Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1830/2022 01.09.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizəsi üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 16672 manat 41 qəpik məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (doğulduğu tarix - xx xxx 1995-ci il, doğulduğu yer – Azərbaycan, Xanlar rayonu, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan “Hərbi Vətənpərvərlik və X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Gəncə Şəhər 3 Nömrəli Filialının (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 16672 manat 41 qəpik olmaqla, ümumilikdə 16672 manat 41 qəpik borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********883200 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs Gəncə şəhəri, Nizami rayonu, döngə 6, ev.3 ünvanında yaşayır. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, icra orqanının rəhbəri Maraqlı şəxs olan, təşkilati hüquqi formasına görə digər kommersiya təşkilatı “Hərbi Vətənpərvərlik və X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Gəncə Şəhər 3 Nömrəli Filialının (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 16672 manat 41 qəpik olmaqla, ümumilikdə 16672 manat 41 qəpik borcu vardır. İş materiallarında olan "Hərbi Vətənpərvərlik və X1" Məhdud Məsuliyyətli Cəmiyyətinin Gəncə Şəhər 3 Nömrəli Filialının hüquqi şəxs haqqında məlumatından görünür ki, həmin filalın yuxarı təşkilatı "Hərbi Vətənpərvərlik və X1" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53-cü maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Sadalanan qanunvericilik normalarının tələbindən göründüyü kimi vergi öhdəliyini yerinə yetirməyən fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, nümayəndəliklər və filiallar hüquqi şəxs hesab olunmadığı halda ərizəçi hüquqi şəxsin icra orqanının rəhbərinin əvəzinə həmin hüquqi şəxsin tabe qurumunun filialının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Maraqlı şəxs "Hərbi Vətənpərvərlik və X1" Məhdud Məsuliyyətli Cəmiyyətinin tabe qurumu olan filialın rəhbəridir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Maraqlı şəxs hüquqi şəxsin filialının rəhbəri olduğundan və qanunvericiliyin tələbinə görə filial hüquqi şəxs hesab olunmadığına görə hüquqi şəxsin icra orqanının rəhbəri kimi onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilməz. Bu səbəbdən, ərizə əsassızdır və təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 355-7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizəsi təmin edilməsin. Qətnаmədən rəsmi qаydаdа verildiyi gündən bir аy müddətində Gəncə Kommersiya Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Sədrlik edən: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-1830/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1830/2022
01.09.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver