Məhkəmə qərarları › İş №e-2-2(115)-205/2022

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-205/2022

21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-205/2022 21.04.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə, İddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Vəkil məhkəməyə müraciət edərək 13.06.2017-ci il tarixli 1216-GL/17 nömrəli müqavilə üzrə 24591,20 manat gecikdirilmiş borcun və hesablanmış 6012,67 manat cərimə borcunun. 12.07.2017-ci il tarixli 1338-GL/17 nömrəli müqavilə üzrə 13114 manat gecikdirilmiş borcun və hesablanmış 3746,28 manat cərimə borcunun, 12.10.2017-ci il tarixli 2096-GL/17 nömrəli müqavilə üzrə 12535 manat gecikdirilmiş borcun və hesablanmış 3196,43 manat cərimə borcunun, 13.09.2018-ci il tarixli 1375 L/18 nömrəli müqavilə üzrə 11065 manat gecikdirilmiş borcun və hesablanmış 1401,92 manat cərimə borcunun , 30.11.2018-ci il tarixli 1785-L/18 nömrəli müqavilə üzrə 1630 manat gecikdirilmiş borcun və hesablanmış 238,80 manat cərimə borcunun, hüquqi yardımla bağlı 350 ( üç yüz əlli) manat, 400 ( dörd yüz ) manat mediasiyaya dair xərcin cəmi 78281,3 ( yetmiş səkkiz min iki yüz səksən bir manat 30 qəpik manat 22 qəpik) manat pul vəsaitinin Cavabdehndən tutularaq Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Vəkil iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəf işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Məhkəmə iddia ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə iddiaçının nümayəndəsinin ərizəsinə hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə qərara aldı: İddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh Mədud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar