Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2581/2025 16.12.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, SHB/046/2023 №li alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-dən 11963 manat 42 qəpik məbləğində borcun və gecikmə üçün 9000 (doqquz min) manat dəbbə pulunun, ümumilikdə 20963,42 manat pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 154 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Məhud Məsuliyyətli Cəmiyyəti (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2023-cü il tarixli, SHB/046/2023 №li alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilənin əlavəsi hesab edilən və alıcı tərəfindən rəsmiləşdirilən ayrı-ayrı sifariş tapşırıqlarında göstərilən malları razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini müvafiq Əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öz öhdəliyinə götürmüşdür. Belə ki, İddiaçı MMC öz öhdəliyini yerinə yetirərək Cavabdeh MMC-nin sifarişinə əsasən xx.xx.2024-cü il tarixində yekun məbləği 3512 manat 86 qəpik təşkil edən, xx.xx.2024-cü il tarixində yekun məbləği 636 manat 37 qəpik təşkil edən, xx.xx.2024-cü il tarixli yekun məbləği 826 manat təşkil edən, xx.xx.2024-cü il tarixli 2659 manat 72 qəpik təşkil edən, xx.xx.2024-cü il tarixində yekun məbləği 208 manat 03 qəpik, xx.xx.2024-cü il tarixində yekun məbləği 298 manat 30 qəpik təşkil edən, xx.xx.2024-cü il tarixində yekun məbləği 10 manat 62 qəpik təşkil edən, xx.xx.2024-cü il tarixində yekun məbləği 2632 manat 58 qəpik təşkil edən, xx.xx.2025-ci il tarixində yekun məbləği 915 manat 68 qəpik təşkil edən, xx.xx.2025-ci il tarixində yekun məbləği 97 manat 35 qəpik təşkil edən, xx.xx.2025-ci il tarixində yekun məbləği 165 manat 90 qəpik təşkil edən malları Cavabdehnə təhvil vermişdir. Bununla bağlı İddiaçı MMC tərəfindən Cavabdehnə xx.xx.2024-cü il tarixli 10828210 nörməli, xx.xx.2024-cü il tarixli 10156732 nömrəli, xx.xx.2024-cü il tarixli 10817574 nömrəli, xx.xx.2024-cü il tarixli 11103198 nömrəli, xx.xx.2024-cü il tarixli 11102490 nömrəli, xx.xx.2024-cü il tarixli 11505243 nömrəli, xx.xx.2024-cü il tarixli 11499703 nömrəli, xx.xx.2024-cü il tarixli 10571651 nömrəli xx.xx.2025-ci il tarixli 11262506 nömrəli, xx.xx.2025-ci il tarixli 10583826 nömrəli, xx.xx.2025-ci il tarixli 10648966 nömrəli elektron qaimələr təqdim etsə də, Cavabdeh MMC öz öhdəliyini yerinə yetirməyərək ödənişi etməmişdir. Həmçinin ödəniş günlərinin gecikdirilməsi ilə bağlı olaraq qeyd etmək istəyir ki, 10828210 №li elektron qaimə üçün 387 gün, 10156732 № li elektron qaimə üçün 339 gün gecikmə, 10817574 №li elektron qaimə üçün isə gün gecikmə, 11103198 №li elektron qaimə üçün isə 345 gün gecikmə, 11102490 №li elektron qaimə üçün isə 355 gün gecikmə, 11505243 №li elektron qaimə üçün isə 317 gün gecikmə, 11499703 №li elektron qaimə üçün isə 313 gün gecikmə, 10571651 №li elektron qaimə üçün isə 327 gün gecikmə, 11262506 №li elektron qaimə üçün isə 263 gün gecikmə, 10583826 №li elektron qaimə üçün isə 206 gün gecikmə, 10648966 №li elektron qaimə üçün isə 203 gün gecikmə mövcuddur. Gecikmələr üçün ümumi məbləğ isə 9000 (doqquz min) manat hesab edirlər. Lakin Cavabdeh MMC tərəfindən onun da ödənişi həyata keçirilməmişdir. Beləliklə ümumilikdə Cavabdeh MMC tərəfindən bizə ödənilməli olan borcun məbləği cəmi 20963,42 (iyirmi min doqquz yüz altmış üç) manat 42 (qırx iki) qəpik təşkil edir. Göründüyü kimi Cavabdeh MMC müqavilə şərtlərini pozmuş və vaxtı-vaxtında ödənişi həyata keçirməmişdir. Məhkəməyə müraciət etməmişdən öncə cavabdehə pretenziya göndərərək, borcun tam şəkildə ödənilməsini xahiş etmişik. Lakin cavabdeh borc məbləğini ödəməmişdir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmişdirlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, iştirakı olmadan hazırlıq iclasının keçirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alğı-satqı müqaviləsi, invoys, sifariş tapşırıqları, elektron qaimə-fakturalar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Məhud Məsuliyyətli Cəmiyyəti (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2023-cü il tarixli, SHB/046/2023 №li alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilənin əlavəsi hesab edilən və alıcı tərəfindən rəsmiləşdirilən ayrı-ayrı sifariş tapşırıqlarında göstərilən malları razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini müvafiq Əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öz öhdəliyinə götürmüşdür. Belə ki, İddiaçı MMC müqavilə ilə öz öhdəliyini yerinə yetirərək Cavabdeh MMC-nin sifarişinə əsasən müvafiq malları Cavabdehnə təhvil vermişdir. İş materiallarında olan tərəflərin imza və möhürləri ilə təsdiq olunmuş xx.xx.2024-cü il tarixli, SHB/ST/154/2024 nömrəli sifariş tapşırığına əsasən 3512,86 manat, xx.xx.2024cü il tarixli, SHB/ST/178/2024 nömrəli sifariş tapşırığına əsasən 2920,50 manat, xx.xx.2024-cü il tarixli, SHB/ST/606/2024 nömrəli sifariş tapşırığına əsasən 218,65 manat, xx.xx.2024-cü il tarixli, SHB/ST/184/2024 nömrəli sifariş tapşırığına əsasən 636,37 manat, xx.xx.2024-cü il tarixli, SHB/ST/618/2024 nömrəli sifariş tapşırığına əsasən 826 manat, xx.xx.2024-cü il tarixli, SHB/ST/620/2024 nömrəli sifariş tapşırığına əsasən 2632,58 manat, xx.xx.2024-cü il tarixli, SHB/ST/621/2024 nömrəli sifariş tapşırığına əsasən 298,30 manat, xx.xx.2024-cü il tarixli, SHB/ST/637/2024 nömrəli sifariş tapşırığına əsasən 1010,08 manat olmaqla, ümumilikdə 12055,34 məbləğində mal satıcı tərəfindən təhvil verilmiş, alıcı tərəfindən təhvil alınmışdır. İddiaçı müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirərərək müqaviləyə əsasən malları cavabdehə vermiş, cavabdeh isə müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək aldığı malların dəyərini tam şəkildə iddiaçıya ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 11963 manat 42 qəpik məbləğində borcu qalmışdır. Ona görə də həmin borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Elektron qaimə fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr borcun olmasını birbaşa təsdiq etməsə də, iş materiallarında olan invoyslar və sifariş tapşırıqları ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, cavabdehin qeyd olunan borcu mövcuddur. Məhkəmə iddia tələbinin 9000 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 600 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 154 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, 154 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən xx.xx.2023-cü il tarixli, SHB/046/2023 №li alqı-satqı müqaviləsi üzrə 11963 manat 42 qəpik məbləğində borc və 600 manat dəbbə pulu olmaqla, ümumilikdə 12563,42 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 154 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-2581/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2581/2025
16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver