Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-235/2025 01.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh-yə qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmaqla) “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xarici şəxs, məhkəmənin beynəlxalq səlahiyyəti və tətbiq edilən hüquq, alğı-satqı müqaviləsi, əldən çıxmış fayda) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh-yə qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmaqla) “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC Cavabdeh-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetirilmiş maddi zərərin bərpa edilməsi ilə əlaqədar cavabdeh “EVOL X9 Sanayi və Ticarət LTD" şirkətindən “X7" ASC-nin xeyrinə 14920 ABŞ dolları miqdarında vəsaitin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ödəniş gününə müəyyən edilmiş məzənnəsi ilə manat ekvivalentində vəsaitin, pozulmuş hüquqların bərpa edilməsi üçün 50962,38 manat məbləğində vəsaitin, əldən çıxmış fayda qismində 77,880.00 AZN manat məbləğində vəsaitin və ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC Türkiyə Respublikasının rezidenti olan “Evol X9 Sanayi və Ticaret LTD” şirkəti ilə aralarında çənlərin daxili üst qatının təmiri ilə bağlı 21 may 2024-cü il tarixli xx/xx/2024 nömrəli müqavilə bağlanılmışdır. Qeyd olunan Müqavilənin 8.1-ci bəndinə əsasən, alınan boya konyak spirtinin saxlanması üçün nəzərdə tutulan çənlərin üst qatının boyalaması uyğun olmasına cavabdeh zəmanət öhdəliyi üzərinə götürmüşdür. İddiaçı olan İddiaçı ASC tərəfindən müqavilə üzrə boyanın alınması üçün “Evol X9 Sanayi və Ticaret LTD” şirkəti 14.920 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehə ödənilmişdir. Alınmış boyanın gömrük təmizlənməsi üçün isə 4876,38 azn məbləğində pul vəsaiti xərclənmişdir. Qeyd olunan faktları təsdiq edən Gömrük bəyannaməsinin və elektron qaimələrin surətlərini iddia ərizəsinə əlavə edilir. Boyama işləri cavabdehin texniki inspektorıınun nəzarəti və təlimatı əsasında qanuni qüvvədə olan Xidmət Müqaviləsi ilə nəzərdə tutulmuş tariflərə uyğun "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. Boyalama işlərin təlimata uyğun keçirilməsini təsdiq edən cavabdehin texniki inspektorun 13 iyul 2024-cü il tarixli “teknik servis Raporu”n surəti iddia ərizəsinə əlavə edilir. Görülmüş boyalama işlərinə görə xərclər xidmət haqqı qismində 41602 azn, əlavə alınmış materiallara görə 4484 azn, ümumilikdə 46086 azn təşkil etmişdir. 14 avqust 2024cü il tarixdə görülən işlərin inspeksiyası həyata keçirilmiş və “X11" şirkətinin texniki inspektoru “Teknik servis Raporu” ilə boyama işləri qəbul edilmişdir. Həmin inspeksiya proseduru həyala keçirildikdən sonra “Uygulama" proseduruna riayət olunmaqla konyak spirti çənlərə doldurulmuşdur. Yuxarıda qeyd olunan Müqavilənin 8.2-ei bəndinə əsasən, Satıcı tərəfindən görülən işlərin qəbul etməsi zamanı boyanın keyfiyyətli olması və 5 il müddətinə qarantiya verməsinə zəmanətə imza etmişdir. Lakin, qısa müddət ərzində alqısatqı müqaviləsi əsasında cavabdehdən satın alınmış konyak spirti saxlama çənlərinin üst boya qatında qüsurlar aşkar edilmişdir. Belə ki, 30 avqust 2024-cii il tarixdə konyak spirti saxlama çənlərinə baxış keçirilən zaman, boyanın rənginin dəyişməsi (saralması), yumşalması və yumşalıb çənlərin divar səthindən qopmaları qüsurları aşkar edilmişdir. Göstərilən vəziyyətdə çənlərdə konyak spirtinin saxlanılması mümkün olmamış, eyni zamanda konyak spirtinin tərkibi üçün təhlükə yaranmışdır. Qeyd olunan faktı təsdiq edən Akt və Akta əlavə edilən fotoşəkillər yuxarıda qeyd olunan məhkəməyəqədər mübahisənin həll edilməsi prosedurunu əks etdirən Müqavilənin 8.3-cü bəndinə uyğun olaraq pretenziya məktubuna əlavə edilərək 02 sentyabr 2024-cü il tarixdə elektron poçt vasitəsi ilə cavabdehin ünvanına göndərilmişdir. Pretenziyanı almasına baxmayaraq, cavabdeh adı çəkilən Müqavilənin 8.3-cü bəndi ilə nəzərdə tutulmuş müddət ərzində pretenziya ilə bağlı bu günə kimi rəy və fikrini bildirməmişdir. Cavabdeh tərəfindən təhkim edilmiş texniki inspeklorun təlimat və göstərişlərinə icraçı "xxxx" MMC tərəflərindən əməl edilməsinə baxmayaraq, cavabdeh tərəlindən boyanın xüsusiyyətləri və zəmanəti ilə bağlı Müqavilə şərtlərinin pozması nəticəsində iddiaçıy a maddi zərər dəymişdir. Artıq qeyd edildiyi kimi, iddiaçı tərəlindən boyanın alınması üçün 14920 ABŞ dolları, gömrük təmizlənməsi xərcləri üçün 4876,38 azn, boyama işlərinin görülməsi üçün 46086 azn, ümumilikdə 14920 ABŞ dolları və 50962,38 azn məbləğində zərər dəymişdir. İddiaçı 2024-cü ilin istehsal planına ııyğun olaraq 24 ton (2400 dekalitr) konyak spirtini istehsal edilib və cavabdehdən alınmış boya əsasında təmir edilmiş hər birinin tutumu 6 ton olan 4 ədəd çənlərdə yerləşdirməklə satışını təşkil etmək etmək niyyətində idi. İstehsal planına uyğun 12 ton (1200 dekalitr) konyak spirti istehsal edilib test edilməsi üçün 2 ədəd çənlərə yerləşdirilmişdir. Lakin, test üçün konyak spirti yerləşdirilmiş 2 ədəd çənlərdə boyanın üst qatı qalxdığı səbəbi üzündən yerdə qalan digər 2 çəndə də eyni neqativ halların baş verəcəyini, həmçinin konyak spirtinin yerləşdirilməsi üçün başqa yerin olmadığını nəzərə alaraq istehsal planında nəzərdə tutulan 24 ton (2400 dekalitr) konyak spirtinin istehsalını aparmaq mümkün olmamış, bu səbəbdən istehsal prosesi dayandırılmışdır. Ümumilikdə 12 ton (1200 dekalitr) həcmində konyak spirtinin istehsal olunduqdan sonra saxlanması tələblərinə cavab verən çən mövcud olmadığından, istehsal prosesi tamamlandırmadan dayandırılmış və nəticədə “X7" ASC istehsalı baş tutmayan konyak spirtinin satışı üzrə fayda əldə edə bilməmişdir. Boya qatının qüsurlu olması səbəbindən ümumilikdə 12 ton (1200 dekalitr) həcmində konyak spirtinin müştərilələrə təqdim edilə bilməməsi nəticəsində, “X7" ASC 77,880.00 AZN dəyərində əldə edəcəyi gəlirdən məhrum olunmuşdur. Qeyd olunan faktı təsdiq edən 2024-ci il üçün istehsalat planı və Maliyyə arayışı iddia ərizəsinə əlavə edilir.
II. Tərəflərin mövqeyi
3. Cavabdehin vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin vəkili və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. İddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, cavabdeh şirkətdən spirt çəlləklərinin boyanması üçün boyalar alınıb. Cavabdeh şirkət boya üçün 5 il zəmanət verib, boyalanmaya nəzarət üçün texniki ekspert göndərmişdir. Boya işləri bitdikdən sonra tərtib edilmiş raportla boyalanmanın düzgün aparıldığı sənədləşdirilmişdir. Sonradan çənlərə spirt doldurulduqda boyalarda qopma baş vermişdir. çənlər boyalanmadan sonra boya keyfiyyətini itirirsə bunun xidmətlə əlaqəsi ola bilməz. Mütəxəssisin texniki servis raporunda işlərin düzgün görüldüyü, normalara uyğun olduğu müəyyən edilmişdir. Türk tərəfi boyanın texniki təlimatlarını da verib. Texniki inspektor təsdiq etdiyi rapordan görünür ki boyalanma təlimata uyğun aparılıb. Boya spirtə dözümlü olmalıdır. Boyalanmadan 2 həftə keçdikdən sonra boya salafan halına düşüb çənin tərkibindən ayrılıb. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 bildirdi ki, onlara göstəriş verilmişdi ki, mütəxəssis gəlməmiş işə başlamasınlar. Mütəxəssis də gələndən sonra onun özünün göstərdiyi normalara və tələblərə uyğun boyalanma aparılıb. İşin sonunda da boyanın qalınlığını hər çəndə yoxlayıb qeyd edilib. Təhvil-təslim protokolunda da onlar işi yüksək səviyyədə gördükləri qeyd edilib və imzalanıb. Bütün boyalanma işləri mütəxəssisin nəzarəti altında edilmişdir. Buna görə də iddiaçı tərəfin iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Cavabdehin vəkili və nümayəndəsi Vəkil əvvəlki məhkəmə iclaslarında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iş materiallarında boyanın qüsurlu olması ilə məlumat yoxdur. Cavabdeh boya qüsurlu və texniki göstəricilərə cavab vermədiyi halda məsuliyyət daşıyır. Cavabdeh şirkət əmindir ki, boya konyak spirtinin saxlanması üçündür. Boyada olan nöqsanı ancaq ekspert müəyyən edə bilər. Onlar istehsal etdikləri boyanın texniki göstəricilərə əməl edilməsinə cavabdehdirlər. Buna görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
II. Sübutların tədqiqi
7. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 may 2024-cü il tarixli 05/2024 №-li “satın alma sözleşmesi” (“alğı-satqı müqaviləsi”):
8. Satıcı, konyak alkolünün depolanması için tasarlanan kapların iç kısımlarını kaplamak için boyayı satmayı ve teslim almayı taahhüt eder ve Alıcı, bu satış sozleşmesinın şartlarına uyğun olarak, bu sözleşmeye ekli proforma faturaya göre ürünleri ödemeyi taahhüt eder (1.1). [Tərcümə “google translate” vasitəsilə edilmişdir: Satıcı konyak spirtinin saxlanması üçün nəzərdə tutulmuş qabların içini örtmək üçün boya satmağı və təhvil verməyi, Alıcı isə bu alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq bu müqaviləyə əlavə edilmiş proforma qaimə-fakturaya uyğun olaraq məhsulların haqqını ödəməyi öhdəsinə götürür (1.1)].
9. Satıcı, masrafları kendisine ait olmak uzere, bu Sozleşmenin 1.1 maddesinde belirtilen Yüklenici tarafından depolama tanklarının iç kısmına boya kaplamasının uygulannıası için Alıcı tarafından atanan Yüklenıcınin, Satıcı tarafından belirtilen ve sözleşme ekinde gonderilen uygulama sistemi ve uygulama prosedürü kapsamında yapılacak çalışmalarının kalitesıni kontrol edecek bir teknik inspektör atamayı taahhüt eder (1.2). [Tərcümə “google translate” vasitəsilə edilmişdir: Satıcı bu Müqavilənin 1.1-ci maddəsində göstərilən Podratçı tərəfindən saxlama çənlərinin daxili hissəsinə boya örtüyünün tətbiqi üçün Alıcı tərəfindən təyin edilmiş Podratçı tərəfindən görüləcək işlərin keyfiyyətinin yoxlanılması üçün Satıcı tərəfindən müəyyən edilmiş tətbiqetmə sistemi və ərizə proseduru çərçivəsində öz hesabına texniki müfəttiş təyin etməyi öhdəsinə götürür (1.2)].
10. Bu Sozleşmenin 8.2 Maddesinde belirtilen Mallar için garanti süresi, Yüklenici tarafından gerçekleştirilen işin Kabul Belgesınin denetçi tarafından imzalandığı tarihten itibaren hesaplanacaktır (1.3). [Tərcümə “google translate” vasitəsilə edilmişdir: Bu Müqavilənin 8.2-ci maddəsində göstərilən Mallar üçün zəmanət müddəti Podratçı tərəfindən görülən işlərin qəbulu haqqında aktın müfəttiş tərəfindən imzalandığı tarixdən hesablanır (1.3)].
11. Satıcı, tedarik edilen X6 Depolama Tanklarının boyasına uyğun olduğunu garanti eder (8.1). [Tərcümə “google translate” vasitəsilə edilmişdir: Satıcı təmin edilən Malların brendi spirti saxlama çənlərinin boyası ilə uyğun olduğuna zəmanət verir (8.1)].
12. Satıcı, Satıcı tarafından atanan bir kalite denetçisinin tank boyama işini kabul etmesi ve ilgili Yasayı imzalaması koşuluyla, Uygulama Satıcının verdıgi uygulama sistemi ve uygulama prosedürune uyulması koşuluyla, boya işini işletmeye alma tarihinden itibaren 5 yıl stireyle garanti eder (8.2). [Tərcümə “google translate” vasitəsilə edilmişdir: Satıcı çənlərin rənglənməsi işini Satıcı tərəfindən təyin edilmiş keyfiyyət müfəttişi qəbul edib müvafiq Qanunu imzalamaq şərti ilə istismara verildiyi tarixdən etibarən 5 il müddətinə boya işlərinə zəmanət verir (8.2)]
13. Garanti süresi içinde boyanın kusurlu olması veya teknik belgelere uymaması halinde Alıcı, kusuıun veva uyumsuzlugun tespit edildiği tarihten itibaren 10 (on) gün içinde Satıcıya yazılı olarak bıldirimde bulunacakdır. Bildirimin alınmasının ardından Satıcı, kusur veya uyumsuzlugun tespit edildıgi gerçegini doğrulayacak ve bu gerçeğin teyit edilmesi halinde. Alıcının talebi üzerine, masrafları kendısine ait olmak üzere tüm kusurları giderecek veya kar kaybı da dahil olmak üzere neden olunan zararı Alıcıya tazmin edecektir (8.3). [Tərcümə “google translate” vasitəsilə edilmişdir: Zəmanət müddəti ərzində boya qüsurlu olduqda və ya texniki sənədlərə uyğun gəlmədikdə, Alıcı qüsur və ya uyğunsuzluq aşkar edildiyi gündən 10 (on) gün müddətində Satıcıya yazılı məlumat verməlidir. Xəbərdarlığı aldıqdan sonra Alıcı qüsur və ya uyğunsuzluğun aşkar edilməsini yoxlamalı və təsdiq edildikdə, Alıcının tələbi ilə hər hansı qüsurları öz hesabına aradan qaldırmalı və ya Alıcıya vurulmuş hər hansı zərəri, o cümlədən itirilmiş mənfəəti ödəməlidir (8.3)].
14. xx.xx.2024-cü il tarixli performa invoice-dan (qaimədən) görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh-dən alınmış boyaların dəyəri 14.920 ABŞ dolları təşkil etmişdir.
15. xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh-dən alınmış boyaların dəyəri 14.920 ABŞ dolları, gömrük xərci isə 4876,38 manat təşkil etmişdir.
16. İddiaçı ASC-nin nümayəndəsi Afis Hüseynov və Cavabdeh-nin nümayəndəsi Tansel Topal tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “teknik servis raporu”ndan görünür ki, çənlərə vurulmuş boyalarda problem yarandığı üçün yenidən bərpası təklif edilmişdir.
17. İddiaçı ASC-nin nümayəndələri Naib Məmmədov, Rasim Ömərov, Afis Hüseynov, Nizami Cəfərov və Heydər Hüseynov, "xxxx" MMC-nin nümayəndəsi Sultanağa Hüseynov və Cavabdeh-nin nümayəndəsi Tansel Topal tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “13 iyun 2023-cü il tarixli 13/06/23 nömrəli Xidmət Müqaviləsi üzrə 01 nömrəli Əlavə Razılaşma ilə bağlı görülmüş işlərin Təhvil-təslim Aktı”ndan görünür ki, 13 iyun 2023-cü il tarixli 13/06/23 nömrəli Xidmət Müqavilənin 4.4.4-cü bəndi ilə müəyyən edilmiş qaydada zəmanət müddəti ərzində göstərdiyi xidmətdə aşkar edilmiş qüsurları aradan qaldırmaq istiqamətində "İcraçı" olan "xxxx" MMC tərəfindən konyak spirti saxlanılması üçün nəzərdə tutulmuş 171 (bir yüz yetmiş bir) çənlərin üst boya qatının qumla pürizləməsi və 171 (bir yüz yetmiş bir) ədəd çənin boyalanması işləri aparılmışdır. İşlərin təhvil alınması zamanı aşağıdakılar müəyyən edilmişdir: “Evol” şirkətinin texniki inspektoru və komissiya üzvləri 171 ədəd çənlərin üst boya qatlarına vizual baxış keçirilmişdir. Vizual baxış zamanı əksə çənlərdə boyanın axması aşkar edilmişdir. “Evol" şirkətinin texniki inspektoru Tansel Topal boya qatlarının qalınlığının texniki şərtlərə cavab verdiyini qeyd edərək, boya axmalarının heç bir mənfi təsiri olmayacağını bildirmişdir. "Evol" şirkətinin texniki ispektoru “Süleyman-81" MMC tərəfindən konyak spirti saxlanılması üçün nəzərdə tutulmuş 171 (bir yüz yetmiş bir) çənlərin üst boya qatının qumla pürizləməsi və 171 (bir yüz yetmiş bir) ədəd çənin boyalanması işlərinin qəbuledilən olduğunu bildirmiş və bununla bağlı ayrıca rapor tərtib edib komissiya üzvlərinə təqdim etmişdir. “Evol” şirkətinin texniki inspektoru Tansel Topalın "xxxx" MMC tərəfindən görülmüş işlərlə bağlı müsbət rəyini nəzərə alaraq, komissiya üzvləri "xxxx" MMC tərəfindən konyak spirti saxlanılması üçün nəzərdə tutulmuş 171 (bir yüz yetmiş bir) çənlərin üst boya qatının qumla pürizləməsi və 171 (bir yüz yetmiş bir) ədəd çənin boyalanması işlərini təhvil almağını qərarına gəlmişdilər.
18. İddiaçı ASC tərəfindən Cavabdeh-nə ünvanlanmış pretenziya məktubundan görünür ki, 21 may 2024-cü il tarixli xx/xx/2024 nömrəli müqaviləyə əsasən, “Evol X9 Sanayi və Ticaret LTD” şirkətindən ‘'X7” ASC-nin mülkiyyətində olan çənlərin daxili üst qatının təmiri ilə əlaqədar haqqı ödənilməklə boya alınmışdır. İddiaçı ASC tərəfindən müqavilə üzrə boyanın alınması üçün 14.920 (on dörd min doqquz yüz iyirmi) ABD dolları məbləğində pul vəsaiti ödənilmişdir. Şirkət tərəfindən təyin edilmiş texnik inspektor Tansel Topal tərəfindən 14 avqust 2024-cü il tarixli “Teknik seris Raporu” ilə boyalama işləri qəbul edilmişdir. Çənlərə konyak spirti şirkət tərəfindən təqdim edilmiş Uyğulama proseduruna riayət edildikdən sonra konyak spirti çənlərə doldurulmuşdur. 30 avqust 2024-cü il tarixdə şirkətdən alınmış boya ilə boyalanmış konyak spirti saxlama çənlərinə baxış keçirilən zaman, boyanın rənginin dəyişməsi (saralması), yumşalması və yumşalıb çənlərin divar səthindən qopmaları qüsurları aşkar edilmişdir. Göstərilən vəziyyətdə çənlərdə konyak spirtinin saxlanılması mümkün deyil, eyni zamanda konyak spirtinin tərkibi üçün təhlükə yaranmışdır. Aramızda bağlanılmış Müqavilənin 8.3-cü bəndinə əsasən, Garanti süresi içinde boyanın Beləliklə, keyfiyyətsiz boyanın alınması nəticəsində 14.920 ABD dollar, çənlərin boyalanması üçün alınmış əlavə materiallara və işçilər qüvvəsinə görə 21.996,96 ABD dollar xərclənməklə, ümumilikdə 36.916,96 ABD dollar məbləğində zərər dəymişdir. Laborator tədqiqatlarının nəticələri əldə edildikdən sonra konyak spirtinin zay olması nəticəsində ümumi dəymiş zərər hesablandıqdan sonra əlavə məlumat veriləcəkdir.
19. İddiaçı ASC-nin nümayəndələri Naib Məmmədov, Rasim Ömərov, Afis Hüseynov, Nizami Cəfərov və Heydər Hüseynov və "xxxx" MMC-nin nümayəndəsi Sultanağa Hüseynov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İddiaçı ASC-də təmir edilmiş çənlərin boya qatında aşkar edilmiş qüsurlarla bağlı aktdan görünür ki, onlar həqiqətən təsdiq edirlər ki, Cavabdeh şirkətindən 21 may 2024-cü il tarixli alqı-satqı müqaviləyə əsasən əldə edilmiş boya ilə boyalanmış İddiaçı ASC-nin konyak sexində yerləşən konyak spirti saxlama çənlərinə baxış keçirilən zaman boyanın rənginin dəyişməsini (saralması), yumşalmasını və yumşalıb qopmasını aşkar etdilər. Qeyd olunan qüsurlar Aktda əlavə edilən komissiya üzvlərinin iştirakları ilə çəkilmiş fotoşəkillərlə təsdiq edilir.
20. İddiaçı ASC və "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi:
21. Bu Müqavilə ilə “İcraçı” “Sifarişçi”nin sifarişi əsasında, çənlərin üst qatının təmiri ilə əlaqədar qumla pürizləmə və boyalama işlərini görür, “Sifarişçi” isə razılaşdırılmış xidmət haqqını “İcraçıya” ödəyir (2.1).
22. Görülən iş və xidmətlər bu sahədə qəbul olunmuş müasir və beynəlxalq standartlara uyğun aparılır (2.2).
23. Müqavilənin predmetində nəzərdə tutulmuş işlərin dəyəri aşağıdakı kimi müəyyən edilir:
24. 1 kv.m. səthinin qumla pürizləməsi işləri - 5,25 (beş manat iyirmi beş qəpik) azn; 1 kv.m. səthinin boyalaması (astar və üz) - 6,36 azn (altı manat otuz altı qəpik) (3.1).
25. Müqavilə üzrə xidmət haqqının ödənilməsi aşağıdakı qaydada həyata keçirilir:
26. alətlərin alınması və Bakı-Göygöl-Bakı marşrutu ilə daşınması üçün - 800 (səkkiz yüz) azn - öncədən ödəniş; Xidmət haqqının ilkin ödənişini təşkil edən 10.000 (on min) manat - öncədən; - xidmət haqqının digər ödəniş hissələri - “İcraçı” tərəfindən görülmüş işlərin həcminə uyğun olaraq razılaşdırılmış müddətdə; xidmət haqqının son hissəsinin ödənişi - işlər başa çatdıqda və bunu təsdiq edən müvafiq akt imzalandıqdan sonra 5 (beş) iş günü müddətində (3.2).
27. xx.xx.2023-cü il tarixli hesab-fakturadan görünür ki, çənlərin üst qatının təmiri ilə əlaqədar qumla pürizləmə və boyalama işlərinin yerinə yetirilməsi üçün İddiaçı ASC tərəfindən "xxxx" MMC-nə 10800 manat avans ödənişi həyata keçirilmişdir.
28. Hesabat tipli arayışdan görünür ki, spirt çənlərinin daxili hissəsinin qumla təmizlənməsi 3526 m2 1 M2 5 m 25 qəpik = 18511 manat, təmizlənmiş hissələrin bərpası, astar vurulması və 2 qat rənglənməsi 1 M2 - 6 manat 36 qəpik 3505 M2 = 22291 man.
29. Konyak spirti saxlama anbarında 171 ədəd 600 dal tutumlu çənlərin emalının bərpasına dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 9 nömrəli anbarda çənlərin rənglənmə işlərinə baxış keçirildi, 10-a yaxın çəndə bəzi qusurlar aşkarlandı Həmin qusurlar iş gününün axırında şpakılovka edilib təhvil veriləcək. Yerdə qalan çənlərin hamısına astar çəkilibdir. Sabahdan etibarən üzləmə işlərinə başlamaq olar.
30. İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 13/06 23 saylı xidməti müqaviləyə əsasən 9 N-li K/spirti saxlama anbarında çənlərin rənglənməsinə dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, təmir olunmuş 171 ədəd 600 dal çənlərə baxış keçirilmiş, çənlərin içərisində nöqsan aşkar edilməmişdir. Nəzərdə tutulmuş 177 çəndən 171-si təmir edilmişdir. 6 çənin təmir olunması məqsədə uyğun hesab edilməmişdir. Həmin 6 çəndə korroziya çox güclüdür. Onun rənglənməsi effekt verməzdi. Artıq onlar istehsala yararsız hala düşmüşlər.
31. Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli, 374693 №-li elektron qaimə-fakturadan görünür ki, "xxxx" MMC tərəfindən material alınması məqsədilə İddiaçı ASC-nə 4012 manat məbləğində faktura göndərilmişdir.
32. Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli, 504794 №-li elektron qaimə-fakturadan görünür ki, "xxxx" MMC tərəfindən material alınması məqsədilə İddiaçı ASC-nə 472 manat məbləğində faktura göndərilmişdir.
33. Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli, 716506 №-li elektron qaimə-fakturadan görünür ki, "xxxx" MMC tərəfindən **********- Çənlərin üst qatının təmiri üçün qumla pürizləmə və boya işlərinin yerinə yetirilməsinə görə İddiaçı ASC-nə 41602 manat məbləğində faktura göndərilmişdir.
34. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, 2024-cü ilin istehsalat planına uyğun olaraq, ümumi həcmi 2400 dekalitr olan konyak spirtinin satışı nəzərdə tutulduğundan istehsal prosesinə başlanmışdır. Test üçün konyak spirti yerləşdirilmiş 2 ədəd çənə baxış keçirilən zaman aşkar olunmuşdur ki, həmin çənlərdə boyanın üst qatı qalxdığı səbəbi üzündən yerdə qalan digər 2 çəndə də eyni neqativ halların baş verəcəyini həmçinin konyak spirtinin yerləşdirilməsi üçün başqa yerin olmadığını nəzərə alaraq istehsal planında nəzərdə tutulan 1200 dekalitr konyak spirtinin istehsal prosesi dayandırılmışdır. Ümumilikdə 1200 dekalitr həcmində konyak spirtinin istehsal olunduqdan sonra saxlanması tələblərinə cavab verən çən mövcud olmadığından, istehsal prosesi tamamlanmadan dayandırılmış və nəticədə "X7" ASC istehsalı baş tutmayan konyak spirtinin satışı üzrə fayda əldə edə bilməmişdir Boya qatının qüsurlu olması səbəbindən ümumilikdə 1200 dekalitr həcmində konyak spirtinin müştərilələrə təqdim edilə bilməməsi nəticəsində, “X7" ASC 77880 AZN dəyərində əldən çıxmış gəlirlə Üzləşmişdir. Qüsurlu boyanın mövcud olması ondan qaynaqlanır ki, "X7' ASC-nin konyak spirti saxlama sexində yerləşən çənlərinin əsaslı təmirə dayandığı zaman Türkiyə Respublikasının rezidenti sayılan “Evol X9 Sanayı Ve Tıcaret Ltd' şirkəti ilə 21.05 2024 tarixli 05/24 nömrəli boyanın alqı-satqısına dair müqaviləsi bağlamış, lakin təqdim edilən Malın keyfiyyəti müqavilə şərtlərinə cavab verməmişdir. X7 ASC 1200 dekalıtr miqdarında konyak spirtinin istehsal edilə bilməməsi səbəbindən satışdan gəlir əldə edə bilməmiş və nəticədə “X7" ASC-yə 77,880 AZN məbləğində zərər dəymişdir.
35. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli məlumatından görünür ki, 2-2(115)-235/2025 nömrəli kommersiya işi üzrə 21 aprel 2025-ci il tarixdə təyin edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının aparılmasından və rəy verilməsindən qərardadda qeyd edilən 1-4-cü bənddlərdə qoyulmuş suallar materialların məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsinə (predmetinə) aid olmadığı üçün imtina edilmişdir:
III. Tətbiq edilən hüquq
a) Məhkəmənin beynəlxalq səlahiyyəti və tətbiq olunacaq hüquq ilə bağlı
36. Məhkəmə əvvəla hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olub-olmamasının müəyyən edilməsi və mübahisənin həllində tətbiq ediləcək maddi hüquq normalarının seçilməsini zəruri hesab edir.
37. Mülki prosessual qanunvericilikdə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı ümumi norma və xüsusi normalar əks olunmuşdur.
38. Belə ki, Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.
39. Ümumi norma kimi çıxış edən Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsi ilə qanunverici kommersiya mübahisələri üzrə məhkəmənin beynəlxalq səlahiyyətini ərazi prinsipi əsasında müəyyən etmiş, yalnız xarici şəxsin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olduğu halda məhkəməni işə baxmağa səlahiyyətli etmişdir.
40. Xüsusi norma kimi isə Mülki Prosessual Məcəllənin 443-450-ci maddələri çıxış edir. Həmin Məcəllənin 450.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. Proqasiya sazişi adlanan bu razılıq ayrıca saziş şəklində və ya ümumi müqavilənin bir bəndi kimi tərtib edilə bilər.
41. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 2.4 - 2.5-ci və 2.8-ci bəndlərinə əsasən, əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. ... Həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: ... . Nəzərə alınmalıdır ki, MPM-in 450-ci maddəsində müəyyən edilmiş qaydada xarici elementli kommersiya mübahisələri üzrə Azərbaycan Respublikasının məhkəməsi beynəlxalq səlahiyyətə malik olmasa belə, tərəflər Azərbaycan Respublikası məhkəməsinin belə səlahiyyətə malik olmasını müəyyən edə (proroqasiya sazişi) və ya konkret mübahisə üzrə xarici dövlətin məhkəməsinin (deroqasiya sazişi) beynəlxalq səlahiyyətli olması barədə razılığa gələ bilərlər (müqavilə aidiyyəti).
42. Hər iki tərəfin imzaları və hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 05/2024 nömrəli sazişin şərtlərindən görünür ki, tərəflərin qarşılıqlı razılığa gələ bilmədiyi vəziyyətdə bütün anlaşılmazlıqlar və uyğunsuzluqlar tələb sahibinin ölkəsindəki qanunlara uyğun olaraq həll ediləcəkdir (10.1).
43. Müqavilənin məzmunundan göründüyü kimi mübahisə olduğu təqdirdə hansı ölkənin qanunvericiliyinin tətbiq olunması ilə bağlı tərəflər arasında razılaşma şərti mövcuddur və tərəflər tələb sahibinin ölkəsindəki qanunları əsas götürmüşlər.
44. Bundan əlavə, iş materiallarından görünür ki, tərəflər arasındakı mübahisə vurulan ziyanın ödənilməsi ilə bağlıdır.
45. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 443.0.6-cı maddəsinə və “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “14” dekabr 2023-cü il tarixli 16/2023 №-li Qərarının 2.5-ci bəndinə əsasən əmlaka vurulan ziyanın ödənilməsi işlərində ziyanın ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya digər hal Azərbaycan Respublikasının ərazisində baş verdikdə, Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır.
46. Odur ki, hazırki iş üzrə tələb sahibi İddiaçı ASC olduğundan, həmçinin ziyanın ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya digər hal Azərbaycan Respublikasının ərazisində baş verdiyindən mübahisəyə Azərbaycan Respublikası qanunvericiliyi tətbiq olunmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının məhkəməsi hazırki işə baxmaqda beynəlxalq səhiyyətlidir.
47. Məhkəmə hazırkı mübahisənin həllində tətbiq ediləcək hüquq normalarının seçilməsi ilə bağlı qeyd edir ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir (1.2.). Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir (1.3).
48. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 5.9-cu bəndinə əsasən, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 24.3-cü maddəsinin tələbi baxımından tərəflər tətbiq olunmalı hüququ yalnız müqavilənin imzalandığı vaxt deyil, sonra da seçə bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər.
49. Göründüyü kimi, xarici şəxslərin iştirakı ilə olan mübahisələrin düzgün həlli üçün hansı ölkənin hüquq normalarının tətbiqi məsələsi tərəflərin aydın ifadə edilən və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından irəli gələn razılığı əsasında müəyyənləşdirilməlidir.
50. Məhkəmə hesab edir ki, iddia ərizəsində Azərbaycan Respublikasının müvafiq qanunvericilik normalarına istinad olunmuş, cavabdeh iddianın hüquqi əsasını mübahisələndirməmiş, mübahisəyə tətbiq ediləcək hüquq normaları ilə bağlı hər hansı etiraz irəli sürməmişdir. Həmçinin tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 05/2024 nömrəli sazişin 10.1-ci bəndinə görə tərəflərin qarşılıqlı razılığa gələ bilmədiyi vəziyyətdə bütün anlaşılmazlıqlar və uyğunsuzluqlar tələb sahibinin ölkəsindəki qanunlara uyğun olaraq həll ediləcəkdir.
51. Belə olan halda, məhkəmə qeyd edir ki, hazırkı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll olunmalıdır.
52. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 581. Əşyaların keyfiyyəti 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. Maddə 582. Malın keyfiyyəti üçün qarantiya 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 582.2. Alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Maddə 583. Qarantiya müddətinin hesablanması 583.1. Qarantiya müddətinin axımı, əgər alğı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır. 583.2. Əgər alıcı müqavilə ilə qarantiya müddəti müəyyənləşdirilmiş əşyadan istifadə etmək imkanından satıcıdan asılı səbəblərə görə məhrum olarsa, qarantiya müddətinin axımı satıcı müvafiq səbəbləri aradan qaldırdıqdan sonra başlanır. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, qarantiya müddəti əşyada aşkar edilmiş qüsurlara görə ondan istifadənin mümkün olmadığı müddət qədər artırılır, bu şərtlə ki, əşyanın qüsurları haqqında satıcıya bu Məcəllənin 595-1-ci maddəsində müəyyənləşdirilmiş qaydada bildiriş verilsin. 583.3. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, komplektləşdirici məmulat üçün qarantiya müddəti əsas məmulat üçün qarantiya müddətinə bərabər sayılır və əsas məmulat üçün qarantiya müddəti ilə eyni vaxtda başlanır. 583.4. Satıcının qarantiya müddəti ərzində qüsurları aşkar edilmiş əşyanın (komplektləşdirici məmulatın) əvəzinə verdiyi əşya (komplektləşdirici məmulat) üçün, əgər alğı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əvəz edilmiş əşya (komplektləşdirici məmulat) ilə eyni qarantiya müddəti müəyyənləşdirilir. Maddə 587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 588. Satıcının cavabdeh olduğu qüsurlar 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Maddə 589. Verilmiş əşyanın qüsurlarının aşkar edilməsi müddətləri 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 589.3. Əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. 589.4. Alğı-satqı müqaviləsində komplektləşdirici məmulat üçün əsas məmulata nisbətən daha qısa qarantiya müddəti müəyyənləşdirildikdə alıcı komplektləşdirici məmulatın qüsurları ilə bağlı tələbləri həmin qüsurları əsas məmulatın qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
53. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 19. Pul vahidi İ. Azərbaycan Respublikasının pul vahidi manatdır. İİİ. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.
54. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı
10. Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.
IV. Məhkəmənin mövqeyi
a) müqavilə üzrə ödənilmiş pulun geri qaytarılması tələbi ilə bağlı
55. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
56. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
57. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı ASC ilə “Evol X9 Sanayi və Ticaret LTD” şirkəti arasında çənlərin daxili üst qatının təmiri ilə bağlı 21 may 2024-cü il tarixli xx/xx/2024 nömrəli müqavilə bağlanılmışdır. İddiaçı ASC tərəfindən müqavilə üzrə boyanın alınması üçün “Evol X9 Sanayi və Ticaret LTD” şirkətinə 14.920 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir. Alınmış boyanın gömrük təmizlənməsi üçün isə 4876,38 manat məbləğində pul vəsaiti xərclənmişdir.
58. Hazırda iddiaçı 21 may 2024-cü il tarixli xx/xx/2024 nömrəli alğı-satqı müqaviləsi üzrə ödədiyi 14.920 ABŞ dolları və gömrük xərci olaraq 4876,38 manat məbləğində pulun geri qaytarılmasını tələb edir.
59. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
60. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 may 2024-cü il tarixli 05/2024 №-li “alğı-satqı müqaviləsi”nin 1.1-ci bəndinə əsasən satıcı konyak spirtinin saxlanması üçün nəzərdə tutulmuş qabların içini örtmək üçün boya satmağı və təhvil verməyi, Alıcı isə bu alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq bu müqaviləyə əlavə edilmiş proforma qaimə-fakturaya uyğun olaraq məhsulların haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən satıcı təmin edilən Malların brendi spirti saxlama çənlərinin boyası ilə uyğun olduğuna zəmanət verir.
61. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən də göründüyü kimi alıcı İddiaçı ASC müqaviləni bağlayarkən satıcı Cavabdeh-yə boyanın məhz konyak spirtinin saxlanması üçün nəzərdə tutulmuş qabların içini örtmək üçün alındığını xüsusi olaraq göstərmiş, satıcı isə həmin boyanın spirti saxlamaq üçün çənləri boyamağa uyğun olduğuna zəmanət vermişdir. Mülki Məcəllənin alğı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur (maddə 581, §17).
62. Tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən satıcı bu Müqavilənin 1.1-ci maddəsində göstərilən Podratçı tərəfindən saxlama çənlərinin daxili hissəsinə boya örtüyünün tətbiqi üçün Alıcı tərəfindən təyin edilmiş Podratçı tərəfindən görüləcək işlərin keyfiyyətinin yoxlanılması üçün Satıcı tərəfindən müəyyən edilmiş tətbiqetmə sistemi və ərizə proseduru çərçivəsində öz hesabına texniki müfəttiş təyin etməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən bu Müqavilənin 8.2-ci maddəsində göstərilən Mallar üçün zəmanət müddəti Podratçı tərəfindən görülən işlərin qəbulu haqqında aktın müfəttiş tərəfindən imzalandığı tarixdən hesablanır. Müqavilənin 8.2-ci bəndinə əsasən Satıcı çənlərin rənglənməsi işini Satıcı tərəfindən təyin edilmiş keyfiyyət müfəttişi qəbul edib müvafiq Qanunu imzalamaq şərti ilə istismara verildiyi tarixdən etibarən 5 il müddətinə boya işlərinə zəmanət verir. Müqavilənin 8.3-cü bəndinə əsasən zəmanət müddəti ərzində boya qüsurlu olduqda və ya texniki sənədlərə uyğun gəlmədikdə, Alıcı qüsur və ya uyğunsuzluq aşkar edildiyi gündən 10 (on) gün müddətində Satıcıya yazılı məlumat verməlidir. Xəbərdarlığı aldıqdan sonra Alıcı qüsur və ya uyğunsuzluğun aşkar edilməsini yoxlamalı və təsdiq edildikdə, Alıcının tələbi ilə hər hansı qüsurları öz hesabına aradan qaldırmalı və ya Alıcıya vurulmuş hər hansı zərəri, o cümlədən itirilmiş mənfəəti ödəməlidir.
63. İş materiallarında olan İddiaçı ASC-nin nümayəndəsi Afis Hüseynov və Cavabdeh-nin nümayəndəsi Tansel Topal tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “teknik servis raporu”ndan görünür ki, çənlərə vurulmuş boyalarda problem yarandığı üçün yenidən bərpası təklif edilmişdir.
64. Bundan əlavə, İddiaçı ASC-nin nümayəndələri Naib Məmmədov, Rasim Ömərov, Afis Hüseynov, Nizami Cəfərov və Heydər Hüseynov, "xxxx" MMC-nin nümayəndəsi Sultanağa Hüseynov və Cavabdeh-nin nümayəndəsi Tansel Topal tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “13 iyun 2023-cü il tarixli 13/06/23 nömrəli Xidmət Müqaviləsi üzrə 01 nömrəli Əlavə Razılaşma ilə bağlı görülmüş işlərin Təhvil-təslim Aktı”ndan görünür ki, 13 iyun 2023-cü il tarixli 13/06/23 nömrəli Xidmət Müqavilənin 4.4.4cü bəndi ilə müəyyən edilmiş qaydada zəmanət müddəti ərzində göstərdiyi xidmətdə aşkar edilmiş qüsurları aradan qaldırmaq istiqamətində "İcraçı" olan "xxxx" MMC tərəfindən konyak spirti saxlanılması üçün nəzərdə tutulmuş 171 (bir yüz yetmiş bir) çənlərin üst boya qatının qumla pürizləməsi və 171 (bir yüz yetmiş bir) ədəd çənin boyalanması işləri aparılmışdır. İşlərin təhvil alınması zamanı aşağıdakılar müəyyən edilmişdir: “Evol” şirkətinin texniki inspektoru və komissiya üzvləri 171 ədəd çənlərin üst boya qatlarına vizual baxış keçirilmişdir. Vizual baxış zamanı əksə çənlərdə boyanın axması aşkar edilmişdir. “Evol" şirkətinin texniki inspektoru Tansel Topal boya qatlarının qalınlığının texniki şərtlərə cavab verdiyini qeyd edərək, boya axmalarının heç bir mənfi təsiri olmayacağını bildirmişdir. "Evol" şirkətinin texniki ispektoru “Süleyman-81" MMC tərəfindən konyak spirti saxlanılması üçün nəzərdə tutulmuş 171 (bir yüz yetmiş bir) çənlərin üst boya qatının qumla pürizləməsi və 171 (bir yüz yetmiş bir) ədəd çənin boyalanması işlərinin qəbuledilən olduğunu bildirmiş və bununla bağlı ayrıca rapor tərtib edib komissiya üzvlərinə təqdim etmişdir. “Evol” şirkətinin texniki inspektoru Tansel Topalın "xxxx" MMC tərəfindən görülmüş işlərlə bağlı müsbət rəyini nəzərə alaraq, komissiya üzvləri "xxxx" MMC tərəfindən konyak spirti saxlanılması üçün nəzərdə tutulmuş 171 (bir yüz yetmiş bir) çənlərin üst boya qatının qumla pürizləməsi və 171 (bir yüz yetmiş bir) ədəd çənin boyalanması işlərini təhvil almağını qərarına gəlmişdilər.
65. Həmçinin, İddiaçı ASC-nin nümayəndələri Naib Məmmədov, Rasim Ömərov, Afis Hüseynov, Nizami Cəfərov və Heydər Hüseynov və "xxxx" MMC-nin nümayəndəsi Sultanağa Hüseynov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İddiaçı ASC-də təmir edilmiş çənlərin boya qatında aşkar edilmiş qüsurlarla bağlı aktdan görünür ki, onlar həqiqətən təsdiq edirlər ki, Cavabdeh şirkətindən 21 may 2024-cü il tarixli alqı-satqı müqaviləyə əsasən əldə edilmiş boya ilə boyalanmış İddiaçı ASC-nin konyak sexində yerləşən konyak spirti saxlama çənlərinə baxış keçirilən zaman boyanın rənginin dəyişməsini (saralması), yumşalmasını və yumşalıb qopmasını aşkar etdilər. Qeyd olunan qüsurlar Aktda əlavə edilən komissiya üzvlərinin iştirakları ilə çəkilmiş fotoşəkillərlə təsdiq edilir.
66. Göründüyü kimi tərəflər arasında müqavilənin bağlandığı tarixdən sonra alınmış boyalarla bağlı qüsurlar aşkar edildiyindən, bu barədə cavabdeh şirkətə məlumat verilmiş, cavabdeh şirkət isə satdığı boyalara 5 il qarantiya müddəti verdiyi üçün nümayəndəsi, müfəttiş Tansel Topalı görülən işlərin keyfiyyətini yoxlamaq üçün göndərmiş və həqiqətən də qüsurların olduğu aşkar edilmişdir. Aşkar edilmiş qüsurları aradan qaldırmaq istiqamətində "İcraçı" olan "xxxx" MMC tərəfindən konyak spirti saxlanılması üçün nəzərdə tutulmuş 171 çənlərin üst boya qatının qumla pürizləməsi və boyalanması işləri aparılmışdır. İşlərin təhvil alınması zamanı əksər çənlərdə boyanın axması aşkar edilmiş, “Evol" şirkətinin texniki inspektoru Tansel Topal boya qatlarının qalınlığının texniki şərtlərə cavab verdiyini qeyd edərək, boya axmalarının heç bir mənfi təsiri olmayacağını bildirmişdir. "Evol" şirkətinin texniki ispektoru “Süleyman-81" MMC tərəfindən konyak spirti saxlanılması üçün nəzərdə tutulmuş 171 çənlərin üst boya qatının qumla pürizləməsi və boyalanması işlərinin qəbuledilən olduğunu bildirmiş və bununla bağlı ayrıca rapor tərtib edib komissiya üzvlərinə təqdim etmişdir. “Evol” şirkətinin texniki inspektoru Tansel Topalın "xxxx" MMC tərəfindən görülmüş işlərlə bağlı müsbət rəyini nəzərə alaraq, komissiya üzvləri "xxxx" MMC tərəfindən konyak spirti saxlanılması üçün nəzərdə tutulmuş 171 çənlərin üst boya qatının qumla pürizləməsi və boyalanması işlərini təhvil almağını qərarına gəlmişlər.
67. Cavabdehin vəkili və nümayəndəsi Vəkil əvvəlki məhkəmə iclaslarında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iş materiallarında boyanın qüsurlu olması ilə məlumat yoxdur. Cavabdeh boya qüsurlu və texniki göstəricilərə cavab vermədiyi halda məsuliyyət daşıyır. Cavabdeh şirkət əmindir ki, boya konyak spirtinin saxlanması üçündür. Boyada olan nöqsanı ancaq ekspert müəyyən edə bilər. Onlar istehsal etdikləri boyanın texniki göstəricilərə əməl edilməsinə cavabdehdirlər.
68. Məhkəmə cavabdeh tərəfin etirazına münasibət bildirərək qeyd edir ki, işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə məhkəmə fiziki-kimyəvi ekspertizası təyin edilmiş, lakin ekspertizanın aparılmasından və rəy verilməsindən qərardadda qeyd edilən 1-4-cü bənddlərdə qoyulmuş suallar materialların məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsinə (predmetinə) aid olmadığı üçün imtina edilmişdir.
69. Bundan əlavə, qanunvericiliyə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin (maddə 588.2, §17).
70. Hazırki halda satıcı olan cavabdeh tərəf boyanın qüsurlarının boya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirə bilmədiyi üçün Mülki Məcəllənin normalarına əsasən cavabdehlik daşıyır.
71. Həmçinin, qanunvericiliyə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin (maddə 587.2.1, §17).
72. xx.xx.2024-cü il tarixli performa invoice-dan (qaimədən) və xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh-dən alınmış boyaların dəyəri 14.920 ABŞ dolları, gömrük xərci isə 4876,38 manat təşkil etmişdir.
73. Beləliklə, məhkəmə qeyd edir ki, satıcı tərəfindən satılmış boyada aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildiyi və dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduğu üçün iddiaçı Mülki Məcəllənin 587.2.1-ci maddəsinə istinad edərək, alğı-satqı müqaviləsinin icrasından imtina etməkdə və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etməkdə haqlıdır və buna görə də alınmış boyanın dəyəri olaraq 14920 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), həmçinin alınmış boyanın gömrük xərci olaraq 4876,38 manat məbləğində pul cavabdеhdən tutularaq iddiaçıya ödənilməlidir.
b) müqavilə üzrə xidmət haqqının və əlavə alınmış materiallara görə ödənilən pulun əvəzinin ödənilməsi tələbi ilə bağlı
74. İddiaçı, həmçinin, "xxxx" MMC tərəfindən çənlərin üst qatının təmiri üçün pürizləmə və boya işlərinin yerinə yetirilməsinə görə xidmət haqqı olaraq 41602 manat və əlavə alınmış materiallara görə 4012 manat və 472 manat olmaqla, cəmi 4484 manat pulun ödənilməsini də tələb edir.
75. Məhkəmə iddia tələbinin həmin hissəsilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
76. İş materiallarından görünür ki, İddiaçı ASC və "xxxx" MMC arasında xx.xx.2023cü il tarixli xidmət müqaviləsi bağlanmış və bu Müqavilə ilə “İcraçı” “Sifarişçi”nin sifarişi əsasında, çənlərin üst qatının təmiri ilə əlaqədar qumla pürizləmə və boyalama işlərini görməyi, “Sifarişçi” isə razılaşdırılmış xidmət haqqını “İcraçıya” ödəməyi öhdəsinə götürmüşdür.
77. Göründüyü kimi İddiaçı ASC və "xxxx" MMC arasında əvvəllər də cavabdeh tərəfindən alınmış boyalarda olan qüsurun aradan qaldırılması ilə bağlı müqavilə bağlanmış və həmin müqavilə əsasında da "xxxx" MMC yenidən çənlərdə olan qüsurların aradan qaldırılması ilə bağlı işlər görmüşdür. Belə ki, İddiaçı ASC-nin nümayəndələri Naib Məmmədov, Rasim Ömərov, Afis Hüseynov, Nizami Cəfərov və Heydər Hüseynov, "xxxx" MMC-nin nümayəndəsi Sultanağa Hüseynov və Cavabdeh-nin nümayəndəsi Tansel Topal tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “13 iyun 2023-cü il tarixli 13/06/23 nömrəli Xidmət Müqaviləsi üzrə 01 nömrəli Əlavə Razılaşma ilə bağlı görülmüş işlərin Təhvil-təslim Aktı”ndan görünür ki, 13 iyun 2023-cü il tarixli 13/06/23 nömrəli Xidmət Müqavilənin 4.4.4cü bəndi ilə müəyyən edilmiş qaydada zəmanət müddəti ərzində göstərdiyi xidmətdə aşkar edilmiş qüsurları aradan qaldırmaq istiqamətində "İcraçı" olan "xxxx" MMC tərəfindən konyak spirti saxlanılması üçün nəzərdə tutulmuş 171 (bir yüz yetmiş bir) çənlərin üst boya qatının qumla pürizləməsi və 171 (bir yüz yetmiş bir) ədəd çənin boyalanması işləri aparılmışdır. İşlərin təhvil alınması zamanı aşağıdakılar müəyyən edilmişdir: “Evol” şirkətinin texniki inspektoru və komissiya üzvləri 171 ədəd çənlərin üst boya qatlarına vizual baxış keçirilmişdir. Vizual baxış zamanı əksə çənlərdə boyanın axması aşkar edilmişdir. “Evol" şirkətinin texniki inspektoru Tansel Topal boya qatlarının qalınlığının texniki şərtlərə cavab verdiyini qeyd edərək, boya axmalarının heç bir mənfi təsiri olmayacağını bildirmişdir. "Evol" şirkətinin texniki ispektoru “Süleyman-81" MMC tərəfindən konyak spirti saxlanılması üçün nəzərdə tutulmuş 171 (bir yüz yetmiş bir) çənlərin üst boya qatının qumla pürizləməsi və 171 (bir yüz yetmiş bir) ədəd çənin boyalanması işlərinin qəbuledilən olduğunu bildirmiş və bununla bağlı ayrıca rapor tərtib edib komissiya üzvlərinə təqdim etmişdir. “Evol” şirkətinin texniki inspektoru Tansel Topalın "xxxx" MMC tərəfindən görülmüş işlərlə bağlı müsbət rəyini nəzərə alaraq, komissiya üzvləri "xxxx" MMC tərəfindən konyak spirti saxlanılması üçün nəzərdə tutulmuş 171 (bir yüz yetmiş bir) çənlərin üst boya qatının qumla pürizləməsi və 171 (bir yüz yetmiş bir) ədəd çənin boyalanması işlərini təhvil almağını qərarına gəlmişdilər.
78. İş materiallarında olan elektron qaimə-fakturalardan görünür ki, "xxxx" MMC tərəfindən **********-Çənlərin üst qatının təmiri üçün qumla pürizləmə və boya işlərinin yerinə yetirilməsinə görə İddiaçı ASC-nə 41602 manat, "xxxx" MMC tərəfindən material alınması məqsədilə İddiaçı ASC-nə 4012 manat və 472 manat məbləğində faktura göndərilmiş və məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi X5 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 tərəfindən həmin hallar təsdiq edilmişdir.
79. Qanunvericiliyə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin (maddə 587.1, 587.1.3, §17).
80. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə də əsaslıdır və Süleyman-81” MMC tərəfindən çənlərin üst qatının təmiri üçün pürizləmə və boya işlərinin yerinə yetirilməsinə görə xidmət haqqı olaraq 41602 manat və əlavə alınmış materiallara görə 4012 manat və 472 manat olmaqla, cəmi 4484 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
a) müqavilə üzrə əldən çıxmış faydanın ödənilməsi tələbi ilə bağlı
81. İddiaçı, həmçinin, əldən çıxmış fayda qismində 77,880.00 AZN manat məbləğində pulun ödənilməsini də tələb edir.
82. Məhkəmə iddia tələbinin həmin hissəsilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
83. İddiaçı tərəf əldən çıxmış fayda ilə bağlı mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, 2024-cü ilin istehsalat planına uyğun olaraq, ümumi həcmi 2400 dekalitr olan konyak spirtinin satışı nəzərdə tutulduğundan istehsal prosesinə başlanmışdır. Test üçün konyak spirti yerləşdirilmiş 2 ədəd çənə baxış keçirilən zaman aşkar olunmuşdur ki, həmin çənlərdə boyanın üst qatı qalxdığı səbəbi üzündən yerdə qalan digər 2 çəndə də eyni neqativ halların baş verəcəyini həmçinin konyak spirtinin yerləşdirilməsi üçün başqa yerin olmadığını nəzərə alaraq istehsal planında nəzərdə tutulan 1200 dekalitr konyak spirtinin istehsal prosesi dayandırılmışdır. Ümumilikdə 1200 dekalitr həcmində konyak spirtinin istehsal olunduqdan sonra saxlanması tələblərinə cavab verən çən mövcud olmadığından, istehsal prosesi tamamlanmadan dayandırılmış və nəticədə "X7" ASC istehsalı baş tutmayan konyak spirtinin satışı üzrə fayda əldə edə bilməmişdir Boya qatının qüsurlu olması səbəbindən ümumilikdə 1200 dekalitr həcmində konyak spirtinin müştərilələrə təqdim edilə bilməməsi nəticəsində, “X7" ASC 77880 AZN dəyərində əldən çıxmış gəlirlə Üzləşmişdir. Qüsurlu boyanın mövcud olması ondan qaynaqlanır ki, "X7' ASC-nin konyak spirti saxlama sexində yerləşən çənlərinin əsaslı təmirə dayandığı zaman Türkiyə Respublikasının rezidenti sayılan “Evol X9 Sanayı Ve Tıcaret Ltd' şirkəti ilə 21.05 2024 tarixli 05/24 nömrəli boyanın alqı-satqısına dair müqaviləsi bağlamış, lakin təqdim edilən Malın keyfiyyəti müqavilə şərtlərinə cavab verməmişdir. X7 ASC 1200 dekalıtr miqdarında konyak spirtinin istehsal edilə bilməməsi səbəbindən satışdan gəlir əldə edə bilməmiş və nəticədə “X7" ASC-yə 77,880 AZN məbləğində zərər dəymişdir.
84. İddiaçının əldən çıxmış faydaya görə pul tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21.2-ci maddəsindən göründüyü kimi əldən çıxmış fayda zərərin tərkib hissəsidir. Həmin Məcəllənin 443.4-cü maddəsində isə göstərilmişdir ki, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Lakin hazırki işdə qeyd olunan maddənin dispozisiya şərtləri mövcud deyildir. Çünki iddiaçı fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını və s. halları (məsələn 1200 dekalitr konyak spirtinin saxlanılması üçün əlavə çənlər icarəyə götürdüyünü, aldığını və bu məqsədlə müqavilələr bağladığını və ya icarəyə götürmək və ya almaq məqsədilə elan verdiyini və s.) təsdiq edən sübutları təqdim etməmişdir.
85. Həmçinin, iddiaçının 1200 dekalitr konyak spirtini istehsal etməsi onun mütləq qaydada həmin içkiləri satacağı anlamına gəlmir və həmin içkilərin istehsal olunduqdan sonra saxlanması tələblərinə cavab verən çənlər mövcud olduğu halda belə içkilər satılmaya bilərdi.
86. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əldən çıxmış faydanın tutulması hissəsində rədd edilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
87. İddiaçı eləcə də 444 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
88. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, 454191 nömrəli mədaxil qəbzi ilə 444 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
89. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
90. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
91. İddia tələbi qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 319 manat pul Cavabdeh-dən tutularaq İddiaçı ASC-nə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan 125 manat hissəsi İddiaçı ASC-nin özünə aid edilməlidir.
V. Məhkəmənin gəldiyi nəticə
92. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 may 2024-cü il tarixli, 05/2024 nömrəli “satın alma sözleşmesi” üzrə alınmış boyanın dəyəri olaraq 14920 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), həmçinin alınmış boyanın gömrük xərci olaraq 4876,38 manat, əlavə olaraq "xxxx" MMC tərəfindən çənlərin üst qatının təmiri üçün pürizləmə və boya işlərinin yerinə yetirilməsinə görə xidmət haqqı olaraq 41602 manat və əlavə alınmış materiallara görə 4012 manat və 472 manat olmaqla, cəmi 4484 manat, ümumilikdə isə 14920 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 50962,38 manat məbləğində pul cavabdеh Cavabdeh-dən tutularaq İddiaçı ASC-nə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
93. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 may 2024-cü il tarixli, 05/2024 nömrəli “satın alma sözleşmesi” üzrə alınmış boyanın dəyəri olaraq 14920 (on dörd min doqquz yüz iyirmi) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), həmçinin alınmış boyanın gömrük xərci olaraq 4876,38 (dörd min səkkiz yüz yetmiş altı manat otuz səkkiz qəpik) manat, əlavə olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən çənlərin üst qatının təmiri üçün pürizləmə və boya işlərinin yerinə yetirilməsinə görə xidmət haqqı olaraq 41602 (qırx bir min altı yüz iki) manat və əlavə alınmış materiallara görə 4012 manat və 472 manat olmaqla, cəmi 4484 (dörd min dörd yüz səksən dörd) manat, ümumilikdə isə 14920 (on dörd min doqquz yüz iyirmi) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 50962,38 (əlli min doqquz yüz altmış iki manat otuz səkkiz qəpik) manat məbləğində pul cavabdеh Cavabdeh-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 319 (üç yüz on doqquz) manat pul Cavabdeh-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 125 (bir yüz iyirmi beş) manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli