Məhkəmə qərarları › İş №e-2-2(115)-246/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-246/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-246/2021 13.04.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 və cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı borc tələbinə dair iqtisadi işə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək 1596,36 manat əsas borcun, 1439,52 manat cərimə borcu, 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MMC ilə cavabdeh X5 arasında xx.xx.2017-ci il tarixli, 37 nömrəli və xx.xx.2018-ci il tarixli. GC-161 nömrəli birgə fəaliyyət və məhsulun alğı-satqısı müqavilələri imzalanmışdır.Həmin müqavilələrin 1.1-ci bəndinə əsasən fermer özünə məxsus olan və ya icarəyə götürdüyü Goranboy rayonu, Ağamalıoğlu kəndində 4 ha və 2 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə müəssisəyə məxsus texnika ilə kimyəvi preparatlar və toxum kimi təminatlardan istifadə edərək yüksək məhsuldarlıqlı pambıq əkib-becərmək və əldə edilmiş xam pambığı bu müqavilə ilə müəyyən edilmiş qiymətə müəssisəyə Yəni İddiaçı MMC-yə satmağı, müəssisə isə məhsulu qəbul etməyi və qiymətini fermerə ödəməyi öhdəsinə götürür. İddiaçı MMC öz öhdəliklərini tam şəkildə yerinə yetirməsə də cavabdeh öhdəlikkərini yerinə yetirməmiş və 1596,36 manat əsas borcu, 1439,52 manat isə faiz borcu yaranmışdır. İddiaçı nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etiyini bildirmişdir. Cavabdeh X5 məhkəmə iclasında izahat verərək üzrlü səbəblərdən öhdəliyini icra edə bilmədiyini bildirmiş, həmçinin məhkəməyə ərizə təqdim edərək iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbini iqtisadi iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Üzləşmə aktının surətindən görünür ki, cavabdehə iddiaçı müəssisə tərəfindən 1602 manat həcmində xidmətlər göstərilmiş və mallar verilmişdir. xx xxxxx 2017-ci il tarixli, 37 nömrəli müqavilənin surətindən görünür ki, fermer özünə məxsus olan və ya icarəyə götürdüyü Goranboy rayonu, Ağamalıoğlu kəndində 4 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə müəssisəyə məxsus texnika ilə kimyəvi preparatlar və toxum kimi təminatlardan istifadə edərək yüksək məhsuldarlıqlı pambıq əkib-becərmək və əldə edilmiş xam pambığı bu müqavilə ilə müəyyən edilmiş qiymətə müəssisəyə. Yəni İddiaçı MMC-yə satmağı, müəssisə isə məhsulu qəbul etməyi və qiymətini fermerə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə görə məhsul xx xxxxxx 2017-ci il tarixədək tam təhvil verilməlidir. xx xxxxxx 2018-ci il tarixli, GC-161 nömrəli müqavilənin surətindən görünür ki, fermer özünə məxsus olan və ya icarəyə götürdüyü Goranboy rayonu, Ağamalıoğlu kəndində 2 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə müəssisəyə məxsus texnika ilə kimyəvi preparatlar və toxum kimi təminatlardan istifadə edərək yüksək məhsuldarlıqlı pambıq əkib-becərmək və əldə edilmiş xam pambığı bu müqavilə ilə müəyyən edilmiş qiymətə müəssisəyə. Yəni İddiaçı MMC-yə satmağı, müəssisə isə məhsulu qəbul etməyi və qiymətini fermerə ödəməyi öhdəsinə götürür. Cari hesab ekstresinin surətindən görünür ki, cavabdehin 2017-ci ildən qalıq 1326,16 manat borcu olmuş, 2018-ci ilin sentyabr ayı üçün ümumilikdə 1596.36 manat borcu qeyd edilmişdir. xx xxxxxxx 2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdeh X2 İddiaçı MMC-yə 1596,36 manat qalıq əsas borcu, 1439,52 manat cərimə borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 37 nömrəli və xx.xx.2018-ci il tarixli. GC-161 nömrəli birgə fəaliyyət və məhsulun alğı-satqısı müqavilələrinə əsasən fermer özünə məxsus olan və ya icarəyə götürdüyü Goranboy rayonu, Ağamalıoğlu kəndində 4 ha və 2 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə müəssisəyə məxsus texnika ilə kimyəvi preparatlar və toxum kimi təminatlardan istifadə edərək yüksək məhsuldarlıqlı pambıq əkib-becərmək və əldə edilmiş xam pambığı bu müqavilə ilə müəyyən edilmiş qiymətə müəssisəyə Yəni İddiaçı MMC-yə satmağı, müəssisə isə məhsulu qəbul etməyi və qiymətini fermerə ödəməyi öhdəsinə götürmüş, alıcı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cari hesab çıxarışlarından görünür ki, iddia tələbinin 1326,16 manat hissəsi 2017-ci ildə bağlanmış müqaviləyə aiddir. Məhkəmə həmin hissədə iddia müddətini ötürülmüş hesab edir. Belə ki, xx xxxxx 2017-ci il tarixli, 37 nömrəli müqavilənin 3.2-ci bəndinə görə məhsul xx xxxxxx 2017-ci il tarixədək tam təhvil verilməlidir. Göründüyü kimi, öhdəlik həmin tarixədək icra olunmalı idi. Ona görə də iddia müddətinin axımı da həmin tarixdən başlamışdır. İddia müddətinin axımının kəsilməsi və ya dayandırılması halları baş verməmişdir. İddiaçı 2021-ci ilin yanvar ayında məhkəmədə iddia qaldırmaqla üç illik iddia müddətini ötürmüşdür. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372-ci maddəsindən görünür ki,başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun xx xxxx 2013-cü il tarixli qərarının nəticə hissəsində qeyd edilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.Həmin Məcəllənin 567ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X5 oğlundan əsas borc üzrə 270 manat, cərimə borcu üzrə 9 manat, cəmi 279 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçınə ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən tutulduğundan məhkəmə belə hesab edir ki, həmin məbləğ X1 tutulub dövlət nəfinə keçirilməlidir. Həmin Məcəllənin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X5 oğlundan əsas borc üzrə 270 (iki yüz yetmiş) manat, cərimə borcu üzrə 9 (doqquz) manat, cəmi 279 (iki yüz yetmiş doqquz) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar