Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-218/2021 31.08.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, Cavabden Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi üzrə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən artıq ödənilmiş 1575 manat məbləğində pul vəsaitinin, həmçinin, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, cəmi 1605 manat məbləğində pul vəsaitinin məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 10.04.2019-cu il tarixli, 54 nömrəli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma alğı-satqısı müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən İddiaçı MMC fermerə məxsus olan 75 ha torpaq sahələrində şəkər çuğundurunu stimullaşdırmaq məqsədi ilə aqroservis xidmətləri, aqrotexniki məsləhətlər, toxum, gübrə, pestisidlər və digər maddi-texniki vasitələrlə təchiz etməyi, istehsalçı isə hər bir sahədən 35 ton məhsuldan az olmayaraq əldə etməklə istehsal edib və məhsulu iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin, hesablamalar aparılarkən texniki yanılışlığa yol verilərək cavabdehə təhvil verilmiş, ümumi dəyəri 1575 manat olan toxum, gübrə və digər mallar nəzərə alınmamış, artıq ödəniş olmuş və nəticədə əsassız varlanma halı baş vermişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X3 22 aprel 2021-ci il tarixli məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, “Azərbaycan Şəkər İstehsalı Birliyi” ilə Cavabdeh arasında 10 aprel 2019-cu il tarixli müqaviləyə əsasən cavabdehə məxsusu 75 ha torpaq sahəsində cavabdeh şəkər çuğunduru əkəcəyi sahədən hər bir hektar üzrə orta hesabla 35 tondan az olmayaraq məhsul əldə etməyi və əldə olunan məhsulu cəmiyyətə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrasını təmin etmək məqsədilə ümumilikdə 82213 manat məbləğində maddi vəsait xərclənmişdir. Buna müvafiq olaraq cavabdeh tərəfindən 106692 manat dəyərində qiymətləndirilən şəkər çuğunduru təhvil verilmişdir, hesablamalar aparılarkən texniki yanılışlığa yol verilərək cavabdehə təhvil verilmiş, ümumi dəyəri 1575 manat olan toxum, gübrə və digər mallar nəzərə alınmamış, artıq ödəniş olmuş və nəticədə əsassız varlanma halı baş vermişdir. Hesablamalar aparılarkən texniki yanılışlığa yol verilərək cavabdehə təhvil verilmiş, ümumi dəyəri 1575 manat olan toxum, gübrə və digər mallar nəzərə alınmamış, artıq ödəniş olmuş və nəticədə əsassız varlanma halı baş vermişdir. Cavabdeh izahat verərək iddia tələbini qəbul etmədiyini və onun iddiaçıya borcu olmadığını bildirdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərətəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, iddiaçı “X2” MMC ilə Cavabdeh arasında bağlanmış 54 nömrəli, 10 aprel 2019-ci il tarixli “şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqa viləsi” və həmin müqaviləyə edilmiş əlavələrdə göstərilənlər, eləcə də 08.10.2020-ci il tarixli audit rəyində göstərilənlər məhkəmə tərəfindən nəzərə alınmaqla “X2” MMC tərəfindən Cavabdeh 1575 manat artıq ödəniş edilyini müəyyən edilmişdir. Məhkəmə ekspert rəyinə münasibət olaraq qeyd edir ki, ekspert rəyində artıq ödəniş qeyd edilsə də, lakin, ödənişin təyinatı aydın deyildir. İddia tələbi onunla əsaslandırılır ki, hesablamalar aparılarkən texniki yanılışlığa yol verilərək cavabdehə təhvil verilmiş, ümumi dəyəri 1575 manat olan toxum, gübrə və digər mallar nəzərə alınmamış, artıq ödəniş olmuş və nəticədə əsassız varlanma halı baş vermişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən göründüyü kimi iddiaçı cavabdehi toxum, gübrə, pestisidlər və digər maddi-texniki vasitələrlə təchiz etməyi, həmçinin avans şəkilində pul ödəməyi, cavabdeh isə hər bir sahədən 35 tondan az olmayaraq məhsul istehsal edib və həmin məhsulu iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi B. Məmmədovun müəssisə qarşısında pul öhdəliyi deyil, məhsul təhvil vermək öhdəliyi olmuşdur. Onun müəssisə qarşısında pul öhdəliyi o vaxt yarana bilərdi ki, hər hektar üzrə 35 tondan az miqdarda məhsul təhvil vermiş olsun. Belə hal isə baş verməmişdir. İşin hallarından göründüyü kimi İddiaçı MMC müqavilənin icrasını təmin etmək məqsədilə ümumilikdə 82.213 manat məbləğində maddi vəsait xərclənmişdir. İstehsalçı Cavabdeh da öhdəlini artıqlaması ilə icra edərək 106.692 manat dəyərində şəkər çuğunduru təhvil verilmişdir. Buradan tam aydın olur ki, mübahisə predmetinə aid olan 1.575 manat, 82.213 manatın tərkib hissəsidir. İstehsalçı da 82.213 manata qarşı 106.692 manat dəyərində məhsulu təhvil vermişdir. Deməli, 1575 manatın da əvəzi məhsul təhvil verilməklə ödənilmişdir. Odur ki, iddiaçı 1575 manat vəsaiti təhvil verimiş toxum, gübrə və digər malların ödənilməmiş əvəzi kimi tələb etməkdə haqlı olmamışdır. İşə əlavə olunmuş 08 dekabr 2020-ci il tarixli Auditor Hesabatında 1575 manat borcun yaranma səbəbi kimi göstərilir ki, Cavabdeh “3900 kq kübrə və 20 unit toxum satışı olmamışdır”. İddiaçı hüquqi şəxsin mühasibatlıq fəaliyyətini əks etdirən həmin hesabat sənədindən o da göstərilir ki, 50 fermerə münasibətdə 264.730 manat məbləğində artıq ödənişlər edilmişdir. Bu rəqəmlər iddiaçının qeyd etdiyi kimi “texniki yanılışlığı” deyil, hüquqi şəxsin səlahiyyətli şəxslərinin fəliyyəti nəticəsində vurulmuş ziyanı təzahür etdirir. Burada işçinin fəaliyyəti nəticəsində müəssisəyə dəymiş zərər məsələsi ortaya çıxır. Əgər, pul vəsaiti hər hansı üsulla müəssisənin dövriyyəsindən çıxmışdırsa, müəssisə zərərə məruz qalmışdır. Ona görə də, iddiaçı 1575 manat vəsaiti borc kimi deyil, vurulmuş zərərin əvəzinin ödənilməsi qaydasında tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin ç bəndinə əsasən, işçi əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, əsassız varlanma halı o zaman yaranır ki, varlanmaya əsas verən qanuni əsas və ya müqavilə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən məhkəmə yalnız irəli sürülən tələb üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən tutulduğundan məhkəmə belə hesab edir ki, həmin məbləğ İddiaçındən tutulub dövlət nəfinə keçirilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrinin rəhbər tutub qət etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh artıq ödənilmiş 1575 manat məbləğində pul vəsaitinin, həmçinin, 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə 145 (yüz qırx beş) manat ekspertiza xərci İddiaçındən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qətnamədən onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-218/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-218/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver