Məhkəmə qərarları › İş №e-2-2(115)-215/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-215/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-215/2021 04.03.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Özəl X1 Cavabdehnə qarşı müqavilənin xitamı, müqavilə üzrə borcun və dəymiş zərərin ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Özəl X4 Cavabdehnə qarşı müqavilənin xitamı, müqavilə üzrə borcun və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Özəl X6 ilə cavabdeh ”Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli, EXP 012020 saylı alqı-satqı müqaviləsinə xitam verilməsi barədə və həmin müqavilə üzrə cavabdehdən iddiaçının xeyrinə 7627, 80 avro ödənməmiş borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Özəl X6 ilə cavabdeh ”Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2020-ci il tarixli, EXP 012020 saylı alqısatqı müqaviləsi bağlanmışdir.Həmin müqavilə xx.xx.2022-ci il tarixinədək olan müddətə bağlanmışdır.Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, EXP 012020 saylı alqısatqı müqaviləsinə əsasən, təhcizatçı İddiaçı Özəl X6 boya və lak çeşidlərini alıcıya tədarük etməli, alıcı isə qəbul edib göndərilən malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 001 nömrəli hesab fakturaya (İNVOİCE) əsasən, iddiaçı cavabdehə 7627,80 avro dəyərində mal göndərmiş və gömrük bəyənnamələrinə əsasən isə cavabdeh həmin malları qəbul etmişdir.Bunlara baxmayaraq cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Tərəflərindən cavabdehə üzləşmə aktı da rəsmi olaraq poçt vasitəsi ilə göndərilmişdir. Cavabdeh ”Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı Özəl X5 xx.xx.2020-ci il tarixli, EXP 012020 saylı saylı alqı-satqı müqaviləsi üzrə qalıq 7627,80 avro ödənməmiş borcu qalmışdır. Dəfələrlə cavabdeh şirkətlə borcun ödənilməsi üçün danışıqlar aparılsa da onlar borcu ödəməkdən yayınmışdırlar. Eyni zamanda tərəflərindən xx.xx.2020-ci il tarixində aralarında bağlanmış alqı-satqı müqaviləsinin xitam verilməsinə dair bildiriş göndərilmiş, həmin bildiriş xx.xx.2020-ci il tarixində cavabdeh tərəfindən rəsmi olaraq qəbul edilsə də cavabdeh tərəfindən bildirişə rəsmi münasibət bildirilməmişdir. Aralarında bağlanmış xx.xx.2020-ci il tarixli, EXP 012020 saylı alqı-satqı müqaviləsinin 10.1-ci maddəsinə əsasən, yarana biləcək bütün fikir ayrılıqları barışıq yolu ilə həll edilməlidir. Tərəflər aralarındakı yaranmış mübahisələri danışıqlar yolu ilə həll edə bilməzsə, bu mübahisələr, fikir ayrılığı və tələblər alıcının ölkəsinin arbitraj məhkəməsində baxılmalıdır. İddiaçı İddiaçı Özəl X1 nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə verərək, İddiaçı Özəl X4 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, EXP 012020 saylı alqı-satqı müqaviləsinə xitam verilməsi barədə və həmin müqavilə üzrə cavabdehdən iddiaçının xeyrinə 7627,80 AVRO ödənilməmiş borcun, 199.4 AVRO, iddia ərizəsinin, pretenziya və müqavilənin xitamına dair bildirişin çatdırılmasına görə 50 manat, vəkil xidmətlərinə görə 160 manat və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və iddia həcminin dəyişdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, İddiaçı Özəl X4 ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli müqavilə bağlanılmışdır. Həmin müqavilə xx xxxxxx 2020-ci il tarixə qədər qüvvədə olmalı imiş. Müqaviləyə görə təchizatçı İddiaçı Özəl X4 alıcıya boya və lak çeşidləri tədarük etməyi, alıcı isə malları qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2020-ci il tarixli 1 nömrəli hesab-fakturadan görünür ki, iddiaçı cavabdehə 7627 avro dəyərində malları göndərmiş və özləri də malları qəbul edərək təsdiq etmişlər. Həmin malların göndərilməsi ilə bağlı gömrük bəyannamələrini də iş materiallarına əlavə etmişdir. Cavabdeh malları qəbul etmiş, ancaq borcu ödəməmişdir. Şirkətlə borcun ödənilməsi ilə bağlı danışıqlar aparılmış, lakin bir nəticə verməmişdir. İddiaçı belə bir nəticəyə gəlmişdir ki, bu şirkətlə daha əməkdaşlıq etməsinlər. xx xxxxxx 2020-ci il tarixdə şirkətə müqaviləyə xitam verilməsi barədə məktub göndərilmiş, buna da münasibət bildirilməmişdir. Tələbdə göstərilmiş 199.4 avro sənədlərin Ukrayna Respublikasından tərcümə, təsdiq edilməsi və buraya göndərilməsi, 50 manat bildirişin, pretenziya məktubunun və iddia ərizəsinin cavabdehə 1 gün ərzində poçt xidməti vasitəsilə Bərdə şəhərinə çatdırılması,160 manat isə vəkil xidmətinə ilə bağlı xərclərdir. Sənədlərin tərcümə və təsdiq edilməsi üçün 4690 qrivna ödənilmiş, lakin Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə 4690 qrivna avro hesabı ilə 199.4 avro etmir. 199.4 avrodan 50 avro sənədlərin Ukrayna Respublikasından buraya göndərilməsi ilə bağlı poçt xərcidir, bu barədə qəbzin tərcüməsini çatdırmadıqları üçün məhkəməyə sübut təqdim edə bilmir və bu hissədə məhkəmənin mülahizəsinə buraxır. Kapital banka dövlət rüsumunu o ödəmiş, çünki şirkət xarici şirkət olduğu üçün bununla bağlı problem yaranmışdır. Alqısatqı müqaviləsinə xitam verilməsi barədə və həmin müqavilə üzrə cavabdehdən iddiaçının xeyrinə 7627,80 avro ödənilməmiş borcun, 199.4 avro, iddia ərizəsinin, pretenziya və müqavilənin xitamına dair bildirişin çatdırılmasına görə 50 manat, vəkil xidmətlərinə görə 160 manat və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək bildirmişdir ki, İddiaçı Özəl Müəssisəsi Firması ilə illərə dayanan ticarət əlaqələri var. Belə ki, valideyni Məmmədov Rövşən Tacir oğlunun rəhbərlik etdiyi “xxxx” MMC olaraq illərdir İddiaçı Özəl X4 ilə ticarət əlaqələri aparırlar. “xxxx” MMC xx.xx.2018-ci il tarixində Cavabdeh MMC xx.xx.2020-ci il tarixdən İddiaçı Özəl X4 ilə bağladıqları müqavilələrə əsasən ticarət əlaqələri aparırlar. İddiaçı Özəl X2 “xxxx” MMC xx.xx.2019-cu il tarixdə 38.281.88 euro, Cavabdeh MMC xx.xx.2020-ci il tarixdə 7627.60 euro məbləğində boya alınmışdır. “xxxx” MMC qeyd edilən borcun 26.377.82 eurosunu ödəmiş cəmi 11.904.06 euro borcu qalmışdır. Onlar Cavabdeh MMC olaraq aldıqları boya xx.xx.2020-ci il tarixə yəni dünyada və ölkədə pandemiya səbəbindən sərt karantin şəraitində və ardınca da, ölkədə baş verən müharibə şəraitinə təsadüf etmiş və onlar aldıqları boyanın bir hissəsini satış üçün mağazalara nisyə paylamış, yarıdan çoxu isə hazırda anbarda qalmaqdadır və onlar ticarət əlaqələrinə kölgə düşməməsi üçün satış qeyd edilən dövr üçün dayanmış olsa da, malı geri qaytarmamışlar, bunu iddiaçı təşkilat özü də təsdiqləyə bilər. Onlar öhdəliklərindən boyun qaçırmırlar sadəcə qeyd edilən şirkətə mal sifariş verəndə bilə bilməzdilər ki, bir il içərisində həm dünyada pandemiya, həm də ölkədə müharibə ola bilər. Hazırda mağazalar satışa başlamış və şirkətin maddi vəziyyəti düzəlir. Qeyd edilənləri nəzərə almaqla, sözügedən borcun tam şəkildə qaytarılması üçün onlara 5 ay vaxt verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş təchizatçı İddiaçı Özəl X4 ilə alıcı Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli EXP 012020 saylı alqı-satqı müqaviləsindən görünür ki, təchizatçı boya və lak çeşidlərini alıcıya tədarük etməyi, alıcı isə hesab-fakturada göstərilmiş malları almağı və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş hesab fakturalardan görünür ki, iddiaçı cavabdehə 7627 avro 80 sent məbləğində boya və lak çeşidləri göndərmişdir. İş materiallarına əlavə olunmuş hüquqi yardım göstərilməsi haqqında 008 nömrəli müqavilədən görünür ki, İddiaçı Özəl X4 vəkil xidmətlərinə görə 160 manat məbləğində pul ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 53 nömrəli çıxarışdan görünür ki, İddiaçı Özəl X4 tərəfindən Cavabdeh MMC firmasına göndərilən ixracatın sənədlərinin məhkəməyə təqdim edilməsi üçün Azərbaycan dilinə tərcümə, apostele və təsdiq edilməsi üçün “АЗБУКА” şirkətinə 4690 qrivna ödənilmişdir. İş materiallarına əlavə olunmuş GİF/3 seriyalı, 501467 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, “xxxx” MMC tərəfindən 2021-ci il yanvar ayı üzrə göstərilmiş poçt daşıma xidməti üçün 50 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (müqavilənin xitamı, müqavilə üzrə borcun və dəymiş zərərin ödənilməsilu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə müqavilənin xitamı, müqavilə üzrə borcun və dəymiş zərərin ödənilməsiludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş müqavilənin xitamı, müqavilə üzrə borcun və dəymiş zərərin ödənilməsilu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, müqavilənin xitamı, müqavilə üzrə borcun və dəymiş zərərin ödənilməsilu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə müqavilənin xitamı, müqavilə üzrə borcun və dəymiş zərərin ödənilməsiludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh İddiaçı Özəl X2 mal almış, verilmiş malın dəyərinin qaytarılmasını təmin etməsinə dair şirkət qarşısında öhdəlik götürmüş, malların dəyərinin bir hissəsini ödəmiş, lakin ödənişi tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Pretenziya məktubundan görünür ki, İddiaçı Özəl X4 cavabdehə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Özəl X6 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli EXP 012020 saylı alqı-satqı müqaviləsi ləğv edilməli, 7627 avro 80 sent məbləğində borc və 4690 qrivna sənədlərin tərcümə və təsdiq edilməsi üçün çəkilmiş xərc ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə həmçinin, 50 manat poçt xərci, 160 manat hüquqi yardıma görə xərc və 30 manat dövlət rüsumu Cavabdehndən İddiaçı Özəl X3 xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı Ukrayna Respublikasında tərcümə və təsdiq edilmiş sənədlərin poçt xidməti vasitəsilə Azərbaycan Respublikasına göndərilməsi barədə xərclərlə bağlı məhkəməyə sübut təqdim edə bilmədiyindən iddia bu hissədə təmin edilə bilməz. Bundan başqa, iş materiallarına əlavə edilmiş ödəniş sənədindən göründüyü kimi, iddiaçı sənədlərin tərcümə və təsdiq edilməsi üçün 199 avro deyil, 4690 qrivna xərc çəkmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Özəl X6 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli EXP 012020 saylı alqı-satqı müqaviləsi ləğv edilsin. 7627 avro 80 sent məbləğində borc və 4690 qrivna sənədlərin tərcümə və təsdiq edilməsi üçün çəkilmiş xərc ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə həmçinin, 50 manat poçt xərci, 160 manat hüquqi yardıma görə xərc və 30 manat dövlət rüsumu Cavabdehndən İddiaçı Özəl X3 xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar