Məhkəmə qərarları › İş №e-2-2(115)-2053/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2053/2024

23.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2053/2024 23.11.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Gəncə Kommersiya Məhkəməsinin hakimi Qələndərzadə Ramiq Ramis oğlu İddiaçı cavabdeh X4 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh X4 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 xx.xx.2024-cü il tarixli 358 nömrəli alqı-satqı müqavilə üzrə yaranmış 6337,6 manat məbləğində əsas borc, həmçinin də 83,38 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar X5 ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli 358 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən Satıcı - "xxxx" MMC elektron vergi qaimə-fakturada göstərilən mallar Alıcı - X4 təhvil verilsə də, sonuncu tərəfindən Müqavilə əsasında tərtib edilmiş elektron vergi qaimə-fakturalar üzrə ümumilikdə hesablanmış ödənişlər tam məbləğdə ödənilməmiş, bununla da Müqavilə üzrə üzərinə götürülmüş öhdəliklər lazımınca icra edilməmişdir. Müqavilənin 2.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmış Müqavilə imzalandıqdan sonra razılaşdırılmış müddətdə mallar Alıcı – X4 göndərilmiş və həmin malların X1 göndərilməsini təsdiq edən xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli qaimə-fakturalardan görünür ki, alıcı - X3 "xxxx" MMC-yə ƏDV daxil 7517,6 manat məbləğində borcu yaranmışdır. X1 xx.xx.2024-cü il tarixində saat 15.05:21də 10122993 nömrəli elektron qaimə-faktura göndərilmiş və həmin elektron qaimə-faktura üzrə alıcı Naibə Hüseynovaya təqdim edilən mallar üzrə yekun məbləğ səhvən 3132,6979 manat məbləğində qeyd edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixində saat 15.05:21-də 10122993 nömrə ilə cavabdehə göndərilən elektron qaimə-faktura üzrə yekun məbləğ səhv qeyd olunduğu üçün həmin elektron qaimə-fakturaya düzəliş edilməsi məqsədilə xx.xx.2024-cü il tarixində saat 09:59:22-də 10811297 nömrəli elektron qaimə-faktura göndərilmiş və həmin elektron qaimə faktura üzrə ödənilməli məbləğ 3021.6979 manat göstərilmişdir. Bir sözlə xx.xx.2024-cü il tarixində saat 15:05:21-də 10121483 nömrəli cavabdehə elektron qaimə-faktura göndərilmiş və həmin elektron qaimə-faktura üzrə yekun məbləğ 1038 manat məbləğində hesablanmışdır. xx.xx.2024-cü il tarixində saat 15:09:35-də 10122148 nömrəli cavabdehə elektron qaimə-faktura göndərilmiş və həmin elektron qaimə-faktura üzrə yekun məbləğ 1081,9 manat məbləğində hesablanmışdır. xx.xx.2024-cü il tarixində saat 15:09:36-da 10123204 nömrəli cavabdehə elektron qaiməfaktura göndərilmiş və həmin elektron qaimə-faktura üzrə yekun məbləğ 2376,0001 manat məbləğində hesablanmışdır. xx.xx.2024-cü il tarixində saat 09:59:22-də 10811297 nömrəli cavabdehə elektron qaimə-faktura göndərilmiş və həmin elektron qaimə-faktura üzrə yekun məbləğ 3021.6979 manat məbləğində hesablanmışdır. Nəticə yuxarıda qeyd olunan elektron qaimə-fakturalar üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməli məbləğ ƏDV daxil ümumilikdə 7517,6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı qeyd edirik ki, tərəfimizdən cavabdehə göndərilən elektron qaimə-fakturalar üzrə ƏDV daxil ümumilikdə hesablanmış 7517,5 manat məbləğində borcdan cavabdeh Naibə Hüseynova xx.xx.2024cü il tarixində ƏDV daxil cəmi 1180 manat məbləğində ödəniş etmişdir. Belə olan halda görünür ki, cavabdeh – X3 iddiaçı "xxxx" MMC-yə ƏDV daxil cəmi 6337,6 manat məbləğində borcu qalmışdır. Nəticədə tərəflər arasında bağlanılmış Alqı - satqı müqaviləsi üzrə iddiaçı üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh qeyd olunan müqavilənin şərtlərini və qanunvericiliyin tələblərini pozaraq, müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməyərək, ödənişlərin ödənilməsini tam olaraq həyata keçirməmişdir. Daha sonra iddiaçının nümayəndəsi xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, cavabdeh X5 iddiaçı "xxxx" MMCyə ödəməli olan borcundan 1337,6 manat, 1000 manat və 1500 manat məbləğində ödəniş etmişdir. Ümumilikdə cavabdeh X3 ƏDV daxil 3500 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh X4 17 oktyabr 2024-cü il tarixli, e-2-2(115)-2053/2024 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən məhkəmə bildirişi rəsmi qaydada xx.xx.2024-cü il tarixdə alınmasına baxmayaraq, iddiaçının tələbinə dair etirazlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alğı-satqı müqaviləsi, qiymət cədvəli, elektron qaiməfakturalar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə X5 ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli 358 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı bu Müqavilənin müddəaları əsasında hazırki Müqavilənin tərkib hissəsi sayılan və hər dəfə Alıcının satınalma sifarişi əsasında tərtib edilən Əlavədə əks olunacaq ərzaq, sənaye və gündəlik tələbat məhsulları Alıcıya satmağı, Alıcı isə öz növbəsində malları qəbul edib onların dəyərini razılaşdırılmış qiymətlərə əsasən Satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən tələb olunan malların xüsusiyyətləri (ölçü, çeşidi, miqdarı və.s) Tərəflər arasında əvvəlcədən razılaşdırılır və bu müqavilənin tərkib hissəsi sayılacaq Əlavədə öz əksini tapır. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən satılan mallar tərəflər arasında imzalanmış təhvil-təslim aktı və elektron vergi qaimə-faktura əsasında təhvil verilir. Tərəflər razılığa gəlirlər ki, malların təhvil verilməsini təsdiq edən elektron vergi qaimə-faktura təhvil-təslim aktı ilə eyni bərabər qüvvəyə malikdir. Həmin Müqavilənin 4.2-ci maddəsinə əsasən satıcı tərəfindən vergi elektron qaiməfaktura təqdim edildiyi andan 30 (otuz) iş günü ərzində alıcı qaimə-fakturada qeyd edilən ödənişi həyata keçirir. İş materiallarında olan elektron qaimə-fakturalardan görünür ki, cavabdeh X3 iddiaçı "xxxx" MMC-yə ƏDV daxil 7517,5 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan ödəniş tapşırıqlarından və iddiaçının nümayəndəsinin ərizələrindən görünür ki, cavabdeh tərəfindən müəyyən ödənişlər edilmiş, nəticədə 3500 manat ödənilməmiş borc qalmışdır. İddiaçı müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirərərək müqaviləyə Əlavədə göstərilən malları cavabdehə vermiş, cavabdeh isə müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək aldığı malların dəyərini iddiaçıya ödəməmişdir. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış müqavilə, elektron qaimə fakturalar ilə öz təsdiqini tapır. Ona görə də 3500 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarında olan **********30 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 83,38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 55 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 28,38 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X2 3500 manat əsas borc və 55 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməli, 28,38 manat dövlət rüsumu iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X2 3500 manat əsas borc və 55 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş 28,38 manat dövlət rüsumu İddiaçınə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar