Məhkəmə qərarları › İş №e-2-2(115)-19/2025

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-19/2025

26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-19/2025 26.11.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçınə qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixli 13072023 saylı müqavilə üzrə 532486,60 manat gecikdirilmiş əsas borc, ümumi məbləğin 5% həcmində 26624,33 manat dəbbə pulu, əldən çıxmış fayda qismində ümumi məbləğin 5% həcmində yəni 26624,33 manat məbləğin və ödənilmiş 880 manat dövlət rüsumunun, ümumilikdə 586615,26 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 13072023 saylı müqavilənin ləğv edilməsi, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilmiş 324500 manatın ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-dən tutularaq ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC məhkəməyə ərizə təqdim edərək qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. İlk iddia üzrə İddiaçı MMC məhkəməyə ərizə ünvanlayaraq qarşılıqlı iddianın baxılmamış saxlanılmasına və qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizəsinə hüquqi qiymət verərək belə hesab edir ki, "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair qarşılıqlı iddiası baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh İddiaçınə qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar