Məhkəmə qərarları › İş №e-2-2(115)-1963/2024

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1963/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1963/2024 27.11.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair ərizəsi üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 27774 manat məbləğində pulun və 174 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında xx.xx.2024cü il tarixdə 43/0724 saylı Alqı-satqı müqaviləsi müqavilə bağlanmışdır. CavabdehMMC ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən alıcı (Cavabdeh MMC) bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavələrdə göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olanəziyyətdə malları satıcıdan (İddiaçı) alır və malın müqabilində satıcıya bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşdırılmış qiymətə əsasən müvafiq məbləği ödəyir. Eyni zamanda həmin tarixdə alqı satqı müqaviləsinə əlavə müqavilə bağlanmışdır. Həmin əlavə müqaviləyə uyğun olaraq 1 ədəd taxta altlıq palet üçün razılaşdırılmış qiymət 18 manat təşkil etmişdir. Həmin əlavə razılaşmanın 2-ci bəndinə əsasən bu əlavə üzrə yekun məbləğin 50% avans olaraq əlavə imzalandıqdan və elektron qaimə-faktura təqdim edildikdən sonra, qalan 50% hissəsi isə mallar tam olaraq alıcıya təhvil verildikdən 7 (yeddi) gün ərzində nağdsız qaydada, bank köçürmə yolu ilə ödənilir. Satıcı malın təzə olmasına təminat verir. Cavabdehə xx.xx.2024-cü il tarixdə 9090 manat, xx.xx.2024-cü il tarixdə 9864 manat, xx.xx.2024-cü il tarixdə 8820 manat dəyərində olmaqla ümumi 27774 (iyirmi yeddi min yeddi yüz yetmiş dörd) manat dəyərində mal (taxta palet) göndərilmişdir. Lakin cavabdeh üzərinə qoyulmuş öhdəliyə əməl etməmiş, alqı-satqı müqaviləsinə əlavə olaraq bağlanmış müqavilənin 2-ci bəndinin tələblərini pozmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini bildirmiş və işin ərazi aiddiyyəti üzrə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasında iştirak etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. İş materiallarında olan tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 43/0724 saylı alqı-satqı müqaviləsinin 6.3-cü bəndindən görünür ki, mübahisələr danışıqlar yolu ilə həll olunmursa bu halda mübahisə maraqlı tərəfin müraciəti ilə Bakı şəhəri üzrə müvafiq kommersiya məhkəməsində həll olunmalıdır. Ona görə də məhkəmə hesab edir ki, tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirdiyindən iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-26, 32, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar