspertizası Mərkəzi“-nə “ödənilməli olan 145 (bir yüz qırx beş) manat ekspertiza xərci Cavabdeh5 aid edilsin. Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. “Məhkəmə Ekspertizası Xidmətləri“ MMC-yə ödənilməli olan əmlakların qiymətləndirilməsi ilə bağlı ekspertiza xərcləri İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Cavabdeh5 299.19 (iki yüz doxsan doqquz manat on doqquz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər.
Sədrlik edən: Kənan Vəliyev