Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-244/2023 21.02.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizəsi üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyiciləri tərəfindən ümumilikdə 7949 manat 58 qəpik məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Təmir Tikinti Şirkətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 103 manat 02 qəpik, Maraqlı şəxs (VÖEN: **********), dövlət büdcəsinə 7694 manat 19 qəpik məbləğində (o cümlədən, vergilər üzrə 26,39 manat; faizlər üzrə 20,26 manat; maliyyə sanksiyası üzrə 7647,54 manat) , Dövlət Sosial Müdafiə Fonduna 152 manat 37 qəpik olmaqla, ümumilikdə 7949 manat 58 qəpik borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən borclu hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1ənzil ünvanında yaşayır. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs ərizə tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, "xxxx" Təmir-Tikinti Şirkətində 2007-ci ilə qədər direktor vəzifəsində olmuşdur. 2010-cu ildə Vergi İdarəsinə həmin müəssisədə fəaliyyətini dayandırmağı barədə ərizə təqdim etmişdir. Bundan sonra həmin müəsisədə direktor vəzifəsinə təyin olunmuşdur. Eldar adlı şəxs təxminən 100000 manat kredit götürmüşdür. Onun həmin borca aidiyyatı yoxdur. Gəncə Apellyasiya Məhkəməsinin barəsində qəbul etdikləri qərardan şikayət verəcəkdir. Sözügedən müəssisədə direktor vəzifəsindən azad olmağı barədə əmri vergi orqanına təqdim etmişdir. Həmin əmrin surətini və digər sənədləri məhkəməyə təqdim etmək üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs izahatında iş üzrə sübutlarını məhkəməyə təqdim etmək üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə teleqram göndərərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə keçiriləcək məhkəmə iclasında xəstə olduğu üçün iştirak edə bilmir və məhkəmə iclasının başqa tarixə keçirilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 188.3-cü maddəsinə əsasən işə baxılması 3 dəfədən artıq təxirə salına bilməz. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və səhhətində olan problemlərlə əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, icra orqanının rəhbəri Maraqlı şəxs olan "xxxx" TƏMİR TİKİNTİ ŞİRKƏTİNİN (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 103 manat 02 qəpik, Maraqlı şəxs (VÖEN: **********), dövlət büdcəsinə 7694 manat 19 qəpik məbləğində (o cümlədən, vergilər üzrə 26,39 manat; faizlər üzrə 20,26 manat; maliyyə sanksiyası üzrə 7647,54 manat), Dövlət Sosial Müdafiə Fonduna 152 manat 37 qəpik olmaqla, ümumilikdə 7949 manat 58 qəpik borcu vardır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndində əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra Vergi Məcəlləsinin) 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Maraqlı şəxs izahatında "xxxx" Təmir Tikinti Şirkətinin direktoru olmadığını bildirsə də, həmin hüquqi şəxsin icra orqanının rəhbəri olmaması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-779/2020 nömrəli 24 noyabr 2020-ci il tarixli qərarından görünür ki, apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-981/2020 saylı qərarı ləğv edilmiş, yeni qərar çıxarılaraq iddiaçı Maraqlı şəxs cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Maraqlı şəxs izahatında 07 fevral 2023-cü il tarixində Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-779/2020 nömrəli 24 noyabr 2020-ci il tarixli qərarından kassasiya şikayəti verdiyinə istinad etsə də, kassasiya şikayətinin icraata qəbul edilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə maraqlı şəxsin etirazını əsassız hesab edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, hüquqi və fiziki şəxslərin dövlət büdcəsinə və dövlət sosial müdafiə fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədi ilə Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanın vəzifələrinə aid edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 355-7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs (VÖEN: **********), dövlət büdcəsinə 7694 manat 19 qəpik məbləğində, Dövlət Sosial Müdafiə Fonduna 152 manat 37 qəpik məbləğində, həmçinin "xxxx" TƏMİR TİKİNTİ ŞİRKƏTİNİN (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 103 manat 02 qəpik məbləğində olmaqla, ümumilikdə 7949 manat 58 qəpik məbləğində borcu ödənilənədək, həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnаmədən rəsmi qаydаdа verildiyi gündən bir аy müddətində Gəncə Kommersiya Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Sədrlik edən: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-244/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-244/2023
21.02.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver