Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1920/2024 29.11.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17010,50 manat manat borc məbləğinin, ödənilmiş 142 manat dövlət rüsumunun və xidmət haqqı olaraq vəkilə ödənilmiş 330 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ki, İddiaçı MMC ilə Cavabdeh arasında 17 avqust 2021-ci il tarixli 08/21-01 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən ümumi dəyəri 64178,5 manat olan, müxtəlif növ inşaat materialları (sement) müxtəlif tarixli elektron qaimə və təhvil-qəbul aktına əsasən cavabdehə satılmışıdır. Lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi tam icra etməmişdir və 17010,50 manat borcunu ödəməkdən qərəzli olaraq yayınmaqdadır. Cavabdehin qaılq borcununun 17010,50 manat təşkil etməsi xx.xx.2024-cü il tarixli üzləşmə aktından da aydın görünür. Müqavilənin şərtlərinə əməl edərək Cavabdeh xx.xx.2024-cü il tarixli borcun qaytarılmasına dair məktub ünvanlanmış və cavabdeh tərəfindən həmin məktub xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17 avqust 2021ci il tarixli 08/21-01 nömrəli müqavilədən görünür ki, satıcı bu müqaviləyə uyğun olaraq alıcı ilə razılaşdırılmış müvafiq çeşidli və keyfiyyətdə malları təqdim etməyi, alıcı isə öncədən sifarişi üzrə satıcının təqdim etdiyi malları qəbul edib malları öncədən şifahi razılaşdırılmış dəyərini satıcının təqdim etdiyi elektron qaimə fakturası əsasında qüvvədə olan qanunvericiliyə müvafiq qaydada satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan elektron qaimələrdən görünür ki, xx.xx.2022-ci il tarixdə 3332 manat, xx.xx.2022-ci il tarixdə 4536 manat, xx.xx.2022-ci il tarixdə 4464 manat, xx.xx.2021-ci il tarixdə 2560 manat, xx.xx.2021-ci il tarixdə 520 manat, xx.xx.2021-ci il tarixdə 4568 manat, xx.xx.2021-ci il tarixdə 2912 manat, xx.xx.2021-ci il tarixdə 4264 manat, xx.xx.2021-ci il tarixdə 4248 manat, xx.xx.2021-ci il tarixdə 4344 manat, xx.xx.2021-ci il tarixdə 4127 manat, xx.xx.2021-ci il tarixdə 4296 manat, xx.xx.2021-ci il tarixdə 4301,50 manat, xx.xx.2021-ci il tarixdə 4150 manat, xx.xx.2021-ci il tarixdə 3068 manat, xx.xx.2021-ci il tarixdə 4144 manat, xx.xx.2021-ci il tarixdə 4344 manat məbləğində malların elektron qaimələri "xxxx" MMC tərəfindən Cavabdeh göndərilmiş və qaimələr təsdiq edilmişdir. İş materiallarında olan 07 may 2024-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh "xxxx" MMC-nə 17010,50 manat borcunun olması hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 17 avqust 2021-ci il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən satıcı bu müqaviləyə uyğun olaraq alıcı ilə razılaşdırılmış müvafiq çeşidli və keyfiyyətdə malları təqdim etməyi, alıcı isə öncədən sifarişi üzrə satıcının təqdim etdiyi malları qəbul edib malları öncədən şifahi razılaşdırılmış dəyərini satıcının təqdim etdiyi elektron qaimə fakturası əsasında qüvvədə olan qanunvericiliyə müvafiq qaydada satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş və nəticədə onun iddiaçıya 17010 manat 50 qəpik borcu qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 17010 manat 50 qəpik məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 142 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hüquqi yardımın göstərilməsi üçün İddiaçı MMC tərəfindən 330 manat vəkil xidmət haqqı ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş 142 manat dövlət rüsumu və 330 manat vəkilə ödənilmiş xidməti haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 avqust 2021-ci il tarixli 08/21-01 saylı alqısatqı müqaviləsinə əsasən 17010 (on yeddi min on) manat 50 (əlli) qəpik borc, 142 (bir yüz qırx iki) manat dövlət rüsumu, 330 (üç yüz otuz) manat vəkilə ödənilmiş xidmət haqqı Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1920/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1920/2024
29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver