Məhkəmə qərarları › İş №e-2-2(115)-2123/2022

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-2123/2022

17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-2123/2022 17.10.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən iddiaçı “CMT GROUP" MMC-nin xeyrinə 119464 manat 43 qəpik məbləğində pulun, habelə ilkin mediasiya sessiyasında iştirak etmək üçün ödənilmiş 400 manat xidmət haqqının və 45 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X2 məhkəmə hazırlıq iclasında məhkəməyə barışıq sazişini təqdim edərək, barışıq sazişinin qeyd olunan şərtlər daxilində məhkəmə tərəfindən təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. İddiaçı nümayəndəsi Vəkil və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru X1 arasında bağlanmış 05 oktyabr 2022-ci il tarixli barışıq sazişinin şərtləri aşağıdakılardan ibarətdir:

1. Cavabdeh 119464 manat 43 qəpik məbləğində borcu 05 oktyabr 2022-ci il tarixdən etibarən hər 30 gündən bir 20000 (iyirmi min) AZN ödəməklə bağlamağı öhdəsinə götürür.

2. Cavabdeh tərəfindən ödəniş X7 1-ci maddəsində göstərilən şərtlərə əsasən dövri olaraq (müvafiq tarixlərdə müvafiq vəsaitin ödənilməsi) həyata keçirilmədikdə və ya natamam icra edildikdə (20.000 manatdan az vəsait ödənildikdə), cavabdeh iddiaçıya ödənilməmiş əsas borcu dərhal tam şəkildə və 119464 manat 43 qəpik məbləğini məcburi qaydada ödəyəcəkdir.

3. X7 1-ci maddəsində göstərilmiş borc cavabdeh tərəfindən iddiaçıya tam ödənildikdən sonra, cavabdehin iddiaçı qarşısında ödəniş öhdəlikləri tam həcmdə icra edilmiş hesab edilir və iddiaçının cavabdehə qarşı tələb hüququ tam olaraq təmin edilmiş olur. Bununla da iddiaçı cavabdehə qarşı iddia tələblərindən imtina etməyi öhdəsinə götürür.

4. X5 Kommersiya Məhkəməsinə bir ədəd və Tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə, Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik üç nüsxədə tərtib edilmişdir.

5. X3 Gəncə Kommersiya Məhkəməsi tərəfindən təsdiq edildikdən sonra hüquqi qüvvəyə minir. İddiaçının nümayəndəsi Vəkil məhkəməyə elektron qaydada ərizə göndərərək hər iki tərəfin sazişin şərtlərini qəbul edib və təsdiqlədiyini nəzərə alaraq məhkəmə baxış iclasının onların iştirakı olmadan keçrilməsini və barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin nümayəndələrini dinləyib, tərəflərin nümayəndələrinə barışıq sazişinin və icraata xitam verilməsinin nəticələrini izah edib, barışıq sazişini nəzərdən keçirib hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün təsdiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfisndən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261.0.5, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı nümayəndəsi Vəkil və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru X1 arasında bağlanmış 05 oktyabr 2022-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Cavabdeh 119464 manat 43 qəpik məbləğində borcu 05 oktyabr 2022-ci il tarixdən etibarən hər 30 gündən bir 20000 (iyirmi min) manat ödəməklə bağlamağı öhdəsinə götürür.

2. Cavabdeh tərəfindən ödəniş X7 1-ci maddəsində göstərilən şərtlərə əsasən dövri olaraq (müvafiq tarixlərdə müvafiq vəsaitin ödənilməsi) həyata keçirilmədikdə və ya natamam icra edildikdə (20.000 manatdan az vəsait ödənildikdə), cavabdeh iddiaçıya ödənilməmiş əsas borcu dərhal tam şəkildə və 119464 manat 43 qəpik məbləğini məcburi qaydada ödəyəcəkdir.

3. Barışıq Sazişində göstərilmiş borc cavabdeh tərəfindən iddiaçıya tam ödənildikdən sonra, cavabdehin iddiaçı qarşısında ödəniş öhdəlikləri tam həcmdə icra edilmiş hesab edilir və iddiaçının cavabdehə qarşı tələb hüququ tam olaraq təmin edilmiş olur. Bununla da iddiaçı cavabdehə qarşı iddia tələblərindən imtina etməyi öhdəsinə götürür. İş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar