Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2186/2022 13.10.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizəsi üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, dövlət büdcəsinə olan ümumilikdə 42577 manat 04 qəpik məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxxxxx 1985-ci il, Doğulduğu yer - Azərbaycan, Xanlar rayonu; Xəqani kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan “X2 TSM.AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) dövlət büdcəsinə 42577 manat 04 qəpik məbləğində (o cümlədən, vergilər üzrə 39422,96 manat, faizlər üzrə 3154,08 manat) olmaqla, ümumilikdə 42577 manat 04 qəpik borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********370200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən borclu hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ünvan 1i ünvanında yaşayır. Ərizəçinin nümayəndəsi X1 məhkəməyə vəsatət göndərərək, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs məhkəmə iclasında ərizəçinin tələbinə etiraz edərək izahatında bildirmişdir ki, hal-hazırda qeyd olunan hüquqi şəxsin icra orqanının rəhbəri deyildir. 2022-ci ilin yanvar ayından etibarən həmin müəssisə fəaliyyətini dayandırdığından, işdən ayrılmışdır. Bununla bağlı sənədləri məhkəməyə təqdim edəcəkdir. Maraqlı şəxs məhkəməyə elektron qaydada ərizə göndərərək bildirmişdir ki, səhhətində yaranan problemlərlə əlaqədar məhkəmə iclasına gələ bilmir və zəruri sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd edilən ərizələri nəzərə alaraq, işə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ərizəçi tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, icra orqanının rəhbəri Maraqlı şəxs olan “X2 TSM.AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) dövlət büdcəsinə 42577 manat 04 qəpik məbləğində (o cümlədən, vergilər üzrə 39422,96 manat, faizlər üzrə 3154,08 manat) olmaqla, ümumilikdə 42577 manat 04 qəpik borcu vardır. Maraqlı şəxs tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, “X2 TSM.AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisinin 01 fevral 2022-ci il tarixli, 01 nömrəli əmri ilə Maraqlı şəxs tutduğu direktor vəzifəsindən azad olunmuşdur. Bundan başqa 01 fevral 2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 01 fevral 2022-ci il tarixli, 01 nömrəli əmrlə “X2 TSM.AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Maraqlı şəxs əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli xxxxxxx000300 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Sadalanan qanunvericiliyin tələbindən göründüyü kimi vergi öhdəliyini yerinə yetirməyən fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Maraqlı şəxs “X2 TSM.AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri vəzifəsində işləmir. Maraqlı şəxs həmin vəzifədən azad edilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru vəzifəsinə təyin olunmuşdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Maraqlı şəxs hazırda “X2 TSM.AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, yəni icra orqanının rəhbəri olmadığından, vergi borcu olan hüquqi şəxsin icra orqanının rəhbəri kimi onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilməz. Bu səbəbdən, ərizə əsassızdır və təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 355-7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-2186/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2186/2022
13.10.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver