Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-187/2025 11.03.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehdan 50242,48 manat əsas borc, 860 manat vəkil xidmət haqqı, 246,40 manat dövlət rüsumu, ümumilikdə cəmi 51376,60 manat pulun tutulub İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (alıcı) ilə İddiaçı (satıcı) arasında xx.xx.2021-ci il tarixli alqı satqı müaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən satıcı müəyyən olunmuş şərtlərlə öz istehsalı olan spirtli içkiləri alıcıya satmağı alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdü. Satıcı öhdəliklərini icra edərək vaxtında və keyfiyyətli malları alıcıya təhvil vermiş, lakin alıcı isə aldığı malın dəyərini tam ödəməmişdir. Belə ki, MMC üzərinə düşən öhdəlikləri tam icra edərək ümumilikdə fərdi sahibkar Cavabdeh 327063,12 manat dəyərində müxtəlif adda və çeşiddə spirtli içki təqdim etmişdi. Hazırda Cavabdeh İddiaçınə 50242,48 manat borcu vardır. Tərəflərindən dəfələrlə həmin borcun ödənilməsi cavabdehdən tələb edilsə də cavabdeh ödənişi etməkdən imtina etmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh borcu vaxtında ödəməməsi nəticəsində MMC-ə əlavə zərərlər də vurmuşdur. Belə ki, hazırkı iş üzrə işin məhkəməyə hazırlanıb verilməsi üçün əlavə olaraq vəkil üçün xidmət haqqı və dövlət rüsumu ödəməyə məcbur olmuşlar Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehdan 49242,48 manat əsas borc, 860 manat vəkil xidmət haqqı, 246,40 manat dövlət rüsumu ümumilikdə cəmi 50376,60 manat pulun tutulub İddiaçınə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alqı-satqı müqaviləsi, elektron qaimələr, qiymətlərin razılaşdırılması protokolu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə öz istehsalı olan spirtli içkiləri alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş malın miqdarı, çeşidi və qiyməti satıcı tərəfindən təqdim olunan qaimə-faktura və hesabfakturaya əsasən müəyyən edilir. Tərəflərin imzaları ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli EBCE seriyalı 433764 nömrəli elektron qaiməyə əsasən 10018,78 manat, xx.xx.2022-ci il tarixli EBCG seriyalı 048833 nömrəli elektron qaiməyə əsasən 5017,84 manat, xx.xx.2022-ci il tarixli EBCH seriyalı 089383 nömrəli elektron qaiməyə əsasən 5042,42 manat, xx.xx.2022-ci il tarixli EBCH seriyalı 247159 nömrəli elektron qaiməyə əsasən 6045,03 manat, xx.xx.2022-ci il tarixli EBCH seriyalı 352896 nömrəli elektron qaiməyə əsasən 5096,02 manat, xx.xx.2022ci il tarixli EBCİ seriyalı 375290 nömrəli elektron qaiməyə əsasən 3020,24 manat, xx.xx.2022-ci il tarixli EBCİ seriyalı 871888 nömrəli elektron qaiməyə əsasən 9026,28 manat, xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 990063 nömrəli elektron qaiməyə əsasən 23004,96 manat, xx.xx.2022-ci il tarixli EBCK seriyalı 969896 nömrəli elektron qaiməyə əsasən 10002,87 manat, xx.xx.2022-ci il tarixli EBCL seriyalı 750875 nömrəli elektron qaiməyə əsasən 15254,79 manat, xx.xx.2023-cü il tarixli EBDB seriyalı 261260 nömrəli elektron qaiməyə əsasən 10020,45 manat, xx.xx.2023-cü il tarixli EBDE seriyalı 949342 nömrəli elektron qaiməyə əsasən 40017,16 manat, xx.xx.2023-cü il tarixli EBDG seriyalı 348066 nömrəli elektron qaiməyə əsasən 30011,84 manat, xx.xx.2023-cü il tarixli EBDİ seriyalı 619279 nömrəli elektron qaiməyə əsasən 15022,51 manat olmaqla, ümumilikdə 186601,19 manat dəyərində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 49242,48 manat borcu yaranmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış müqavilə, qiymətlərin razılaşdırılması protokolu və tərəflərin imzaları ilə təsdiq edilmiş elektron qaimələrlə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 49242,48 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 1720 manat məbləğində pul vəkil bürosuna köçürülmüşdür. İddiaçı isə 860 manat məbləğində vəkilə ödənilmiş xidmət haqqının tutulmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün vəkilə ödənilmiş 860 manat xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 240,31 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 6,09 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 49242,48 manat əsas borc və 860 manat vəkil xidmət haqqı olmaqla, cəmi 50102,48 manat pul vəsaiti və 240,31 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməli, ödənilmiş 6,09 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 49242,48 manat əsas borc, 860 manat vəkil xidmət haqqı olmaqla, cəmi 50102,48 manat pul vəsaiti və 240,31 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş 6,09 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-187/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-187/2025
11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver