Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-181/2024 09.04.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 və Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 21/20 nömrəli alğı-satqı müqaviləsinə əsasən 31821,25 manat məbləğində əsas borcun, 3200 manat dəbbə pulunun, 200 manat mediasiya xərci olmaqla, cəmi 35221,25 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx.xx.2016-cı ildə təsis edilmişdir. İddiaçı MMC mineral gübrə və pestisidlərin, o cümlədən bitki mühafizə vasitələrinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. İddiaçı MMC ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 21/20 nömrəli alğı-satqı müqaviləsinə və elektron qaimə fakturaya əsasən cavabdehə ümumilikdə 31821,25 manat məbləğində mal təhvil verilmişdir. Qeyd olunan mallar tərəflər arasında formalaşan işgüzar adətlər, praktika və qanunvericiliyin tələbi üzrə aşağıda qeyd olunan elektron qaimə fakturalar əsasında təhvil verilmişdir. 1. xx.xx.2021-ci il tarixli, EBBB seriyalı, 761538 nömrəli elektron qaimə faktura üzrə - 17452.75 manat, 2. xx.xx.2021-ci il tarixli, EBBB seriyalı, 939309 nömrəli elektron qaimə faktura üzrə - 2250 manat, 3. xx.xx.2021ci il tarixli, EBBJ seriyalı, 117135 nömrəli elektron qaimə faktura üzrə - 12118.50 manat. Göstərilən borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixində AG-13/22 nömrəli pretenziya məktubı göndərilmiş və borcun ödənilməsi üçün ona müvafiq müddət təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən qeyd olunan borc məbləğindən bu günədək heç bir ödəniş edilməmişdir. Bundan başqa cavabdeh tərəfə göndərilən pretenziyaya heç bir rəsmi etirazı da olmamışdır. Bu Müqavilənin 3.1.5-ci bəndinə əsasən alıcıya keyfiyyətli və istismara yararlı malları satmaq və həmin mallar haqqında alıcını zəruri və düzgün məlumatlarla təmin etmək satıcının vəzifəsidir. Həmin müqavilənin 3.4.3-cü maddəsinə əsasən ödənişləri vaxtında həyata keçirmək alıcının əsas vəzifəsidir. Həmin müqavilənin 5.3-cü maddəsinə əsasən ödənişlərin bu müqavilənin 5.2-ci bəndində göstərilən qaydada həyata keçirilməsi halnda "Satıcı" "Alıcı"dan hər gecikdirilən gün üçün Müqavilənin ümumi dəyərinin 0.1%-i miqdarında cərimə tələb edə bilər. Müqavilənin bu bəndinə əsasən gecikdirilmiş məbləğ üçün cərimə 3200 manat təşkil edir. Beləliklə, cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh iddiaçıya ödəməli olduğu borc məbləğinin həcmi 35021,25 təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbinə uyğun izahat verərək əlavə olaraq göstərdi ki, iddiaçı ilə müqavilə bağlanmaqdan ötrü hər hansı sənəd və ya torpağın sənədi tələb edilmir. X4 alıcı kimi onlara müraciət etsə idi onlar sonuncu ilə müqavilə bağlayardılar. İddiaçı müqaviləni Cavabdeh ilə bağlamış, özü malları iddiaçının anbarından götürüb aparmışdır. Verilən malların hamısı qaimədə qeyd edilmişdir. Qaimlərlə və müqavilə ilə bağlı Cavabdeh hər hansı etirazı olmamışdır. Həmiçinin məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, istixana cavabdehə məxsusdur, lakin iddiaçının tanımadığı X9 istixananı istifadə edir və etibarnamə əsasında işlədir, mallar onun tərəfindən götürülmüşdür. Malların istixanada olması malların cavabdehdə olması deməkdir. Qarşı tərəfin özü də etiraf edir ki, həmin mallar cavabdehə məxsus istixanadadır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək bildirdi ki, iddia əsl olmayan tərəfə qaldırılmışdır. Qeyd edilən malların qəbulu X9 tərəfindən həyata keçirilmişdir. Təkcə elektron qaimənin göndərilməsi tərəflər arasında alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi ilə nəticələnmir. Müqaviləyə diqqətlə baxanda aydın olur ki, orada qeyd edilən ünvan X7 məxsusdur. Malı onlar qəbul etməmişlər, onunla əlaqədar öhdəliyi də onlar daşımırlar. X1 Sərdar Hümbət oğlundan Bakı şəhərində yerləşən istixananı icarəyə götürmüşdür. Torpaq sahəsinin istifadəsi ilə bağlı Cavabdeh hüququ olmuş, lakin torpağın üzərindəki tikililərin sənədi olmadığına görə iddiaçı ilə müqavilə Cavabdeh ilə bağlanmışdır. Lakin icarə münasibətləri etibarnamə ilə həyata keçirilmişdir. Etibarnamə ilə bütün səlahiyyətlər X7 verilmişdir. Ərazinin sənədi olmadığına görə icarə müqaviləsi rəsmiləşdirilə bilməmişdir, tərəflər arasında şifahi qaydada müqavilə bağlanmışdır. Cavabdeh qismində əslində X9 olmalıdır. Bitkilərin yetişdirildiyi ərazinin idarə edilməsi X9 tərəfindən həyata keçirilmişdir. Bütün hərəkətlərin edilməsi ilə əlaqədar X7 etibarnamə verilmiş, işlərin aparılmasını X9 öz üzərinə götürmüşdür. O, məhsulların becərilməsini, alqı-satqısını həyata keçirib icarədara icarə haqqı ödəməli idi. İcarə haqqı 2000 manat olmuşdur. Bitkilərin yeitişdirilməsi, malların qəbul edilməsi, malların pullarının ödənilməsi sırf X7 aid olmuşdur. Malların təhvil-təslimi şəxsin imzası ilə həyata keçirilir, hazırki iş üzrə malların təhvil-təslimində Cavabdeh məxsus imza mövcud deyildir. Ona görə də onların iddiaçı qarşısında hər hansı məsuliyyəti yoxdur. Hazırda obyektin fəaliyyəti dayandırılmışdır. X9 ilə bu məsələ ilə əlaqədar danışıq aparmışlar, X9 "xxxx" MMC-nin müdiriyyəti ilə razılaşdığını, malların dəyərini hissəhissə ödəyəcəyini bildirmişdir. Həmçinin Cavabdeh nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, istixananı əvvəllər Cavabdeh özü işlətmişdir. Sonradan icarə müqaviləsi əsasında X7 vermişdir. X8 tərəfindən həyata keçirilmişdir. Tərəflər arasında yalnız icarə müqaviləsi olmuşdur. X2 tərəfindən istifadə olunur, mallar onun tərəfindən alınmışdır, tərəflər arasında faktiki icarə müqaviləsi olmuşdur, Həmin ərazidəki tikililərin hüquqi sənədləri olmadığına, yalnız torpaq sahəsinin sənədi olduğuna görə iddiaçı ilə müqaviləni Cavabdeh bağlamışdır. X9 həmin malları qəbul edərək nə qədərini təsərrüfata, nə qədərini isə satmaq üçün ayırmışdırsa bununla bağlı onlarda məlumat yoxdur. Yalnız torpaq sahəsinin Cavabdeh istifadəsində olması ilə bağlı sənəd olduğuna görə bütün sənədləşmələr onun adı ilə bağlı olmuşdur. Hətta istixana ilə əlaqədar X9 tərəfindən kredit götürülümüşdür, həmin kredit müqaviləsi də Cavabdeh ilə bağlanmışdır. X5 qeyd edilən malların dəyərinin ödənilməsi ilə bağlı çeklər, malların təhvil alınması ilə bağlı təhvil-təslim aktı vardır. Həmin sənədlərdəki imzalar ona məxsusdur. Torpağa məxsus sənədlər onlarda var. Lakin hazırki iddiaçı ilə münasibətləri olmamışdır. Qaimənin olması alqı-satqının baş verməsi demək deyildir, malların təhvil-təslim aktı olmalıdır. Həmin sənədlər X3r. Malları qəbul edən odur. X9 malları özünün təhvil aldığını qəbul edir. İddianın Cavabdeh yönəldilməsi əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16 may 2021-ci il tarixli 21/20 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC alıcı Cavabdeh bu müqavilənin əlavələrində (qiymət razılaşdırılma protokolu) qeyd olunmuş məhsulla tərəflər arasında müəyyən edilmiş müddətdə təmin etməyi, alıcı isə həmin malı qəbul edib və müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materillarında olan xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 17452,75 manat xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 2250 manat, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 12118,50 manat dəyərində malların İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilməsi barədə elektron qaimələr ötürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borcla bağlı məlumat verilmiş, məsuliyyəti ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan 28 aprel 2023-cü il tarixli etibarnamədən görünür ki, Cavabdeh işlərin aparılması ilə bağlı X7 etibarnamə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC ilə Cavabdeh arasında 16 may 2021-ci il tarixdə alqısatqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı "xxxx" MMC alıcı Cavabdeh məhsulla təmin etməyi, alıcı isə həmin malı qəbul edib malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, məhsulları cavabdehə vermiş, cavabdeh isə müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, aldığı məhsulun pulunu ödəməmiş və onun iddiaçıya 31821 manat 25 qəpik borcu yaranmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim edilən malların Cavabdeh deyil, sonuncunun etibarnamə verdiyi və icarə müqaviləsi bağladığı, Cavabdeh məxsus istixananı idarə edən və bütün işlərin görülməsi həvalə edilmiş X9 tərəfindən təhvil alındığını, malın pulunu ödəmək vəzifəsinin də X7 aid olduğunu bildirməklə iddia üzrə cavabdehliyi X6 daşıdığını qeyd etmişdir. Məhkəmə bildirir ki, alqı-satqı müaviləsi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış, satıcı malları xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli elektron qaimələrə əsasən Cavabdeh təhvil verilmiş, ötürülən həmin elektron qaimələr cavabdeh tərəfindən qəbul edilərək təsdiq edilmişdir. Bundan başqa cavabdehin nümayəndəsi izahatında iddiaçı tərəfindən göndərilən malların cavabdehə məxsus olan Bakı şəhərində yerləşən istixanaya verildiyini qeyd etmişdir. Malların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi işdə olan sənədlər və tərəflərin izahatı ilə təsdiq edilir. Həmçinin məhkəmə onu da qeyd edir ki, cavabdehin nümayəndəsi cavabdehə məxsus istixananı icarə müqaviləsi əsasında işlədən şəxs tərəfindən malların təhvil alındığını, onun cavabdehlik daşıdığını göstərsə də məhkəməyə bununla bağlı hər hansı sənəd təqdim etməmişdir. Məhkəməyə təqdim edilən etibarnamə isə cavabdehin adından müəyyən işlərin görülməsi ilə bağlıdır ki, həmin etibarnamə malların təhvil verilməsindən sonra verilmişdir. Cavabdeh isə istixananı X7 verilməmişdən qabaq cavabdehin özü tərəfindən işlədildiyini və iddiaçının verdiyi malların istixanada olduğunu bildirmişdir. Bundan başqa məhkəmə qeyd edir, etibarnamə malların verilməsi ilə eyni vaxtda verilmiş olsaydı belə etibarnamə əsasında işlərin görülməsi həvalə edilmiş şəxsin malları təhvil alması müqavilə üzrə alıcını malın pulunu ödəmək vəzifəsindən azad etmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması satıcının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, satıcı malları verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 3200 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə 31821 manat 25 qəpik əsas borc, 500 manat cərimə borcu olmaqla, cəmi 32321 manat 25 qəpik məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 1 saylı Mediasiya Təşkilatı tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 200 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 186 manat 96 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 may 2021-ci il tarixli 21/20 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 31821 manat 25 qəpik borc, 500 manat cərimə olmaqla cəmi 32321 (otuz iki min üç yüz iyirmi bir) manat 25 (iyirmi beş) qəpik pul, 200 (iki yüz) manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh 186 (bir yüz səksən altı) manat 96 (doxsan altı) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-181/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-181/2024
09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver