Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-2049/2022 06.09.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu İddiaçı Cavabdehnə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə iddiaçının nümayəndəsi Vəkil ərizəsini və iş materiallarını nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdehnə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2019-cu il tarixli 20/0424 saylı xidmət müqaviləsinə əsasən, ödənilməmiş, 2984 manat əsas borc, borcun gecikdirildiyi müddət üçün 400 manat dəbbə pulu, hüquqi yardımın göstərilməsi üçün Bakı şəhər 18 saylı Vəkil Bürosuna ödənilmiş 200 manat xidmət haqqı və dövlət rüsumunun əvəzi kimi 60 manat olmaqla, ümumilikdə 3584 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, Cavabdeh MMC-dən xx.xx.2019-cu il tarixli 20/0424 saylı xidmət müqaviləsinə əsasən ödənilməmiş, 2984 manat əsas borc, borcun gecikdirildiyi müddət üçün 400 manat dəbbə pulu, hüquqi yardımın göstərilməsi üçün Bakı şəhər 18 saylı Vəkil Bürosuna ödənilmiş 200 manat xidmət haqqı və mediasiya xidmətinin əvəzi kimi 60 manat olmaqla, ümumilikdə 3584 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdehnə 02 sentyabr 2022-ci il tarixli, e-2-2(115)-2049/2022 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddiaçının vəkili Vəkil 06 sentyabr 2022-ci il tarixdə iddia ərizəsinin qaytarılması barədə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, İddiaçı MMC tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, Cavabdeh MMC xx.xx.2019-cu il tarixli 20/0424 saylı xidmət müqaviləsinə əsasən, ödənilməmiş, 2984 manat əsas borc, borcun gecikdirildiyi müddət üçün 400 manat dəbbə pulu, hüquqi yardımın göstərilməsi üçün Bakı şəhər 18 saylı Vəkil Bürosuna ödənilmiş 200 manat xidmət haqqı və Mediasiya Xidmətinin əvəzi kimi 60 manat olmaqla ümumilikdə 3584 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, mübahisənin məhkəmənin icraatında olduğu müddətdə cavabdeh tərəfindən müqavilə üzrə borc ödənildiyindən hazırki iş üzrə iddia ərizəsinin araşdırılması və baxılmasına zərurət qalmamışdır. Ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddiaçının nümayəndəsinin xahişi nəzərə alınmaqla ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı Cavabdehnə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1,264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdehnə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-2049/2022
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-2049/2022
06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver