Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-18/2025 04.03.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, 2078,55 manat borcun və 60 manat mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 131 saylı alqı-satqı müqaviləsinə əsasən Ağdam rayonu Ergi kəndi ərazisində 33 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 25248,56 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında; 160 manat məbləğində çöp doğrama, 170 manat məbləğində mala, 200 manat məbləğində diskli mala, 510 manat məbləğində çiyid səpini, 832 manat məbləğində dərman səpini, 4830 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 4848,36 manat məbləğində gübrə/dərman, 2589,20 manat məbləğində çiyid, 3032 manat məbləğində kultivasiya, 697 manat məbləğində gübrə ilə kultivasiya, 4500 manat məbləğində pambığın maşınla 1-ci üz yığımı, 2880 manat məbləğində pambığın maşınla 2-ci üz yığımı, cəmi: 25248.56 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da 23170,01 manat məbləğində 33721.27 kq xam-pambıq təhvil vermiş, bununla da iddiaçıya 2078,55 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə-faktura və ödəmə tapşırıqları, maliyyə arayışı və digər sənədlərlə təsdiq edilir. Cavabdeh iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, iddia tələbində göstərilənlər tamamilə əsassızdır. Onun iddiaçı təşkilata borcu yoxdur, müqavilə üzrə öhdəlikləri yerinə yetirmişdir. İddia ərizəsində göstərilənlərə etiraz edir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X4 izahatında göstərdi ki, İddiaçı MMC-nin Ağdam filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Ağdam rayonu Ergi kəndi ərazisində 33 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehə 25248,56 manat məbləğində xərc çəkilmişdir. Belə ki, cavabdehin sifarişi əsasında 25248,56 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da 23170.01 manat məbləğində 33721,27 kq xam-pambıq təhvil vermiş, bununla da iddiaçıya 2078,55 manat məbləğində borcu qalmışdır. Bundan başqa təsərrüfat işlərində elə olur ki, fermer müəyyən səbəblərdən ərazidə olmur, bu halda işləri onların göstərişi əsasında əvəz edən şəxslər imzalayır. Tərəfin özü xarici ölkədə olub, onun əvəzinə işini aparan şəxs sənədlərə imza etmişdir. İşlər normativlərə uğun görülmüş və nəticədə 33721,27 kq xam-pambıq təhvil vermişdir. İddiaçının nümayəndəsi X4 həmçinin izahatında göstərdi ki, Cavabdeh bildirir ki, işlərin görülməsindəki imzalar onun deyildir. Həmin sənədlərdəki imzalarla pambığın qəbulu qəbzlərindəki imzalar arasında müəyyən oxşarlıqlar ola bilər. Ola bilər ki, öz müəsissələrinin işçiləri cavabdehin adından müəyyən sənədləşmələr edərək qanunsuz hərəkətlərə yola veriblər. Bundan başqa pambığın qəbulu qəbzlərindəki imzalarda açıq-aşkar fərqliliklər vardır, necə ola bilər ki, tərəf bambıq təhvil verdiyi halda həmin qəbzlərə imza çəkməsin. Pambığı təhvil alsalar da ola bilsin ki, cavabdehin adından bu imzaları başqa şəxs etmişdir. Cavabdeh əvvəcə iş və mal aklarında ümumiyyətlə heç bir imzanın onun olmadığını bildirirdi. Ekspert rəyi ilə imzaların yarısının onun olduğu müəyyən olundu. Əgər onlar işlərin görülməsi ilə bağlı sənəd təqdim edirsə deməli o işlər həqiqətən görülür. Yəni cavabdehin əvəzindən kimsə pambığı təhvil verirsə, deməli kimsə onun sahədəki işlərini görübdür, işin görülməsi və malın verilməsi aktlarına da həmin şəxs imza etmişdir. Pambığın qəbulu qəbzlərində iddiaçı tərəfidən imzası olan şəxslər hazırda müəsissələrində işləmirlər. Filialın möhrü onun rəhbərində olur. İddiaçının nümayəndəsi X4 həmçinin izahatında göstərdi ki, iddiaçı tərəfindən verilən vəsatətlərin bir qismi məhkəmə tərəfindən müzakirə edilmiş, bir qismi isə ya müzakirə edilməmiş, ya da təmin edilməmişdir. Bu vəsatətlərin təmin edilməsi işin daha obyektiv həll edilməsinə səbəb ola bilərdi. Məhkəmə pambıq qəbul qəbzlərinin ekspertizaya göndərilməsi, bəzi şahidlərin dindirilməsi və mütəxəsissinin dəvət edilməsini təmin etmədi. Bu, iş üzrə obyektiv qərar qəbul edilməməsinə səbəb ola bilər. Cavabdeh dəfərlərlə ziddiyətli ifadələr vermişdir. Şahid ifadələri ilə də müəyyən edilmişdir ki, cavabdeh işin başında olmamışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən 33 hektar torpaq sahəsində pambıq əkib-becərməsi ilə bağlı cavabdehə 25248,50 manat avans verilmiş, işlər görülmüş, xidmət göstərilmişdir, əvvəlcə 2078,55 manat pulun cavabdehdən alınmasını istəsələr də, məhkəmə iclasında pambığın qəbulu qəbzlərinin cavabdeh tərəfindən imzalamadığı müəyyən edildiyindən iddia tələbini artırmaq məcburiyyətində qalmışlar. O cümlədən şahidlər də izahatlarında bildirdilər ki, cavabdehin təsərrüfatının başında başqa şəxslər olmuşdur, qeyd edilən işlər onların iştirakı ilə görülmüşdür, həmin işlər görülməsəydi həmin ərazidə pambıq yetişə bilməzdi. Əgər cavabdeh mübahisələndirirsə o özü həmin sahəyə xərc çəkmişdir, burada heç bir porblem yoxdur. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlamışlar, iddiaçı ancaq tərəfin müraciəti əsasında həmin sahədə işləri görmüşdür, bu işləri görmək onların vəzifəsi deyildir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, müqavilə əsasında iddiaçı tərəfindən göstərilmiş xidmətlər və verilmiş gübrələrin məbləği artıq hesablanmışdır. Bu barədə iddiaçının sübut kimi təqdim etdiyi sənədlər onun tərəfindən imzalanmamışdır. Verdiyi pambığın çəkisi dəqiq yadında qalmamışdır. Pambıq təhvil verilən zaman o sahədə olduğu üçün vaxtı olmadığından yaxınlıqda qalan Elçin adlı xalası oğlundan pambığın təhvilində iştirak etməsini tapşırmışdır. Belə ki, iddiaçının nümayədələri onu gözləmədikləri üçün məcbur qohumu gedib pambığın təhvil verilməsində iştirak etmişdir. Pambığın təhvil qəbzlərdəki imzalardan biri və ya ikisində onun imzası ola bilər. Pambığın təhvil qəbzlərdəki imzaların bir çoxu xalası oğlu Elçin Zeynalovun imzalarıdır. O sahədə olduğu üçün qohumunun onun əvəzinə gedib pambığı təhvil verməsinə dair ona etibarnamə də vermişdir. İş aktları və malların təhvil alınması aktlarına isə onun əvəzinə kimsə imza çəkməmişdir, çəkmişsə də onun xəbəri olmamışdır. Sahələrindən biri 10 hektar, biri isə 20 hektar olmuşdur. Sahəsində düzgün becərilmə getməmişdir, vaxtında aqrotexniki qulluq edilməmişdir. Onun sahəsində diskili mala işi, çöpçalma işi görülməmişdir. Sahəsində səpin işləri görülmüşdür. Təxminən 30 hektar sahədə səpin edilmişdir. Səpini Şahid4 və Şahid2 etmişdir. Şahid6 onun sahəsində çalışmış, kultivasiya işini görmüş və gübrə vermişdir. Lakin o bütün sahəni kultivasiya etməmişdir. Onun iki sahəsi olmuş, bir sahəsində X5 iki dəfə pambıq yığmışdır. Aktlarda göstərilən digər xidmətlər isə onun sahəsində görülməmişdir. X5 20 hektar ərazinin 11 hektarından pambığını yığmış ola bilər. X2 isə tanımır. Odur ki, iddianın təmin edilməməsini xahiş edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, aqronom onlara bir gün əvvəldən hansı əraziyə gedəcəklərini bildirir. O, 2021-ci ildə Cavabdeh Ergi kəndində yerlşən pambıq sahəsindən pambığını yığmışdır. Dəqiq olaraq neçə hektar yerdən məhsul yığdığını bilməsə də, sahə təxminən 20 hektardan çox olmuşdur. Cavabdehin sahəsinə təxminən 2-3 dəfə getmişdir. O bütün sahənin pambığını yığmamışdır. Sahə 20 hektardan çox olmuş, ancaq o nə qədər pambıq yığdığını bilməmişdir, çünki bəzi hissələr alaqlı olduğu üçün əl ilə yığılmalı olmuşdur. O pambıq yığan zaman Cavabdeh sahədə olmuşdur. Gördükləri işlər aqronom aktlaşdırırdı. Pambığın yığılıb sənədləşdirilmədiyi hal olmamışdır. Yol vərəqəsi bir aylıq verilirdi. Yanacaq verilərkən də onlara sənədə imza çəkdirirdilər. Sənədləşdirmə aparmadan o həmin əraziyə göndərilməmişdir, yaxud da sənəddə qeyd edilmiş sahədən başqa yerə göndərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, adətən kultivasiya işləri may, iyun, iyul, avqust və sentyabr ayının 5-10-na kimi görülür. O, cavabdehin sahəsində işləmiş, kultivasiya işlərini görmüşdür. Cavabdeh nə qədər sahəsi olubsa hamısını kultivasiya etmişdir. Tarix yadında qalmasa da təxminən 33 hektar torpaq sahəsi idi. Eyni sahəni təkrartəkrar kultivasiya etmişdir. Cavabdeh sahəsində kultivasiya işlərini görməsi göstərişi ona şirkət tərəfindən verilmiş, o da hara desələr orada gedib işləri həyata keçirmişdir. Müəyyən vaxtlar Cavabdeh sahədə olmamışdır, olmayan vaxtlarda o aqronoma zəng edib harada iş görəcəyini soruşmuş, həmçinin özü ilə də danışmışdır. Elə olmuşdur ki, Cavabdeh işçisi ona yemək vermişdir, elə də olmuşdur ki, səhər gəlib ona yemək üçün pul verib getmişdir ki, başqa işləri var. 33 hektarlıq yerə 187 hektarlıq kultivasiya işləri görülə bilər. Belə ki, bir sahəyə bir neçə dəfə kultivasiya işləri görülür. 6 dəfə kultivasiya çəkilə bilər, ancaq 6-nı da o etməmişdir. Cavabdeh sahəsinin kultivasiyasının hamsını o etməmişdir. Kultivasiya çəkilə bilməyən vaxtdan sonra həmin sahədə kultivasiya işlərinin görülüb-görülmədiyini bilmir. O, gübrə ilə kultivasiya işi görməmişdir. Cavabdeh sahədə olmayan vaxtı aqronoma zəng etmiş, aqronom da ona bildirmişdir ki, o öz adının qarşısından imza çəksin gəlib yanacağını götürsün. Kultivasiyadan başqa hər hansı iş görməmişdir. Bir dəfə də səpin işi görmüşdür. Cavabdeh bütün sahəsinə İzzətlə birlikdə o səpin etmişdir. Gübrəli səpin etməmişdir. Mala işlərini o görməmişdir, gübrəli kultivasiya etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Cavabdeh sahəsində səpin işlərinin həyata keçirilməsi zamanı iştirak etmişdir. Təxminən nə vaxt səpin etidyi yadında qalmamışdır, fikrincə may ayı olmuşdur. Torpaq sahəsinin dəqiq ölçüsünü bilmir, sahə təxminən 30 hektar olmuşdur. Sadəcə səpin işini aparmış, gübrəli səpin etməmişdir. O səpin edəndə Cavabdeh orda olmamışdır. Torpaq sahəsinin biri 15, biri isə 21 hektar olmalı idi. Hər iki səpində iştirak etmişdir. Şahid2lə birlikdə eyni tarixdə işləmişdir. Çiyidin gübrə ilə birlikdə səpilməsinə rast gəlməmişdir. Səpini eyni yoxsa fərqi-fərqli günlərdə etdiyi yadında qalmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Cavabdeh 10 hektar və bir də daha böyük sahəsində təxminən iyun-may aylarında kultivasiya işləri görmüşdür. Sahəyə ayrı-ayrı vaxtlarda getmişdir. 10 hektar sahəyə gedəndə Cavabdeh ilə danışmış, ona bildirmişdir ki, fermadadır, sahəyə adam göndərəcək, ona kimi gübrəni səpsin. O da Cavabdeh suçusu ilə gübərni səpmiş, özü gəlib çıxmamış, telefonuna da zəng çatmamışdır. Saat 3-də o da aqronoma zəng edib işi qutardığını bilrmişdir. Daha sonra Cavabdeh özü ona zəng etmiş, işi qutardığını da ona bildirmişdir. Cavabdeh da ona kafedə yemək yeməyini, orda ona xidmət haqqı da vercəklərini demişdir. Böyük sahəyə gedəndə də Cavabdeh orada yox idi. O, ancaq kultivasiya və gübrələmə işlərini görmüşdür. Ümumi olaraq 3-4 dəfə Cavabdeh sahələrinə getmişdir. Baş aqronom onları sahəyə göndərir, onların iş yerindən Cavabdeh sahəsinə 50 km yoldur, o sahəyə getməmiş bilə-bilməz ki, Cavabdeh ordadır yoxsa yox. Cavabdeh çobanı tərəfindən aktlara imza çəkilib-çəkilmədiyini xatırlamır. Böyük sahə su olduğu üçün sahənin hamsını kültivasiya etməmişdir. Gübrəni Cavabdeh fermasından götürmüşdür. Gübrənin Cavabdeh məxsus olub-olmadığını bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Cavabdeh tanımır, lakin onun sahəsində dərman səpmişdir. Dərmanlama işlərini pambıq mövsümündə səpmişdir. Sahəyə təxminən 3 dəfə getmiş, birində texnika xarab olub qayıtmış, digər ikisində isə dərman səpmişdir. Əlavə olaraq pambıq daşımışdır. Bütün sahəyə dərman səpməmiş, ancaq tam olaraq nə qədər səpməyi yadında qalmamışdır. Dərmanlamanın biri bitə qarşı, biri də isə sovkaya qarşı olmuşdur. Mala işi görəməmişdir. Dərmanlama işindən başqa iş görmüşsə də yadımda qalmamışdır. Sahədə Cavabdeh görməmişdir. Aqronom onu sahəyə göndərib ki, getsin işləsin, o də sahəyə getmiş, cavabdeh olmadığına görə aqronomla danışmış, aqronom da ona bildirmişdir ki, Cavabdeh ilə danışmışdır, o işini görsün. Təsərrüfatın başında cavabdehin suçusu durmuş, o suçunun telefonu ilə aqronomla danışmışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07 yanvar 2021-ci il tarixli 131 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC-nin Ağdam filialı tərəfindən Cavabdeh məxsus olan Ağdam rayonu Ergi kəndində yerləşən 33 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsini, fermer tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində filiala təhvil verilməsi və filial tərəfindən fermerin borcları çıxılmaq şərti ilə məhsulun nəmliliyi, zibilliliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi müəyyən olunmuşdur. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 27 aprel 2021-ci il tarixdə 2300 manat, 31 may 2021-ci il tarixdə 1610 manat, 09 iyul 2021-ci il tarixdə 920 manat olmaqla 4830 manat məbləğində avans verilmişdir. İş materiallarında olan aktlardan görünür ki, xx.xx.2021-ci il tarixdə gübrəli kultivasiya, xx.xx.2021-ci il tarixdə 7 ha kultivasiya, xx.xx.2021-ci il tarixdə 2 ha 2-ci yığım, xx.xx.2021-ci il tarixdə 10 ha dərmanlama, xx.xx.2021-ci il tarixdə 6 ha 2-ci yığım xx.xx.2021-ci il tarixdə 1 ha yığım. xx.xx.2021-ci il tarixdə 2 ha yığım, xx.xx.2021-ci il tarixdə 1 ha birinci üz pambıq yığımı, xx.xx.2021-ci il tarixdə 6 ha ikinci üz pambıq yığımı, xx.xx.2021-ci il tarixdə 5 ha ikinci üz pambıq yığımı, xx.xx.2021-ci il tarixdə 10 ha çöpdoğrama, xx.xx.2021-ci il tarxidə 10 ha mala çəkmə, xx.xx.2021-ci il tarixdə 14,5 ha kultivasiya, xx.xx.2021-ci il tarxidə diskli mala, xx.xx.2021-ci il tarixdə 7 ha kultivasiya, xx.xx.2021-ci il tarixdə 6 ha gübrəli kultivasiya, xx.xx.2021-ci il tarixdə 13 ha kultivasiya, 13 ha kultivasiya, xx.xx.2021-ci il tarixdə 10 ha kultivasiya, xx.xx.2021-ci il tarixdə 24 ha dərmanlama, xx.xx.2021-ci il tarxidə 10 ha dərmanlama, xx.xx.2021-ci il tarxidə 10 ha dərmanlama, 10 dərmanlama işləri, xx.xx.2021-ci il tarixdə 9,50 ha gübrəli çiyid səpini, 14,50 ha gübrəli çiyid səpini, xx.xx.2021-ci il tarixdə 10 ha səpin, 10 ha mala, 10 ha diskli mala, xx.xx.2021-ci il tarixdə 13 ha kultivasiya, xx.xx.2021-ci il tarixdə 10 ha kultivasiya, xx.xx.2021-ci il tarixdə 10 ha kultivasiya, xx.xx.2021-ci il tarixdə 6.50 ha kultivasiya, xx.xx.2021-ci il tarixdə 13 ha gübrə ilə kultivasiya, xx.xx.2021-ci il tarixdə 6 ha kultivasiya, xx.xx.2021-ci il tarixdə 10 ha kultivasiya, 06. 07. 2021-ci il tarixdə 9 ha kultivasiya, 10.07. 2021-ci il tarixdə 12 ha gübrəli kultivasiya, xx.xx.2021-ci il tarixdə 12 ha kultivasiya, xx.xx.2021-ci il tarixdə 8 ha kultivasiya, xx.xx.2021-ci il tarixdə 8 ha kultivasiya, xx.xx.2021-ci il tarixdə 13 ha kultivasiya, xx.xx.2021-ci il tarixdə 14 ha kultivasiya, xx.xx.2021-ci il tarxidə 13 ha kultivasiya, xx.xx.2021-ci il tarixdə 6 ha pambıq yığımı, xx.xx.2021-ci il tarixdə 11 ha pambıq yığımı, 3 ha pambıq yığımı, xx.xx.2021-ci il tarixdə 1 ha pambıq yığımı, 09.12. 2021-ci il tarixdə 3 ha pambıq yığımı, xx.xx.2021-ci il tarixdə 2 ha ikinci üz pambıq yığımı, xx.xx.2021-ci il tarixdə 3 ha ikinci üz pambıq yığımı, xx.xx.2021-ci il tarixdə 1 ha pambıq yığımı, xx.xx.2021-ci il tarixdə 9 ha ikinci üz pambıq yığımı işləri görülməsi qeyd edilmişdir. İş materiallarında olan malların fiziki şəxslərə təhvil-qəbul qəbzlərindən görünür, xx.xx.2021-ci il atrixdə vahidinin qiyməti 2 manatdan olmaqla 725 kq çiyid R-2, xx.xx.2021-ci il tarixdə vahidinin qiyməti 5,12 manat olmaqla 125 kq çiyid R-1, xx.xx.2021-ci il tarixdə 20 kq goldplan, xx.xx.2021-ci il tarixdə 10 lt goldplan, xx.xx.2021-ci il tarixdə 20 lt torpedo, 20 kq goldplan, xx.xx.2021-ci il tarixdə 26 lt dishans, xx.xx.2021-ci il tarixdə 7.5 lt plemax, 6 kq goldplan,xx.xx.2021-ci il tarixdə 800 kq gübrə amofos, xx.xx.2021-ci il tarixdə 3 lt plemax, xx.xx.2021-ci il tarixdə 2 lt plemax, 3 kq goldplan, 2.5 lt plemax, 3 kq goldplan mallarının verilməsi qeyd edilmişdir. İş materiallarında olan pambıq qəbulu qəbzlərindən görünür ki, xx.xx.2021-ci il tarixdə 1615,11 manat, xx.xx.2021-ci il tarixdə 1265,73 manat, 1120,23 manat, 487,58 manat, xx.xx.2021-ci il tarixdə 1530,90 manat, 1626,25 manat, 1937,60 manat, 1980,34 manat, xx.xx.2021-ci il tarixdə 567,21 manat, 767,40 manat, 606,24 manat, 960 manat, 2045,71 manat, 919,32 manat, xx.xx.2021-ci il tarxidə 818,98 manat, xx.xx.2021-ci il tarixdə 1569,08 manat, xx.xx.2021-ci il tarxidə 1414,03 manat, 558,41 manat, 525,90 manat, 248,42 manat, xx.xx.2021ci il tarixdə 605,60 manat dəyərində pambıq təhvil verilmişdir. İş materiallarında Məhkəmə Ekspertiza Mərkəzinin 21 avqust 2024-cü il tarixli 4/1067 saylı ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2021-ci il tarixli (işin həcmi 10 ha), xx.xx.2021-ci il tarixli (işin həcmi 10 ha), xx.xx.2021-ci tarixli (işin həcmi 10 ha), xx.xx.2021ci il tarixli (işin həcmi 14,5), xx.xx.2021-ci il tarixli (işin həcmi 13 ha), xx.xx.2021-ci il tarixli (işin həcmi 13 h), xx.xx.2021-ci il tarixli (işin həcmi 6 h), xx.xx.2021-ci il tarixli (işin həcmi 7 ha), xx.xx.2021-ci il tarixli (işin həcmi 10 ha), xx.xx.2021- ci il tarixli (işin həcmi 24 ha), xx.xx.2021-ci il tarixli (işin həcmi 10 ha), xx.xx.2021-ci il tarixli (işin həcmi 10 ha), xx.xx.2021-ci il tarixli (işin həcmi 10 ha) Aktlarda “3. Fermer Cavabdeh” yazıları qarşısındakı imzalar; xx.xx.2021-ci il tarixli XHR seriyalı Nq 031245 nömrəli, xx.xx.2021-ci il tarixli XHR seriyalı Ns 031244 nömrəli, xx.xx.2021-ci il tarixli XHR seriyalı Nq 031238 nömrəli, xx.xx.2021-ci il tarixli XHR seriyalı Nq 031240 nömrəli, xx.xx.2021-ci il tarixli XHR seriyalı Nq 031239 nömrəli, xx.xx.2021-ci il tarixli XHR seriyalı Nq 031242 nömrəli, xx.xx.2021-ci il tarixli XHR seriyalı Nq 031241 nömrəli, xx.xx.2021-ci il tarixli XHR seriyalı Nq 031243 nömrəli İddiaçı MMC-nin Malların fiziki şəxslərə təhvil - qəbul qəbzlərin sonunda “Təhvil aldım Cavabdeh” yazıları qarşısındakı imzalar - HACİYEV NADİR İSLAM oğlu tərəfindən icra olunmuşdur. 2.Ekspertizaya təqdim edilmiş, xx.xx.2021-ci il tarixli (işin həcmi 10 h), xx.xx.2021- ci il tarixli (işin həcmi 10 ha), xx.xx.2021-ci il tarixli (işin həcmi 10 hek), 09 aprel 2021-ci il tarixli (işin həcmi 9,50 h), 09 aprel 2021-ci il tarixli (işin həcmi 14,50 ha), xx.xx.2021-ci il tarixli (işin həcmi 13 hk), xx.xx.2021-ci il tarixli (işin həcmi 10 h), xx.xx.2021-ci il tarixli (işin həcmi 10 hk), xx.xx.2021-ci il tarixli (işin həcmi 6 h), xx.xx.2021-ci il tarixli (işin həcmi 13 h), xx.xx.2021-ci il tarixli (işin həcmi 6.50), xx.xx.2021-ci il tarixli (işin həcmi 10 hk), xx.xx.2021-ci il tarixli (işin həcmi 8 hk), xx.xx.2021-ci il tarixli (işin həcmi 8 hk), xx.xx.2021-ci il tarixli (işin həcmi 12 hk), xx.xx.2021-ci il tarixli (işin həcmi 12 hek), xx.xx.2021-ci il tarixli (işin həcmi 9 hk), xx.xx.2021-ci il tarixli (işin həcmi 13), xx.xx.2021-ci il tarixli (işin həcmi 14 h), xx.xx.2021-ci il tarixli (işin həcmi 12 hk), xx.xx.2021-ci il tarixli (işin həcmi 1 hek), xx.xx.2021-ci il tarixli (işin həcmi 11 h), xx.xx.2021ci il tarixli (işin həcmi 3 hektar), xx.xx.2021-ci il tarixli (işin həcmi 6 hektar), xx.xx.2021-ci il tarixli (işin həcmi 3,00), xx.xx.2021-ci il tarixli (işin həcmi 2,00), xx.xx.2021-ci il tarixli (işin həcmi 3,00), xx.xx.2021-ci il tarixli (işin həcmi 1 hektar), xx.xx.2021-ci il tarixli (işin həcmi 9 h) Aktlarda “3. Fermer haҹыјев надир” və “3. Fermer Cavabdeh” yazıları qarşısındakı imzalar; xx.xx.2021-ci il tarixli XHR seriyalı Nq 031237 nömrəli, xx.xx.2021-ci il tarixli XHR seriyalı N° 030856 nömrəli, xx.xx.2021-ci il tarixli XHR seriyalı Nq 030857 nömrəli, xx.xx.2021-ci il tarixli XHR seriyalı Nq 030858 nömrəli İddiaçı MMC-nin Malların fiziki şəxslərə təhvil - qəbul qəbzlərin sonunda “Təhvil aldım Cavabdeh” yazıları qarşısındakı imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur.
3. Ekspertizaya təqdim edilmiş, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli (işin həcmi 6,00), xx.xx.2021-ci il tarixli (işin həcmi 5,00) Aktlarda “3. Fermer Cavabdeh” yazıları qarşısındakı imzaların Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmamasını tədqiqat prosesinin təsviri hissəssinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, işin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 07 yanvar 2021-ci il tarixdə 131 nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı MMC-nin Ağdam filialı tərəfindən Cavabdeh məxsus olan Ağdam rayonu Ergi kəndində yerləşən 33 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsini, fermer tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində filiala təhvil verilməsi və filial tərəfindən fermerin borcları çıxılmaq şərti ilə məhsulun nəmliliyi, zibilliliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi müəyyən olunmuşdur. Həmçinin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh hesabına 4830 manat pul köçürülməsi də mübahisə edilməyən haldır. İddiaçının mübahisələndirdiyi hal ondan ibarət olmuşdur ki, onun tərəfindən fermerə 4830 manat avans vəsait, 7437,56 manat dəyərində mal və 12981 manat dəyərində xidmət, ümumilikdə 25248,56 manat məbləğində xərc çəkilsə də fermer 33721,27 kq çəkidə 23170,01 manat pambıq təhvil vermiş və onun 2078,55 manat borcu qalmışdır. Məhkəmə ilk növbədə iddiaçı tərəfindən təqdim edilən və eyni zamanda iddiaçı tərəfindən mübahisələndirilən qəbul edilmiş pambığın məbləği ilə bağlıdır. Belə ki, iddiaçı özü tərəfindən məhkəməyə təqdim edilən pambıq qəbul qəbzlərinin cavabdeh tərəfindən imzalanmadığını bildirərək cavabdehin iddia tələbində, maliyyə arayışında qeyd edilən məbləğdən az pambıq təhvil verdiyini göstərmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilən və iddiaçı müəssisə tərəfindən tərtib edilən pambıq qəbul qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 33721,27 kq çəkidə 23170,01 manat məbləğində pambıq təhvil vermişdir. Həmin qəbzləri iddiaçı müəsissə tərtib etmiş, müəsissənin əməkdaşları tərəfindən imzalanmış və müəsissənin möhrü ilə möhürlənmişdir. Cavabdeh həmin qəbzlərə imza edib-etməməsi və yaxud həmin qəbzi onun adından kimsə imza etməsi cavabdehin həmin qəbzlərdə qeyd edilən çəkidə pambıq təhvil verməsini şübhə altına almır. Bundan başqa məhkəmə fermerə verilən mallarla bağlı bildirir ki, iş materiallarına əlavə edilmiş 12 ədəd malların fiziki şəxslərə təhvil-qəbul qəbzlərindən yalnız 4936,18 manat məbləğində 8 ədəd qəbzdə malın verilməsini fermer öz imzası ilə təsdiq etmişdir. Belə ki, İddiaçı MMC tərəfindən fermer Cavabdeh xx.xx.2021-ci il tarixli qəbzə əsasən vahidinin qiyməti (qiymətlər iddiaçının təqdim etdiyi qiymət cədvəlində müəyyən edilmiş məbləğlərdir) 2 manatdan olmaqla 1450 manat dəyərində 725 kq çiyid R-2, xx.xx.2021-ci il tarixli qəbzə əsasən vahidinin qiyməti 5,12 manat olmaqla 640 manat dəyərində 125 kq çiyid R-1, xx.xx.2021-ci il tarixli qəbzə əsasən vahidinin qiyməti 15,33 manat olan 306,20 manat dəyərində 20 kq goldplan, xx.xx.2021ci il tarixli qəbzə əsasən vahidinin qiyməti 15,33 manat olan 153,30 manat dəyərində 10 kq goldplan, xx.xx.2021-ci il tarixli qəbzə əsasən vahidinin qiyməti 14,96 manat olan 299,20 manat dəyərində 20 lt torpedo, vahidinin qiyməti 15,33 manat olan 306,20 manat dəyərində 20 kq goldplan, xx.xx.2021-ci il tarixli qəbzə əsasən vahidinin qiyməti 15,95 manat olan 319 manat dəyərində 26 lt dishans, xx.xx.2021-ci il tarixli qəbzə əsasən vahidinin qiyməti 182,6 manat olan 1369,5 manat dəyərində 7.5 lt plemax, vahidinin qiyməti 15,33 manat olan 91,98 manat dəyərində 6 kq goldplan olmaqla 4936,18 manat məbləğində məhsullarının verilməsi iş materialları ilə təsdiq olunur. Digər dörd qəbz üzrə malların fermerə verilməsi iş materialları ilə təsdiq edilmir. Həmçinin məhkəmə göstərilmiş xidmətlərlə bağlı bildirir ki, iş materialları ilə İddiaçı MMC tərəfindən fermer Cavabdeh 1805,50 manat dəyərində 13 ədəd akt əsasında xidmət göstərildiyi iş materialları ilə təsdiq edilir. Belə ki, xx.xx.2021-ci il tarixdə 130 (10 ha x 13 manat) manat dəyərində (qiymətlər iddiaçının təqdim etdiyi qiymət cədvəlində müəyyən edilmiş məbləğlərdir) 10 ha çöpdoğrama, xx.xx.2021-ci il tarxidə 140 (10 ha x 14 manat) manat dəyərində 10 ha mala çəkmə, xx.xx.2021-ci il tarixdə 188,50 (14,5 ha x 13 manat) manat dəyərində 14,5 ha kultivasiya, xx.xx.2021-ci il tarxidə 170 (10 ha x 17 manat) manat dəyərində diskli mala, xx.xx.2021-ci il tarixdə 91 (7 ha x 13 manat) manat dəyərində 7 ha kultivasiya, xx.xx.2021-ci il tarixdə 78 (6 ha x 13 manat) manat dəyərində 6 ha gübrəli kultivasiya, xx.xx.2021-ci il tarixdə 169 (13 ha x 13 manat) manat dəyərində 13 ha kultivasiya, 169 (13 ha x 13 manat) manat dəyərində 13 ha kultivasiya, xx.xx.2021-ci il tarixdə 130 (10 ha x 13 manat) manat dəyərində 10 ha kultivasiya, xx.xx.2021-ci il tarixdə 240 (24 ha x 10 manat) manat dəyərində 24 ha dərmanlama, xx.xx.2021-ci il tarxidə 100 (10 ha x 10 manat) manat dəyərində 10 ha dərmanlama, xx.xx.2021-ci il tarxidə 100 (10 ha x 10 manat) manat dəyərində 10 ha dərmanlama, 100 (10 ha x 10 manat) manat dəyərində 10 ha dərmanlama xidmətlərinin göstərilməsi fermer tərəfindən təsdiq edilmişdir. Bundan başqa fevmer tərəfindən imza ilə təsdiq edilməsə də X3 xx.xx.2021-ci il tarixdə 660 (6 ha x 110 manat) manat (qiymətlər iddiaçının təqdim etdiyi qiymət cədvəlində müəyyən edilmiş məbləğlərdir) dəyərində 6 ha, xx.xx.2021-ci il tarixdə 330 (3 ha x 110 manat) manat dəyərində 3 ha, xx.xx.2021-ci il tarixdə 110 (1 ha x 110 manat) manat dəyərində 1 ha pambıq yığımı, xx.xx.2021-ci il tarixdə 70 (1 ha x 70 manat) manat dəyərində ikinci pambıq yığımı 1 ha, cəmi 1170 manat məbləğində xidmətlərin göstərilməsi, Şahid2 xx.xx.2021-ci il tarixdə 114 (9,5 ha x12 manat) manat dəyərində çiyid səpini 9,5 ha xidmətin göstərilməsi, Şahid4 xx.xx.2021-ci il tarixdə 174 (14,5 ha x 12 manat) manat dəyərində çiyid səpini 14,5 ha, xx.xx.2021-ci il tarixdə 120 (10 ha x 12 manat) manat dəyərində çiyid səpini 10 ha xidmətin göstərilməsi, Şahid6 xx.xx.2021-ci il tarixdə 156 (12 ha x13 manat) manat dəyərində gübrəli kultivasiya 12 ha xidmətin, cəmi 1614 manat xidmətin göstərilməsi şahidlərin ifadələri tərəflərin izahatları ilə təsdiq edilir. Bununla belə məhkəmə qeyd edir ki, Şahid2 ifadəsində Cavabdeh sahələrində kultivasiya işləri apardığını qeyd etsə də, həmin sahələr üzrə kultivasiya işlərinin hamısının onun tərəfindən aparılmadığını bildirmişdir. Fermerin imzası ilə təsdiq edilmiş aklarda da həmin şəxsin kultivasiya işləri görməsi müəyyən edilir. Onun fermer tərəfindən imzalanmayan, habelə başqa şəxs tərəfindən imzalanan aklar üzrə kultivasiya işləri görməsi isə təsdiq edilmir. Şahid1 da ifadəsində Cavabdeh sahələrində dərmanlama işlərini görməsini qeyd etsə də, fermerin imzası ilə təsdiq edilmiş aklarda həmin şəxsin dərmanlama işləri görməsi müəyyən edilir. Onun fermer tərəfindən imzalanmayan, habelə başqa şəxs tərəfindən imzalanan aklar üzrə dərmanlama işləri görməsi isə təsdiq edilmir. Beləliklə İddiaçı MMC tərəfindən fermer Cavabdeh 4830 manat pul köçürülməsi, 4936,18 manat məbləğində məhsullarının verilməsi, 3419,50 manat dəyərində xidmətlərin göstərilməsi, cəmi 13185,68 manat məbləğində avans verilməsi, cavabdehin isə 23170,01 manat pambıq təhvil verməsi iş materialları ilə təsdiq edilir. Qeyd edilənlərdən artıq mal verilməsi, xidmət göstərilməsi, fermerin iddiaçıya borcunun qalması ilə bağlı iddiaçı məhkəməyə başqa sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya borcunun qalması iş materialları ilə təsdqi edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnaz Quliyeva