Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-236/2021 19.05.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, cavabdeh X5 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı borc tələbinə dair iqtisadi işə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək 3415,53 manat əsas borcun, 2361,42 manat cərimə borcu, 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MMC ilə cavabdeh X8 arasında 14.04.2017-ci il tarixli, 78 nömrəli birgə fəaliyyət və məhsulun alğı-satqısı müqavilələri imzalanmışdır.Həmin müqavilənin 1.1-ci bəndinə əsasən fermer özünə məxsus olan və ya icarəyə götürdüyü Goranboy rayonu, Xınalı kəndində 7 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə müəssisəyə məxsus texnika ilə kimyəvi preparatlar və toxum kimi təminatlardan istifadə edərək yüksək məhsuldarlıqlı pambıq əkib-becərmək və əldə edilmiş xam pambığı bu müqavilə ilə müəyyən edilmiş qiymətə müəssisəyə Yəni İddiaçı MMC-yə satmağı, müəssisə isə məhsulu qəbul etməyi və qiymətini fermerə ödəməyi öhdəsinə götürür. İddiaçı MMC öz öhdəliklərini tam şəkildə yerinə yetirməsə də cavabdeh öhdəlikkərini yerinə yetirməmiş və 3415,53 manat əsas borcu, 2361,42 manat isə faiz borcu yaranmışdır. İddiaçı nümayəndəsi X2 oğlu 21 aprel 2021-ci il tarixli məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, məhkəmə işə baxılan zaman 1500 manat pul ödəmişdir. Tərəflə yenidən müqavilə bağlanmış qalan əsas borcu ödəyəcəkdir. Hesablanmış cəriməni qəbul etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbini iqtisadi iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Üzləşmə aktının surətindən görünür ki, cavabdehə iddiaçı müəssisə tərəfindən 3829,60 manat həcmində xidmətlər göstərilmiş və mallar verilmişdir. 14 aprel 2017-ci il tarixli, 78 nömrəli müqavilənin surətindən görünür ki, fermer özünə məxsus olan və ya icarəyə götürdüyü Goranboy rayonu, Xınalı kəndində 7 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə müəssisəyə məxsus texnika ilə kimyəvi preparatlar və toxum kimi təminatlardan istifadə edərək yüksək məhsuldarlıqlı pambıq əkib-becərmək və əldə edilmiş xam pambığı bu müqavilə ilə müəyyən edilmiş qiymətə müəssisəyə. Yəni İddiaçı MMC-yə satmağı, müəssisə isə məhsulu qəbul etməyi və qiymətini fermerə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə görə məhsul 30 noyabr 2017-ci il tarixədək tam təhvil verilməlidir. 01.01.2017-ci il -31.12.2017-ci il aralıqlı cari hesab ekstresinin surətindən görünür ki, cavabdehin 2017-ci ildən qalıq 3,829.60 manat borcu qeyd edilmişdir. 02 oktyabr 2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdeh X5 İddiaçı MMC-yə 3415,53 manat qalıq əsas borcu, 2361,42 manat cərimə borcu yaranmışdır. Sonradan əsas borcdan 1500 manat ödəniş aparmışdir. 01.12.2018-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış 14.04.2017ci il tarixli, 78 nömrəli birgə fəaliyyət və məhsulun alğı-satqısı müqaviləsinə əsasən fermer özünə məxsus olan və ya icarəyə götürdüyü Goranboy rayonu, Xınalı kəndində 7 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə müəssisəyə məxsus texnika ilə kimyəvi preparatlar və toxum kimi təminatlardan istifadə edərək yüksək məhsuldarlıqlı pambıq əkib-becərmək və əldə edilmiş xam pambığı bu müqavilə ilə müəyyən edilmiş qiymətə müəssisəyə Yəni İddiaçı MMC-yə satmağı, müəssisə isə məhsulu qəbul etməyi və qiymətini fermerə ödəməyi öhdəsinə götürmüş, alıcı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.Həmin Məcəllənin 567ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X8 oğlundan əsas borc üzrə 1915.53 manat, cərimə borcu üzrə 2115,53 manat pul və 30 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçınə ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən tutulduğundan məhkəmə belə hesab edir ki, həmin məbləğ X4 tutulub dövlət nəfinə keçirilməlidir. Həmin Məcəllənin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X4 əsas borc üzrə 1915,53 ( min doqquz yüz on beş manat əlli üç qəpik) manat, cərimə borcu üzrə 200 (iki yüz manat) manat cərimə, cəmi 2115,53 (iki min yüz on beş manat əlli üç qəpik ) manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-236/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-236/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver