Məhkəmə qərarları › İş №e-2-2(115)-1844/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1844/2025

05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1844/2025 05.12.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alğı-satqı müqaviləsi) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi ilə, iddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra mətndə “X1 Kompleksi” MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “X1 Kompleksi” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 1058,49 manat, hesablanmış cərimə borcuna görə 211,6 manat ödənilmiş dövlət rüsumuna görə 33 manat olmaqla cəmi 1303,09 manat pulun Cavabdeh alınaraq “X1 Kompleksi” MMC-yə verilməsi barədə qətnamə qəbul xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı qismində (İddiaçı) “X1 Kompleksi” MMC, tədarükçü qismində “X1 Kompleksi” MMC-nin “X2 və Tədarükü” məntəqəsi və fermer (Cavabdeh) Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 15 saylı saylı xam-pambığın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh öhdəsində olan 2.00 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 32 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 4.017,22 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, Cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin Cavabdeh yaranmış borcdan 2.958,73 manat dəyərində xam-pambıq verməklə ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən 2023-cü il mövsümü üzrə xx.xx.2022-ci il tarixli, 15 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.1-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 1058,49 manat borcu qalmışdır. Bundan əlavə, Müqavilənin 5.1-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın dəyərinin 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 211.6 manat təşkil edir. Qaytarılmamış avans məbləğin cəriməsi 1058,49 manat х 20% = 211.6 (təqribi) manat. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə, həmçinin, elektron kargüzarlıq qaydasında cavabdehə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə heç bir təşəbbüs göstərilməmişdir. Beləliklə cavabdeh, Müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir.

III. Tərəflərin mövqeyi

3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir.

4. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə mübahisəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

IV. Sübutların tədqiqi

6. “X1 Kompleksi” MMC ilə Cavabdeh arasında bağlanmış 01 dekabr 2022-ci il tarixli 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 15 saylı müqavilədən görünür ki, fermer Cavabdeh mülkiyyətində, istifadəsində və ya icarəsində olan 2 ha torpaq sahəsində pambıq əkib alıcı “X1 Kompleksi” MMC-nə satmağı, alıcı isə fermerin istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə fermerə ödəməyi öhdəsinə götürmüşdür.

7. 05.05.2023-cü il tarixli 010119 nömrəli qaimə-fakturaya əsasən ümumilikdə 103 manat, 19 dekabr 2022-ci il tarixli 009750 nömrəli qaimə-fakturaya əsasən ümumilikdə 240 manat, xx.xx.2023-cü il tarixli ********** nömrəli qaimə-fakturaya əsasən ümumilikdə 217 manat, xx.xx.2023-cü il tarixli 010171 nömrəli qaimə-fakturaya əsasən ümumilikdə 79,50 manat, xx.xx.2023-cü il tarixli 011074 nömrəli qaimə-fakturaya əsasən ümumilikdə 130 manat, xx.xx.2023-cü il tarixli 010904 nömrəli qaimə-fakturaya əsasən ümumilikdə 72 manat, xx.xx.2023-cü il tarixli 010788 nömrəli qaimə-fakturaya əsasən ümumilikdə 33,75 manat, xx.xx.2023-cü il tarixli 443040 nömrəli təhvil-qəbul qəbzinə əsasən ümumilikdə 40 manat, xx.xx.2023-cü il tarixli 010757 nömrəli qaimə-fakturaya əsasən ümumilikdə 121 manat, xx.xx.2023-cü il tarixli 010134 nömrəli qaimə-fakturaya əsasən ümumilikdə 100 manat, xx.xx.2023-cü il tarixli 010927 nömrəli qaimə-fakturaya əsasən ümumilikdə 100 manat, xx.xx.2023-cü il tarixli 010157 nömrəli qaimə-fakturaya əsasən ümumilikdə 271,17 manat, xx.xx.2023-cü il tarixli 011019 nömrəli qaimə-fakturaya əsasən ümumilikdə 48 manat, xx.xx.2023-cü il tarixli 010355 nömrəli qaimə-fakturaya əsasən ümumilikdə 60 manat dəyərində “X1 Kompleksi” MMC tərəfindən Cavabdeh material vermişdir.

8. xx.xx.2023-cü il tarixli, 002549 nömrəli, xx.xx.2023-cü il tarixli, 002824 nömrəli, xx.xx.2023-cü il tarixli 018631 nömrəli, 09 aprel 2023-cü il tarixli, 018833 nömrəli, xx.xx.2023-cü il tarixli, 001144 nömrəli, xx.xx.2022-ci il tarixli, 018408 nömrəli, xx.xx.2022ci il tarixli, 018468 nömrəli, xx.xx.2023-cü il tarixli, 001927 nömrəli, xx.xx.2023-cü il tarixli, 017092 nömrəli, xx.xx.2023-cü il tarixli, 002268 nömrəli, xx.xx.2023-cü il tarixli, 002345 nömrəli, xx.xx.2023-cü il tarixli, 002558 nömrəli, xx.xx.2023-cü il tarixli, 002349 nömrəli, xx.xx.2023-cü il tarixli, 018837 nömrəli, xx.xx.2022-ci il tarixli, 017290 nömrəli, xx.xx.2023cü il tarixli, 018811 nömrəli, xx.xx.2023-cü il tarixli, 001301 nömrəli, xx.xx.2023-cü il tarixli, 002360 nömrəli və xx.xx.2023-cü il tarixli, 001557 nömrəli, xx.xx.2023-cü il tarixli, 002605 nömrəli, xx.xx.2023-cü il tarixli, 001939 nömrəli, xx.xx.2023-ci il tarixli, 018556, xx.xx.2023-ci il tarixli, 002824 nömrəli, xx.xx.2023-ci il tarixli, 018556 nömrəli, xx.xx.2023cü il tarixli, 002050 nömrəli, xx.xx.2023-cü il tarixli, 018098 nömrəli, xx.xx.2023-cü il tarixli, 001166 nömrəli, xx.xx.2023-cü il tarixli, 018065 nömrəli, xx.xx.2023-cü il tarixli, 038072 nömrəli, xx.xx.2023-cü il tarixli, 001557 nömrəli, xx.xx.2023-cü il tarixli, 002345 nömrəli, xx.xx.2023-cü il tarixli, 002360 nömrəli, xx.xx.2023-cü il tarixli, 017092 nömrəli, xx.xx.2023-cü il tarixli, 038072 nömrəli, xx.xx.2023-cü il tarixli, 001557 nömrəli, xx.xx.2023-cü il tarixli, 001927 nömrəli, xx.xx.2023-cü il tarixli, 001939 nömrəli, xx.xx.2023-cü il tarixli, 002050 nömrəli, xx.xx.2023-cü il tarixli, 018556 nömrəli, xx.xx.2023-cü il tarixli, 048631 nömrəli, xx.xx.2023-cü il tarixli, 018811 nömrəli, xx.xx.2023cü il tarixli, 018833 nömrəli, xx.xx.2023-cü il tarixli, 018837 nömrəli, xx.xx.2023-cü il tarixli, 001144 nömrəli, xx.xx.2023-cü il tarixli, 001166 nömrəli, xx.xx.2023-cü il tarixli, 001301 nömrəli, xx.xx.2023-cü il tarixli, 002268 nömrəli, xx.xx.2023-cü il tarixli, 002345 nömrəli, xx.xx.2023-cü il tarixli, 002360 nömrəli, xx.xx.2023-cü il tarixli, 002568 nömrəli, xx.xx.2023-cü il tarixli, 002605 nömrəli, xx.xx.2023-cü il tarixli, 00269 nömrəli, xx.xx.2023cü il tarixli, 017092 nömrəli, xx.xx.2023-cü il tarixli, 018065 nömrəli, xx.xx.2023-cü il tarixli, 018098 nömrəli, xx.xx.2023-cü il tarixli, 038072 nömrəli, xx.xx.2023-cü il tarixli, 038082 nömrəli, göstərilmiş avans xidmətlər barədə aktlardan görünür ki, Cavabdeh öhdəsində olan 2.00 hektar torpaq sahəsində kültivasiya işləri və digər xidmətlərin görülməsi “X1 Kompleksi” MMC-nin “Ağdam PİTM” əməkdaşları və fermer Cavabdeh tərəfin imzaları ilə təsdiq edilmişdir.

9. 02 aprel 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı “X1 Kompleksi” MMC-nə 01 dekabr 2022-ci il tarixli 15 saylı müqaviləyə əsasən 4017,22 manat avans borcu yaranmış, yaranmış avans borcdan 2958,73 manat dəyərində xam pambıq verməklə ödənilmiş və nəticədə onun cəmiyyətə 1058,49 manat borcu qalmışdır.

10. 02 aprel 2024-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh cəmiyyətə 1058,49 manat borcu vardır və 15 aprel 2024-cü il tarixli aktdan görünür ki o, üzləşmə aktına imza etməkdən imtina etmişdir.

11. İş və xidmətlərin yerinə yetirilməsi barədə fermerin hesabından görünür ki, iddiaçı tərəfindən ümumilikdə 9723,17 manat dəyərində xərc çəkilmiş, həmin məbləğdən 8674,67 manat ödənilmiş və 1058,49 manat borc yaranmışdır.

V. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

13. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci il tarixli Qərarı

Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.

VI. Məhkəmənin mövqeyi

a) Alğı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

14. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

15. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

16. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, “X1 Kompleksi” MMC ilə Cavabdeh arasında 01 dekabr 2022-ci il tarixli 15 nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən fermer Cavabdeh mülkiyyətində, istifadəsində və ya icarəsində olan 2 ha torpaq sahəsində pambıq əkib alıcı “X1 Kompleksi” MMC-nə satmağı, alıcı isə fermerin istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə fermerə ödəməyi öhdəsinə götürmüşdür. “X1 Kompleksi” MMC üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin Cavabdeh öz üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 1058,49 manat borcu yaranmışdır.

17. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

18. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

19. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alğı-satqı müqaviləsi olub, iddiaçının tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

20. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn tələb etmək hüququnu realizə edir.

21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

22. 02 aprel 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı “X1 Kompleksi” MMC-nə 01 dekabr 2022-ci il tarixli 15 saylı müqaviləyə əsasən 4017,22 manat avans borcu yaranmış, yaranmış avans borcdan 2958,73 manat dəyərində xam pambıq verməklə ödənilmiş və nəticədə onun cəmiyyətə 1058,49 manat borcu qalmışdır.

23. Beləliklə, məhkəmə hesab edir ki, alğı-satqı müqaviləsi üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

24. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.

25. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xarvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

27. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin qeyd edir ki, kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

28. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, tərəfindən göndərilmiş teleqrama əsasən məhkəmə iclasının təxirə salınmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

b) Alğı-satqı müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

29. İddia ərizəsində iddiaçı 01 dekabr 2022-ci il tarixli 15 nömrəli müqavilə üzrə 211,60 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.

30. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 211,60 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulunun (penya) azaldılaraq 52,92 manat həddində (əsas borcun 5 % həddində) müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

31. İddiaçı eləcə də 33 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

32. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********49 nömrəli mədaxil qəbzi ilə 33 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

33. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

34. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31,11 manat pul Cavabdeh tutularaq iddiaçı “X1 Kompleksi” MMC-nə ödənilməli, ödənilmiş dövlət rüsumun qalan 1,89 manat hissəsi “X1 Kompleksi” MMC-yə aid edilməlidir.

VII. Məhkəmənin gəldiyi nəticə

36. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı “X1 Kompleksi” MMC ilə Cavabdeh arasında bağlanmış 01 dekabr 2022-ci il tarixli 15 nömrəli “2023-cü il mövsümü üzrə xam pambığın alğı-satqı”sına dair müqaviləyə əsasən 1058,49 manat əsas borc, 52,92 manat cərimə borcu olmaqla, cəmi 1111,41 manat pul Cavabdeh tutularaq iddiaçı “X1 Kompleksi” MMC-nə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

37. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. iddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 dekabr 2022-ci il tarixli 15 nömrəli “2023-cü il mövsümü üzrə xam pambığın alğı-satqı”sına dair müqaviləyə əsasən 1058,49 manat əsas borc, 52,92 manat cərimə borcu olmaqla, cəmi 1111,41 (bir min yüz on bir manat qırx bir qəpik) manat pul Cavabdeh tutularaq iddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31,11 (otuz bir manat on bir qəpik) manat pul Cavabdeh tutularaq iddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumun qalan 1,89 (bir manat səksən doqquz qəpik) manat hissəsi “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar