Məhkəmə qərarları › İş №e-2-2(115)-1971/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1971/2022

09.09.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1971/2022 09.09.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizəsi üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən dövlət büdcəsinə 133223 manat 44 qəpik məbləğində, Dövlət Sosial Müdafiə Fonduna olan 516 manat, İşsizlikdən sığorta fonduna olan 19 manat 01 qəpik, İcbari Tibbi Sığorta Fonduna olan 39 manat 10 qəpik məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix - xx xxxxxxxx 1971-ci il, doğulduğu yer – Azərbaycan, Gəncə şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 133223 manat 44 qəpik məbləğində (o cümlədən, vergilər üzrə 122788,15 manat, faizlər üzrə 10435,29 manat) İcbari Tibbi Sığorta Fonduna 39 manat 10 qəpik, Dövlət Sosial Müdafiə Fonduna 516 manat, İşsizlikdən sığorta fonduna 19 manat 01 qəpik olmaqla, ümumilikdə 133797 manat 55 qəpik borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********151700, xx.xx.2022-ci il tarixli, **********152400, xx.xx.2022-ci il tarixli **********149600, xx.xx.2022-ci il tarixli **********493700 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. Maraqlı şəxs 08 sentyabr 2022-ci il tarixində elektron qaydada məhkəməyə ərizə göndərərək bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət büdcəsinə 133223 manat 44 qəpik məbləğində, Dövlət Sosial Müdafiə Fonduna olan 516 manat, İşsizlikdən sığorta fonduna olan 19 manat 01 qəpik, İcbari Tibbi Sığorta Fonduna olan 39 manat 10 qəpik məbləğində borcun olduğu iddia edilərək Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Lakin qeyd edilən vergi məbləğinin əsassız olduğu online kargüzarlıq vasitəsi ilə 29 avqust 2022-ci il tarixində tərəflərindən təqdim olunmuş 2021-ci il üzrə dəqiqləşmiş mənfəət vergisi hesabatına cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ümumilikdə fəaliyyət ili üzrə 9414 manat 11 qəpik məbləğində fərq müəyyən edildiyindən kənarlaşma olduğu əsas gətirərək yoxlama həmin dövr üçün dəqiqləşmiş mənfəət vergisi hesabatının təqdim edilməsini tələb edirlər. Bu tələbdə qeyd edilən 133223 manat 44 qəpik vergi borcunun olduğu barəsində heç bir qeyd yoxdur. Həmçinin xx.xx.2022-ci il tarixində əsassız hesablanmış vergi borcunun silinməsinə dair İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə tərəflərindən müraciət olunmuş və Baş İdarənin rəisi tərəfindən cavab məktubunda Kameral Hesablamanın ləğvi barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olan müraciətlərinə baxılması barədə cavab verilib. Əsassız hesablanmış vergilərin yaranma mənbəyi olaraq vergi orqanı əməkdaşları tərəfindən qeyri-peşəkar yanaşma ilə ******* manat 80 qəpik dəyərində ixrac əməliyyatlarının aparıldığı bildiririlir ki, bununda heç bir alt sənədi yoxdur və ola bilməz. Çünki Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş məktubda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək heç bir əməliyyat aparılmamışdır və ixrac əməliyyatlarının olmadığı nəzərə alınaraq əsassız tələb olduğunu diqqətə çatdırırlar. Həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabından çıxarışa nəzər yetirdikdə müəssisənin 2021-ci ildə heç bir dövriyyəsinin olmadığının şahidi olacaqsız. Qeyd olunanları nəzərə alaraq verilən şikayətlərə İnzibati şikayətlərə baxılması Baş İdarəsinin inzibati şikayətlərin araşdırılması idarəsinin 2-ci şöbəsində baxılaraq qərar verilənə kimi məhkəmə prosesin təxirə salınmasını xahiş edir. Ərizəçinin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasında ərizəçinin tələbini qəbul etməyərək, xx.xx.2022-ci il tarixli ərizənin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, vergi orqanı tərəfindən rəhbəri olduğu cəmiyyətin borcları barədə bildirişlər və xəbardarlı elektron qaydada ona göndərilsə də, cəmiyyətin fəaliyyəti dayandırıldığı üçün elektron kabinet vasitəsilə həmin sənədlərlə tanış olmamışdır. Məhkəmə bildirişi daxil olduqdan sonra elektron kabinetdə olan sənədlərə baxıb müəyyən etmişdir ki, vergi orqanı tərəfindən həqiqətən borcla bağlı sənədlər göndərilmişdir. Göstərilən vergi borcu ilə razılaşmadığı üçün bir neçə gün bundan qabaq vergi orqanına şikayət etmişdir ki, vergi borcu silinsin. Hazırda onun şikayəti vergi orqanı tərəfindən araşdırılır. Şikayətinin vergi orqanı tərəfindən araşdırıldığını nəzərə alaraq, ərizənin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, ərizəçi tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, icra orqanın rəhbəri Maraqlı şəxs olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 133223 manat 44 qəpik məbləğində (o cümlədən, vergilər üzrə 122788,15 manat, faizlər üzrə 10435,29 manat) İcbari Tibbi Sığorta Fonduna 39 manat 10 qəpik, Dövlət Sosial Müdafiə Fonduna 516 manat, İşsizlikdən sığorta fonduna 19 manat 01 qəpik olmaqla, ümumilikdə 133797 manat 55 qəpik borcu vardır. Ərizəçi tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi borcunun silinməsi barədə şikayəti vergi orqanı tərəfindən araşdırılır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndində əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra Vergi Məcəlləsinin) 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, hüquqi şəxsin dövlət büdcəsinə və müvafiq fondlara olan borclarının ödənilməsini təmin etmək məqsədi ilə onun icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Maraqlı şəxsə izah olunur ki, Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanın vəzifələrinə aid edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 355-7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə 133223 manat 44 qəpik, İcbari Tibbi Sığorta Fonduna olan 39 manat 10 qəpik, Dövlət Sosial Müdafiə Fonduna olan 516 manat, İşsizlikdən sığorta fonduna olan 19 manat 01 qəpik olmaqla, ümumilikdə 133797 manat 55 qəpik məbləğində borcu ödənilənədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) icra orqanının rəhbəri Maraqlı şəxs (doğulduğu tarix - xx xxxxxxxx 1971-ci il, doğulduğu yer – Azərbaycan, Gəncə şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnаmədən rəsmi qаydаdа verildiyi gündən bir аy müddətində Gəncə Kommersiya Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Sədrlik edən: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar