Məhkəmə qərarları › İş №e-2-2(115)-239/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-239/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-239/2021 10.03.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu İddiaçı MMC-nin cavabdeh X3 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC cavabdeh X3 qarşı iddia ərizəsi ilə elektron qaydada Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh X1 1328,72 manat əsas borcun, 4598,28 manat cərimə borcunun, 30 manat dövlət rüsumunun, cəmi 5957 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh X5 ğolu arasında xx.xx.2018-ci il tarixli GC-185 saylı birgə fəaliyyət və məhsulun alqı-satqısı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, fermer özünə məxsus olan və ya icarəyə götürdüyü Goranboy rayonu Ağamalıoğlu kəndində 12 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə müəssisəyə məxsus texnika ilə kimyəvi preparatlar və toxum kimi təminatlardan istifadə edərək yüksək məhsuldarlıqlı pambıq əkib-becərmək və əldə edilmiş xam pambığı bu müqavilə ilə müəyyən edilmiş qiymətə müəssisəyə, yəni İddiaçı MMC-yə satmağı, müəssisə isə məhsulu qəbul etməyi və qiymətini fermerə ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC öz öhdəliklərini tam şəkildə icra etsə də, cavabdeh N.Məmmədli müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı MMC ilə cavabdeh X4 arasında xx.xx.2019-cu il tarixli GC-103 saylı birgə fəaliyyət və məhsulun alqı-satqısı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, fermer özünə məxsus olan və ya icarəyə götürdüyü Goranboy rayonu Düzqışlaq kəndində 5 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə müəssisəyə məxsus texnika ilə kimyəvi preparatlar və toxum kimi təminatlardan istifadə edərək yüksək məhsuldarlıqlı pambıq əkib-becərmək və əldə edilmiş xam pambığı bu müqavilə ilə müəyyən edilmiş qiymətə müəssisəyə, yəni İddiaçı MMC-yə satmağı, müəssisə isə məhsulu qəbul etməyi və qiymətini fermerə ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC öz öhdəliklərini tam şəkildə icra etsə də, cavabdeh N.Məmmədli müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Maliyyə arayışından göründüyü kimi, X2 xx.xx.2018-ci il tarixli GC-185 saylı birgə fəaliyyət və məhsulun alqısatqısı müqaviləsi və xx.xx.2019-cu il tarixli GC-103 saylı birgə fəaliyyət və məhsulun alqısatqısı müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə İddiaçı MMC-yə ödənilməmiş qalıq əsas borcu 1328,72 (bir min üç yüz iyirmi səkkiz manat 72 qəpik) manat, müqavilə üzrə hesablanmış cərimə borcu 4598,28 (dörd min beş yüz doxsan səkkiz manat 28 qəpik) manat təşkil edir. İddiaçı MMC tərəfindən cavabdeh N.Məmmədliyə edilmiş xx.xx.2019-cu il tarixli ödənişin edilməsinə dair xəbərdarlığa (pretenziya məktubuna) baxmayaraq, cavabdeh bugünədək heç bir ödəniş etməmişdir. Göründüyü kimi, cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və iddiaçıya müqavilə üzrə borcu yaranmışdır . İddiaçı müqavilədə nəzərdə tutulmuş xammalı fermerə, yəni cavabdehə versə də, cavabdeh həmin xammaldan istifadə nəticəsində razılaşdırılmış pul məbləğini iddiaçıya ödəməmişdir. Həmin borcların ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq məktubu ünvanlansa da, cavabdeh müraciətlərə cavab verməmiş, ödəniş etməmişdir. Odur ki, məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Cavabdehin iddiaçıya olan borcu iş materiallarında olan üzləşdirmə aktı, qaimə fakturalar, maliyyə arayışı, cari hesab ekstresi, iş və xidmətlərin göstərilməsinə dair aktlarla təsdiq olunur. Yuxarıda qeyd olunan maddi hüquq normalarına və işin faktiki hallarına əsaslanaraq hesab edirlər ki, iddia tələbləri əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh X3 e-2-2(115)-239/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli bildirişlər göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin, cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İş materillarını nəzərdən keçirdib hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş X4 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, GC-185 nömrəli müqavilədən görünür ki, müqavilə ilə cavabdeh X4 istehsalçı olaraq özünə məxsus olan və ya icarəyə götürdüyü Goranboy rayonu, Ağamalıoğlu kəndində yerləşən 12 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə müəssisəyə məxsus texnika ilə kimyəvi preparatlar və toxum kimi təminatlardan istifadə edərək yüksək məhsuldarlıqlı pambıq əkib becərməyi və əldə edilmiş xam pambığı bu müqavilədə müəyyən edilmiş qiymətə İddiaçı MMC-yə satmağı, iddiaçı isə məhsulu qəbul etməyi və qiymətini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş X4 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GC-103 nömrəli müqavilədən görünür ki, müqavilə ilə cavabdeh X4 istehsalçı olaraq özünə məxsus olan və ya icarəyə götürdüyü Goranboy rayonu, Düzqışlaq kəndində yerləşən 5 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə müəssisəyə məxsus texnika ilə kimyəvi preparatlar və toxum kimi təminatlardan istifadə edərək yüksək məhsuldarlıqlı pambıq əkib becərməyi və əldə edilmiş xam pambığı bu müqavilədə müəyyən edilmiş qiymətə İddiaçı MMC-yə satmağı, iddiaçı isə məhsulu qəbul etməyi və qiymətini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixinə cavabdeh X2 1328 manat 72 qəpik əsas borcu və 4598 manat 28 qəpik cərimə borcunun olması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, iddiaçı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir. Beləliklə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh X4 pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmasına dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin öhdəliklərini yerinə yetirməmiş və iddiaçıya müqavilə üzrə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan normanın tələbinə əsasən iddiaçı tərəfindən dövlət rüsumu hesabına ödənilmiş məbləğ cavabdeh X1 tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən hesab edirəm ki, iddia təmin edilməli, cavabdeh X1 1328 manat 72 qəpik əsas borc, 4598 manat 28 qəpik cərimə borcu və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 5957 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. X1 1328 manat 72 qəpik əsas borc, 4598 manat 28 qəpik cərimə borcu və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 5957 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar