Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2220/2025 22.12.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alğı-satqı müqaviləsi) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mühərrik və sürtgü yağlarının satışına dair iddiaçı ilə cavabdeh arasında bağlanmış 23 avqust 2023 cü il tarixli 151 No li və 22 avqust 2024 cü il tarixli 190/24 No li alqı-satqı müqavilələrinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh verilmiş mühərrik və sürtgü yağlarının dəyərini təşkil edən və cavabdeh tərəfindən ödənilməyən ödənilməyən 19675,0428 (on doqquz min altı yüz yetmiş beş manat 0428 qəpik) manat məbləğində pul vəsaitinin, dövlət rüsumu olaraq ödənilmiş 151 manat məbləğində vəsaitin və hüquqi xidmətə görə ödənilmiş 350 manat vəsaitin cəmi 20.526 (iyirmi min beş yüz iyirmi altı) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, əsas fəaliyyəti mühərrik və sürtgü yağlarının satışından ibarət ibarət olan İddiaçı MMC ilə Cavabdeh arasında, mühərrik və sürtgü yağlarının satışına dair 23 avqust 2023 cü il tarixli 151 No li və 22 avqust 2024 cü il tarixli 190/24 nömrəli alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələr əsasında İddiaçı MMC tərəfindən Cavabdehə təhvil verilmiş mühərrik yağlarının dəyərindən ümumilikdə 19675,0428 (on doqquz min altı yüz yetmiş beş manat 0428 qəpik ) manat hissəsicavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, sözügedən alqı-satqı müqavilələri əsasında cavabdehin İddiaçı MMC-yə yaranmış borcu aşağıdakı qeyd olunan elektron qaimələrlə tam təsdiqini tapır. Belə ki, tərəflər arasında bağlanmış 23 avqust 2023 cü il tarixli 151 No li müqavilə üzrə göndərilmiş xx.xx.2024 cü il tarixli, EBEC seriyalı, 336646 No lielektron qaimə üzrə 2340.00 manat; xx.xx.2024 cü il tarixli, EBEC seriyalı, 335290 No lielektron qaimə üzrə 1460.00 manat; xx.xx.2024 cü il tarixli MT2407 seriyalı, 10392888 nömrəli elektron qaimə üzrə 3074.9974 manat; xx.xx.2024 cü il tarixli , MT2406 seriyalı, 11066970 No li elektron qaimə üzrə 1149.9808 manat; xx.xx.2024 cü il tarixli , MT2408 seriyalı, 11576187 No li elektron qaimə üzrə 2640.0718 manat; xx.xx.2024 cü il tarixli , MT2411 seriyalı , 10954698 No-li elektron qaimə üzrə 2134.82 manat; 22 avqust 2024 cü il tarixli 190/24 No li müqavilə üzrə göndərilmiş xx.xx.2024 cü il tarixli MT2409 seriyalı, 11111371 No li elektron qaimə üzrə 1590.0028 manat və bundan əlavə xx.xx.2024-cü il tarixdə elektron qaimə vulmamasını xahiş edərək götürdüyü 1890 manatlıq mal olmaqla, ümumilikdə 19675.0428 (on doqquz min altı yüz yetmiş beş) manat dəyəri həcmində götürdüyü malın dəyərini ödəməmişdir. Bununla bağlı yaranmış borcun 10 (on) gün müddətində ödənilməsi və ödənilməyəcəyi təqdirdə barəsində məhkəməyə müraciət ediləcəyi ilə bağlı, tərəfimizdən, Cavabdehin rəsmi qeydiyyatda olduğu və yaşadığı Tərtər rayonu, Kəngərli kəndinə və onlayn kargüzarlıq vasitəsi ilə şəxsi kabinetinə xx.xx.2025 ci il tarixdə rəsmi Pretenziya məktubu göndərilmişdir. Göndərilmiş pretenziya məktubu cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilməsinə baxmayaraq bu günədək cavabdeh tərəfindən öhdəliyinin icrası istiqamətində hər hansı bir addım atılmamışdır. Halbuki, cavabdehlə aralarında bağlanmış 23 avqust 2023 cü il tarixli 151 nömrəli müqavilənin 5.2 ci bəndinə əsasən Alıcı (cavabdeh) aldığı malın dəyərini 10 iş günü ərzində 100 % ödəməlidir. İddiaçı MMC olaraq qeyd olunan müqavilə üzrə öhdəlikləri layiqincə və vicdanla icra etmələrinə baxmayaraq, cavabdeh, müqavilə şərtlərini kobud şəkildə pozaraq, müqavilədə nəzərdə tutulan müddətin başa çatmasından uzun müddət keçməsinə baxmayaraq qeyd olunan 19675 (on doqquz min altı yüz yetmiş beş ) manat borcunu ödəməkdən yayınır. Halbuki,cavabdehin maddi və Əmlak vəziyyəti onun borcunun ödənilməsinə kifayət qədər imkan verir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdılar.
3. 22.12.2025-ci il tarixdə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq mühərrik və sürtgü yağlarının satışına dair iddiaçı ilə cavabdeh arasında bağlanmış 23 avqust 2023 cü il tarixli 151 No li və 22 avqust 2024 cü il tarixli 190/24 No li alqı-satqı müqavilələrinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh verilmiş mühərrik və sürtgü yağlarının dəyərini təşkil edən və cavabdeh tərəfindən ödənilməyən 16279,8728 (on altı min iki yüz yetmiş doqquz manat, səksən yeddi qəpik) manat məbləğində pul vəsaitinin, dövlət rüsumu olaraq ödənilmiş 151 manat məbləğində vəsaitin və hüquqi xidmətə görə ödənilmiş 350 manat vəsaitin cəmi16780,8728 (on altı min yeddi yüz səksən manat, səksən yeddi qəpik) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı MMC–yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
III. Tərəflərin mövqeyi
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. İddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
IV. Sübutların tədqiqi
6. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 23 avqust 2023-cü il tarixli 151 saylı alğı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən “Satıcı” “Alıcı”-ya malları satır, “alıcı” isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya ödəyir.(1.1).
7. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2024-cü il tarixli 190/24 saylı alğı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən “Satıcı” “Alıcı”-ya malları satır, “alıcı” isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya ödəyir.(1.1).
8. Hesab-Fakturalardan görünür ki, İddiaçı MMC tərəfindən sifarişçi Cavabdeh xx.xx.2024-cü il tarixdə ƏDV daxil ümumilikdə 1590 manat, xx.xx.2024-cü il tarixdə ƏDV daxil 2640,07 manat, xx.xx.2024-cü il tarixdə ƏDV daxil ümumilkidə 1149,98 manat, xx.xx.2024-cü il tarixdə ƏDV daxil ümumilikdə 3075 manat, xx.xx.2024-cü il tarixdə ƏDV daxil ümumilikdə 1460 manat və 2340 manat məbləğində mallar çatdırılmışdır.
9. Elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli 11111371 nömrəli qaimə üzrə 1590 manat, xx.xx.2024-cü il tarixli 11576187 nömrəli qaimə üzrə 2640,07 manat, xx.xx.2024-cü il tarixli 11066970 nömrəli qaimə üzrə 1149,98 manat, xx.xx.2024-cü il tarixli 10392888 nömrəli qaimə üzrə 3075 manat, xx.xx.2024-cü il tarixli qaimə üzrə 1460 manat və 2340 manat, xx.xx.2024 cü il tarixli , MT2408 seriyalı, 11576187 No li elektron qaimə üzrə 2640.0718 manat; xx.xx.2024 cü il tarixli qaimə üzrə 2134.82 manat; xx.xx.2025-ci il tarixdə 1890 manat məbləğində malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar ötürülmüşdür.
10. 11.08.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehdən yaranmış borcun 10 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
V. Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
12. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarı
Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
VI. Məhkəmənin mövqeyi
a) Alğı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
13. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
14. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
15. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 23 avqust 2023-cü il tarixli 151 nömrəli və 22 avqust 2024-cü il tarixli 190/24 nömrəli alğı-satqı müqavilələrinə əsasən satıcı malları alıcıya satmağı, alıcı isə malları alıb və dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək malları cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş və nəticədə onun iddiaçıya 16279,87 manat borcu qalmışdır.
16. Hazırda iddiaçı 23 avqust 2023-cü il tarixli 151 nömrəli və 22 avqust 2024-cü il tarixli 190/24 nömrəli alğı-satqı müqavilələri üzrə 16279,87 manat məbləğində qalıq borcun ödənilməsini tələb edir.
17. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
18. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
19. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə alğı-satqı müqaviləsi olub iddiaçının tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
20. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn tələb etmək hüququnu realizə edir.
21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
22. Beləliklə, məhkəmə hesab edir ki, alğı-satqı müqaviləsi üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
23. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.
24. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xarvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
26. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin qeyd edir ki, kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
27. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
b) Məhkəmə xərcləri ilə bağlı
28. İddiaçı eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 151 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
29. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 151 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
30. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
31. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 151 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilməlidir.
33. İddiaçı, həmçinin, 350 manat hüquqi xidmətin göstərilməsi üçün pul da tələb edir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
35. İş materiallarında olan çıxarışdan görünür ki, iddiaçı tərəfindən vəkilinin hesabına 350 manat məbləğində pul köçürülmüşdür.
VII. Məhkəmənin gəldiyi nəticə
36. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 23 avqust 2023-cü il tarixli 151 nömrəli və 22 avqust 2024cü il tarixli 190/24 nömrəli “alğı-satqı müqaviləsi”nə əsasən 16279,87 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
37. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23 avqust 2023-cü il tarixli 151 nömrəli və 22 avqust 2024-cü il tarixli 190/24 nömrəli “alğı-satqı müqaviləsi”nə əsasən 16279,87 (on altı min iki yüz yetmiş doqquz manat səksən yeddi qəpik) manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 151 (bir yüz əlli bir) manat və hüquqi xidmətə görə 350 (üç yüz əlli) manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli