Məhkəmə qərarları › İş №e-2-2(115)-21/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-21/2024

14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-21/2024 14.06.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçınə qarşı alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X6» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə əsas məbləğ üzrə 10950 manat borcun, 1800 manat cərimənin, iddiaçının mülkiyyətində olan avadanlığa vurulmuş ziyana görə 300 manat məbləğində zərərin əvəzinin və Gəncə 1 saylı Medasiya Təşkilatına ödənilmiş 210 manat rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021ci il tarixli alqı-satqı müqaviləsi, qiymətlərin razılaşma protokolu və təhvil-təslim aktı imzalanmışdır. Cavabdeh fərdi sahibkardır və malı sahibkarlıq fəaliyyəti ilə əlaqədar almışdır. Müqaviləyə və X1 əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 37000 manat olmaqla mal almışdır. Həmin məbləğin 5500 manatını ilkin olaraq ödəmişdir. Qalıq məbləği, yəni 31500 manatı xx.xx.2021-ci il tarixli X1 əsasən qrafikə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq 18 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Bu günə əsas məbləg üzrə qalıq borc 10950 manat, cərimə borcu isə 1800 manat təşkil edir. xx.xx.2021ci il tarixli alqı-satqı müqaviləsinin qüvvədə olmasına baxmayaraq cavabdeh tərəfindən iddiaçının razılığı olmadan sonuncunun mülkiyyətində olan avadanlığına müdaxilə edilmiş, nəticədə avadanlığın texniki tamlığı pozularaq 300 manat məbləğində zərər vurulmuşdur. Yuxarıda qeyd olunan ödənişlərin (qalıq borc, cərimə və dəymiş zərər) icrası tələbi ilə cavabdehə bildiriş və pretenziya məktubu göndərilmiş, lakin tələb icra olunmamışdır. xx.xx.2023-cü il tarixdə İddiaçı MMC tərəfindən borcluya alqı-satqı müqaviləsi əsasında pul tələbi və avadanlıq vurulmuş zərərin əvəzinin ödənilməsi barədə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair təklif göndərilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı MMC tərəfindən Gəncə 1 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət edilmiş, ərizə icraata qəbul olunaraq mediasiya sessiyasi təyin olunmuşdur. Lakin borclu Cavabdeh mediasiya sessiyasında iştirak etməmiş və bu barədə xx.xx.2023-cü il tarixli müvafiq arayış verilmişdir. Ümumi mediasiya xərci 210 manat təşkil etmiş və iddiaçı tərəfindən ödənilmişdir. İddia ərizəsi, maliyyə arayışı, mediasiya arayışı və mediasiyaya ödənilmiş rüsumun qəbzi cavabdehin elektron vergi kabinetinə göndərilmişdir. xx.xx.2021ci il tarixli alqı-satqı müqaviləsinin 5.2-ci maddəsinə əsasən nəzərdə tutulan ödəniş müddətindən sonra “alıcı” hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində “satıcı”ya cərimə ödəyir. Cavabdeh “X6» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti ilə arasında bağlanmış 06 avqust 2021 -ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və onun tərəfindən ödənilmiş 27000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə cavabdeh "xxxx" MMC arasında adı və mənşəyi bilinməyən texniki avadanlığın alqı-satqısına dair müqavilə bağlanmşdır. Qeyd olunan müqavilə 06 avqust 2021-ci il tarixində bağlanmışdır. Cavabdehlə arasında müqavilə bağalanarkən avadanlığın istehsalının İsveçrə istehsalı olması bildirilməklə, avadanlığın şərtsiz olaraq istifadə edilməsi ona bildirilmişdir. Cavabdehlə arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə öhdəliyi 27000 manat olan dövrədək, ödəniş cədvəlinə uyğun olaraq icra edilmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, cavabdeh tərəfindən arasında bağlanmış alqı-satqı müqaviləsi onun aldadılması ilə bağlanmışdır. Belə ki, sonradan ona məlum olmuşdur ki, avadanlığın içərisində onu məlumatı olmadan cavabdeh tərəfindən müqavilədə göstərilmədiyi halda əlavə olaraq cihaz yerləşdirilmişdir. Həmin cihazın yerləşdirilməsində isə məqsəd cavabdeh tərəfindən avdanlığın istənilən vaxt istənilən formada idarə edilməsi, ondan gələcəkdə artıq avadanhğın pulunun tam ödənildikdən sonra və yaxud müqavilə müddəti dövründə müdaxilə edilməsi məqsədi ilə əlaqədar olmuşdur. Bundan sonra artıq o, cavabdehdən avadanlığın istehsal tarixi, istehsalçı dövlətin hansı olması, avadanlığın ümumi pasportunun təqdim edilməsini tələb etsə də, cavabdeh tərəfindən qeyd olunan məlumatlar ona verilməmişdir. Həmçinin cavabdeh barəsində internet sosial şəbəkələrdə (istehlakçılar) alıcılar tərəfindən verilən məlumatlardan məlum oldu ki, cavabdeh onun kimi bir çox şəxsləri belə aldadadaraq hazırkı alqı-satqı müqaviləsini bağlayaraq, istehlak hüquqlarının pozulması ilə müqavilələr bağlamışdır. Qarşı tərəf ilə arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ödənilmiş pulun geri qaytarılmasının mümkün olmaması tərəf olaraq qarşı tərəfi ağır maddi vəziyyətə və duruma salınması ilə bağlı olduğundan bu şərt etibarsız şərtdir. Müqavilə bağlamış cavabdeh avadanlığı qeyd olunan cihazı daxil etməklə, bununla istehlakçıya-alıcıya hər hansı bir məlumat vermədiyi təqdirdə avadanlığın mənbəyinin və mənşəyinin gizlətməsi ilə öz iradəsinə uyğun alqı-satqı müqavilə bağlaması müqavilənin həmçinin etibarsızlığına səbəb olan hallardandır. İlkin iddia üzrə iddiaçı “X6» Məhdud Məsuliyyətli Cəmiyyəti qarşılıqlı iddia ərizəsinə dair məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, ilkin iddia üzrə Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi, təhvil-təslim aktı və qiymətlərin razılaşdırılması protokolu bağlanmışdır. Müvafiq sənədlərə əsasən cavabdeh hissə-hissə ödəmək şərti ilə dəyəri 37000 manat olan lazer epilyasiya avadanlığı əldə etmişdir. Bir müddət sonra cavabdeh aylıq ödənişləri gecikdirmiş, daha sonra isə ümumiyyətlə, ödəniş etməkdən imtina etmiş, eləcə də avadanlığa mülkiyyətçinin razılığı olmadan müdaxilə edərək zərər vurmuşdur. Bu səbəbdən borcun ödənilməsi tələbi ilə tərəfindən Gəncə Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsi ilə tələbini bir neçə dəlillə əsaslandırmağa çalışaraq xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, cavabdeh ilk növbədə, ona satılan avadanlığın adının və mənşəyinin məlum olmadığını, lakin müqavilə bağlanan zaman ona avadanlığın İsveçrə istehsalı olduğunun bildirildiyini iddia etmişdir. İrəli sürülən dəlil tamamilə əsassız olmaqla heç bir fakta əsaslanmır. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktına əsasən cavabdehə WERTEX1200 (FG2000D+) avadanlığı təhvil verilmişdir. Sözügedən avadanlığın istehsalçısı olan, Çin Xalq Respublikasında fəaliyyət göstərən “ADSS Development" şirkəti tərəfindən verilmiş Mənşə sertifikatından da aydın olduğu kimi avadanlığın adı FG2000D+ dur. Təhvil-təslim aktında avadanlığın adının məhz Mənşə sertifikatında olduğu kimi qeyd olunması cavabdeh tərəfindən irəli sürülmüş dəlilin əsassızlığına dəlalət edir. Bununla yanaşı avadanlığın İsveçrə istehsalı olması istər alqı-satqı münasibətlərinin yaranması zamanı, istərsə də növbəti dövrlərdə tərəfindən malın İsveçrədə istehsal olunması heç bir formada bəyan edilməmişdir. Cavabdeh malın mənşəyinə dair məlumat almaq üçün şirkətə sonralar müraciət etdiyini, lakin müraciətinə cavab verilmədiyini vurğulasa da, onlara qeyd olunan məzmunlu müraciət daxil olmamışdır. Qarşılıqlı iddia tələbi ilə bağlı irəli sürülən digər dəlil isə cavabdehə məlumat vermədən avadanlığa əlavə qurğunun yerləşdirilməsi ilə bağlıdır. Bildiririk ki, mülkiyyətçi olaraq hüquqlarını və qanuni mənafelərini potensial risklərdən (avadanlığın oğurlanması, başqa yerə aparılması və s.) qorumaq məqsədi daşıyan sözügedən qurğunun yerləşdirilməsi xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinin 2.1.8-ci bəndinə daxil edilərək tərəflərin imzası ilə təsdiqlənmişdir. Müqavilə bağlanarkən cavabdehə müqavilənin mətni ilə tanış olmaq imkanı yaradılmış, eləcə də müqavilə imzalandıqdan sonra bir nüsxəsi sonuncuya təqdim edilmişdir. Aydın olduğu kimi, müqavilə bağlanarkən, istərsə də sonradan cavabdehin həmin bəndlə tanış olmasına onlar tərəfindən heç bir maneə törədilməmişdir. Cavabdehin mövqeyinə görə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün digər əsas ödənilmiş pul məbləğinin geri qaytanlmaması ilə bağlıdır. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 5.3-cü bəndində qeyd olunduğu kimi, malın alıcıdan geri götürülməsi halında ödənilmiş məbləğ istifadə və köhnəlmə xərci kimi nəzərdən keçirilməklə geri qaytarılmır. Müqavilənin predmeti olan lazer epilyasiya cihazı alıcı tərəfindən bilavasitə sahibkarlıq fəaliyyətində davamlı olaraq istifadə edilmək məqsədi ilə alınmışdır. Bu səbəbdən avadanlığın aktiv istifadə nəticəsində amortizasiyaya uğraması qaçınılmaz xarakter daşıyır. Alıcının istifadəsində olan avadanlığın geri qaytarılması halında amortizasiya xərclərinin nəzərə alınması isə mülkiyyətçinin hüquqlarının müdafiəsinə yönəlməklə qanunvericiliyin tələblərinə uyğundur. Odur ki, müqavilənin sözügedən bəndinin etibarsız sayılması tələbini əsassız hesab edirlər. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edib, qarşılıqlı iddia tələbini qəbul etməyərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, müqavilənin 2.1.8-ci maddəsində qeyd olunmuşdur ki, aparata monitorinq edə bilərlər. Həmin maddəyə əsasən aparata çip yerləşdirilibdir. Müqavilədə alıcının öhdəlik münasibəti bitəndən sonra çipin aparatdan çıxardılacağı qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixində “Vertex” aparatını alıcıya satmışlar. Bundan 1 il sonra onların rəqib şirkəti "xxxx" MMC həmin “Vertex” aparatının nişanının ölkədə əqli mülkiyyət hüququnu aldı. Buna görə də, satdıqları aparatların üzərindəki həmin nişanı “Vintex” ilə əvəz etməyə çalışmışlar. Eyni zamanda müəyyən etmişlər ki, malı Pərvanə xanıma onun keçən iclasda qeyd etdiyi Sevinc xanım satmamışdır. Təqdim etdikləri sənədlərdən ilkin müraciət ərizəsi mal almaq üçün ilkin müraciətdir. Həmin sənəddə qeyd olunmuş Məmmədova Təranə cavabdehin rəfiqəsidir, Ağazadə Mələk isə satış mütəxəsisidir. Cavabdeh və Məmmədova Təranə iki nəfərin tədrisə cəlb olunacağını bildirmişlər. Bundan əlavə, avadanlığın texniki pasportunu da məhkəməyə təqdim etmişlər. İlkin müraciət ərizəsindəki məbləğin dəyişdirilməsi ola bilər ki, alıcının istəyi ilə bağlı olmuşdur. İlkin müraciət ərizəsi xx.xx.2021-ci il tarixində, müqavilə, qiymətlərin razılaşma protokolu isə xx.xx.2021-ci il tarixində bağlanılmışdır. Müqavilədə də bu tarixlər öz əksini tapmışdır. Sözügedən 1200d vatın gücüdür. Satış meneceri olduğunu qeyd etdiyi Sevinc xanım isə onların şirkətində tədris rəhbəridir. Cavabdeh məhsuldan istifadə edib, qazanc əldə etmiş, lakin ödənişi etmək istəmir. Məhsulun adını dəyişdirməyi cavabdehə sadəcə olaraq təklif etmişlər. Cavabdeh tərəfindən müqavilə imzalanərkən “p” hərfi ya böyük hərflər, ya da balaca hərflə yazılaraq imzalanmışdır. İlkin müraciət ərizəsində tərəfin fərdi məlumatları qeyd olunmuşdur. Əgər tərəf bu məlumatları təqdim etməsə, onlar bu məlumatları bilə bilməzdilər. Həmin ilkin müraciət ərizəsi əməkdaşları olan Mələk Ağazadə və Hənifə Əliyevanın iştirakı ilə imzalanmışdır. Tərəflər arasında olan müqaviləyə diqqət edilsə, müşahidə olunar ki, müqavilənin 1-ci və 2-ci səhifəsində olan imzalar da müxtəlifdir. Eskpert tərəfindən ona təqdim edilmiş materiallar və sərbəst nümunələr kifayət qədər tədqiq edilməmişdir. Göründüyü kimi, imzaları bilərəkdən fərqli çəkmişdir . Ekspert rəylərinin tədqiqat hissəsində ziddiyyət mövcuddur. Ekspertiza rəyindən göründüyü kimi, alqı-satqı müqaviləsindəki imza cavabdehə məxsusdur. Cavabdeh borcdan 5500 manat ilkin ödəniş etmiş, qalan məbləği ödəməyi öhdəsinə götürmüşdür. 10950 manat əsas borcun, 1800 manat cərimənin, iddiaçının mülkiyyətində olan avadanlığa vurulmuş ziyana görə 300 manat məbləğində zərərin əvəzinin və Gəncə 1 saylı Medasiya Təşkilatına ödənilmiş 210 manat rüsumunun tutulmasını tələb edirlər. Cərimənin tutulması müqavilənin 5.2-ci bəndində qeyd olunmuşdur. İddiaçının mülkiyyətində olan avadanlığa vurulmuş ziyana görə 300 manat məbləğin tutulmasını isə avadanlığa başqa şirkət tərəfindən müdaxilə etdirildiyinə görə tələb edirlər. Tədqiqatın nəticəsinin ikinci bəndində qeyd edilir ki, ilkin müraciət ərizəsi Cavabdeh tərəfindən imzalanmayıb. Cavabdeh qarşılıqlı iddia ərizəsində ilkin alqı-satqı müqaviləsində avadanlığın ona İsveçrə istehsalı olduğu deyildiyini bildirir, lakin etiraz ərizəsindən görünür ki, təhvil-təslim aktına əsasən cavabdehə Çin istehsalı “Wertex1200” avadanlığı təhvil verilmişdir. Müqavilənin 2.1.8-ci bəndində avadanlığın quraşdırılmasını nəzərdə tutan bənd var. Həmçinin müqavilənin 6.5ci bəndində qeyd edilir ki, cavabdeh tərəfindən borc öhdəliyi tam icra edilənədək məhsul satıcının mülkiyətindədir. Odur ki, məhkəmədən ilk iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi Vəkil2 məhkəmə hazırlıq iclasında ilkin iddia tələbini müdafiə edib, qarşılıqlı iddia tələbini qəbul etməyərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Cavabdeh məhkəmənin hazırlıq iclasında qarşılıqlı iddia tələbini müdafiə edib, ilkin iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, ilkin ödənişi 5500 manat olmuşdur. Ümumilikdə, 27000 manat ödəniş etmişdir. Sonuncu ödənişi 5-6 ay qabaq olmuşdur. Cihaz alınanda ona İsveçrə Konfederasiyasının istehsalı olduğu deyilmişdir, lakin sonradan məlum olmuşdur ki, cihaz Çin Xalq Respublikasının istehsalıdır. Eyni zamanda adı “Vertex” yox, “A200”-dür. Cihazı xx.xx.2021-ci ildə almışdır. Aylıq ödəniş 1750 manat idi. Cihazın daxilində çip yerləşdirilibmiş və onun vasitəsi ilə aparatı ödəniş gecikən kimi söndürürdülər. O, bu barədə qarşı tərəfdən soruşanda ona yalan deyərək, X5 Respublikasından söndürüldüyünü bildirmişlər. Daha sonra ona cihazın adını dəyişdirib “Vintex” edəcəklərini demişlər. O isə bununla razılaşmamışdır. Bu hadisə 2022-ci ilin dekabr ayında baş vermişdir. Aparat çip çıxardıldıqdan sonra normal işləyir. Çünki lazerin başlığını çip vasitəsi ilə dayandırırdılar. Salonuna gəlib, aparatın üzərindəki “Vertex” adını Vintex” ilə əvəz etmək istəmişlər. X5 Respublikasının məhsulu olduğunu 2022-ci ilin dekabrında aşkar etmişdir. 2017-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cihazı Sevinc xanımdan almışdır. Sevinc xanım ona demişdir ki, aparat İsveçrə Konfederasiyasının məhsuludur. Bu faktı sübut edəcək şahidi də var. Çünki həmin vaxt yanında başqa bir adam da var idi. Aparatdan çipi çıxartmayana qədər aparat normal işləmirdi, buna görə də çox müştəri itirmişdir. Məhsulu xx.xx.2021-ci il tarixində almışdır. Alqı-satqı müqaviləsindəki imza ona məxsusdur. Bundan əlavə, zəmanət talonunu, təhviltəslim aktını, qiymətlərin razılaşma protokolunu da o imzalamışdır. Lakin ilkin müraciət ərizəsindəki imza ona məxsus deyil. Həmin sənəddə qeyd olunan məlumatlarını o, şifahi şəkildə bildirmiş, qarşı tərəf də ilkin müraciət ərizəsində qeyd etmişlər. Daha sonra aparatın adını dəyişdirmək istədiklərini bildirmiş, lakin o, razılaşmamışdır. Alqı-satqı müqaviləsində, zəmanət talonunda, qiymətlərin razılaşdırılması protokolunda və təhviltəslim aktında olan imzalardan yalnız təhvil-təslim aktında olan imza ona məxsusdur, digər sənədlərdə olan imzalar isə ona məxsus deyildir. Əvvəlki məhkəmə prosesində verdiyi izahat ilə hazırki izahatın arasında ziddiyəti onunla əsaslandırır ki, o, qeyd olunan sənədlərlə ilk dəfədir ki, tanış olur, həmin sənədlərlə əvvəl tanış olmamışdır. O bütün öhdəliklərini vəkilə həvalə etmişdir. Alqı-satqı müqaviləsini imzalayarkən həmin sənədin mahiyyətini bilmişdir, lakin həmin müqavilənin öhdəliklərindən irəli gələn sənədləri mahiyyətini bilmədən, yəni oxumadan imzalamışdır. Alqı-satqı müqaviləsi bağlanan zaman ona sənəd təqdim edilmişdir, lakin həmin sənədin alqı-satqı müqaviləsi və ya ondan irəli gələn öhdəliklərlə bağlı sənəd olduğunu xatırlamır. Onun hal-hazırda iddiaçıya təxminən 10800 manat borcu vardır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə edib ilkin iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, satıcı alıcını aldatmışdır ki, aparatı Çin Xalq Respublikasından çip vasitəsi ilə söndürürlər. Bundan əlavə, bu hal başqa şəxslərə də tətbiq olunmuşdur. İlkin müraciət ərizəsində məbləğlərdə dəyişiklik edilmişdir. Bundan əlavə, imzalar fərqlidir. Həmin sənəddə göstərilən ərizənin Cavabdeh imzası olduğunu düşünmür. Cavabdeh məhsulu alarkən satış meneceri olaraq Sevinc xanımın iştirak etdiyini bildirmişdir. Buna görə də, imzanın Cavabdeh məxsus olması şübhə doğurur. Belə olan halda, yalnız imzanı ilk iddia üzrə cavabdehə təqdim edərək aydınlaşdıra bilər. İmzadakı fərqlilik həmin blankın sonradan da hazırlana biləcəyinə əsas verir. Eksklüziv paylama müqaviləsində cihazın adı FG2000d yazılıb, onlara isə elə məlumdur ki, cihazın adı VERTEX1200d-dir. İlkin müraciət ərizəsindəki məbləğlərdə düzəliş var, bu hal imzaya qarşı əsaslı şüblələr doğurur. İlkin müraciət ərizəsində qeyd olunmuş cavabdehin məlumatları əvvəlcədən ondan şifahi şəkildə alınmışdır. Audio-video çəkilişdən göründüyü kimi, Cavabdeh həmin imzaların ona məxsus olduğunu əminliklə qeyd etmir, məhkəmə tərəfindən ona verilən suala cavabında bildirir ki, həmin imzalar ona məxsus ola da bilər, olmaya da bilər. O yalnız ilkin müraciət ərizəsinin surəti ilə cavabdehi tanış etmiş, digər sənədlərlə tanış etməmişdir. Bundan əlavə, cavabdehə əvvəlki ekspert rəyləri təqdim edilməmişdir. Cavabdeh və o, ekspert rəyinin nəticə hissəsi ilə məhkəmə iclasında tanış olmuşdur. Özlərindən əmin olduğu üçün ekspert rəyi ilə elektron kabinetdə tanış olmamışlar. Həmçinin müdafiə taktikasını seçmək hüquqları olduğu üçün o, əvvəlcədən müqavilənin surətini təqdim etməmişdir. İş üzrə komisyon ekspertiza təyin edilməsi zərurəti yaranmışdır. Belə ki, hər iki ekspert rəyinin tədqiqi hissəsi eynidir. “B” və “P” hərfinin tədqiqatının aparılmasına hər iki rəydə eyni şəkildə münasibət bildirilmişdir. 2-ci ekspert tədqiqat hissəsində rəyini əsaslandırmır. Həmin hissədə hər iki ekspert rəyində eyni cümlələr köçürülmüşdür. 1-ci ekspert rəyində qeyd olunmuşdur ki, cavabdehin müraciəti yoxdur, belə olan halda cavabdeh necə müqavilə bağlaya bilər? Cavabdeh avadanlıqdan əvvəl istifadə etsə də, 1-ci hazırlıq iclasından sonra ondan istifadə etməmişdir. Rəylərin tədqiqat obyektləri ayrı olsa da, istifadə olunmuş metodu birdir. Rəyin ikinci cavabında qeyd edilir ki, həmin sənədlər müxtəlif şəxslər tərəfindən imzalanıb. Müxtəlif şəxslər geniş anlayışdır. Konkret olaraq qeyd olunmalı idi ki, müxtəlif şəxslər dedikdə kimlər nəzərdə tutulur. Odur ki, məhkəmədən ilk iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı alıcıya malları satmağı, alıcı isə həmin malı qəbul edib, müqaviləyə uyğun şərtlərlə və məbləğdə pul vəsaitini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş həmin müqaviləyə dair tərəflər arasında imzalanmış qiymətlərin razılaşdırma protokuluna əsasən alıcı Cavabdeh satıcı İddiaçı qarşısında 5500 manat ilkin ödəniş olmaqla 18 aylıq dövrü ilə 37000 manat məbləğində pulu iddiaçıya ödəmək öhdəliyi götürmüşdür. İş materiallarına əlavə olunmuş həmin müqaviləyə dair tərəflər arasında imzalanmış zəmanət talonundan görünür ki, satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh satılmış “Wertex 1200 (FG2000D+)” adlı avadanlığa xx.xx.2021-ci il tarixdən 12 ay müddətinə zəmanət verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixdə tərəflər arasında imzalanmış təhvil-təslim aktına əsasən alıcı Cavabdeh 37000 manat məbləğində “Wertex 1200 (FG2000D+)” adlı avadanlığı və ona aid digər malları İddiaçındən təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, Gəncə şəhəri ünvanında yerləşən xx.xx.2022-ci il tarixində Cavabdeh satılmış ADSS 1200 avadanlığına xx.xx.2023-cü il tarixində baxış keçirilərək, İddiaçı MMC-nin məlumatı olmadan kənar şəxslər tərəfindən cihazdan izlənilmə və qurğusu çıxarılma prosedurları həyata keçirildiyindən aparata 300 manat dəyərində ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 10950 manat əsas borcu, 1800 manat cərimə borcu qaldığı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, iddiaçı borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli e-2-2(115)-826/2023 nömrəli qərardadı əsasında təyin edilərək alınmış məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 4/1317 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş Cavabdeh adından olan xx.xx.2021-ci il tarixli ilkin müraciət ərizəsində “müştəri” qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiqatın dəyəri 127 manat təşkil etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli e-2-2(115)- 826/2023 nömrəli qərardadı əsasında təyin edilərək alınmış təkrar məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 4/1677 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş Cavabdeh adından olan xx.xx.2021-ci il tarixli ilkin müraciət ərizəsinin aşağı sağ hissəsində “müştəri” qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiqatın dəyəri 127 manat təşkil etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli e-2-2(115)-826/2023 nömrəli qərardadı əsasında təyin edilərək alınmış əlavə məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 4/41 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, kommersiya işinin 225-228-ci vərəqlərində olan İddiaçı MMC ilə Cavabdeh adından olan 6 avqust 2021-ci il tarixli Alqı-satqı haqqında müqavilənin 1-4-cü vərəqlərin sağ hissələrində “alıcı” qrafalarındakı imzalar, 229-230-cu vərəqlərində olan İddiaçı MMC ilə Cavabdeh adından olan 6 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsinə dair zəmanət talonun 1-ci və 2-ci vərəqlərin sağ hissələrində “imza” qrafalarındakı