Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1853/2024 22.11.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25.285,02 manat əsas borcun, ödənilmiş 168 manat dövlət rüsumunun, 325 manat vəkilə ödənilmiş xidmət haqqının, cəmi 25.778,02 manat pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 23186,49 manat əsas borcun, ödənilmiş 168 manat dövlət rüsumunun və 325 manat vəkilə ödənilmiş xidmət haqqının, cəmi 23679,49 manat pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil və Cavabdeh ayrı-ayrılıqda məhkəməyə ərizə verərək, tərəflər arasında mediasiya prosesində bağlanmış 20 noyabr 2024-cü il tarixli barışıq sazişinin qeyd olunan şərtlər daxilində məhkəmə tərəfindən təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. İddiaçının nümayəndəsi Vəkil və Cavabdeh məhkəmə iclasında mediasiya prosesində bağlanmış 20 noyabr 2024-cü il tarixli barışıq sazişinin ilk 2 şərtinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. İddiaçının nümayəndəsi Vəkil və Cavabdeh arasında Gəncə 2 saylı Mediasiya Təşkilatında bağlanmış 20 noyabr 2024-cü il tarixli barışıq sazişinin şərtləri aşağıdakılardan ibarətdir:
1. Cavabdeh İddiaçı MMC-yə 23679 manat 49 qəpik borcunun olmasını etiraf edir;
2. Cavabdeh İddiaçı MMC-yə yaranmış 23679 manat 49 qəpik borcu xx.xx.2024cü il tarixdən başlayaraq hər ayın sonuncu gününə kimi, borc bitənə qədər 23 ay 1000 manat ödəməklə, sonuncu ay 679 manat 49 qəpik ödəməyi öhdəsinə götürür.
3. Tərəflər aralarında bağlanmış barışıq sazişinə əsasən Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1853/2024 nömrəli iş üzrə icraata xitam verilməsi və barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə ərizə verəcəklərini öhdələrinə götürür. 4.Tərəflər mediator X1 iştirakı ilə keçirilən TMS zamanı heç bir digər şərt və tələb irəli sürmədilər. Məhkəmə tərəfləri dinləyib, tərəflərə barışıq sazişinin və icraata xitam verilməsinin nəticələrini izah edib, barışıq sazişini nəzərdən keçirib hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün təsdiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-1-ci maddəsinə əsasən tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfisndən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191.2-1, 261.0.5, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı nümayəndəsi Vəkil və Cavabdeh arasında Gəncə 2 saylı Mediasiya Təşkilatında bağlanmış 20 noyabr 2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Cavabdeh İddiaçı MMC-yə 23679 manat 49 qəpik borcunun olmasını etiraf edir;
2. Cavabdeh İddiaçı MMC-yə yaranmış 23679 manat 49 qəpik borcu xx.xx.2024cü il tarixdən başlayaraq hər ayın sonuncu gününə kimi, borc bitənə qədər 23 ay 1000 manat ödəməklə, sonuncu ay 679 manat 49 qəpik ödəməyi öhdəsinə götürür. İş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Rəşad Məmmədov