Məhkəmə qərarları › İş №e-2-2(115)-201/2023

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-201/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-201/2023 16.05.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı Gəncə Kommersiya Məhkəməsinin 05 may 2023-cü il tarixli e-2-2(115)-201/2023 saylı qərardadından iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli 224-GL/19 nömrəli müqavilə üzrə yaranmış 7662 manat gecikdirilmiş borcun, 5112,28 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 300 manat və 200 manat çəkilmiş mediasiya xərcinin, cəmi 13274,28 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli e-2-2(115)-201/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh X1 xx.xx.2019-cu il tarixli 224-GL/19 nömrəli müqavilə üzrə 7662 manat əsas borc, 300 manat cərimə borcu olmaqla, cəmi 7962 manat borcun və hüquqi yardımla bağlı ödənilmiş 50 manat və 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi, cavabdeh X1 99 manat 62 qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdə elektron qaydada məhkəməyə apellyasiya şikayəti göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 05 may 2023-cü il tarixli e-2-2(115)-201/2023 saylı qərardadı ilə iddiaçı tərəfindən apellyasiya şikayəti verilən zaman dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iş materiallarına əlavə olunmadığından apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı Gəncə Kommersiya Məhkəməsinin 05 may 2023-cü il tarixli e-2-2(115)- 201/2023 saylı qərardadından xx.xx.2023-cü il tarixdə elektron qaydada məhkəməyə apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, apellyasiya şikayətinin ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının büdcə təşkilatı olmaması qənaətinə gəlmişdir. Məhkəmə qərardadında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə"nin (bundan sonra – Əsasnamə) 1.5-ci bəndində Agentliyin saxlanılması xərclərinin və fəaliyyətinin Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti ilə yanaşı büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, qanunvericilikdə müəyyən edilən digər mənbələr hesabına maliyyələşdirilməsinə və "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.-ci maddəsinə əsasən büdcə təşkilatının maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlar olmasına istinad edərək Agentliyi büdcə təşkilatı hesab etməmişdir. Əsasnamənin 1.1-ci bəndinə Agentlik kənd təsərrüfatına dəstək layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar subsidiyaların verilməsi, kənd təsərrüfatı istehsal vasitələrinə güzəştlər verilməsi, regionların aqrar inkişafına investisiyaların cəlb edilməsi, güzəştli kreditlərin, təminatların verilməsi və innovasiyaların tətbiqi sahəsində fəaliyyət göstərən icra hakimiyyəti orqanıdır. Əsasnamənin 1.5-ci bəndi ilə müəyyən olunmuş Agentliyin saxlanılması xərclərinin və fəaliyyətinin Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti ilə yanaşı büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, qanunvericilikdə müyyən edilən digər mənbələr hesabına maliyyələşdirilməsi, onun büdcə təşkilatı olmasını istisna etmir, habelə "Büdcə sistemi haqqında" Qanunun 1.1.23-cü maddəsi büdcə təşkilatının əlavə mənbələr hesabına maliyyələşməsini qadağan etmir, eyni zamanda büdcə taşkilatının yalnız büdcədən maliyyələşməli olmasını təsbit etmir. Yəni qanunvericilik büdcə təşkilatının büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, qanunvericilikdə müəyyən edilən digər mənbələr hesabına maliyyələşməsini qadağan etmir. Eyni zamanda məhkəmənin gəldiyi nəticəyə istinad edilsə, onda Agentlik kimi dövlət orqanları olan Ədliyyə, Daxili İşlər, İqtisadiyyat Nazirliklərinin və bir çox digər dövlət orqanlarının (büdcə təşkilatlarının) əsasnamələrində onların saxlanma xərcləri və fəaliyyətinin Azərbaycan Respublikasının dövlət büdcəsi, büdcədənkənar vəsait və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilməsinə əsasən, həmin orqanlar büdcə təşkilatı hesab olunmamalı və məhkəmələrə iddia ərizəsi verərkən rüsum ödəməlidilər. Bundan əlavə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyen edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uygun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır. Göründüyü kimi "Dövlət qulluğu haqqında" Qanunun 1.1.4.-cü maddəsinə əsasən dövlət orqanı dövlət büdcəsindən və büdcədənkənar vəsaitlər hesabına maliyyələşən dövlət təsisatıdır. Həmçinin həmin Qanunun 8.1.4-cü maddəsində isə mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin, Azərbaycan Respublikasının Kənd Təsarrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dövlət orqanı olması birbaşa və konkret olaraq göstərilmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavədə büdcə xərclərinin iqtisadi təsnifatının 222990. "Sair xərclər" maddəsində məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, büdcə təşkilatlarına münasibətdə istisna olunduğuna görə Agentliyə büdcədə iddia ərizələrinin verilməsi ilə bağlı dövlət rüsumunun ödənilməsi üçün vəsait müəyyən edilməmişdir. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi bu Əsasnaməyə uyğun olaraq kənd təsərrüfatına dəstək layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı istehsal vasitələrinə güzəştlər verilməsi, regionların aqrar inkişafına investisiyaların cəlb edilməsi, güzəştli kreditlərin verilməsi və innovasiyaların tətbiqi sahəsində fəaliyyət göstərən icra orqanıdır. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən Agentliyin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kredit və qrantlar, ianələr, qanunvericilikdə müəyyən edilən digər mənbələr hesabına maliyyələşdirilir. Həmin Əsasnamənin 2-ci maddəsinə əsasən Agentliyin fəaliyyət istiqamətləri aqrar inkişaf layihələrinin kreditləşdirilməsini və idarə edilməsini həyata keçirmək, aqrar sahədə innovativ metodları və qabaqcıl təcrübəni təşviq etmək, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi üçün müvəkkil banklar, bank olmayan kredit təşkilatları və lizinq təşkilatları vasitəsilə kreditlər vermək, aqrar sahədə dövlət-özəl tərəfdaşlığı çərçivəsində proqramların hazırlanmasını və həyata keçirilməsini təmin etməkdən ibarətdir. Məhkəmə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin kənd təsərrüfatına dəstək layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı istehsal vasitələrinə güzəştlər verilməsi, regionların aqrar inkişafına investisiyaların cəlb edilməsi, güzəştli kreditlərin verilməsi və innovasiyaların tətbiqi sahəsində fəaliyyət göstərən icra orqanı olmasını, onun fəaliyyət istiqamətlərini nəzərə alaraq hesab edir ki, həmin orqan büdcə təşkilatıdır və apellyasiya şikayəti verilməsi üçün dövlət rüsumu ödəməkdən azad hesab edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Ona görə də şikayət təmin edilməli, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Gəncə Kommersiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli e-2-2(115)-201/2023 saylı qətnaməsindən verilən apellyasiya şikayəti işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirə və ya ləğv edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin apellyasiya şikayətinin geri qaytarılması barədə 05 may 2023-cü il tarixli e-2-2(115)-201/2023 saylı qərardadı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Gəncə Kommersiya Məhkəməsinin 29 mart 2023cü il tarixli e-2-2(115)-201/2023 saylı qətnaməsindən verilən apellyasiya şikayəti işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar