Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-2397/2024 13.12.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommesiya Məhkəməsinin hakimi Məmmədli Əbülfəz Namiq oğlu iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq müəyyən etdi. I. İddia tələbi
1. İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2016-cı il tarixli 1953-GL/16 nömrəli müqavilə üzrə yaranmış 5070,00 (beş min yetmiş manat 00 qəpik) manat gecikdirilmiş borc və 7 898,94 (yeddi min səkkiz yüz doxsan səkkiz manat 94 qəpik) manat cərimə borcu, eləcə də xx.xx.2020-ci il tarixli 1092-GL/18 nömrəli müqavilə üzrə 3555,00 (üç min beş yüzəlli beş manat 00 qəpik) manat gecikdirilmiş borcu və 6260,81 (altımin iki yüz altmış manat 81 qəpik) manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manatın cavabeh Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
II. Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 35. İddianın cavabdehin olduğu yerə görə verilməsi 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 40. Müqavilə aidiyyəti 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 40.2. Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. 40.3. Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Maddə 151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
III. Məhkəmənin mövqeyi
3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
4. Belə ki, iddia ərizəsindən görünür ki, hazırki iş üzrə iddiaçının tələbi 2 hissədən ibarədir. 1) xx.xx.2016-cı il tarixli 1953-GL/16 nömrəli müqavilə üzrə yaranmış borcun tutulması; 2) xx.xx.2020-ci il tarixli 1092-GL/18 nömrəli müqavilə üzrə yaranmış borcun tutulması.
5. "xxxx" ASC (lizinq verən) və Cavabdeh (lizinq alan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli 1092-GL/18 nömrəli müqavilənin 8-ci bəndindən görünür ki, müqavilənin yerinə yetirilməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqlarının həlli 30 gün müddətində danışıqlar yolu ilə mümkün olmadıqda, tərəflər Lizinq verənin yerləşdiyi ərazi üzrə aidiyyəti məhkəmələrə müraciət edə bilərlər.
6. Qeyd olunan müqavilənin rekvizitlərindən görünür ki, "xxxx" ASC-nin (lizinq verən) ünvanı ünvan 1açı qeyd olunan müqavilə üzrə tələbini Bakı Kommersiya Məhkəməsinə ünvanlamalıdır.
7. Bundan əlavə, ərizəyə əlavə olunmuş materiallardan görünür ki, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh pretenziya məktubu xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Müqaviləyə əsasən müqavilənin yerinə yetirilməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqlarının həlli 30 gün müddətində danışıqlar yolu ilə mümkün olmadıqda, məhkəməyə müraciət edə bilərlər. Lakin göründüyü kimi iddia ərizəsi məhkəməyə 11 dekabr 2024-cü il tarixdə daxil olmuş və iddiaçı müqavilə ilə nəzərdə tutulmuş 30 günlük müddəti tam gözləməyərək, məhkəməyə müraciət etməklə, mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət etməmişdir.
IV. Məhkəmənin gəldiyi nəticə
8. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır.
9. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-284-3-cü və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə,
qərara aldı :
İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyət qaydalarına riayət etməklə yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Əbülfəz Məmmədli