imzalar, 231-232-ci vərəqlərində olan İddiaçı MMC ilə Cavabdeh adından olan 6 avqust 2021-ci il tarixli alqısatqı müqaviləsinə dair X1 1 saylı əlavənin 1-ci və 2-ci vərəqlərin sağ hissələrində “imza” qrafalarındakı imzalar - Cavabdeh qızı tərəfindən icra olunmuşdur. Tədqiqatın dəyəri 125 manat təşkil etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 28 mart 2024-cü il tarixli e-2-2(115)-21/2024 nömrəli qərardadı əsasında təyin edilərək alınmış komisyon məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 4/588 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, kommersiya işinin 1-ci cildinin 225-228-ci vərəqlərində olan İddiaçı MMC ilə Cavabdeh adından olan 6 avqust 2021-ci il tarixli alqı-satqı haqqında müqavilənin 1-4cü vərəqlərinin aşağı sağ hissələrində “alıcı” qrafalarındakı imzalar, 229-230-cu vərəqlərində olan İddiaçı MMC ilə Cavabdeh adından olan 6 avqust 2021-ci il tarixli alqısatqı müqaviləsinə dair zəmanət talonunun 1-2-ci vərəqlərinin aşağı sağ hissələrində “imza” qrafalarındakı imzalar və 231-232-ci vərəqlərində olan İddiaçı MMC ilə Cavabdeh adından olan 6 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsinə dair X1 1 saylı əlavənin 1-ci və 2-ci vərəqlərin sağ hissələrində “imza” qrafalarındakı imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, kommersiya işinin 1-ci cildinin 225-228-ci vərəqlərində olan İddiaçı MMC ilə Cavabdeh adından olan 6 avqust 2021-ci il tarixli alqısatqı haqqında müqavilənin 1-4-cü vərəqlərinin aşağı sağ hissələrində “alıcı” qrafalarındakı imzalar, 229-230-cu vərəqlərində olan İddiaçı MMC ilə Cavabdeh adından olan 6 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsinə dair zəmanət talonunun 1-2-ci vərəqlərinin aşağı sağ hissələrində “imza” qrafalarındakı imzalar və 231-232-ci vərəqlərində olan İddiaçı MMC ilə Cavabdeh adından olan 6 avqust 2021-ci il tarixli alqısatqı müqaviləsinə dair X1 1 saylı əlavənin 1-ci və 2-ci vərəqlərin sağ hissələrində “imza” qrafalarındakı imzalar ilə kommersiya işinin 1-ci cildinin 158-ci vərəqində olan İddiaçı MMC ilə Cavabdeh adından olan xx.xx.2021-ci il tarixli ilkin müraciət ərizəsinin aşağı sağ hissəsində “müştəri” qrafasındakı imza - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Tədqiqatın dəyəri 126 manat təşkil etmişdir. Cavabdeh tərəfin vəsatətinə əsasən Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2024-cü il tarixli məktubda sonuncu ekspertiza rəyində uyğunsuzluğun olmadığı təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Mülki Məcəllənin 600.1-ci maddəsinəəsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İlk iddia üzrə Cavabdeh 06 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə İddiaçındən aldığı əşyaya görə sonuncu qarşısında 10950 manat məbləğində pul öhdəliyinin olması, cavabdehin ona satılan əşyadan hazırda da istifadə etməsinə baxmayaraq öhdəliklərini yerinə yetirməməsi və iddiaçıya 10950 manat məbləğində borcunun qalması işin mübahisəsiz hallarına aid olmaqla, tərəflərin izahatları və iş materiallarında olan sənədlərlə təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməli, 10950 manat əsas borc, 300 manat cərimə borcu olmaqla cəmi 11250 manat məbləğində borc və ödənilmiş 210 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. 08 may 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. “X6» Məhdud Məsuliyyətli Cəmiyyəti ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 210 manat mediasiya xərcini ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 210 manat mediasiya xərcini ödədiyi üçün həmin hissədə dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 123 manat 75 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. İlk iddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 300 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının bütün əsaslı mənafeləri qorunmuş olur. Satılmış əşyaya vurulan 300 manat məzləğində zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, ilkin iddiaçı satılmış əşyanın qaytarılmasını deyil, əşyanın ödənilməsini tələb etdiyindən və əşya faktiki olaraq alıcıda qaldığından, satılmış həmin əşyaya dair vurulduğu iddia edilən zərərin satıcıya aidiyyəti yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, ilk iddia tələbinin həmin hissəsi təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh İddiaçınə qarşı alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Mülki Məcəllənin 339-cu maddəsinə istinad edərək, alqısatqı müqaviləsi bağlanarkən aldadıldığını bildirib aldatma yolu ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və müqavilə üzrə ödədiyi pulun geri qaytarılmasını tələb etsə də, alqı-satqı müqaviləsi bağlanarkən aldadıldığını məhkəmədə sübuta yetirə bilməmişdir. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Mülki Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Qarşılılıqlı iddia üzrə iddiaçı əşya alarkən satıcı tərəfindən əşyanın İsveçrə istehsalı olduğunun ona bildirildiyini, lakin aldığı əşyanın Çin istehsalı olduğunu qeyd edib aldadıldığını iddia etsə də, bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmiş, satıcı isə əşyanın İsveçrə istehsalı olduğunun heç bir formada bəyan edilmədiyini bildirmişdir. Bunun əksi olaraq məhkəmədə təsdiq olunur ki, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya vermişdir. İş materiallarında olan satılan əşyanın texniki pasportu və mənşə sertifikatından görünür ki, həmin sənədlərdə əşya haqqında istehsal tarixi və yeri, istifadə qaydaları və digər zəruri məlumatlar vardır. Alıcı kifayət qədər dəyəri olan əşyanı almamışdan əvvəl həmin sənədləri satıcıdan tələb edib onlarla tanış olub əşya haqqında bütün məlumatları əldə edə bilərdi. Qarşılıqlı iddia tələbində qeyd edilən satılan əşyaya müqavilədə göstərilmədiyi halda cihazın yerləşdirilməsi ilə bağlı dəlillə əlaqədar məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.1.8-ci bəndində qeyd edilmişdir ki, satıcı malın alıcının sahiblik və istifadəsində olduğu müddət ərzində (müqavilə üzrə öhdəliklərin tam bitməsinə qədər) malın keyfiyyətinə (və ya saxlanma vəziyyətinə) və alıcının ödəmə qabiliyyətinin yoxlanılması məqsədilə monitorinq və yoxlamalar edir, əlavə olaraq yoxlayıcı avadanlıqlarla da təchiz etmək hüququna malikdir. Məhkəmə həmçinin qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçının ilkin müraciət ərizəsini imzalamaması alqı-satqı müqaviləsinin etibarsızlığına dəlalət edə bilməz. Sadalananlara əsasən məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi bağlanarkən alıcının aldadıldığı sübuta yetirilmədiyə görə müqavilənin etibarsız hesab edilməsi və ödənilmiş pulun qaytarılması barədə qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməli, 505 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. 10950 manat əsas borc, 300 manat cərimə borcu olmaqla cəmi 11250 manat məbləğində borc və ödənilmiş 210 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İlk iddianın qalan hissəsi təmin edilməsin. İlk iddia üzrə ödənilməli olan 123 manat 75 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh İddiaçınə qarşı alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. 505 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar