Məhkəmə qərarları › İş №e-2-2(115)-2369/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2369/2022

10.11.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2369/2022 10.11.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsinə məhkəmənin inzibаti binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə mürаciət edərək, hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 272325,02 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 15015,56 manat, İşsizlikdən sığorta fonduna olan 633,17 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini оnunlа əsаslаndırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 633,17 manat, dövlət büdcəsinə 267896,23 manat məbləğində (o cümlədən, vergilər üzrə 107976,32 manat, faizlər üzrə 39473,56 manat, maliyyə sanksiyası üzrə 120446,35 manat), Dövlət Sosial Müdafiə Fonduna 15015,56 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 825,91 manat məbləğində (o cümlədən, vergilər üzrə 530,12 manat, faizlər üzrə 195,79 manat, maliyyə sanksiyası üzrə 100 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 3602,88 manat məbləğində (o cümlədən, vergilər üzrə 2394,82 manat, faizlər üzrə 1108,06 manat, maliyyə sanksiyası üzrə 100 manat) olmaqla, ümumilikdə 287973,75 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********099500, xx.xx.2021-ci il tarixli **********381900, xx.xx.2021-ci il tarixli **********098800 xx.xx.2021-ci il tarixli **********948200 xx.xx.2021-ci il tarixli **********73500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Odur ki, ərizənin təmin edilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Ərizəçiyə və maraqlı şəxsə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, ərizəçinin nümayəndəsi və maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş mаteriаllаrını аrаşdırıb hesаb edir ki, ərizə əsassız оlduğundаn təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsi müəyyən edir ki, “insan və vətəndaşın hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudulaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır”. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 oktyabr 2010-cı il tarixli qərarında qeyd edilmişdir ki, mütənasiblik prinspinə müvafiq olaraq fizki və hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxıından zəruri və yararlı olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun X4 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsində mütənasiblik prinsipinin anlayışı verilmişdir. Həmin maddədə göstərilir ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmçinin “Battista İtaliyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, “şəxsin borclu olduğu məbləği ödəmək iqtidarında olub-olmadığını nəzərə almadan borcun ödənilməməsi ilə bağlı ölkədən getməyin məhdudlaşıdırlmasının avtomatik tətbiq edilməsi Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin pozuntusu kimi qiymətləndirilməlidir”. İş sənədlərdən görünür ki, “E.Y.E. Company" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2019-cu ildə vergi orqanında qeydiyyata alınmış və əsas fəaliyyət növü astroloqların fəaliyyətidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2019-cu ildə vergi orqanında qeydiyyata alınmış və əsas fəaliyyət növü mobil telefonların pərakəndə satışıdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2019-cu ildə vergi orqanında qeydiyyata alınmış və əsas fəaliyyət növü kimya sənayesi və gübrə istehsalı üçün mineral xammal hasilatıdır. Bu hüquqi şəxlərin rəhbəri kimi Tovuz rayonu Çeşməli kəndində yaşayan xx.xx.1928-ci il tarixdə anadan olmuş Maraqlı şəxs göstərilir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması o məqsədlə tətbiq olunur ki, rəhbərliyi həyata keçirən şəxs rəhbəri olduğu hüquqi şəxsin borcların ödənilməsinə daha məsuliyyətlə yanaşsın, məcburi dövlət ödənişlərinin təmin edilməsi barədə tədbirlər görməli olsun. Vergi orqanı tərəfindən şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasınа dаir tədbir seçilərkən yalnız daxili məlumatlarla kifayətlənməməli, işin faktiki hallarını araşdırılmalı, yoxlama prosesində tədbir yönələcək şəxsin vəziyyəti öyrənilməli, zərurət olduğu halda araşdırmada maraqlı şəxsin iştirakı təmin edilməli, vergi borcunun yaranmasında həm onun, həm də digər şəxslərin fəaliyyətinin nə dərəcədə olması yoxlanılmalıdır. Mahiyyət etibarilə görülən tədbir o məqsədə yönəlməlidir ki, dövlətin büdcəsinə ödənilməli olan pul vəsati kənarda qalmasın və təyinatı üzrə büdcəyə daxil edilsin. Əgər seçilən tədbir bu məqsədə çatılmasına təsir etmək imkanına malik deyildirsə yararlı sayılmır. Həmçinin müsbət təsir vermək ehtimalı əvvəlcədən uğurlu görünmürsə, bu kimi tədbirin seçilməsi zahirən mövcud görünsə də səmərəsiz sayılır. Qeyd olunanlar onu deməyə əsas verir ki, yuxarıda göstərilən hüquqi şəxslərin rəhbəri kimi göstərilmiş xx.xx.1928-ci il tarixdə anadan olmuş, Tovuz rayonu Çeşməli kəndində yaşayan Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə tədbir yararlı hesab edilmir və bu tədbirin həmin hüquqi şəxslərin ümumilikdə 272325,02 manat borcunun ödənilməsinə müsbət təsir etməsi ehtimalı heçə bərabərdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 23.1.15-3-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci mаddəsində göstərilir ki, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.1. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.3. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-7.4. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnаmə qəbul edildikdən dərhаl sоnrа qüvvəyə minir və qətnаmədən şikаyətin verilməsi оnun icrаsını dаyаndırmır. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar